Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Robert Putnam
Robert David Putnam— Amerikalı siyasi alim. O, Harvard Universitetinin Con F. Kennedi adına Hökumət Şöbəsində İctimai Siyasət üzrə Piter və İzabel Malkin Professorudur. Putnam beynəlxalq müqavilələrin ölkə daxilində də faydalı olarsa, uğurlu olduğunu fərz edən iki səviyyəli oyun nəzəriyyəsini inkişaf etdirmişdir. Onun ən məşhur, eyni zamanda da mübahisə doğuran işlərindən biri olan Tək Boulinq əsərində müzakirə olunan əsas məsələ 1960-cı illərdən bəri ABŞ ciddi mənfi nəticələr yaradan mülki, sosial, birlik və siyasi həyatda (sosial kapital) bağlı görülməmiş tənəzzülə məruz qalmışdır. 2010-cu ildə o, birgə nəşr etdirdiyi məqaləsində, trendin başqa istiqamətə doğru dəyişdiyini vurğulamışdır; belə ki, sosial kapitala təkan verilməsini dəstəkləsə də, əvvəlki tezisinin ("Amerikalılar indi tək boulinq oynayır") artıq doğru olmadığını da hiss edirdi. O, 2015-ci ilin martında ABŞ-də imkanların bərabərsizliyi məsələlərindən bəhs edən Uşaqlarımız: Amerika xəyalları böhran içində adlı kitabını çap etdirmişdir. Robert David Putnam 9 yanvar 1941-ci ildə Roçester, Nyu Yorkda anadan olmuş və bir gənc kimi boulinq yarışlarında iştirak etdiyi Ohayo, Port Klintonda böyümüşdür. Putnam 1963-cü ildə Suartmor Kollecindən məzun olmuşdur, burada o Fi Siqma Kappa qardaşlığının da üzvü olmuşdur. Görkəmli tələbə kimi o, Oksford Universitetinin Balliol Kollecində təhsil almaq üçün Fulbrayt təqaüdü qazanmış, daha sonralar isə 1970-ci ildə magistr və doktor dərəcəsi almaq üçün Yel Universitetinə yollanmışdır. 1979-cu ildə Harvard fakültəsinə qoşulana qədər Miçiqan Universitetində dərs demişdir.
Rusnak (kommuna)
Rusnak (fr. Roussennac, oks. Rocennac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Ziya Kutnak
Ziya Kutnak — (1870, Konstantinopol – 1940, İstanbul) Osmanlı generalı. Hicaz qubernatoru olan Çürüksulu Osman Nuri Paşanın oğlu idi. 1870-ci ildə İstanbulda anadan olub. 1891-ci ildə Hərbi Akademiyanı bitirmişdir. 1895-ci ildə mayor, 1897-ci ildə qubernator, 1902-ci ildə polkovnik rütbəsinə yüksəldi. Fransada hərbi təlimlərdə iştirak etmişdi. Fransadan qayıtdıqdan sonra Aydın və Ədirnədə jandarma komandiri vəzifəsində çalışdı. 1907-ci ildə General-mayor rütbəsinə yüksəldi. 1908-ci ildə Rusiyada hərbi təlimlərdə iştirak etmişdir. 1911-ci ildə V Mehmed Rəşad ilə birlikdə Rumeliyə səfər etmişdir.