Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serebryannıy Prud
Serebryannıy Prud (rus. Серебряные Пруды) — Rusiya Federasiyasının Moskva vilayətində şəhər. Əsası 1571-ci ildə qoyulub. Əhalisi 9246 nəfərdir (2016).
Prut
Prut (ukr. Прут, rum. Prut, mold. Prut) — Ukraynada, Moldovada və Rumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45-50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır.
Urud
Urud (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Urud (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
CRUD
CRUD — məlumat bazalarında və proqram təminatında istifadə olunan əsas əməliyyatları ifadə edən bir abbreviaturadır. CRUD aşağıdakı dörd əməliyyatı təmsil edir: Create (Yaratma) — məlumat bazasında yeni bir qeyd (məlumat) yaratmaq. Məsələn, yeni istifadəçi hesabı əlavə etmək. Read (Oxuma) — məlumat bazasından mövcud olan məlumatı oxumaq və ya əldə etmək. Məsələn, istifadəçi siyahısını görmək. Update (Yeniləmə) — mövcud məlumatı yeniləmək və ya dəyişdirmək. Məsələn, bir istifadəçinin profil məlumatlarını yeniləmək. Delete (Silmə) — məlumat bazasından mövcud bir məlumatı silmək. Məsələn, bir istifadəçi hesabını tamamilə sistemdən çıxarmaq. == İstifadəsi == === Verilənlər bazaları === CRUD abbreviaturası verilənlər bazası tərəfindən həyata keçirilən əsas əməliyyatlara aiddir.
Pud
Pud — çəki ölçü vahidi. Metrik ölçü sistemindən əvvəl işlədilmiş, 16,4 kq-a bərabər ağırlıq ölçüsü. Pud Azərbaycan xalqının məişətinə çox qədimlərdən daxil olmuş, el arasında bu gün də işlənən çəki vahididir. 40 girvənkə və yaxud 2 batman 1 pud deməkdir. 16,4 kq-lıq çəki daşlarına da pudluq daş deyilir. Bəzi ədəbiyyatlarda puddan Azərbaycan xalqının məişətində Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra istifadə olunduğu göstərilir. Lakin XV–XVI əsrlərdə yaranmış "Koroğlu" dastanında pud sözünə rast gəlinməsi bu fikri şübhə altında qoyur. Pəhləvanlar ən cox pudluq daşlarla oynayırlar. Azərbaycanda cox əski cağlardan geniş yayılmış zorxana tamaşalarında pəhləvanlar oz guclərini gostərmək ucun pudluq və iki pudluq daşları (və ya mildən) gah bir-bir, gah iki-iki əllərində tutub goyə qaldırır, onları atıb sinələri, çiyinləri və kürəkləri ilə itələyirdilər. Pudluq və iki pudluq daşların dişlə qaldırılması pəhləvanlardan daha cox bacarıq və guc tələb edirdi.
Rud
Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib çatıb. Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. "Rud" farsca "bağırsaq" anlamına gəlir. Nizami Gəncəvi Əflatunun (Platon) ərğanunu ruda istinadən icad etdiyi haqqda bilgi verir. Deməli, Əflatunnun yaşadığı dövrdə, e. ə. V əsrdə rud aləti mövcud idi. Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur: Müğənni, çal rudu, gəl dadıma çat,Məni bu amansız yuxudan oyat.
Boleslav Prus
Boleslav Prus(pol. Bolesław Prus; Əsl adı və soyadı Aleksandr Qlovaski, pol. Aleksander Głowacki; 20 avqust 1847[…], Hrubeşov[d], Lyublin voyevodluğu[d] – 19 may 1912[…], Varşava) — Polşa yazıçısı. == Həyatı == Boleslav Prus bir yazıçı kimi məşhurlaşanacan başı çox bəlalar çəkmişdir. Valideynlərini erkən yaşlarında itirmiş, XIX əsrin altmışıncı illərin əvvələrində baş vermiş Polşa üsyanında iştirak etdiyi üçün 1963-cü ildə həbs olunmuşdur. Həbsxanadan çıxandan sonra Varşavanın Baş məktəbində fizika-riyaziyyat fakültəsində oxumuş, fəhləlik etmişdir. == Əsərləri == Boleslav Prusun "Forpost", "Kukla", "Firon" romanları var.
