Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pıxrut
Pıxrut - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Pinus
Şam ağacı (lat. Pinus) — şamkimilər fəsiləsinə aid bitki cinsi. Şam ağacının 115 növü məlumdur. Şam ağacının iynəyarpaqlarından diş ağrısının müalicəsində istifadə olunur. Ağızı iynəyarpaq həlimi və sirkə ilə yaxalamaq uğurlu nəticə verir. İynəyarpaq buxarı ilə inhalyasiya etmək aborta kömək edir və aybaşının başlanmasına təkan verir. İynəyarpağın tüstüsü qaş və kipriklərin tökülməsində, gözdən yaş gəldikdə və zəif görmədə kömək edir. Şamağacı tumurcuğunun həlimi öskürəyə qarşı vasitədir. İynəyarpağından böyrək xəstəliklərinə qarşı preparatlar və vanna üçün şamağacı ekstraktı hazırlanır. İynəyarpaq-karotin pastası yaraların müalicəsində işlənir.
Dərman pionu
Dərman pionu (lat. Paeonia officinalis) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Kihnu adası
Kihnu (est. Kihnu) — Baltik dənizində yerləşən ada. Kihnunun sahəsi 16,4 km² təşkil edir. Estoniyanın ərazisinə daxildir. Kihnu adası Riqa körfəzinə daxil olan iri adalardan biridir. Estoniyanın isə sahəsinə görə yeddinci adasıdır. İnzibati cəhətdən isə Pyarnu qəzasının Kihnu rayonu ərazisinə daxildir. Adada dəniz və konntinental mülayim iqlim hakimdir. Orta illik temperatur — 6,8 °C Küləyin orta günlük sürəti — 5,7 m/s Havanın mütləq rütubəti — 83 % Kihnu adası ərazisində ilk insan yayış məntəqəsi üç min il öncəyə aiddir. Ada haqqında ilk yazılı məlumat isə 1386-cı ilə aiddir.
Mlokoseviç pionu
Mlokoseviç pionu (lat. Paeonia mlokosewitschii) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir — VU D2. Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündə, düz, budaqlanandır. Yarpaqlar ikiqat-üçlü, uzun saplaqlı, uzunsov–yumurtavari və ya uzununa ellipsi formalıdır, hər iki kənardan daralmış hissəli, 6-12 sm uzunluğunda, üstdən göyümtüldür. Çiçəkləri solğun–sarı və ya sarıdır. Ləçəkləri 4-6 sm uzunluğunda olur. Yarpaqcıq 2-5 sm uzunluqda, 1-1,5 sm enində, sıx sarımtıl tüklərlə örtülmüş, qövsvari çevrilmişdir.
Pinus abies
Adi küknar (lat. Picea abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur.
Pinus adunca
Pinus radiata (lat. Pinus radiata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Vətəni Şimali Amerika dır. Çətiri yumru, şarşəkilli, sıxdır. Zoğları möhkəm yapışmış, nazik və müxtəlif uzunluqdadır. Tumurcuqları qısa, uzunluğu 3 mm, pulcuqları yapışqanlı, nazik, yumşaq, boz-mavi, zoğların uclarında yuxarı istiqamətlənmiş, qeyri-bərabər yayılmışdır, üstdən yaşıl, altdan mavi-yaşıldır, uzunluğu 10 sm-ə qədərdir. Tezböyüyən, istisevən kölgəyə və soyuğa davamlıdır, quraqlığa dözümsüzdür. Ağır olmayan rütubətli, drenaj üsulu ilə təmişlənmiş gillicə, qumluca tropaqlarda yaxşı bitir, durğun sulu, artıq dərəcədə nəm olan torpaqlarda göbələk xəstəliklərinə yoluxduğu üçün uzunömürlü olmur. Aşağı temperaturda (-10-110 C) iynəyarpaqlarını don vurur. Güclü dəniz küləklərinə qarşı davamlıdır.
