Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prolin
Prolin (Pro, P) — Protein formalaşdıran 20 aminturşulardan biri. Prolin və törəmələri üzvi reaksiyalarda assimmetrik katalizator kimi istifadə olunur.
Promil
Promil (lat. pro mille – hər minə) — hər hansı kəmiyyətin mində bir hissəsi. Promil faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi Promilin tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq Promil ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 Promil olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da Promil ilə hesablayırlar.
Propin
Propin (CH3-C≡CH) — Alkinlər sinfindən doymamış karbohidrogen.
Prorva
Dalğalı (əvvəlki adı: Prorva) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Sarıqamış kənd inzibati ərazi vahidi tərkibindəki Prorva kəndi Dalğalı kəndi adlandırılmışdır.
Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Preri
Preri (fr. prairie "çəmən" "çəmənlik") — Şimali Amerikada çöl zonası, Orta Qərbdə, Amerika Birləşmiş Ştatlarında və Kanadada vegetasiya zonası. Cənubi Amerikada pampas, Avrasiyada çöl olduğu kimi preri də mülayim çöl bölgələrinə aiddir. Böyük Düzənliklərin şərq hissəsini əhatə edir. Ağacların və kolların qıtlığı burada olan məhdud vegetasiyanın göstəricisidir. Bunun səbəbi qitə daxili yerləşmə və qərbdən yağıntıların qabağını kəsən Qayalı dağlardır. Hal-hazırda preri böyük, süni şəkildə az sulanmış bir ərazidi, hansıki kənd təsərrüfatının məqsədləri üçün istifadə olunur. Bu torpağlarda buğda, qarğıdalı və digər aqrar mədəniyyətlər becərilir. Preri ABŞ-nin Şimali Dakota, Cənubi Dakota, Nebraska, Kanzas, Oklahoma, Montana, Vayominq, Nyu Meksiko, Texas, Missuri, Ayova, İllinoys, Ohayo, İndiana, Viskonsin, Minnesota ştatlarında daha çox yayılıb. Kaliforniyada olan Mərkəzi Vadi həmçinin preri sayılır.
Denis Pronin
Denis Aleksandr oğlu Əliyev (doğum adı: Denis Aleksandroviç Pronin; (26 may 1989, Xətai rayonu – 6 oktyabr 2020, Cəbrayıl rayonu)) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Denis Əliyev 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub. Milliyyətcə rus idi. 1995-2006-cı illərdə Xətai rayonunda T. Bağırov adına 59 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli idi. 8 yaşlı bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Denis Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Əliyev oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Xətai rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Pooriə Putək
Pooriə Putək (27 iyun 1991-ci il)— iranlı reper, bəstəkar, prodüser, YouTuber və etiket sahibidir. == Həyatı == Pooria Arab 27 iyul 1991-ci ildə Tehran, İranda anadan olub. Məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir.Pooria məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir. Tehran şəhərində iki aylıq hərbi təhsilini başa vurduqdan sonra Pooria Tehranın İnformasiya Mühafizəsi Mərkəzinə silah təchizatı şöbəsinə köçürüldü. beş ay sonra Pooria ordunu tərk edir və daha sonra, 2012-ci ildə sinir sistemi xəstəliyi səbəbindən hərbi xidmətə girə bilməməsinin rəsmi təsdiqini alır.Purianın atası oğlunu siyasi mövzular və İrandakı mövcud rejimin ümumi narazılığı ilə əlaqəli təhlükələrdən qorumaq üçün onu ali təhsil almaq üçün xaricə göndərmək qərarına gəlir. Həmin illərdə Putak İranın underground rep cəmiyyətinə Həmid Manfinin prodüseri olduğu "Nasakh" adlı ilk albomunu təqdim edir.
Vitali Pronin
Vitali Aleksandroviç Pronin (1 yanvar 1952, Neftçala rayonu – 7 yanvar 2020, Kürdili, Neftçala rayonu) — Azərbaycan münzəvisi, Kürdili adasının son sakini. O, yerli mediada "Neftçalanın Robinzon Kruzosu" ləqəbi almışdır. == Həyatı == 1952-ci ilin 1 yanvar tarixində Neftçala rayonunda anadan olmuşdur. Atası Vladimir fəhlə, anası Antonina klub müdiri olub. Orta məktəbi də Kürdili kəndində bitirib, əsgərliyə gedib, qayıdıb traktorçu işləməyə başlayıb. İki qardaşı, iki bacısı var idi. Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isə Rusiyanın Tolyatti şəhərində yaşayırlar. Xəzər dənizində suyun səviyyəsi yüksəlib kəndin rayon ilə əlaqəsi kəsilməyə başlayanda ailələr kənddən köçüb, lakin Vitalinin ailəsi və daha bir neçə ailə kənddə qalıb. Daha sonra adanın yeganə sakininə çevrilib. 7 yanvar 2020-ci il tarixində axşam saatlarında özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.
