Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yevgeni Ptiçkin
Yevgeni Nikolayeviç Ptiçkin (rus.: Евгений Николаевич Птичкин) — rus bəstəkarı, RSFSR-in əməkdar incəsənət xadimi (1978), RSFSR-in xalq artisti (1988). == Həyatı == Yevgeni Ptiçkin 1 iyun 1930-cu ildə Moskvada anadan olmuşdur. 1957-ci ildə Musiqili-pedaqoji institutunun kompozisiya sinfini bitirmişdir. Bir vaxtlar səs rejissoru çalışan Y. Ptiçkin sonralar peşəkar bəstəkara çevrilir. 1960-cı illərin əvvəllərindən kinoda çalışmışdır. Ona ən böyük şöhrəti 1970-ci ildə çəkilmiş "Mənim küçəm" filminə yazdığı mahnı gətirmişdir. Yevgeni Nikolayeviç Ptiçkinin musiqiləri 70-dən artıq bədii və animasiya filmlərində səslənmişdir. Bu mahnıları məşhur müğənnilər – Anna German, İosif Kobzon, Mayya Kristalinskaya, Lüdmila Qurçenko ifa etmişlər. Bəstəkar Yevgeni Nikolayeviç Ptiçkin 28 noyabr 1993-cü ildə doğulduğu Moskva şəhərində vəfat etmişdir.
German Potoçnik
German Potoçnik (sloven. Herman(n) Potočnik, ləqəbi German Nordunq, alm. Hermann Noordung‎) — milliyyətcə sloven olan Avstriya-Macarıstan raket mühəndisi və astronavtikanın qabaqcıllarından biri. == Bioqrafiya == Atasının ölümündən sonra (1894) Marburq an der Dravada (Ştiriya hersoqluğu) böyüür. Sonralar (ehtimal ki, əmisi, imperator və kral ordusunun general-mayorunun dəstəyi ilə) Moraviyadakı ordu məktəblərində, 1910-1913-cü illərdə, Mödlinqdəki Hərbi Texniki Akademiyada təhsil almışdır. O, kiçik leytenant rütbəsi, mühəndis dərəcəsi ilə "körpülərin və dəmir yollarının tikintisi" ixtisasını bitirmişdir. Birinci Dünya müharibəsi zamanı Qalisiya, Serbiya və Bosniyada xidmət etmişdir. 1915-ci ildə baş leytenant rütbəsi almışdır. 1919-cu ildə kapitan rütbəsində səhhətinə görə (vərəm) təqaüdə çıxır. Vyana Texnologiya Universitetində elektrik mühəndisliyi və maşınqayırma mühəndisliyi üzrə təhsil alıb.
Çəmənlikdə piknik
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.
Ptiçi (Oxot dənizi)
Ptiçi adası — Oxot dənizində yerləşən ada. Kamçatka yarımadasının qərb sahillərinə yaxın yerləşir. == Coğrafiyası == Ptiçi adası Xayryuzovoy çayının mənsəbindən şimal-qərbdə yerləşir. Ada 0,8 km uzunluğa, 0,35 km enə malikdir. Oxot dənizinin şimal-şərqində Kamçatka yarımadasından 7,6 km qərbdə yerləşir. İnzibati cəhətdən Kamçatka diyarı ərazisinə daxildir. == Tarix == XX əsrin 20-ci illərinə qədər adalarda heç kəs yaşamamışdır. Ancaq sahildə yaşayan itelmenlər tərəfindən tez-tez ziyarət olunurdu. Bu barədə məlumatı V. N. Tyuşov (1897) vermişdir.
Ptiçi (Tunayça gölü)
Ptiçi — Saxalin adasının cənubunda, Tunayça gölünün mərkəzində yerləşən kiçik ada. İnzibati baxımından Korsakov şəhər dairəsinə daxildir. adada yaşayış yoxdur. Bununla belə tez-tez turist, balıqçı və ovçular tərəfindən ziyarət edilir.
Ptiçi (Şantar adaları)
Ptiçi adası — Şantar adaları qrupuna daxil olan ada. Ada materikdən 12 km aralıda qərarlaşır. Uzunluğu 2,5 km, eni isə ən gen hissəsə 1,5 km təşkil edir. Ada ərazisində nəhəng eynəkli təmizçi koloniyası var. Burada Uria lomvia yuva qurur. 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları» yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Joze Puçnik adına Beynəlxalq Hava Limanı
Joze Puçnik adına Beynəlxalq Hava Limanı — (Sloven. Letališče Jožeta Pučnika Ljubljana) Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerləşir. Brnik kəndi yaxınlığında yerləşdiyindən əvvəlki adı Brnik hava Limanı olmuşdur. Sloveniyanın ən iri milli havayolu şirkəti olan Adria Airways üçün əsas hava limanıdır. == Tarixi == Aeroport rəsmi olaraq 1963-cü il dekabrda fəaliyyətə başlamış və 1933-cü ildən fəaliyyət göstərən Pole hava limanı ilə əvəzlənmişdir. 1964-cü ilin yanvar ayında Brnik hava limanından müntəzəm uçuşlar başlayır. 1991-ci il iyunun 27-də Sloveniyanın Yuqoslaviyadan müstəqillik qazandığı gündən 2 gün sonra, Yuqoslaviya ordusu ölkədə hərbi əməliyyatlara başladı. Müharibənin 1-ci günü hava limanı bombalanmışdı. Növbəti gün, iyunun 28-də, Avstriya və Almaniyadan gələn iki jurnalist, Nikolas Vogel və Norbert Verner, aeroport yaxınlığında idarə etdikləri avtomobildə raketlə vurularaq öldürülmüşdü. Dörd Adria Airways təyyarəsi də Yuqoslav Hava Qüvvələrinin hücumu zamanı ciddi ziyan gördü.