Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prinos
Şümşə (lat. Ilex) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinə aid bitki cinsi.
Prisis Ruiz
Prison Break
"Prison Break" — ABŞ dram serialı. Pol Şyorinq tərəfindən hazırlanıb. Premyerası 2005-ci ilin avqustun 29-da Foks Broadkastinq Kompanidə olub. Serialın baş rollarında Wentworth Miller, Dominic Purcell, Sarah Wayne Callies, Amaury Nolasco yer alır. Təxminən 42 ölkədə nəşr olunan 22 bölümlük ilk mövsüm, ABŞ-də 29 avqust 2005 tarixində FOX kanalında göstərilməyə başlanmışdır. Eyni mövsüm, 15 may 2006 tarixində sona çatmışdır. 2. mövsüm 21 avqust 2006-cı ildə başlanmışdır. 2 aprel 2007 tarixində sona çatmışdır. 3.
Pilot (Prison Break)
Preşov
Preşov (slovak. Prešov, ukr. Пряшів, mac. Eperjes, alm. Preschau, Eperies‎) — Slovakiyanın şimali-şərqində şəhər. Torisa və Sekçov çaylarının qovuşduğu yerdə, Slanske-Vrhi və Şarişska-Vrhovina dağ yamaclarında yerləşir. Preşov - Slovakiyanın 3-cü böyük şəhəridir. Burada Slovakyanın ən böyük universitetlərindən - Preşov universiteti yerləşir.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Prixod
Prixod (yun. παροικία ( yun. παρά — "yaxın" və yun. οἶκος — "ev") — xristianlıqda aşağı kilsə təşkilatı və bu təşkilat üzvülərinin yaşadığı yer, məhəllə. Rusca-azərbaycanca lüğət (Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası), II cild, Bakı, 1991. Səh. 644 (Приход, приходский).
Prişib
Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonununda şəhər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır. Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir.
Proses
Proses (lat. processus) — obyektin zaman çərçivəsində vəziyyətin kəmiyyət və keyfiyəət baxımından tədricən dəyişməsi; bir birinə bağlı olan hərəkətlərin cəmi, hansısa bir işin gedişi. Termodinamik proses Təsadüfi proses Relyefəmələgəlmə prosesi İnformatikada proses abstrakt anlayışdır. Kliyent prosesi Server prosesi Sinxron proses Asinxron proses Фоновый процесс Məhkəmə prosesi — hüquqi termin, prosessual qanunvericiliyə uyğun olaraq məhkəmədə məhkəmə işinin baxılması.
Brioş
Brioş - keksə bənzəyən yüngül, şirin fransız çörəyi. Yüksək miqdarda yumurta və kərə yağı ehtiva edir. İstehsalı mayalama və gözlətmə əməliyyatları təxminən 1.5 gün çəkir. == Tarixi == Fransız dilində yazılı mənbələrdə bu sözünün ən erkən nümunəsi 1404-cü ilə aiddir.
Prins
Prins Rocers Nelson (ing. Prince Rogers Nelson; 7 iyun 1958 – 21 aprel 2016) — ABŞ müğənnisi və mahnı yazarıdır. Daha çox eklektik sənət nümunələri və geniş vokal imkanları ilə məşhur olmuşdur. 21 aprel 2016-cı ilə Minnestodakı evində ölü tapılıb. Onun ölümünə səbəb zökəm tutulması idi. Xanımı isə onun narkotik maddələrdən öldüyünü güman edir. Prince, "Rolling Stone" jurnalının təşkil etdiyi Bütün Zamanların Ən Yaxşı 100 Sənətçisi siyahısında iyirmi yeddinci sırada yer almışdır.
Prius
Toyota Prius — dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobilidir. 2005-ci ildə Avropada ilin avtomobili seçilmişdir. Ölçüsü, təchizatı və qiymətinə müvafiq orta sinif avtomobil qəbul edilir. Gələcəyin motor texnologiyası olaraq görülən hibrid sistemində benzinli və ya dizel bir motor ilə elektrik motoru eynizamanlı çalışır. Toyota, 1997-ci ildən indiyə qədər dünyada 613300 hibrid avtomobil satışı həyata keçirib. Prius satışları Avropada əhəmiyyətli ölçüdə bir artım göstərərək 2004-cü ildə 8136 ədəddən 2005-ci ildə 18886 ədədə çatmışdır.
