Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
PRoMete
Pərviz Ramiz oğlu İsaqov və ya PRoMete (15 iyun 1986, Siyəzən) — Azərbaycanlı reper və prodüser. H. O. S. T Alliance-nin yaradıcılarından biri və HOST prodakşnın təsisçilərindəndir. Hal-hazırda PicMus MMC-nin və mikpro MMC-nin təsisçisi və direktorudur. Peşəkar rep karyerasına SRB-də (Sumqayıt Rep Birliyi) başlayıb. == Həyatı == 1986-cı ildə Siyəzən Rayonunda dünyaya gəlib. Ailəsi – atası, anası və bacısı ilə yaşamışdır. Atası Ramiz əvvəllər dəmiryolçu, sonralar isə dülgər işləyib. Anası evdar qadın idi. Orta məktəbi 2-ci sinfə kimi Sumqayıt şəhər 13 saylı orta məktəbində, 3-cü sinifdən etibarən isə həmin şəhərdə yerləşən "Təfəkkür" liseyində təhsil almışdır. Uşaqlığı və ilk gənclik illəri Sumqayıtda keçib.
Promil
Promil (lat. pro mille – hər minə) — hər hansı kəmiyyətin mində bir hissəsi. Promil faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi Promilin tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq Promil ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 Promil olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da Promil ilə hesablayırlar.
Proşek
Proşek (xorv. Prošek) — şirin desert şərabı. Şərab Xorvatiyada və ölkənin cənub hissəsindəki Dalmasiya regionunda ənənəvi olaraq istehsal edilir. Adının mənşəyi tam məlum deyilş Amma güman olunur ki, ad xorvat sözü olan prošli (son) sözündən götürülmüşdür. Bu adın qoyulmasına səbəb şərab üçün istifadə edilən üzümün çox gec qıcqırmasıdır. == Təsviri == Şərab üzüm giləmeyvələrinin kollarından passito (həsir şərabı) üsulu ilə qıcqırmasından alınır və istehsal edilir. Proşek çox keyfiyyətli şərab hesab olunur. Ona görə də, digər şərablara nisbətən daha bahalıdır. Buna səbəb onun istehsalına orta hesabla digər şərablardan yeddi dəfə daha çox üzüm tələb olunmasıdır. İstehsalçılar şərab istehsalı zamanı spirtin yüksək həddindən istifadə edirlər.
Romelu Lukaku
Romelu Menama Lukaku Bolinqoli İnter və Belçika milli komandasının heyətində çıxış edən belçikalı hücumçudur. O, Premyer Liqada çıxış edən futbolçular arasında 23 yaşı tamam olmadan 50 qol həddini keçən beş futbolçudan biri, həmçinin 24 yaşı tamam olmadan 80 qol həddini keçən dördüncü (xarici futbolçular arasında birinci) futbolçudur. Lukaku öz futbolçu karyerasına Belçikanın yerli futbol klublarından biri olan Rupel Boom klubunda başlamışdır. Lukaku peşəkar futbolçu karyerasına başladıqda hələ 16 yaşı var idi və elə həmin il, yəni 2010-cu ildə Anderlext klubunun heyətində Belçika çempionluğunu qeyd etmişdir. O, 2011-ci ildə Belçikada ən yaxşı afrikalı və ya Afrika əsilli futbolçulara verilən "Ebony" mükafatını qazanmışdır. 2011-ci ilin yay transfer pəncərəsində isə İngiltərənin Çelsi klubuna keçmiş, lakin burada müntəzəm olaraq forma şansı qazana bilmədiyi üçün növbəti iki sezonu Vest Bromviç və Everton klublarında keçirmişdir. Lukaku 2014-cü ildə 28 milyon funt-sterlinq qarşılığında Evertona transfer olmuşdur. Üç il ərzində özünü bu klubda ən yaxşı şəkildə nümayiş etdirən futbolçu, 2017-ci ilin yay transfer pəncərəsində 85 milyon avro qarşılığında Mançester Yunayted klubu ilə müqavilə imzalamışdır. Romelu Lukakunun ilk milli komanda debütü isə 2010-cu ildə baş tutmuşdur. O, Belçika milli yığmasının heyətində 2014-cü il Dünya Çempionatında və 2016-cı il Avropa Çempionatında iştirak etmişdir.