Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Primnis
Primnis və ya Prumnis (q.yun. Πρύμνις və ya Προύμνις) — yunan mifologiyasında personaj. O, Korinf çarı I Agelin oğlu qardaşı və davamçısıdır. Korinf çarı Primnis Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Qədim müəlliflər Agelin e.ə. 992-ci ildən 957-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu Bakxis olmuşdur.
İrimis
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
Ərəmis

Rəmiş
Rəmiş (əsl adı Rafiq Hüseyn oğlu Hüseynov; 14 noyabr 1944, Gülablı, Ağdam rayonu – 5 aprel 2021, Bakı) — azərbaycanlı elektrogitara ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2014). Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində almışdır. Üç dəfə ailə həyatı qurmuşdur. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır. Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib. Rəmiş Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət etmiş və başqa şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak etmişdir. Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.
Artemis məbədi
Artemida məbədi, Artemision — e.ə. V əsrdə Kiçik Asiyadakı yunan şəhəri Efesdə memar Xersifronun layihəsi ilə inşa edilmiş Efesli Artemidanın məbədi. Artemision qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri hesab edilirdi. Bizanslı Filon "Babilin Asma Bağlarını, Olimpdə Zevsin heykəlini, Rodos Nəhəngini, yüksək Misir piramidaların qüdrətini və Mausoleusun məzarını gördüm. Amma buludlara doğru ucalan Efesdəki məbədi gördükdə, digərlərinin hamısının kölgədə qaldığını hiss etdim" deyə yazmışdır. Tanrı Artemis adına ilk türbə e.ə. 800-cü illərdə Efesdəki nəhrin yaxınlığındakı bataqlıq sahildə qurulmuşdur. Bəzən Diana da deyilən Efes tanrısı Artemida, yunan Artemidası ilə eyni deyildir. Yunan Artemidası ov tanrısıydı. Efes Artemidası isə belindən çiyinlərinə qədər bərəkət və doğruluq tanrısıydı.
Bulbophyllum pristis
Bulbophyllum pristis (lat. Bulbophyllum pristis) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Pirqəmiş məscidi
Pirqəmiş məscidi — Naxçıvan şəhərində Şəhid İ. Məmmədov küçəsində, Şahab məhəlləsində tarixi-memarlıq abidəsi. Naxçıvan şəhərindəki Pirqəmiş məscidinin yaranması tarixi VIII əsrə aid edilir. Naxçıvandakı Pirqəmiş məscidi ərəblər tərəfindən tikilib ilk tarixi ziyarətgahdır. Ərəb əmirləri, zavallı qələndərin məzarı yanında (Məzar 50-ci ilədək məscidin həyətindəki tut ağacının yanında idi.) məscid binası qururlar. Həmin dövrlərdə məscid gil kərpiclə hörülərək zaman-zaman bərpa olunur. Həmin bina düzbucaqlı şəkildə tikilərək hündürlüyü 5, eni 20 və uzunluğu 30 metr ölçüsündə olur. Divarlar samanlı gillə suvanaraq, içəridən tavana (üst örtüyə) dayaq tirləri qurularaq üstü torpaqla örtülür. 60-cı illərdə şəhərdəki məhəllə məscidləri bağlanıb. Xaraba məscid yerində ictimai bina tikmək istəyirlər. Torpaq qazılan yerdən içərisində insan sümükləri olan saxsı küp tapılır.
Typhlodromips artemis
Amblyseius artemis
Amblyseius artemis (lat. Amblyseius artemis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü.
Aqnes Primas
Aqnes Primas (5 mart 1980, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Aqnes Primas, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aqnes Primas, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Paris Pişmiş
Paris Pişmiş (erm. Պարիս Փիշմիշ; 30 yanvar 1911, Konstantinopol, Osmanlı imperiyası – 1 avqust 1999, Mexiko) — erməni əsilli Türkiyə astronomu.
Prisis Ruiz
Pirqəmiş məscidi (Naxçıvan)
Pirqəmiş məscidi — Naxçıvan şəhərində Şəhid İ. Məmmədov küçəsində, Şahab məhəlləsində tarixi-memarlıq abidəsi. Naxçıvan şəhərindəki Pirqəmiş məscidinin yaranması tarixi VIII əsrə aid edilir. Naxçıvandakı Pirqəmiş məscidi ərəblər tərəfindən tikilib ilk tarixi ziyarətgahdır. Ərəb əmirləri, zavallı qələndərin məzarı yanında (Məzar 50-ci ilədək məscidin həyətindəki tut ağacının yanında idi.) məscid binası qururlar. Həmin dövrlərdə məscid gil kərpiclə hörülərək zaman-zaman bərpa olunur. Həmin bina düzbucaqlı şəkildə tikilərək hündürlüyü 5, eni 20 və uzunluğu 30 metr ölçüsündə olur. Divarlar samanlı gillə suvanaraq, içəridən tavana (üst örtüyə) dayaq tirləri qurularaq üstü torpaqla örtülür. 60-cı illərdə şəhərdəki məhəllə məscidləri bağlanıb. Xaraba məscid yerində ictimai bina tikmək istəyirlər. Torpaq qazılan yerdən içərisində insan sümükləri olan saxsı küp tapılır.
Primus inter pares
Primus inter pares (azərb. Bərabərlərin birincisi‎) ― eyni rütbə, vəzifə və ya mövqeyə sahib insanlar arasında ən üstün olanı göstərmək üçün istifadə olunan termin. Bu termin latınca eyni mənaya gələn Primus inter pares terminindən törəmişdir. Bu termin bu terminin aid olunduğu şəxsin texniki anlamda digərləri ilə bərabər mövqedə olduğunu, lakin digərləri tərəfindən xüsusi rola və ya avtoritetə layiq görüldüyünü bildirir. Bəzən, qrupun qeyri-rəsmi və ya gizli lideri mənasında da istifadə olunur. Günümüzdə İngilis Millətlər Cəmiyyətinin baş nazirləri, Avropa Komissiyasının rəhbərləri, Roma Katolik Kilsəsinin kardinalları və Şərqi Pravaslav Kilsəsinin patriarxları arasında iyerarxiyanı müəyyən etməkdə istifadə olunur. Bundan əlavə, Roma imperatorları tərəfindən xalqın gözündəki diktator görüntüsünü yox etmək üçün Princep (vətəndaşların birincisi) formasında istifadə olunmuşdur.