Pilos
Пи́лос (yun. Πύλος) — Yunanıstanın Peloponnes adasında yerləşən şəhəri. İoni dənizinin Navarin buxtasının sahilində, Aralıq dənizinin ən əlverişli yerlərindən birində, Kalamatadan 40 kilometr cənub-qərbdə yerləşir. Peloponnes periferiyasında Messiniya periferik vahidində Pilos-Nestor icmasının inzibati mərkəzidir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 2,345 nəfərdir.
Kriogen proses
Kriogen proses - torpağın mənfi dərəcəyə qədər soyuması, donması və donunun açılması vaxtı baş verən fiziki, fiziki-kimyəvi və bioloji proseslərin məcmusu. == Xüsusiyyəti == Torpağın çat verməsi Torpaq donarkən torpaq kütləsinin qarışması və torpaq nəmliyinin miqrasiyası Çınqıl və daş qırıntılarının torpaq kütləsindən çıxarılıb onun səthində paylanması və strukturu-oliqonal törəmələrin çoxkünclü daşlar, tor və s.-nin formalaşması Şaxta - don qabarmaları və s.
Kristos Milordos
Kristos Milordos — Kipr müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində də o, Kipri təmsil etmişdir. Ancaq yarımfinaldan çıxa bilməyib..
Lester Pirson
Lester Bouls "Mayk" Pirson (23 aprel 1897[…], Toronto – 27 dekabr 1972[…], Ottava) — Kanadalı alim, dövlət xadimi, əsgər, baş nazir və diplomatı,1957-ci ildə Süveyş böhranını həll etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təcili Qüvvələrini təşkil etdiyinə görə Nobel sülh mükafatı laueratı. 1963-cü ildən 1968-ci ilə qədər Kanadanın 14-cü baş naziri, 1963-cü və 1965-ci illərdə keçirilən seçkilərdən sonra iki dəfə arxa-arxaya Liberal azlıq hökumətinin başçısı olmuşdur. Pirsonun baş nazir olduğu dövrdə, onun Liberal azlıq hökumətləri universal səhiyyə, tələbə kreditləri, Kanada pensiya planı, Kanada ordeni və Kanada bayrağını təqdim etdi. Onun Liberal hökuməti Kanadanın silahlı qüvvələrini də birləşdirdi. Pirson, Bilinqualizm və Bikurturalizm üzrə Kral Komissiyasını çağırdı(iki dil rəsmi dövlət dili olaraq qəbul edildi), və Kanadanı Vyetnam müharibəsindən kənarda saxladı. 1967-ci ildə, onun hökuməti, heç istifadə edilməmiş və 1976-cı ildə ləğv edilmiş faktiki olaraq Kanadada edam cəzasını bir neçə kapital cinayətinə məhdudlaşdıraraq ləğv edən Bill C-168-i qəbul etdi. Bu nailiyyətləri ilə, Birləşmiş Millətlər Təşkilatında və beynəlxalq diplomatiyada təməlqoyma işləri ilə birlikdə Pirson ümumiyyətlə XX əsrin ən nüfuzlu Kanadalılar sırasındadır və Kanadanın ən böyük baş nazirləri sırasında yer alır. == Erkən həyatı, ailəsi və təhsili == Pirson Ontario (indiki Torontonun bir hissəsi), Yorkun Nyutonbruk şəhərində, Anni Sarahın və metodist nazir (sonradan Birləşmiş Kanada Kilsəsi) Edvin Artur Pirsonun oğlu olaraq anadan olub. O, Veyqhan Vayter Pirson və Marmadyuk Pirsonun qardaşı idi. Lester Pirsonun atası, gənc ailəni, burada Yanq-Strit Orora metodist kilsəsində nazir olduğu Torontonun şimalındakı Orora(Ontario), şəhərinə köçürdü.
Passos Maya
Passos Maya (port. Passos Maia) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 5900 nəfərdir. Ərazisi 614,432 кm²-dir. Bələdiyyənin ərazisi daxilində Araukarias Milli Parkı yerləşmişdir. 2005-ci ildən 12841 hektarlıq (31730 akrlıq) ərazi mühafizə altına alınmışdır.
