Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paramos
Paramos-(isp.paromo-əhalisiz yer,çöl) And dağlarında,Ekvador və Kolumbiya ərazisində,Kosta-Rika dağlarında,habelə Afrikada Kilimancaro dağında 3000-4500 metr hündürlükdə yerləşən uca dağ çəmənlik zonasına verilmiş addır.Paramosda bütün aylarda orta temperatur +4,+8°-dir,hava seyrəkdir,hər gün günortadan sonra yağış yağır və bərk küləklər olur,insolyasiya isə güclüdür.Bu şəraitə uyğun bitki örtüyü vardır.Paramosdan otlaq kimi istifadə edilir.
Qramon
Qramon (fr. Gramond, oks. Gramont) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 385 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15–64 yaş arasında) arasında 145 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 79,2%, 1999-cu ildə 66,0%) olmuşdur.
Prato
Prato — İtaliyanın Toskana regionunda şəhər. Prato şəhəri Florensiyanın 20 km şimalında yerləşmişdir. 187 000 əhalisi var.
GMM Grammy
GMM Grammy Public Company Limited (Tay dili: จีเอ็มเอ็ม แกรมมี่ və ya G"MM' Grammy) Taylandın ən böyük media konqlomeratı əyləncə şirkətidir. Tayland əyləncə sənayesinin 70 faiz payına iddia edir. Grammy sənətçilərinə Thongchai McIntyre, Silly Fools və Loso daxildir. Şirkət musiqi biznesi ilə yanaşı, konsert istehsalı, rəssam menecmenti, film və televiziya istehsalı və nəşriyyatı ilə də məşğul olur.
Qurban Primov
Qurban Baxşəli oğlu Pirimov (Primov) (oktyabr 1880, Abdal, Şuşa qəzası – 29 avqust 1965, Bakı) — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931). == Həyatı == Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. == Fəaliyyəti == Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q.Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır.15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur.
Aramey dili
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.
Ramo
Ramo - İlk bölümü 14 yanvar 2020-ci ildə yayımlanan, rejissoru Çağatay Tosun, ssenari müəllifi Toprak Karaoğlu, Seda Karaoğlu və Birol Tezcan üçlüyü olan türk aksiyon və dram televiziya serialıdır. Serialın baş rol aktyoru Murat Yıldırımın canlandırdığı Ramo realda olan bir insandan təsvir olunmuşdur. 2 sezondan ibarət olan serial 16 aprel 2021-ci ildə yayımlanan 40-cı bölümü ilə sona çatdı. == Mövzu == Seriala adını verən Ramo (Murat Yıldırım) cəsur, ağıllı və haqsızlığa dözməyən quruluşa malikdir. O, ailəsi ilə birlikdə Adanada, Çukurovada illərlə fəhlə işləsə də, bu gün nüfuzlu bir ailənin qeyri-qanuni biznesi ilə məşğuldur. Ailəsinin etirazına baxmayaraq, Ramo üsyan etmək qərarına gəlir. Bununla belə, onunla müdirin qızı Sibel (Esra Bilgiç) arasında cazibə artır. Onun əsas məqsədi atasının ölümünü əmr edən Cihangir (Olgün Şimşek) adlı şəxsə çatmaqdır. Bunun üçün ilk növbədə özünü Adanada sübut etməsi və Cihangirin köməkçisi Yavuzu (Yiğit Özşener) arxasına alması şərtdir. Ailəsi və dostları ilə Adana ilə İstanbul arasında üsyan hekayəsi başlayacaq.
Beverli Ramos
Beverli Ramos (24 avqust 1987, San Xuan, Puerto-Riko) — Puerto-Rikonu təmsil edən marafonçu. Beverli Ramos Puerto-Rikonu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Beverli Ramos birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında 3000 metr məsafəyə maneələrlə qaçış yarışlarında qüvvəsini sınadı və təsnifat mərləhəsini 9 dəqiqə 55.26 saniyəyə qət edərək 12-ci yeri tutdu. Beverli Ramos növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 43 dəqiqə 52 saniyəyə qət edərək 157 marafonçu sırasında 71-ci yeri tutdu.