Lamina propria
Lamina propria — tənəffüs yolları, mədə-bağırsaq traktı və sidik-cinsiyyət yolları kimi bədəndəki müxtəlif boruları əhatə edən və selikli qişa kimi tanınan nəmli qişaların bir hissəsini təşkil edən nazik birləşdirici toxuma təbəqəsi. Lamina propria nazik boş (areolar) birləşdirici toxuma təbəqəsidir, epitelin altında yerləşir və epitel və bazal membranla birlikdə selikli qişanı təşkil edir. Latın adından göründüyü kimi, selikli qişanın xarakterik komponenti "öz xüsusi təbəqəsidir". Beləliklə, selikli qişa termini epitel və lamina proprianın birləşməsinə aiddir.Lamina proprianın birləşdirici toxuması hüceyrələrlə zəngindir. Lamina proprianın hüceyrələri dəyişkəndir və bunlara fibroblastlar, limfositlər, plazma hüceyrələri, makrofaqlar, eozinofil leykositlər və mast hüceyrələri daxil ola bilər. O, epitelə dəstək və qidalanma, eləcə də əsas toxuma ilə bağlanma vasitələri təmin edir. Dildə aşkar edilən papillalar kimi birləşdirici toxuma səthindəki pozuntular lamina propria və epitelin təmas sahəsini artırır. == Strukturu == Lamina propria boş birləşdirici toxumadır, buna görə də submukozanın altında yatan birləşdirici toxuma kimi lifli deyil. Lamina proprianın birləşdirici toxuması və düzülüşü çox sıx və elastikdir. Bu, sidik kisəsi kimi genişlənmə tələb edən orqanlarda görünə bilər.Elastik orqanların lamina propriasında olan kollagenin mexaniki funksiyada böyük rol oynadığı sübut edilmişdir.
Prora hoteli
Prora hoteli — Proranın Colossusu adı ilə də tanınan Prora, Almaniyanın Rügen adasında, 1936–1939 illəri arasında Nasist Almaniyası tərəfindən Sevinc vasitəsilə Güc (Kraft durch Freude və ya KdF) layihəsinin çimərlik kurortu olaraq inşa edilən bir bina kompleksidir. Bu səkkiz eyni binadan ibarət idi və çimərliyə paralel olaraq 4.5 km (2.8 mil), sağ qalan quruluşları 3.0 km (1.9 mil) uzandı. Binalar tətil kurortu kimi planlaşdırılsa da, tikinti tamamlanmadı və bu məqsədlə istifadə edilmədi. İkinci Dünya Müharibəsindən sonra kompleks, əvvəlcə Sovet Ordusu, sonra Şərqi Alman Volksarmee və daha sonra Alman Bundesveri tərəfindən müxtəlif hərbi işlər üçün istifadə edildi. Bu gün böyük bir gənclər yataqxanası, otel və tətil mənzilləri var. Kompleks, Üçüncü Reyx memarlığının xüsusilə diqqətəlayiq bir nümunəsi olaraq rəsmi bir irs siyahısına malikdir. == Yerləşdiyi yer == Prora Prass Viek kimi tanınan Sassnitz və Binz bölgələri arasındakı geniş bir körfəzdə yerləşir. Binalar 4.5 kilometr (2.8 mil) uzunluğuna çatmışdır və çimərlikdən təqribən 150 metr (160 yd) məsafədədir. Sahil Binzdən bərə limanına qədər uzanan uzun düz bir qum çimərliyi təklif edir. Bu çimərlik, beləliklə dənizkənarı bir kurortun yaradılması üçün ideal bir yer idi.
Qrand-Preri
Qrand-Preri — Kanadanın Alberta vilayətində şəhər. Şəhər Alberta vilayətinin şimal qərbində yerləşir. Şəhərin əhalisi son illər sürətlə armağa başlamışdır. Tarixi baxımdan böyük önəmə sahib olmayan şəhər Alberta vilayətinin ən böyük 7-ci şəhəridir. Edmanton və Kalqari şəhərlərindən sonra yerləşdiyi əyalətdə iqtisadi baxımdan üçüncü yerdə dayanır. Burada neft, qaz, kənd təsərrüfatı, meşə sənayesi yüksək səviyyədə inkişaf etmişdir. Şəhərin Alberta və Britaniya Kolumbiyası əyalətlərinin sərhəddinə yaxın olması, şəhərdən gündəlik çoxlu sayda yük maşınlarının keçməsinə səbəb olur. Alberta vilayətində alınan mallara vergi təyin edilməməsi səbəbindən, bazar günləri ətraf şəhərlədən bura gələnlərin sayı kəskin artır.
Typhlodromus drori
Typhlodromus drori (lat. Typhlodromus drori) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus drori Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Rori Pek
Rori Pek (ing. Rory Peck; 1956-cı il 13 dekabr-1993-cü il 3 oktyabr) - Azad reportyor və anqlo-irland əsilli operator. == Bioqrafiya == O, Əfqanıstanda olan müharibəni işıqlandırmış, 1989-cu ildə Buxarestdə Nikolae Çauşeskunun devrilməsi ilə nəticələnən üsyanda üsyançıların tərəfində iştirak etmişdir. O, Fars körfəzi və Bosniya və Herseqovinada olan müharibəni çəkmiş və SSRİ-nin ən “qaynar” münaqişə ocaqlarında olmuşdur. 1993-cü il 3 oktyabr hadisələri zamanı Moskvada yerləşən “Ostankino” telemərkəzində Almaniyanın ARD telekompaniyası üçün çəkilişlər aparan zaman həlak olmuşdur. Rori Pek günün ikinci yarısı Rusiya xüsusi bölməsi olan “Vityaz” orqanının əsgərləri tərəfindən güllələnmişdir. Prezident Boris Yeltsinin sərəncamı ilə Rori Pek 1993-cü ilin dekabrında “Şəxsi cəsarətinə görə ” ordenlə təltif edilmişdir. == Rori Pek adına Fond və Mükafat == R.Pekin xatirəsinə xeyriyyə fondu yaradılmışdır. Bu fond tele və kino operatorları öz vəzifələrini yerinə yetirərkən qarşılaşdığı çətinliklərə görə dəstək göstərir. Jüri qalibləri 4 nominasiyada: xəbərlər, sənədli filmlər, “Sony” firmasının xüsusi prizi və 2006-cı ildə Somalidə öldürülmüş məşhur jurnalist Martin Adlerin adını daşıyan prizlə mükafatlandırılır.