Pirqos (şəhər)
Pirqos — Yunanıstanda, Peloponnes yarımadasının qərbində şəhər. Elida nomunun inzibati mərkəzi. Pirqos şəhəri dənizdən 4 km, qədim Olimpdən 19 km, Afinadan 315 km aralı məsafədə yerləşir. Katakolon limanı bu şəhərdə yerləşir. 2001-ci il əhalinin siyahıya alınmasına əsasən şəhərdə 45 min əhali yaşayır, şəhər ətrafı ərazi ikə birlikdə əhalinin sayı 50681 nəfər olmuşdur. Katakolon limanı sayəsində Pirqos şəhəri regionun əsas ticarət mərkəzinə çevrilmişdir. Pirqos şəhəri XVII əsrdə meydana gəlmişdir, Yorqos Tsernoyas bu şəhərin banisi hesab olunur. 1821-ci il üsyanı zamanı Pirqos şəhəri Yunanıstanın müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynamışdır. Bu şəhər osmanlılar tərəfindən dağıdılmış ilk yunan şəhəridir.
Pirqos zirvəsi
Pirqos zirvəsi (bolq. връх Пиргос, ‘Vrah Pirgos’ \'vr&h 'pir-gos\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 850 m hündürlüklü qaya zirvəsidir. Osta silsiləsinə daxildir. Borima körfəzindən şimalda, Veseliye buzlağından cənubda yerləşmişdir. Zirvə cənub-şərqi Bolqarıstanda yerləşən qədim Pirqos qalasının adını daşıyır. Pirqos zirvəsi 65°14′23″ c. e. 62°07′10″ q. u. koordinatlarında yerləşmişdir.
Pirqos şəhəri
Pirqos — Yunanıstanda, Peloponnes yarımadasının qərbində şəhər. Elida nomunun inzibati mərkəzi. Pirqos şəhəri dənizdən 4 km, qədim Olimpdən 19 km, Afinadan 315 km aralı məsafədə yerləşir. Katakolon limanı bu şəhərdə yerləşir. 2001-ci il əhalinin siyahıya alınmasına əsasən şəhərdə 45 min əhali yaşayır, şəhər ətrafı ərazi ikə birlikdə əhalinin sayı 50681 nəfər olmuşdur. Katakolon limanı sayəsində Pirqos şəhəri regionun əsas ticarət mərkəzinə çevrilmişdir. Pirqos şəhəri XVII əsrdə meydana gəlmişdir, Yorqos Tsernoyas bu şəhərin banisi hesab olunur. 1821-ci il üsyanı zamanı Pirqos şəhəri Yunanıstanın müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynamışdır. Bu şəhər osmanlılar tərəfindən dağıdılmış ilk yunan şəhəridir.
Politrop proses
Politrop proses - xüsusi istilik miqdarı dəyişməz qalan termodinamik prosesə deyilir.
Preşov bölgəsi
Preşov diyarı (slovak. Prešovský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Preşov şəhəridir. Sahəsi 8993 km², əhalisi isə 789 968 nəfər (2001) təşkil edir. Preşov diyarı Slovakiyanın şimal-şərqində yerləşir. Şimalda diyar Polşa, şərqdə Ukrayna, cənubda isə Jilina, Koşitse və Banska Bistritsa diyarları ilə həmsərhəddir. Preşov diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Preşov diyarı
Preşov diyarı (slovak. Prešovský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Preşov şəhəridir. Sahəsi 8993 km², əhalisi isə 789 968 nəfər (2001) təşkil edir. Preşov diyarı Slovakiyanın şimal-şərqində yerləşir. Şimalda diyar Polşa, şərqdə Ukrayna, cənubda isə Jilina, Koşitse və Banska Bistritsa diyarları ilə həmsərhəddir. Preşov diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Prisad adası
Prisad adası (bolq. остров Присад, ‘Ostrov Prisad’ \'os-trov 'pri-sad\) — Cənubi Şetland adalarının Lou adaları arxipelaq qrupuna daxil olan adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 520 m, cənub-şimal istiqamətində eni 640 metrdir. Limets yarımadasından 60 m məsafədə yerləşmişdir. Ada Şimal-şərqi və cənub-şərqi Bolqarıstanda yerləşən Prisad şəhərinin adını daşıyır. Prisad adası 63°13′55″ c. e. 62°10′38″ q. u.
Quercus prinus
Quercus prinus (lat. Quercus prinus) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.