Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pendik
Pendik İstanbul ilinin Anadolu yaxasında, Mərmərə dənizinə sahili olan və Kocaeli yarımadasında yerləşən bir rayondur. Cənub-şərqdən Tuzla, şərqdən Kocaelinin Gebze rayonu, şimaldan Şilə və Çəkməköy, qərbdən Kartal, Sancaktəpə və Sultanbəyli, cənubdan isə Mərmərə dənizi ilə əhatə olunub. Əhali sayına görə İstanbulun 4-cü, Anadolu Yakası isə ən sıx rayonudur. 1987-ci ilə qədər Kartal rayonunun qəsəbələrindən biri olub, 1987-ci ildən sonra Kartaldan ayrılaraq rayon olub. Sonra şərq qonşusu Tuzla 1992-ci ildə Pendikdən ayrıldı. Sonrakı illərdə Tuzlada olan Güzelyalı mahalı yenidən Pendikə bağlandı. Hazırda bələdiyyə sədri 2019-cu ildən Əhməd Cindir. Təxminən 200 km2 əraziyə yayılmışdır və 9 km sahil xəttinə malikdir. Pendikin səth formaları ümumiyyətlə kobuddur. Dəniz sahili sahildən şimala doğru gil və qum və silisiumla örtülüdür.
Şenlik
Şenlik – (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskəni olub, ailə nufusunun sayına gorə ondan kiçik yaşayış məskəni. Şenlik (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskənlərindən biridir. Koma quruluşlu yaşayış məskənlərindəki hər bir koma ayrıca bir şenlik təşkil edir və əksər hallarda monogen xarakterli olurdu. Şənlik əhalisinin tərkibi, əsasən, qohum tayfalardan formalaşırdı. XIX əsrin ikinci yarısında N.A.Abelov yazır ki, ayrı-ayrı nəsil və qrupların (tirə, oymaq) məskun olduğu köçəri icma məskənlərini müsəlmanlar şenlik adlandırırlar. XIX əsrdə Azərbaycan xalq yaşayış məskənlərinin tarixən yaranmış tipləri olan kənd, oba və şenlik anlayışları, aralarında bəzi fərqlərin olmasına baxmayaraq, bütövlükdə "yaşayış məskəni" mənasında işlədilmişdir.
Şənlik
Şənlik (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Şənlik (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Şənlik bələdiyyəsi — Azərbaycan Respublikasının Ağcabədi rayonunda bələdiyyə.
Svennik Hoyer
Svennik Hoyer (3 Avqust 1931 – 8 Yanvar 2017) — Norveçli siyasi alim. Hoyer 1931-ci ildə Berumda anadan olmuşdur. O, 1959-cu ildə Oslo Universitetinin siyasi elm fakultəsini, 1974-cü ildə isə fəlsəfə doktoru fakultəsini magistr səviyyəsində bitirmişdir. O, 1985-ci ildə Oslo Universitetində Tədqiqat İnstitutunun professoru təyin olunmuşdur. Onun elmi maraqlarına jurnalist peşəsi və jurnalistikanın inkişafı kimi aspektlər, mətbuatın struktur inkişafı, mətbuat və siyasət arasında qarşılıqlı əlaqə və texnologiya və cəmiyyət arasında qarşılıqlı əlaqələr daxildir.
Aşıq Şenlik
Aşıq Şenlik (əsl adı:Həsən; 1850, Çıldır – 1913, Arpaçay ilçəsi, Qars ili) — Azərbaycanlı Türk aşıq İrəvanda Aşıq Şenliyin bağlamalarına cavab verə bilməyən aşıqlar ona düşmən kəsilirlər. Saz-söz meydanında məğlub olmuş aşıqlar Şənliyin çayına vədəli zəhər qatırlar Aşıq Şenlik ağır vəziyyətdə İrəvandan Ağbaba mahalının Quzukənd kəndində yaşayan qızı Gülxanımın evinə gətirilir. Aşıq qızının evində vəfat edir. Vəsiyyətinə əməl olunaraq 1912-ci ildə Çıldır mahalının Suxara kəndində Təzə məzərlik deyilən yerdə dəfn olunmuşdur. Aşıq Şenlik ilk sevgisinin uğursuzluğundan sonra Hürü adlı bir qızla evlənmişdir. Onun iki oğlu — Qasım, İsgəndər, üç qızı – Hənifə, Gülənaz, Gülxanım dünyaya gəlmişdir. Şenliyin böyük oğlu Qasım da aşıq olmuş, 1954-cü ildə vəfat etmişdir. Qasımın oğlu Yılmaz Şenlik babasının ədəbi irsinin kamil bilicisidir. Yılmaz Şenlik Qarsda yaşayan məşhur aşıqlardan sayılır. Tarixi və çağdaş aşıq mühitləri sırasında Çıldır aşıq mühiti həm yaradıcılıq, həm də ifaçılıq-sənətkarlıq baxımından özəl bir yer tutur.
