Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prisbit
Prisbit və ya Parsbit — Xəzər xaqanlığının qadın hökmdarı. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılır.
Bricit Bardo
Bricit Bardo və ya Brijitt Bardot (fr. Brigitte Bardot, 28 sentyabr 1934[…], Paris, Fransa) — “BAFTA” mükafatına namizəd göstərilmiş keçmiş fransız kino aktrisası, maniken, müğənni və heyvan haqları aktivisti. Ən çox 1950-60-cı illərin qadın fiquru kimi tanınır. Qadın müstəqilliyinin və cinsi azadlığının simvolu olan Brijitt Bardo karyerası ərzində bir çox uşaq-qadın və füsunkar qadın rolunu oynamışdır. Dövrünün ən böyük rejissorları ilə işləmiş və zərif bir xəfifliyin yanında, şəhvət ehtiva edən rollarda oynaması onu tezliklə seks simvoluna çevirmişdir. 1969-cu ildən bəri Fransanın azadlığını əks etdirən “Marianna”nın rəsmi simasıdır. Brijittdən əvvəl Marianna anonim fenomen idi.Bardo aktrisalıq kariyerasından əvvəl Paris Konservatoriyasında təhsil almış balerina idi. Aktrisalıq karyerasına isə 1952-ci ildə başladı. On altı filmdə oynadıqdan sonra o dövrdə həyat yoldaşı olan Rocer Vadimin rejissoru olduğu “Və tanrı qadını yaratdı” (fr. Et Dieu...
Bricit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Bricit Mendler
Bricit Kler Mendler (18 dekabr 1992) — Amerika aktrisası, müğənni, musiqiçi və söz yazıçısıdır. Ən məşhur rolu isə Uğurlar, Çarli!dəki Teddi Dankan roludur. Və ən məşhur film rolu isə, Limonadlı ağızdakı Oliviya Vayt roludur. Musiqi sahəsində isə, 2012 üçün Hollivud Rekords şirkəti ilə razılaşmışdır.