Erik Ramos
Erik Fabian Ramos — Paraqvay futbolçusu, "Neftçi Bakı" klubunun eks-oyunçusu və Paraqvay milli futbol komandasının oyunçusu. == Karyera == === Klub karyerası === Erik Ramos Karapequada doğulub. Karyerası boyunca Ramos Paraqvayda və Azərbaycanda "12 oktyabr", "3 fevral", "Rubio Nyu", "Neftçi Bakı" futbol klublarında oynayıb. 2012-ci ilin yayında Erik Ramos "Neftçi Bakı" ilə 1 illik icarə müqaviləsi imzalayıb. İlk mövsümdə o klubu ilə birlikdə Azərbaycan Premyer Liqasının qalibi və Azərbaycan kubokunun sahibi olub. 2012–2013-cü il mövsümündən sonra 2 klub öz aralarında transfer barədə anlaşa bilməyib və Erik Ramos Paraqvaya qayıdıb. 2014-cü ilin iyununda "Neftçi Bakı" Erik Ramosun klubuna transfer üçün pul ödəyib və müqavilə imzalanıb. 2015–2016-cı il mövsümündəki Azərbaycan kubokunun finalından sonra Erik Ramos klubda qalmayacağını bildirib. === Milli === Erik Ramosun Paraqvay milli futbol komandasında debütü 2012-ci ildə olub.
Haim Ramon
Haim Ramon (ivr. ‏חיים רמון‏‎; 10 aprel 1950) — 1983-2009-cu illər arasında Knessetin üzvü olan və həm Baş Nazir müavini, həm də Baş Nazir Aparatında dövlət siyasətinə cavabdeh olan bir İsrail siyasətçisidir.
Mariano Rahoy
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey d. 27 mart 1955) - İspaniyanın eks Baş Naziri (21 dekabr 2011-1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Mariano Rajoy
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey d. 27 mart 1955) - İspaniyanın eks Baş Naziri (21 dekabr 2011-1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Mariano Raxoy
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey d. 27 mart 1955) - İspaniyanın eks Baş Naziri (21 dekabr 2011-1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Nataliya Ramos
Nataliya Nora Ramos Koen (ing. Nathalia Norah Ramos Cohen; 3 iyul 1992, Madrid) — ABŞ aktrisası.
Prado muzeyi
Prado muzeyi — İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən muzey. Muzeydə hal-hazırda 1.300 sənət əsəri saxlanılır. Saxlanılan eksponatları üç yerə ayırmaq olar: məşhur rəssamların tabloları, tarixi heykəl nümunələri və qədim sikkə pul vahidləri. == Qalereya == Prado muzeyi == Ekspozisiyaların yığılması == == Xarici keçidlər == Prado muzeyinin rəsmi saytı. Prado muzeyinin interaktiv mağaza xidməti. Prado muzeyində olan 15 əsas tablo. Prado muzeyi – Tarix və Şəkillər silsiləsi. Qeyd olunan əsərlər Prado muzeyinə aiddir. Arxivləşdirilib 2011-10-16 at the Wayback Machine Prado muzeyi, təsvir və fotoşəkillər Arxivləşdirilib 2011-07-11 at the Wayback Machine (isp.) Prado muzeyi xəritəsi, qiymət, əlaqə, əlavə informasiyalar, haqqında məlumat Google dünya proqramı ilə Prado muzeyiə yüksək keyfiyyətlə bax.
Primo Sentimenti
Primo Sentimenti (d. 28 dekabr 1926 – ö. 13 oktyabr 2016) — Sentimenti V kimi də tanınan, yarımmüdafiəçi kimi çıxış etmiş İtaliya futbolçusu və baş məşqçisidir. Sentimenti Modena əyalətinin Bomporto şəhərində anadan olmuşdur. == Karyerası == Sentimenti bir neçə İtaliya futbol klunda çıxış etmişdir. Bunlardan ən yadda qalanı isə "Latsio" klubundakı oyunu olmuşdur. O, bu klubda 200-dən çox oyun keçirtmişdir. === Şəxsi həyatı === Sentimenti ailəsi İtaliya futbolunda məşhur ailələrdən idi. Lusidioda onun qohumlarının bəziləri və onun qardaşları yaşayırdı; Ennio, Lusidio, Vittorio və Arnaldo, xalası uşaqları Lino və qardaşı oğulları Roberto və Andreya Sentimenti. Primonun iki qardaşı Vittorio və Lusidio 1950-ci illərdə Latsioda çıxış etmişdir.