Sennıe Ludı
Sennıe Ludı — Barens dənizində daxil olan Ura körfəzində yerləşən 3 adacıqdan ibarət adalar qrupu. Onların uzunluqları 130 – 200 m arasında yerləşir. Şalim adasının cənub qutaraçağından 100–170 m aralıda qərarlaşırlar. Arxipelaqın ümumi uzunluğu 700 metrdir. Qrupa daxiil olan adalardan biri Şalim adasına dayazlıqla birləşir. Yay ayları adaların üzəri ot bitkiləri ilə örtülür. Görünür adaya adın verilməsi bununla əlaqədardır. Ağ dənizdə də Soloves arxipelaqına daxil olan Sennıe Ludı adlı ada vardır. Сенные Луды // Кольская энциклопедия. В 5 т.
Şənlik (Ağcabədi)
Şənlik — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şənlik kənd inzibati ərazi dairəsində kənd.
Şənlik (Kəlbəcər)
Şeyinli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Şeyinli kəndi Qarabağ yaylasının ətəyindədir. Keçmiş adı Təkdam olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Mirik kəndindən köçüb gəlmiş Şeyin adlı şəxs salmışdır. Hazırda oradakı nəsil də şeyinoğlular adlanır. Kəndin ərazisində bu nğsilin adi ilə bağlı bir neçə obyekt qeydə alınmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Şənlik bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şənlik Əliyev
Şənlik Müslüm oğlu Əliyev (1935, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1985–1988), Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi (1979–1985). Şənlik Müslüm oğlu Əliyev 1935-ci ildə Bakıda anadan olmuşdur. 1959-cu ildən Leytenant Şmidt adına zavodda mühəndis, laboratoriya müdiri, baş konstruktorun müavini, zavodun baş mühəndisi işləmişdir. Daha sonra partiya işinə keçirilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri olmuşdur. 20 yanvar 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi seçilmiş və 1985-ci ilədək bu vəzifədə çalışmışdır. 1985–1988-ci illərdə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri olmuşdur. Şənlik Əliyev 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 10-cu və 11-ci çağırış SSRİ Ali Sovetinin deputatı, eləcə də Sov.İKP XXVI və XXVII qurultaylarının nümayəndəsi seçilmişdir.
Populus × sennii
Populus angustifolia (lat. Populus angustifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Populus balsamifera var. angustifolia (E.James) S.Watson Populus × canadensis var. angustifolia (E.James) Wesm. Populus angustifolia var. coloradensis (Dode) Gombócz Populus coloradensis Dode Populus fortissima A.Nelson & J.F.Macbr.
Artin Penik
Artin Penik (1921, Konstantinopol, Osmanlı imperiyası – 15 avqust 1982, İstanbul) - Erməni əsilli türk vətəndaşı. Artin Penik həyatının 20 ilini Türkiyədən kənarda yaşamışdır. Uzun müddət ABŞ-də yaşayan Artin Penik sonralar Türkiyə qayıtmışdır. Əsənboğa hava limanında terror aktının törədilməsindən sonra, ASALA terror təşkilatına etiraz olaraq, Artin Penik 1982-ci il, 15 avqust tarixində İstanbul şəhərinin Taksim meydanında üzərinə benzin tökərək, özünü yandırmışdır. Dərhal xəstəxanaya çatdırılmış və 2 saat müddətində üzərində ağır cərrahi əməliyyat aparılmışdır. Bədənin böyük bir qisminin yanması, səbəbindən Artin Penik -1 dərəcəlik otaqda saxlanılmışdır. Həkimlərin bütün cəhtlərinə baxmayaraq, Artin Penik xəstəxanaya gətirildikdən 5 gün sonra vəfat etmişdir. Artin Penik vəfat etməsindən iki gün əvvəl Türkiyə dövlət televiziyasına müsahibə vermişdir. Müsahibədə, özünü yandırdığına görə peşman olmadığını və bu addımı heç kimin təsirinə düşmədən atdığını bildirmişdir. Artin Penikin ilk və son müsahibəsi (VIMEO) Artin Penikin müsahibəsiı (Youtube) Hüriyyət qəzetində Artin Penik haqqında xəbər və onun özünü yandırmazdan əvvəl yazdığı məktubu.
