Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Proqnoz
Proqnoz – [yun. prognosis, pro – irəli; gnosis – bilik, əvvəlcədən görmə] 1) müəyyən bir hadisənin gələcək inkişafı və nəticəsi haqqında öncədən verilən məlumat; 2) obyektin gələcəkdə mümkün ola bilən halları və alternativ yollar və onların gerçəkləşməsi dövrü haqqında elmi cəhətdən əsaslandırılmış rəydir; 3) müəyyən verilənlər əsasında hər hansı bir hadisənin qarşıda duran inkişafının necə gedəcəyini və necə qurtaracağını əvvəlcədən demək. Proqnozlaşdırma – hər hansı bir hadisənin (yaxud hadisələr sinfinin) və ya proseslərin, sistemlərin inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə yönəlmiş elmi tədqiqat. Elmi qabaqgörənliyin konkretləşdirilməsi olan proqnozlaşdırma sosial sahədə planlaşdırma, layihələşdirmə, proqramlaşdırma, idarə etmə və məqsədliliklə bağlıdır. == Proqnozların əsas növləri == Texnoloji proqnoz - Proqnozlaşdırılmış sferada texnologiyanın inkişafı saviyyəsinə aiddir, habelə texnologiyaların gələcək istiqamətlərini analiz etməyə kömək edir İqtisadi proqnoz - təşkilatın inkişafına təsir edən iqtisadi amillərin təhlili Satış proqnozu (tələb) - məhsulların satışına təsir edən amillərin proqnozlaşdırılması (tələbə görə) İqtisadi rəqabətin proqnozlaşdırılması - rəqiblərin gələcək strategiyalarının proqnozlaşdırılması Sosial proqnozlaşdırma - əhalinin və bütövlükdə cəmiyyətin sosial vəziyyətində dəyişikliklərin proqnozlaşdırılması Kriminoloji proqnoz == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Aqrometeoroloji proqnoz
Aqrometeoroloji proqnoz – kənd təsərrüfatı bitkilərinin böyüməsinə, inkişafına və məhsulun əmələ gəlməsinə təsir edən mühüm aqrometeoroloji şəraitin qabaqcadan xəbər verilməsidir. Aqrometeoroloji proqnoz əlverişli hava şəraitindən istifadə etməyə və kənd təsərrüfatı bitkilərini əlverişsiz hava şəraitindən qorumağa imkan yaradır. Aqrometeoroloji proqnozu mərkəzi və ya yerli hidrometeoroloji xidmət idarələri verir.
Hava proqnozu
Hava proqnozu– İri miqyaslı atmosfer proseslərinin təhlili əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülmüş elmi fikir. Qısamüddətli (bir ayadək və daha artıq) olur. Həm müəyyən ərazi (vilayət, ölkə, rayon, dəniz akvatoriyası və s.), həm də ayrı-ayrı yaşayış məntəqələri, aeroport, nəqliyyat yolları, otlaqlar və s. üçün tərtib edilir. Xalq təsərrüfatının ayrı-ayrı sahələrinin işində çətinliklər törədən və onlara zərər vuran, həmçinin əhalinin təhlükəsizliyini qorxu altına alan təhlükəli hava hadisələri (siklon, tufan, duman, çovğun, güclü külək, toz fırtınası, ayaz və s.) də xüsusi hava proqnozularına daxildir. Hava proqnozu sinoptik meteorologiyanın məlumatları əsasında tərtib olunur. == Çoxillik hava proqnozları == 48 saatdan artıq müddətə tərtib edilən proqnozlara uzunmüddətli proqnozlar deyilir. Praktiki olaraq 3 gündən bir neçə ay müddətinə qədər tərtib edilən proqnozlar bura aid edilir. Bəzən atmosfer sirkulyasiyasının ümumi xüsusiyyətlərini və hava şəraitinin bir il, bir neçə il və yaxud bir- neçə onilliklər qabaqcadan müəyyənləşdirməyə cəhd edilir. Belə proqnozlar daha uzunmüddətli və yaxud ultrauzunmüddətli proqnozlar adlanır.
Praqnos
Prosenoz
Prosenoz – Ümumi (Bıkov, 1957), müvəqqəti qruplaşma (Sukaçov, 1917), pioner senozu (Ramenski, 1938), qruplaşma (Alyoxin, 1938), koloniya (Şaxov, 1946), prosenoz və yalançı fitosenoz (Neuhasl, 1963) – orqanizmlərin birgə məskunlaşmasının qeyri sabit davamsız forması, biosenozun təşəkkül və ya sönmə fazası. == Ümumi məlumat == Prosenozun başlanğıc mərhələsi üçün aşağıdakılar adi haldır: növlərin təsadüfən yığımı, onların diasporları külək, su və digər amillərlə asanlıqla aparılır; tez inkişaf edən, tez və bol meyvə (toxum) verən (xüsusilə bir-ikillik) və vegetativ çoxalan bitkilər; ekotopun tam tutulması; ilbəil güclü dəyişmə. Tərkibinə görə prosenozlar bir neçə qrupa bölünə bilər. Prosenozlar- kaloniyalar adətən bir ekobiomorfun bir və ya bir neçə növünün məskunlaşması. Onların populyasiyalarının sayı hər il kəskin dəyişir, biosenoloji mühit əmələ gəlmir. Prosenozlar- qruplaşmalar – tərkibi xeyli müxtəlifdir, bir və bir neçə ekobiomorfa aiddir.
Loris Broqno
Loris Broqno (18 sentyabr 1992, Şarlerua, Valloniya[d]) - Belçikalı peşəkar futbolçu. Azərbaycanın "Zirə" klubunda forvard kimi çıxış edir. == Karyera == Broqno peşəkar karyerasına Charleroi ilə başlayıb və 23 mart 2011 -ci ildə Belçika Pro Liqasında ilk rəsmi oyununu keçirib. Brügge FK-a 3-0 məğlub olduqları oyuna 57-ci dəqiqədə Massimo Brunonu əvəz edərək meydana çıxdı. Həmin il Charleroi Belçika İkinci Divizionuna düşdü və Broqno nadir hallarda meydana çıxmağa başladı. Nəticədə, əmisi Toni Brognonun daha əvvəl oynadığı 2011-12 qış transfer pəncərəsi zamanı yeni yüksələn Oud-Heverlee Leuvenə keçməyi seçdi. OH Leuven düşmədən təmizlənən kimi, Loris 21 Mart 2012-ci ildə Sint-Truiden üzərində 3-1 evdə qazandığı ilk qolunu vurmaqla bir qədər şans qazandı. 2012-13 mövsümündə Broqno OH Leuven üçün 8 matçda meydana çıxdı, lakin gəncin daha çox oyun vaxtı əldə etməsi üçün Brogno növbəti mövsüm üçün Lommel United-ə icarəyə verildi. Bu mövsümdən sonra OH Leuven ilə müqaviləsi sona çatdı və Mons -a keçməsinə icazə verdi. Mons üçün bir mövsüm oynadı, ancaq Mons iflasa uğradığı üçün 2014-15 mövsümünün sonunda ayrılmasına icazə verildi.