Ramon Maçado
Ramon Machado de Macedo (4 aprel 1991) — Misli Premyer Liqasının klublarından Qəbələdə hücumçu kimi çıxış etmiş braziliyalı peşəkar futbolçudur. == Karyerası == === Jahn Regensburg === Ramon Machado de Macedo, Braziliya ölkəsindən Paraná Clube'dan Jahn Regensburg'un U-23 komandasına 2012-ci ilin mart ayında köçdü. Orada hücumçu keyfiyyətləri ilə əvvəldən özünə diqqət çəkdi, Landesliga Mitte'de (6-cı divizion da) doqquz oyunda səkkiz qol vurdu. Machado De Macedo bu səbəbdən 2011/12 mövsümündə üçüncü divizionda oynayan və sensasiyalı şəkildə yüksələn birinci komandanın heyətinə qatılmaq üzrə idi, lakin oyun icazəsinin olmaması gənc Braziliyalıya mane oldu.2012-ci ilin iyul ayında peşəkar bir müqavilə imzaladı və 2012/13 mövsümündən ikinci divizion komandasının heyətində idi. 2012/13 mövsümünün 1-ci oyun günü olan 4 avqust 2012-ci ildə Ramon, TSV 1860 Münhenlə səfər oyununda (0: 1) Denis-Danso Weidlich'in 75-ci dəqiqəsində meydana çıxanda peşəkar futbol debütünü etdi. Eyni mövsümün 13-cü matçında, peşəkar futbolda ilk qolunu 17-ci dəqiqədə FC Ingolstadt 04 ilə səfər oyununda vurdu. === Neftçi === Ramon Maçado 1 sentyabr 2021 ci ildə Neftçiyə transfer olundu.İlk oyununu Azərbaycan Premyer Liqasının 3 cü turunda Qarabağa qarşı keçirdi.O oyunda meydana ikinci hissədən daxil oldu. Ramon Maçado çoxlu qol epizodları yaratsa da fərqlənə bilmədi. "Neftçi"də ilk dəfə meydana çıxdığı ikinci oyunda fərqlənə bilib.19 sentyabr 2021 ci ildə keçirilən Azərbaycan Premyer Liqasının 4 cü turunda Neftçi-Keşlə oyununa ikinci hissədən meydana çıxan Ramon Maçado 50 ci dəqiqədə fərqlənib İkinci qolunu isə ilk dəfə Neftçidə start heyətdə meydana çıxdığı oyun olan Azərbaycan Premyer Liqasının 5 ci turunun Sabah-Neftçi qarşılaşmasının 20 ci dəqiqəsində vurub. O oyunda komandası 1:2 hesabı ilə qələbə qazanıb.
Ramon Merkader
Ramon Merkader (isp. Jaime Ramón Mercader del Río; 25 yanvar (7 fevral) 1913, Barselona – 18 oktyabr 1978, Havana) — ispan kommunist və NKVD agenti. Ramon Merkader 1940-cı ildə Marksist inqilabçı və nəzəriyyəçi Lev Trotskini öldürməklə məşhurlaşmışdır. Üzərindən məxfilik götürülən sənədlərdə Merkaderin NKVD agenti olduğu göstərilmişdir. Törətdiyi cinayətə görə Merkader Meksikada 20 il məhkumluq həyatı yaşadı. Həbsdə olarkən İosif Stalin tərəfindən qiyabi olaraq Lenin ordeni ilə mükafatlandırıldı. 1961-ci ildə həbsdən azad olunduqdan sonra Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdır. Merkader Sovet İttifaqı Qəhrəmanı adını qazanmış SSRİ vətəndaşı olmayan 27 şəxsdən biridir. == Həyatı == Ramon Merkader 1913-cü ildə İspaniyanın Barselona şəhərində dünyaya gəlmişdir. Uşaqlıq illəri anasının Fransaya köçməsi səbəbindən burada keçmişdir.
Ramon Muntaner
Ramon Muntaner (kat. Ramon Muntaner; 1265[…] – 1336, İbiza) — katalan əsgər və həyatından bəhs edən "Xronikalar" (kat. Crònica) əsəri ilə tanınan yazıçı, tarixçi. "Xronikalar" əsərində o, Katalan kompaniyasında komandir kimi başına gəlmiş hadisələrdən də söhbət açmışdır. O, Pereladada anadan olmuşdur. == Əsəri == Katalan kompaniyası Rojer de Florun başçılığı altında olan yüngül piyadalardan ibarət ordu idi və araqon və katalan muzdlu əsgərlərindən qurulmuşdur. Bu əsgərlər almoqavarlar kimi də tanınırdılar. Rojer bu kompaniyanı Konstantinopolda yunanlara türklərə qarşı döyüşməkdə kömək etmək üçün başlatmışdı. Ramon Muntanerin "Xronikalar" əsəri 4 Möhtəşəm katalan xronikasından biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür.