Elbrus Ərud
Elbrus Ərud (tam adı: Elbrus Ramiz oğlu Seyfullayev; 29 dekabr 1979, Nərimankənd, Puşkin rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist == Həyatı == 1979-cu il 29 dekabrda Biləsuvar rayonunun Nərimankənd kəndində doğulub. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib. Ukraynada Kiev Milli Dövlət Universitetinin Jurnalistika institutunda magistr təhsili alıb. 2003-2004-cü illərdə Xalq Cəbhəsi qəzetində, 2004-2010-cu illərdə APA agentliyində çalışıb. 2010-cu ildə "Qafqazinfo" xəbər portalını yaradıb və onun rəhbəridir. == Kitabları == Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Jurnalistika xatirələrindən bəhs edən "Yaza bilmədiklərim" və publisist yazılarının toplusu olan "Anne annem" kitablarının müəllifidir. 2020-ci il iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncamı ilə “Əməkdar Jurnalist” adına layiq görülüb.
Musa Urud
Musa İsa oğlu Quliyev (25 noyabr 1961, Urud, Sisian rayonu) – Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist. Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2003) qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə təyinatla göndərildiyi Gəncə şəhərində həkim kimi başlamışdır. Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasında həkim-intern (1984–1985), Gəncə şəhər 1 saylı poliklinikasında sahə həkimi (1985–1986), Gəncə rayonlararası narkoloji dispanserində həkim-narkoloq vəzifəsində (1986–1990) çalışmışdır. Musa Quliyev 1990–1994-cü illərdə Bakı şəhərində 7№-li poliklinikada həkim nevropatoloq, Yasamal rayon həkim əmək ekspertiza komissiyasının ekspert nevropatoloq işləmişdir. 1994–1997-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, Respublikanın Baş həkim-əmək eksperti, 1997–2000-ci illərdə isə həmin nazirlikdə idarə rəisi vəzifələrində çalışmışdır. Musa Quliyev bu dövr ərzində Qarabağ müharibəsi əlillərinin ekspertizası, reabilitasiyası, o cümlədən protezləşməsi və ölkə xaricində müalicə-bərpa kursları keçməsinin təşkil olunmasında yaxından iştirak etmişdir. Musa Quliyev 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.
Prad-Salar
Prad-Salar (fr. Prades-Salars, oks. Pradas de Salars) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12188. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 283 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 168 nəfər arasında (15-64 yaş) 120 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.4%, 1999-cu ildə bu 69.6%).
Prad (rayon)
Prad (fr. Prades) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aryej. Suprefektura — Şərqi Pireney. Rayon əhalisi 2006-cı ildə 42 286 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf / km². Rayon sahəsi — 1845 km².
Proud (mahnı)
Proud (azərb. Məğrur‎) — Şimali Makedoniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Tamara Todevska "Proud" mahnısı ilə Şimali Makedoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı Makedon bəstəkarları olan Darko Dimitrov, Robert Bilbilov və Lazar Çvetkovski tərəfindən bəstələnmişdir. Darko Dimitrov daha öncə 2006, 2013 və 2014-cü illərdə Makedoniyanın Avroviziya mahnılarını yazmışdır.
Prut müharibəsi
Prut müharibəsi — 1710—1711-ci illərdə Çar Rusiyası ilə Osmanlı İmperiyası arasında baş verən müharibə. Əsrin əvvəllərindən etibarən Osmanlı imperiyasına qarşı olan düşmənçiliyi daha da artan, isti dənizlərə enmək və Qara dənizə çıxış əldə etmək istəklərini daha da qətiləşdirən Rusiya çarlığı Osmanlı ilə müharibə üçün bəhanə axtarırdı. Şimal müharibəsi zamanı İsveç kralı XII Karlın ordusunun Poltava döyüşündə ağır məğlubiyyətindən sonra Dəmirbaş ləqəbli XII Karl qaçaraq Osmanlı imperiyasına sığındı. Bu bəhanə edən I Pyotrun qoşunları Osmanlı ərazısınə daxil oldu. Sultan III Əhməd Rusiyaya müharibə elan etdi (1710). Yenicə Sədri-Əzəm təyin olunan Baltaçı Mehmed Paşa 200 minlik ordu ilə İstanbuldan rus qoşunlarına doğru göndərildi. Onun ardıyca Osmanlı donanması və Krım xanın qoşunları da səfərbərliyə alındı. Osmanlı qoşunları Rus qoşununu Prut çayı sahilindəki Stanileşti kəndi yaxınlığında mühasirəyə alır. Vəziyyətin ağırlığını görən I Pyotr sülh danışıqları təklif edir. Krım xanının və XII Karlın israrlarına baxmayaraq, Baltaçı Mehmed Paşa sülh bağlamaqla kifayətlənir(1711-ci il, avqust ayında).
Prut çayı
Prut (ukr. Прут, rum. Prut, mold. Prut) — Ukraynada, Moldovada və Rumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45-50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır.
Urud (Loru)
Urud, Urut (erm. Ուռուտ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Urud bələdiyyəsi"ni (erm. Ուռուտ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.020 nəfərdir.
Urud (Zəngəzur)
Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstərilir. Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir. Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər, 1987-ci ildə 16–18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Urud abidələri
Urud qəbiristanlığı — ermənilər tərəfindən dağıdılmış orta əsrlərə aid Zəngəzurun Urud kəndinin qəbiristanlığı. Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvanyə avlade-avğv (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını dağıdıblar. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulduqdan sonra Urud abidələri də ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda burada heç bir abidə qalmamışdır.
Urud livası
Urud livası — Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Urud idi. 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livası dörd nahiyəyə bölünürdü.
Urud nahiyəsi
Urud nahiyəsi və yaxud Urud nahiyəsi — 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə. Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livasının Urud nahiyəsində ümumilikdə 36 kənd var. Onlardan 6-i erməni, 30-si türk kəndidir. Türklər yaşayan kəndlərdən 30-i dağıdılıb. Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır. Urud nahiyəsi 1593 Kəndləri 5. Ağakəndi azərb. kəndi (dağıdılıb) 6. Şataq azərb. kəndi (dağıdılıb) 8.
Urud qalası
Urud qalası - Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Urud qalası qədim Zəngəzurun Qarakilsə nahiyəsinin Urud kəndində Bazarçayın sağ sahilindəki təpəlikdə VIVII əsrlərdə inşa edilmişdir. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü. Urud qalasının adı mənbələrdə 450-ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1075–1094-cü illərdə Sünikin hökmdarı I Senikərimə məxsus idi. Qala 1104-cü ildə Səlcuqlular, 1386-cı ildə Əmir Teymur, 1407-ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.XIII əsrin əvvəllərində Xəzərin şimalından gələn qıpçaq Orbelilər nəsli Zəngəzurda məskunlaşaraq xristianlığı qəbul etmişlər. Orbelilər nəsli sonradan erməniləşmişlər. Əmir Teymurun qoşunları 1386-cı ildə Süniki işğal edərkən Urud qalasını da zəbt etmişdir.
Urud qəbiristanlığı
Urud qəbiristanlığı — ermənilər tərəfindən dağıdılmış orta əsrlərə aid Zəngəzurun Urud kəndinin qəbiristanlığı. Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvanyə avlade-avğv (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını dağıdıblar. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulduqdan sonra Urud abidələri də ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda burada heç bir abidə qalmamışdır.
Urud körpüsü
Urud körpüsü — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən - Sisian) rayonunun Urud (03.07.1968-ci ildən - Vorotan) kəndində, Bazarçay çayı üzərində birtağlı körpüdür. Körpü Bədir və Qala qayalarının arasında iki iri daşın üzərində 1855-ci ildə bölgənin müsəlman bəyləri tərəfindən inşa edilmişdir. 15-20 addım uzunluğunda olan bu körpü Urud azərbaycanlı kəndini onun tarlaları, bağları ilə birləşdirir, mahalın Şam, Dərəbas, İrmis, Bəhrülü, İlizin və s. azərbaycanlı kəndlərinə gediş-gəlişi təmin edirdi. Körpünün tikintisində çay daşları, əhəng, yumurta sarısından və s. təbii tikinti materiallarından istifadə olunmuşdur. Qədimdən Türk-Oğuz boylarının yurdu olan Urud kəndində 1988-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Kəndə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il deportasiyasından sonra köçmüşlər.
Rud Qullit
Ruud Qullit (nid. Ruud Gullit) — Niderlandlı futbolçu və məşqçi. 1988-ci ilin Avropa çempionu. 1992-ci il Avropa çempionatının bürünc mükafatçısı. 1987-ci ilin Qızıl top mükafatının sahibi. Milan futbol klubu və Niderland millisindəki çıxışları ilə tanınır. Ruud Qullit 1 sentyabr 1962-ci il tarixində Amsterdam şəhərində anadan olmuşdur. Qullitin valideynləri Surinamdan olan emiqrantlar idi. Atası Corc Qullit məktəbdə iqtisadiyyatdan dərs deyirdi və öz rəsmi ailəsi ilə yaşayırdı. Ruudun anası isə Corc Qullitin məşuqəsi Mariya Dil idi.
Siəh Rud
Siyəh Rud və ya Siyəri — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanının Siəh rud bəxşində yerləşən bir şəhərdir.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,354 nəfər və 366 ailədən ibarət idi. əhalisi tamamilə azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Zayəndə Rud
Zayəndə çayı İranın mərkəzində çay adıdır. Zagros axan bu çay İsfahan şəhərinin ortasından keçərək qavxuni bataqlığına tökülür . Uzunluğu 405 kilometrdir . Vikianbarda Zayəndə ilə əlaqəli mediafayllar var.