Pinus albicaulis
Pinus albicaulis (lat. Pinus albicaulis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus sylvestris
Adi şam Skandinaviya, Avropa, İspaniya, İtaliya və Balkan yarımadası, Atlantik okeanı sahillərindən başlayaraq Sakit okean sahillərinə kimi geniş ərazini əhatə edir. Qayalarda və daşlı yamaclarda bitir. Həmişəyaşıl, hündürlüyü 40 m-ə, gövdəsinin dimateri 60 sm-ə çatan ağacdır. Uzunömürlüdür, 300 ilə kimi yaşayır. Dirək gövdəsinin qabığı bozumtul-qonur, qalın, qeyri-bərarər çatlıdır, budaqları qırmızımtıl-sarı, nazik qabıqla örtülüdür. Seyrək çətirli, iynəyarapqları tünd-yaşıldır, aşağı budaqları töküldükdən sonra çətiri ensizləşir. Uc tumurcuqları yumurtavarı və ya yumurtavarı-konusvarı, qabıqları enli-neştərvarı və ya üçkünc, kənarları seyrək, saçaqlı və saçaqsızdır. Adi şamın qozaları may ayında əmələ gəlir, yazda yetişir. Qozaları yumurtavarı-konusvarı, yetişdikdə bönövrəyə qədər açılırlar. Apofizləri bir az piramidal-yuxarı qalxandır.
Pinus tabuliformis
Çin qırmızı şamı (lat. Pinus tabuliformis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Çin qırmızı şamı ağacdır, 25 m-ə qədər hündürlüyə çata bilir, çətiri geniş-dir, yastıdır, dirək gövdəsi çox qısadır, yoğundur (80 sm). Gövdəsinin qabığı tünd-boz rəngli, qırışlı, şırımlıdır, qırmızımtıl lövhəciklərlə qoparaq tökülür. Yoğun budaqların qabığı qırmızıdır, cavan zoğlar zəif narıncı, sarımtıl və ya açıq-bozumtul sarı rənglidir, əvvəlcə qrovla örtülüdür, sonra isə açıq-qəhvəyi çılpaqdır. Tumurcuqları uzunsov, itiuclu, (8–11 mm uzunluğunda), açıq-qəhvəyi rəngli, qatransız və ya zəif qatranlıdır. Pulcuqları sıxdır, qısılmışdır, qatransız və ya az qatranlıdır, ensizdir, kənarlardan saçaqlıdır. İynəyarpaqları düz və ya bir-birindən aralanandır, dəstələrdə əksərən 2, bəzi hallarda isə 2-3 ədəd zoğların ucunda olur, bərkdirlər. İynələrin uuzunluğu 10-15 sm, nazikdir, itidir, kənarı narın dişlidir, əksər hallarda boz-yaşıl, boz-mavi rənglidir, ağızcıq xəttləri hər 2 tərəfdə vardır, boruları 2 dəstəli, qatran kanalı kənarlarda və ya arada (ortada) epidermisdə yerləşir, konusvarıdır, itiucludur. Qını 6 mm uzunluqdadır, tökülmür.
Pinus taeda
Pinus taeda (lat. Pinus taeda) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus taiwanensis
Pinus taiwanensis (lat. Pinus taiwanensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus tecunumanii
Pinus tecunumanii (lat. Pinus tecunumanii) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus teocote
Pinus teocote (lat. Pinus teocote) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus thunbergii
Yabanı halda Cənubi Koreya da və Yaponiya da bitir. Bu "Yapon gözəli" İsveçrə botaniki Karl Peter Thunberg tərəfindən təsvir olunmuşdur və bonsayın, landşaft yaşıllaşdırmasının yaradılması üçün ideal ağac hesab olunur. Hündürlüyü 18 m-ə çatan, tezböyüyən ağacdır. Digər şamlardan tumurcuqlarının açıq rəngli olmasına görə asanlıqla fərqlənir. Soyuğa davamlı hesab olunur. Toxumla çoxaldılır, ilk cücərtilər birinci il yavaş böyüyür, sonrakı dövrlərdə illik boy artımı hər il orta hesabla 50 sm-ə çatır. Yayın quraqlığındam və qış dövründə üzərinə yığılan qar qalığından Tunberq şamı zərər çəkmir. Budaqlarını budamaqla müxtəlif forma vermək olar. Duzlaşmış torpaqlara dözür, günəşli, kölgəli yerdə bitir. Lənkəran rayonunda təbii halda təsadüf edilir.
