Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Proklos
Próklus Diadóxus (/ˈprɒkləs laɪˈsiəs/; ən tezi 7 fevral 412 və ən geci 8 fevral 412, Konstantinopol, Bizans imperiyası – 17 aprel 485, Afina, Bizans imperiyası) — antik dövrün neoplatonçu filosofu, Platon Akademiyasının rəhbəri (skolarxı), neoplatonizm məktəbinin sonuncu ən tanınmış nümayəndəsi. Onun öyrənciləri yazırdılar ki, o çoxlu tanınmış müəllimlərdən dərs almış, müdriklik məqamına çatmış, çoxlu ibadətlər etmiş, ailə qurmamış və abid həyatı sürmüşdür. == Əsərləri == "İlahiyyatın ilk əsasları" (yun. Στοιχείωσις θεολογική), "Platon ilahiyyatı" (yun. Περὶ τῆς κατὰ Πλάτωνα θεολογίας), "Fizikanın başlanğıcı" (yun. Στοιχείωσις φυσική) kimi kitabların, eləcə də Platonun "Timeus", "Parmenides", "Alkibiades", "Kratilus" əsərlərinə edilən şərhlərin müəllifi olmuşdur. Ancaq onun əsərlərinin çoxu bizim zamanımıza qədər gəlib çatmışdır. == Fəlsəfəsi == Digər neoplatoçular kimi Proklus da dünyanı Vahidin (tanrının) emanasiyası kimi təsəvvür edirdi. O, emanasiyanı triadik (üç mərhələli) inkişafda görürdü. Ancaq, bu inkişaf əslində tənəzzül demək idi, çünki o əks istiqamətdə inkişaf edirdi: kamildən naqisə, işıqdan qaranlığa olan kimi.
Prosion
Alpha Canis Minoris (qısaldılmış Alpha CMi, α CMi) adlı Canson Kiçik Köpək bürcünün ən parlaq ulduzudur. Procyon (Bré /proʊsi.ɒn/; PRO-see-on). Çılpaq gözlə, 0.34-lik görünən böyüklük gecə səmada səkkizinci parlaq tək ulduz kimi görünür. Spektral tipli F5 IV-V-nin ağ əsas ardıcıllığı ulduzundan və DQZ, Procyon B spektral tipli ağ cırtdan yoldaşı olan Procyona adlı ikili ulduz sistemidir. Avropa Kosmik Agentliyinin Hipparcos astrometriya peykləri tərəfindən müəyyən edildiyi kimi, yalnız 11.46 işıq ili (3.51 parsec) tapılar və bu səbəbdən dünyanın ən yaxın ulduzundan biridir. Ən yaxın qonşu, ulduz Luytenin Star, təxminən 1,12 lir (0,34 ədəd), ikincisi, Procyon ətrafını əhatə edən hipotetik bir planet, gecə səmada 2.7 ulduzun vizual ölçüsü olaraq görünür. Procyon gecə səmada səkkizinci parlaq ulduzdur və 14 yanvar gecə nəticələr verir. Sirius və Bətəlqeyzə ilə yanaşı, Qış Üçbucağı asterisiyanın üç hissəsindən birini təşkil edir. Axşam saatlarında Procyonu izləmək üçün başlama saatı qışda gecikir. Rəng indeksləri 0.42-dir və tonun solğun sarı görünüşü vardır.
Proloq
Proloq yunanca πρόλογος — müqəddimə: Proloq — Hər hansı mətnin, yazılı mülahizənin girişi; Proloq — pravoslav kitab qiraəti, o Sinaksaridə adlanır; Proloq — çoxgünlük velosiped yarışmasının kiçik start mərhələsi; Proloq dili — məntiqi proqramlaşdırma dili.
Elvis Presley
Elvis Aaron Presli (ing. Elvis Aaron Presley; 8 yanvar 1935[…], Tyüpelo[d], Missisipi ştatı – 16 avqust 1977[…], Memfis, Tennessi[…]) — amerikalı müğənni və aktyor. Ölümündən qırx ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir. == Erkən dövr (1935–1953) == === Uşaqlıq illəri === Elvis Presli 1935-ci il yanvar ayının 8-də ABŞ-nin Missisipi ştatının Tyüpelo şəhərində, Vernon və Qlədis Preslilərin ailəsində anadan olub (Elvis valideynlərinin hələ anadan olmadan Cess Qaron adı verdikləri əkiz qardaşını doğulduğu gün itirib). Preslilər ailəsi kasıbçılıq içində yaşayıb. Ailənin vəziyyəti gələcək müğənninin atası 1938-ci ildə saxta çek düzəltməkdə ittiham edilərək həbs olunandan sonra daha da ağırlaşıb (atası iki il həbsxanada yatıb). Uşaqlıqdan musiqi və din Elvisin ruhuna hakim kəsilib, kilsəyə baş çəkmək və kilsə xorunda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyati qanunlardan biri olub. Anası oğlunun davranışlarına ömrü boyu xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu bir növ qanun kimi onun beyninə yeridib.
Proloq dili
Proloq dili-Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır. Sadə proloq proqram faktlardan və qaydalardan təşkil olunmuşdur. Məsələn: pisik(qacir). Şəklində bir fakt təyin edək. İndi proloqla bu faktı çağırdıqda bizə doğru qiymət qaytaracaq. ?- pisik(qacir). Əgər "qacir" əvəzinə bir dəyişən daxil etsək, bizə bu dəyişənin qiymətini qaytaracaq. ?- pisik(X). X = qacir.
Elvis Presley (albom)
Elvis Presley (Birləşmiş Krallıqda Elvis Presley Rock n' Roll adı altında çıxarılmışdır) amerikalı müğənni Elvis Preslinin ilk studiya albomudur. Albom 1956-cı ilin martında RCA Victor studiyası tərəfindən, monofon səs ilə, LPM 1254 kataloq nömrəsi ilə çıxarılmışdır. Səsyazma sessiyası yanvarın 10-11-i Neşvill, Tenessi'də RCA Victor səsyazma studiyasında, yanvarın 30 və 31-i isə həmin studiyanın Nyu-Yorkdakı ofisində baş tutmuşdur. Qalan işlər isə Memfisin Sun studiyasında görülmüşdür Albom 1956-cı ildə 10 həftə Bilboard 200'də zirvədə qalmış və bu uğura imza atan ilk rok-n-roll albomu olmuşdur. Eyni zamanda, bu janrda 1 milyon nüsxə satılan ilk albom olmuşdur . 2003-cü ildə albom Rolling Stones dərgisinin tarixin 500 ən yaxşı albomu siyahısında 56-cı yerdə qərarlaşmışdır . Elvis Presley həmçinin musiqiçinin Ölmədən öncə dinlənilməsi gərəkli 1001 albom kitabına da daxil edilən üç albomundan biridir ki, digər albomlar Elvis is Back! və From Elvis in Memphis'dir.
You'll Think of Me (Elvis Presley song)
You'll Think of Me musiqisi 1969-cu ildə Elvis Presli tərəfindən ifa edilmiş və From Memphis to Vegas / From Vegas to Memphis adlı albomuna daxil etmişdir. Musiqi ilk dəfə 1969-cu ilin avqust və ya sentyabr aylarında lentə alınmışdır. 1970-ci ilin dekabr ayının 1-də isə "Suspicious Minds" / "You'll Think of Me" musiqiləri Elvisin əvvəlki 9 musiqisi ilə birlikdə yenidən buraxılmışdır.