Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parsek
Parsek (işarəsi: pc; ingiliscə: Parsec) - astronomiyada istifadə olunan məsafə ölçü vahididir. Parallaksı 1 dərəcə olan göy cisminin uzaqlığı 1 parsekdir.
Arsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Parsa
Parsa (farsca : پارسا pārsā) verilmiş ad və ya soyad kimi istifadə olunan, fars mənşəli, mənası "mömin, dindar" mənasını daşıyan sözdür.
Nvarsak sülhü
Nvarsak sülhü — 485-ci ildə bağlanmış sülh.
Fərruxru Parsai
Fərruxru Parsa (22 Mart 1922 – 8 May 1980) – 1968-1977-ci illərdə İranda nazir olub. == Həyatı == Lakin 1968-77-ci illərdə nazir olmuş Fərruxru Parsaini 1979-cu ildə İnqilab Məhkəməsinin qərarı ilə edam ediblər. == Həmçinçinin bax == İran == Xarici keçidlər == A photograph of Farrokhroo Pārsā in conversation with Amir-Abbās Hoveydā. An old photograph of the young family of Farrokh-Din Pārsā and Fakhr-e Āfāgh Pārsā.
Samuil Marşak
Samuil Marşak (rus. Самуи́л Я́ковлевич Марша́к;1887—1964) — Rusiya və SSRİ şairi, dramaturqu, tərcüməçisi. == Həyatı == Samuil Yakovleviç Marşak 1887-ci ildə Rusiya imperiyasının Voronej şəhərində anadan olmuşdu. Uşaq yaşlarından şeir yazmağa başlamışdır. 1902-ci ildə V.V.Stasov onu M.Qorki ilə tanış etmişdir. 1904-1906-cı illərdə Marşak Yaltada M.Qorkinin mənzilində yaşamışdır. Əsərləri 1907-ci ildən çap olunmuşdur. 1912-1914-cü illərdə London Universitetinin İncəsənət fakültəsində mühazirələr dinləmişdir. Marşak sovet uşaq ədəbiyyatının yaradıcılarındandır. Balacalar üçün yazdığı şeir, poema, nağıl, tapmaca, povest və pyeslərində mühüm ictimai məzmunlu mətləblərdən uşaq dilinə və psixologiyasına uyğun canlı, şən, maraqlı və anlaşıqlı bir tərzdə bəhs edilir.
Arşak Atayan
Arşak Gevorqi Atayan (erm. Արշակ Աթայան; 20 iyun 1877, Böyük Tağlar, Şuşa qəzası – 19 avqust 1938) — Ermənistan-sovet şairi, nasiri, dramaturqu, tərcüməçisi və ictimai xadimi. 1935-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. == Həyatı == Arşak Gevorqi Atayan 20 iyun 1877-ci ildə Rusiya imperiyasının Böyük Tağlar kəndində (indiki Azərbaycanda) anadan olmuşdur. O, Üçkilsə, Tiflis və Şuşada təhsil almışdır. Atayan 1898–1902-ci illərdə çar ordusunda xidmət etmişdir. O, 1903–1904-cü illərdə Tiflisdə çıxan "Molot" jurnalının redaksiyasında korrektor işləmişdir. Atayan Salmas yaxınlığındakı erməni kəndləri haqqında məlumatları qələmə almış, xalq mahnılarını və folklorunu toplamışdır. O, 1907–1911-ci illərdə Qacar ​​dövlətinin bir hissəsi olan İsfahan şəhərinin Yeni Culfa məhəlləsində dərs demiş, Rusiya–İran Bankının İsfahan şöbəsinə rəhbərlik etmişdir. Atayan 1922-ci ildən Ermənistan SSR-də yaşamağa başlamışdır.
Fərruxru Parsa
Fərruxru Parsa (22 Mart 1922 – 8 May 1980) – 1968-1977-ci illərdə İranda nazir olub. == Həyatı == Lakin 1968-77-ci illərdə nazir olmuş Fərruxru Parsaini 1979-cu ildə İnqilab Məhkəməsinin qərarı ilə edam ediblər. == Həmçinçinin bax == İran == Xarici keçidlər == A photograph of Farrokhroo Pārsā in conversation with Amir-Abbās Hoveydā. An old photograph of the young family of Farrokh-Din Pārsā and Fakhr-e Āfāgh Pārsā.
Daş Pasak (Xoy)
Daş Pasak (fars. داش پسك‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
II Arşak (opera)
II Arşak — erməni bəstəkarı Tiqran Çuxacyan tərəfindən 1868-ci ildə yazılmış və İstanbulda təqdim edilmiş ilk milli erməni operasıdır. II Arşak Şərq musiqi mədəniyyəti tarixində ilk operadır. Operanın librettosunun müəllifi Tovmas Terzyandır. == Yaradılması tarixi == İlk erməni milli operası olan II Arşak, bəstəkar Çuxacıyanın ən böyük əsəridir. Bəstəkar opera üzərində işi 1868-ci ildə İstanbulda tamamlamışdır. Əsərin iki dilli (italyan və erməni dili) librettosunun müəllifi şair və dramaturq Tovmas Terzyandır. Opera ilk dəfə 1871-ci ildə nəşr edilmişdir. Öz stilinə görə operanın librettosu lirik-dramatik janra aiddir. Terzyanın kitabında verilmiş italyan dilində operanın tamamlanması haqqında qeyd erməni milli operasının yaranması kimi qəbul edilir.Operanın ilk səhnələşdirilməsi 10 mart 1868-ci ildə (əsərin hissələri göstərilmişdi) "Naum" teatrında, italyan opera truppasının ifasında baş tutmuşdur. Bəstəkar operanın tam səhnələşdirilməsini növbəti 1869-cu il üçün nəzərdə tutsa da, Osmanlı imperiyasındakı qeyri-əlverişli şərait və lazımlı material resursların olmaması üzündən bu ideyanı gerçəkləşdirmək mümkün olmamışdır.
Parsa, Qazipur(Ghazipur)
II Arşak (İberiya çarı)
II Arşak və ya Arsuk (gürc. არშაკ/არსუკ; ən tezi e.ə. 33 və ən geci e.ə. 30 – ən tezi e.ə. 3 və ən geci 1), latındilli mənbələrdə Artaksias — e.ə. I əsrdə İberiya çarı. Farnavazianlar sülaləsinə mənsub olmuşdur. O, öz hakimiyyətini Romaya münasibətdə müstəqilliyinin təsdiqi və ölkənin daxili işlərinin həlli ilə əsaslandırmışdır. Buna baxmayaraq, onun tənəzzülünə səbəb olan məhz Roma imperiyası və onun erməni müttəfiqləri ilə pis münasibətləri olmuşdur. == Mənşəyi == Gələcək kral Arşak II Mirianın yeganə oğlu olmuşdur.
I Arşak (İberiya çarı)
I Artaksias yaxud Arşak — erməni əsilli İberiya çarı. Parnajoma üsyan edən əyanlar tərəfindən İberiya taxtına oturdulmuşdu. Hakimiyyət dövrü sakit keçmiş, Cavaxeti bölgəsindəki Tsunda qalasını möhkəmlətmişdi. Yerinə oğlu Artuş keçdi.