Pan-Avropa pikniki
Panavropa pikniki — Avstriya-Macarıstan sərhəddində Şopron şəhəri yaxınlığında 19 avqust 1989-cu il tarixində baş verən sülh nümayişi.
1989-cu ildə Mərkəzi Avropada vəziyyət "gərgin" qiymətləndirlirdi. Diktator hökumətlərinə baxmayaraq Şərq Bloku ölkələrinin vətəndaşları demoktratik seçkilər, söz azadlığı və sovet qoşunlarının ölkələrindən çıxarılmasını tələb edirdi. Qərbi Almaniya kimi bir sıra ölkələrdə sərt kommunizm qaydaları hökm sürsə də , Macarıstan kimi digər qrup ölkələrdə isə reformist bir yanaşma mövcud idi. Qorbaçovun yeni siyasəti ilə dəstəklənən reformist-kommunist ölkələrin liderləri dəyişikliyin zəruriliyini qəbul edirdi. Qeyri-hökumət təşkilatları və yeni siyasi partiyalar demokratik və çox partiyalı bir sistemə keçid mərhləsində mühüm rol oynadılar. Həmin il bir çox Mərkəzi Avropa ölkəsində siyasi sistemin dəyişdirilməsi ilə bağlı masa arxası müzakirələr aparıldı. Fevral ayında rəsmi müzakirələrə Varşavada start verildi və aprel ayının 4-ə "Polşa dəyirmi masa" sazişi imzalandı, bundan başqa 4 iyunda keçiriləcək seçkinin vaxtı da müəyyənləşdirildi.
1989-cu ilin əvvəllərində Rumınya əhalisi Debreçen yaxınlığındakı Macar-Rumın sərhəddində yerləşən qaçqın düşərgələrinə toplanılırdı. 1989-cu ilin yaz aylarında 30–40 nəfərə yaxın vətəndaş Macarıstan hökumətindən sığınacaq istədi.