Penni Mordont
Penelope Meri Mordont (ing. Penelope Mary Mordaunt; 4 mart 1973, Torki, Devon qraflığı) — Böyük Britaniyanın siyasi və dövlət xadimi. 15 sentyabr 2021-ci ildən Böyük Britaniyanın ticarət siyasəti üzrə dövlət naziri. Əvvəlllər Böyük Britaniyanın ilk qadın müdafiə naziri olub (1 may — 24 iyul 2019-cu il). Penni Mordont 4 mart 1973-cü ildə Devon krallığının Torki şəhərində anadan olub.[daha etibarlı mənbəyə ehtiyac var]. O bildirir ki, o atası desantçı olduğuna görə ona Arethusa HMS sinifli Penelope adlı kreyserin adı verilib . Atası Con Mordont, Hilsi kazarmalarında anadan olub, desant polkunda qulluq edib, sonra müəllim ixtisasına keçib, sonda isə Hempşir şurasında gənclər üzrə işçi kimi çalışıb. Anası Cennifer ( qızlıq soyadı Snouden), Purbrukun bir neçə məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim kimi çalışıb. Ana xətti ilə o ilk leyborist xəzinədarlıq kansleri Filip Snoudenin qohunudur, aktrisa Anjela Lensberi onun nənəsinin əmisi qızıdır, beləlikə o leyboristlərin keçmiş lideri Cor Lensberinin uşaq qohumudur. Prnninin iki qardaşı var : ekiz qardaşı Ceyms və kiçik qardaşı Edvard.
Qara penni
"Qara penni" (ing. Penny Black) — tarixdə birinci poçt markası. Qara penni 1840-cı ildə çap olunub. İngiltərədə çap olunan bu marka qara rəngdə və bir penni dəyərində olduğuna görə onu "Qara penni" adlandırıblar. Yapışqanlı marka ideyasını ilk dəfə kitab satıcısı Ceyms Çalmers (ing. James Chalmers, 1782−1853) təklif etsə də, bu markanın ixtirasını general-postmaster Roulan Hillin (ing. Rowland Hill; 1795–1879) adı ilə bağlayırlar. İlk poçt markasının dizaynı üçün elan olunan müsabiqədə 2700-ə yaxın təklif irəli sürülsə də, Çarlz və Frederik Hit (ing. Charles and Fredrick Heath) və Henri Koulun (ing. Henry Cole) layihəsi qalib gəlir.
Sədnik Paşa Pirsultanlı
Sədnik Paşa Pirsultanlı (Paşayev Sədnik Xəlil oğlu; 20 may 1929, Qazaxyolçular, Dəstəfur rayonu – 26 avqust 2013, Gəncə) — Şair, filologiya elmlər doktoru, professor, 1988-ci ilin dekabr ayının 30-da "Əmək veteranı", 1992-ci ilin may ayının 4-də Əməkdar Mədəniyyət işçisi, 2007-ci ilin yanvar ayında Qabaqcıl Təhsil işçisi, Türkiyə cumhuriyyəti Kültür Bakanlığının "Teşekkür belgesi"- laureatı Sədnik Xəlil oğlu 20 may 1929-cu il tarixdə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1946-cı il "Daşkəsən" qəzeti, "Zəfər bayramı" adlı ilk şeiri çap olunub. Natamam orta təhsilini Qazaxyolçular kəndində, orta təhsilini Dəstəfur internat məktəbində alıb. 1950-ci ildə H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) birinci kursuna qəbul olunub, 1954-cü ildə Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. 2004-cü ildən AYB-nin üzvüdür. 1955-ci ildən 1970-ci ilə qədər "Yeni Daşkəsən" (Daşkəsən), "Mübariz" (Goranboy) və "Yenilik" (Kəlbəcər) rayon qəzetlərində redaktor, "Kirovabad kommunisti" qəzetinin məsul katibi işləyib. 1970-ci ilin oktyabr ayında H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna müsabiqə yolu ilə müəllim qəbul olunub, baş müəllim, dosent, professor vəzifələrində işləyib. Gəncə Dövlət Universitetinin professoru idi. 26 avqust 2013-cü ildə Gəncədə ürək tutmasından dünyasını dəyişib. 1993-cü ildən Ankarada keçirilən "İpək yolu uluslararası xalq ədəbiyyatı simpoziumu"nda və Nevşəhərdə keçirilən "Hacı Veli Bektaşi" törənində məruzəçi kimi çıxış edib.
Şənlik bizə yaraşır (film, 1974)
Film Lənkəran rayonunun son illərdəki mədəni yüksəlişinə həsr olunmuşdur. Kinolent Lənkəranın sosial-iqtisadi inkişafı, problemləri, mədəniyyəti, ziyalıları və zəhmət adamları haqqında söhbət açır.
A Matter of Time (Sennek mahnısı)
A Matter of Time (azərb. Zaman məsələsi‎) — Belçikanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sennek "A Matter of Time" mahnısı ilə Belçikanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcək. Mahnı ifaçı Laura Qrusıniken və eyni zamanda onun musiqi yoldaşları olan Aleks Kallye və Maksim Tribex tərəfindən bəstələnmişdir.