Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Croizat
Leon Kruaza (isp. León Croizat Chaley, 16 iyul 1894, Turin – 30 noyabr 1982, Koro[d]) — İtaliya və Venesuela botaniki, biocoğrafiyaşünas. 1941–1946-cı illərdə İtaliyadan əvvəlcə ABŞ-yə, daha sonra Venesuelaya immiqrasiya etmiş və burada Karakasda botanika bağı təşkil edərək, onun direktoru olmuşdur. 1947-ci ildə Venesuela Mərkəzi Universitetində aqronom fakültəsində işləyib. 1951-ci ildə And Universitetinin botanika və ekologiya sahəsində professoru. 1951–1952-ci illərdə Orinoko çayı hövzəsi istiqamətində təbii sərvətlərin öyrənməsi məqsədilə təşkil olunmuş Fransa-Venesuela ekspedisiyasının tərkibində botanik kimi iştirak edib. "Venesuela Şərəf Ordeni" və "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin kavaleridir. == Elmi işləri == Croizat L. Panbiogeography, 1952 (издано на собственные средства автора) (ing.) Croizat L. Manual of phytogeography; or, An account of plant-dispersal throughout the world. – The Hague: W. Junk, 1952 (ing.) Croizat L. Panbiogeography; or An introductory synthesis of zoogeography, phytogeography and geology; with notes on evolution, systematics, ecology, anthropology, etc. – Caracas, Venezuela: Publ.
Prostat
Yunanca: προστάτης prostates, termini "protector" qoruyucu gözətçi mənasındadır boşaltma sisteminin sonuna yaxın hissədə məsanə və üretra (xarici sidik kanalı) arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır. Prostat yalnız kişilərdə mövcuddur. Qadınlarda prostat və ya buna bənzəyən hər hansı bir orqan mövcud deyildir. Sağlam bədəndə prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və orqazm sırasında kişinin spermasının gəlməsini təmin etməkdir.
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Prostat vəzi
Yunanca: προστάτης prostates, termini "protector" qoruyucu gözətçi mənasındadır boşaltma sisteminin sonuna yaxın hissədə məsanə və üretra (xarici sidik kanalı) arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır. Prostat yalnız kişilərdə mövcuddur. Qadınlarda prostat və ya buna bənzəyən hər hansı bir orqan mövcud deyildir. Sağlam bədəndə prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və orqazm sırasında kişinin spermasının gəlməsini təmin etməkdir.
Prostat xərçəngi
Prostat vəzinin xərçəngi — bədxassəli şiş. Dünyada prostat vəzinin xərçəngi ilə xəstələnmə halları xüsusən yaşlı kişilər arasında ilbəil artmaqda davam edir. Hazırkı dövrə qədər, xəstəliyin əmələgəlmə səbəbləri, hələ də dəqiq şəkildə müəyyən edilməmişdir. Həkimlər xəstəliyin əmələ gəlməsində bir sıra əsas risk (təhlükə) faktorlarının olduğunu qeyd edirlər: — yaş faktoru; ən əsas faktor hesab edilir; kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər də artmış olur; — kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi və digər xəstəlikləri; — piylənmə; — irsiyyət; — zərərli istehsal sahələrində işləmək; — zərərli adətlərin olması (siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və s.) Digər, əksər xərçəng şişləri kimi, prostat vəzinin xərçəngi də xəstəliyin ilkin dövrlərində özünü heç bir əlamətlə büruzə vermir. Müəyyən müddətdən sonra şiş ölçülərinin getdikcə artması səbəbindən sidik kanalının sıxılması baş verir. Bu isə öz növbəsində sidik ifrazının çətinləşməsinə, sidiyin sidik kisəsində ləngiməsinə, sidikdə qan qarışığının olmasına səbəb olur. Bəzi hallarda sidiyi saxlaya bilməmək kimi əlamət də yarana bilir. Bu zaman gün ərzində olan sidik ifrazı 15–20 dəfəyə çatır (normada gün ərzində 4–5 dəfə və gecə 1 dəfə), onlar güclü sidiyə çağırış hissiyyatı və ağrı ilə müşayiət olunurlar. Şiş toxum kisəciklərinə sirayət etmiş (yayılmış) olarsa, potensiya qabiliyyətində müəyyən problemlər də baş verə bilər. Şiş daha böyük ölçülərə çatmış olduqda, xəstələrdə qəbizlik, defekasiyanın (nəcis ifrazı) ağrılı olması, nəcisdə qan olması kimi əlamətlər də yarana bilər.
Hans Bronzart von Şellendorf
Hans Bronzart von Schellendorf (alm. Hans Bronsart von Schellendorf‎, 11 fevral 1830, Berlin – 3 noyabr 1913, Münxen) Alman pianoçu və bəstəkar. Paul Bronzart von Schellendorf və Walter Bronzart von Schellendorf komandirlərinin qardaşları. == Bioqrafiya == == İstinadlar == == Xarici keçidlər == "Бронзарт-фон-Шеллендорф". Музыкальный словарь (rus). Яндекс. Словари. İstifadə tarixi: 2014-05-03.
Pronya çayı (Okanın qolu)
Pronya — Rusiya Federasiyasının Ryazan və Tula vilayətlərində çay. Oka çayının sağ qolu. Uzunluğu 336 km, hövzəsinin sahəsi 10.2 min km²-dir. Orta Rusiya yüksəkliyinin şimal-şərq yamaclarında başlanır. Əsasən qar suları ilə qidalanır. Noyabrdan mayadək donmuş olur. Aşağı axınında gəmiçiliyə yararlıdır. ASE, VIII cild, Bakı, 1984-cü il, səh.