Pinus torreyana
Pinus torreyana (lat. Pinus torreyana) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus tropicalis
Pinus tropicalis (lat. Pinus tropicalis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus tuberculata
Pinus radiata (lat. Pinus radiata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Vətəni Şimali Amerika dır. Çətiri yumru, şarşəkilli, sıxdır. Zoğları möhkəm yapışmış, nazik və müxtəlif uzunluqdadır. Tumurcuqları qısa, uzunluğu 3 mm, pulcuqları yapışqanlı, nazik, yumşaq, boz-mavi, zoğların uclarında yuxarı istiqamətlənmiş, qeyri-bərabər yayılmışdır, üstdən yaşıl, altdan mavi-yaşıldır, uzunluğu 10 sm-ə qədərdir. Tezböyüyən, istisevən kölgəyə və soyuğa davamlıdır, quraqlığa dözümsüzdür. Ağır olmayan rütubətli, drenaj üsulu ilə təmişlənmiş gillicə, qumluca tropaqlarda yaxşı bitir, durğun sulu, artıq dərəcədə nəm olan torpaqlarda göbələk xəstəliklərinə yoluxduğu üçün uzunömürlü olmur. Aşağı temperaturda (-10-110 C) iynəyarpaqlarını don vurur. Güclü dəniz küləklərinə qarşı davamlıdır.
Pinus verticillata
Sciadopitys (lat. Sciadopitys) — çılpaqtoxumlular şobəsinin sciadopityaceae fəsiləsinə aid bitki cinsi. Cinsə aid yeganə Sciadopitys verticillata (Thunb.) Siebold & Zucc. növü var. Pinus verticillata (Thunb.) Siebold Podocarpus verticillatus (Thunb.) Jacques Sciadopitys verticillata var. pendula Bean Sciadopitys verticillata var. variegata Gordon Taxus verticillata Thunb.
Pinus viminalis
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Pinus virginiana
Pinus virginiana (lat. Pinus virginiana) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus wallichiana
Pinus wallichiana (lat. Pinus wallichiana) – şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus wangii
Pinus wangii (lat. Pinus wangii) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pinus washoensis
Sarı şam (lat. Pinus ponderosa) – şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Şimali Amerika nın qərbində, İngiltərə də, Kolumbiya da, Cənubi Kaliforniya da, eləcə də Avropa nın bir çox ölkələrində bitir. Hündürlüyü 50 m olan, ensiz-konusşəkilli, açıq çətirli, sonradan enli-piramidal forma alan möhkəm, ağacdır. Gövdəsinin qabığı qırmızı-qonur və ya qara rəngli olub, 10 sm qalınlığındadır, iri qatlarla ayrılan qalın qabıqla örtülmüşdür. Diametri 180 sm-dir. Azsaylı şaxələnmiş, çox vaxt qövsşəkilli əyilmiş, qısa budaqları ağaca xüsusi gözəllik verir. Cavan zoğlarının qalınlığı 8–20 mm-ə qədərdir. Qınların uzunluğu 20–27 mm-dir. İynəyarpaqları tünd-yaşıl, ucu biz, sıxdır, uzunluğu 30 sm-ə qədərdir, 2-5 ədədi bəzən bir dəstədə yığılır.
Pinus yunnanensis
Pinus yunnanensis (lat. Pinus yunnanensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.