Ramon Pileta
Ramon Pileta (20 mart 1977) — Honduraslı cüdoçu. Ramon Pileta Hondurası 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ramon Pileta birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər +100 kq çəkidə, 1/16 final mərhələsində Braziliyaın nümayəndəsi Rafael Silva ilə üz-üzə gəldi. Həmin görüşdə Ramon Pileta rəqibinə 0:110 hesabı ilə uduzdu.
Ramon Pineyro
Ramon Pineyro (d. 31 may 1915, Lankara — ö. 27 avqust 1990, Santiaqo de Kompostela) — qalisiyalı yazıçı, filosof və siyasətçi. 2009-cu ildə Qalisiya Ədəbiyyat Günü (17 may) ona həsr olunmuşdur. == Uşaqlığı == Fernandes Lopes və Salvador Pineyro Qarsiya cütlüyünün 3-cü oğlu kimi Qalisiyada anadan olmuşdur. 6 yaşına qədər ancaq Qalisiya dilini bilmişdir. 6 yaşında məktəbə gedəndə ispan dilini bilmədiyindən təhsil həyatının ilk illərində çətinliklər çəkmişdir. Liseydə qanunsuz Qalisiya Partiyasına qatılmışdır. == Fəaliyyəti == Santiaqo de Kompostelada fəlsəfə təhsili almışdır. Qalisiya əyalət komissiyasında Qalisiya Muxtariyyət Əsasnaməsi üzərində işləmişdir.
Ruy Ramos
Ruy Ramos (d. 9 fevral 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib, 1 qol vurub.
Serxio Ramos
Serxio Ramos (30 mart 1986[…]) — Pari Sen-Jermen FK-nın müdafiəçisi. == Uğurları == === Klub === Real Madrid İspaniya La Liqası Qalib (5): 2006/07, 2007/08, 2011/12, 2016/17 İspaniya Superkuboku Qalib (4): 2008/09, 2012/13, 2017/18, 2019/20 İspaniya Kral Kuboku Qalib (2): 2010/11,2013/14 Çempionlar Liqası Qalib (4): 2013/14,2015/16,2016/17,2017/18 Klublararası Dünya Çempionatı Qalib (4): 2014, 2016, 2017, 2018 UEFA Superkuboku Qalib (3): 2014/15, 2016/17, 2017/18 PSJ Fransa Liqa 1 Qalib (1): 2021/22 Fransa Superkuboku Qalib (1): 2022/23 === Şəxsi === === Milli === İspaniya U-19 U-19 Avropa Çempionatı Qalib (1): 2004 İspaniya Avropa Çempionatı Qalib (2): 2008, 2012 Dünya Çempionatı Qalib (1): 2010 == Karyerası == === Seviliya === Karyerasına Sevilya FK-da başlayıb. Burada 2003-2004 sezounda 5 oyunda meydana çıxdı. Ancaq heç bir qol vura bilmədi. Növbəti sezon da da Sevilya Futbol Kulubunda oynadı. Bu mövsümdə 23 oyun keçirən Ramos 2 qolla yadda qaldı. Sevilya ilə ilk qolunu 26 iyul 2004-cü ildə Real Sosyedad ilə oynanılan oyunda vurub.Matç Sevilyanın 2-1 hesablı üstünlüyü ilə qurtardı. === Real Madrid === 2005-ci ildə Ramos 27 milyon avro qarşılığında Sevilyadan Real Madridə transfer olundu. O, Real Madridin kapitanı səviyyəsinə yüksəlib. İlk mövsümündə 4 qol vurub.
İlan Ramon
İlan Ramon (ivr. ‏אילן רמון‏‎; 20 iyun 1954, Ramat-Qan, Təl-Əviv dairəsi – 1 fevral 2003, Texas) — İsrail Hərbi Hava Qüvvələrində xidmət etmiş pilot, NASA-nın ilk israilli kosmonavtı.
Şamoy Çobanov
Şamoy Çobanov (19 yanvar 1965, Ağköynək, Qazax rayonu – 19 avqust 1990, Yuxarı Əskipara, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamoy Çobanov 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1 saylı Qazax şəhər ortaməktəbini bitirdikdən sonra, avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Ş.Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunaraq, Qazax rayonuna qayıdır. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur. Ermənilərin Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş.Çobanov da xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Cəsur polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə Şamoy xüsusi qəhrəmanlıq nümayiş etdirərək, ermənilərə qarşı döyüşür. "Qanlı dərə" deyilən yerdə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirir.