Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plato
Plato — dəniz səviyyəsindən xeyli hündürdə yerləşən, səthi hamar və ya dalğalı, ətrafındakı düzənliklərdən dik yamaclarda ayrılmış yüksəklikdir. Məs: Xəzər dənizi ilə Aral gölü arasında yerləşən Üst-Yurt platosu. Plato həm üfüqi yatmış süxur laylarından, həm də çox kəsilib parçalanmış relyefin lava ilə örtülməsindən əmələ gəlmişdir.
Prato
Prato — İtaliyanın Toskana regionunda şəhər. Prato şəhəri Florensiyanın 20 km şimalında yerləşmişdir. 187 000 əhalisi var.
PIAT
Projector Infantry Anti Tank (Azərbaycanca Piyadanın Anti Tank Layihəsi) Böyük Britaniya tərəfindən istehsal edilmiş olan anti-tank silahıdır. Silah dünya müharibəsində ingilis ordusunun daha güclü bir anti-tank silahına olan ehtiyaclarına görə yaradılmışdır. Mərminin çıxış sürəti: 76 m/s Effektiv məsafə: 110 m Maksimal məsafə: 320 m Mərmi ağırlığı: 1.1 kq PIAT mərmi quyruğunda bir kartuşdan istifadə edərək 1.1 kq-lıq bomba atan havalı minaatan sisteminə əsaslanır. PIAT öz dövrünün digər anti-tank silahları ilə müqayisədə daha çox üstünlüyə malik idi və Böyük Britaniya ordusu ilə yanaşı millətlər cəmiyyətinin üzvlərinin və müttəfiq qüvvələrinin üzvlərinə də verilmişdi.
Patı
Metamfetamin və ya Azərbaycan dilində tanınan adı ilə patı — narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə. Bir çox narkotik maddə kimi 6–24 saat davam edən güclü eyforiya, asılılıq yaratma qabiliyyətinə malikdir. Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir. IUPAC adı (S)-N-metil-1-fenil-propan-2-amin olan metamfetamin, ümumi adı Desoxyn® olaraq 5/10 mg həblər halında ABŞ bazarında var. Ancaq maddə qaçaq istehsal ilə tanınmışdır. Efedrin ya da Psevdoefedrin molekulunu hidrogenizə edərək asanlıqla əldə edilə bilindiyi üçün hər yerdə istehsal etmək mümküdür. "Meth lab" adlanan bu yerlər, istehsal əsnasında xaric olan fosfata görə qırmızı rəngə boyanır və pişik sidiyi qoxusu verir. Metamfetaminin müxtəlif küçə adları var: met, patı, kristal, krenk (crank), ays (ice), şüşə (glass). Metamfetaminin qlobal istehsalı və qaçaqmalçılığı günümüzdə əsas problemə çevrilib, onun istehsalı və dövriyyəsindən narkotik kartelləri və cinayət təşkilatları külli miqdarda gəlir əldə ediblər. 1887-ci ildə amfetaminin sintezlənməsindən qısa müddət sonra, metafemtamini ilk dəfə 1893-cü ildə kimyagər Naqai Naqayoşi efedrin maddəsindən sintezlədi.
Ana plata
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Chris Pratt
Kris Prett(ing. Christopher Michael Pratt , 21 iyun 1979, Los-Anceles, ABŞ) — Amerika aktyoru.
La Plata
La Plata şəhəri
Lilli Platt
Lilli Platt (ing. Lilly Platt) — İngilis əsilli holland ekoloqu. Platt ekoloji problemləri səsləndirdiyi gəncliyi və dinc tətilləri ilə tanınır. O, YouthMundus, Earth.org və WODI üçün qlobal səfir; Plastik Çirklənməyə Qarşı Koalisiyanın Gənclər Səfiri və How Global; Dünya Təmizlik Günü üçün uşaq səfiri. Platt topladığı və çeşidlədiyi plastik zibilləri yerləşdirdikdən sonra əvvəlcə sosial mediada məşhurlaşır. Bu illər ərzində o, 100.000-dən çox zibil toplayır. Platt Böyük Britaniyada anadan olub. Onun yeddi yaşı olarkən ailəsi Hollandiyaya köçür. == Ətraf mühitin mühafizəsi == 2015-ci ildə Platt babası ilə Hollandiyada parkda gəzərkən yerə səpələnmiş plastik zibilləri görür. O, holland dilini məşq etmək üçün onları saymağa qərar verir.
Paata İmnadze
Paata İmnadze (gürc. პაატა იმნაძე; 11 fevral 1953, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcü immunoloq, professor, tibb elmləri namizədi, Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin baş direktorunun müavini, Luqar Tədqiqat Mərkəzinin rəhbəri. Paata İmnadze 1953-cü ilin 11 fevral tarixində Tbilisidə anadan olub. 1976-cı ildə Tbilisi Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. 1979-1991-ci illərdə Tiflis Dövlət Tibb İnstitutunun Mikrobiologiya və İmmunologiya kafedrasında assistenti, 1991-1994-cü illərdə dosenti, 1989-1992-ci illərdə isə Epidemiologiya və Gigiyena Elmi Mərkəzinin direktor müavini olmuşdur. 1983-cü ildə "Yenidoğulmuş və körpələrin bağırsaq mikroflorası və immun vəziyyəti" mövzusunda dissertasiya müdafiə etmişdir. 2003-2006-cı illərdə Ümumdünya Səhiyyə Təşkilatının Tropik Xəstəlikləri Tədqiqatları üzrə Koordinasiya Şurasının üzvü idi. 2004-cü ildən bəri Ümumdünya Səhiyyə Təşkilatının Tropik Xəstəliklərinin Tədqiqatı üzrə Avropa Regionunun İmmunlaşdırma Mütəxəssisləri Komitəsinin üzvüdür. 1992-ci ildən 2010-cu ilədək Xəstəliklərə Nəzarət Milli Mərkəzinin baş direktoru vəzifəsində çalışmışdır; 2010-2013-cü illərdə Elmi Şuranın rəhbəri olmuşdur; 2013-cü ildən bəri isə baş direktorun müavini vəzifəsində çalışır. 2005-ci ildən Tbilisi Dövlət Universitetinin səhiyyə kafedrasının tam professorudur.
Plato departamenti
Plato departamenti — Beninin 12 departamentindən biri. Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
Plato ştatı
Plato ştatı (ing. Plateau State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. Ştatın adı onun ərazisində yerləşən Cos dağlıq platosundan (yayladan) gəlir.
Platt (Vayominq)
Platt Rayonu (ing. Platte County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 8 807 nəfər olmuşdur. Rayonun paytaxtı Uitlend şəhəridir.
Potsdamer Platz
Potsdamer Platz Berlindəki bir şəhər meydanıdır. Meydan Brandenburq Qapısı və Reyxstaqdan 1 km cənubda və Tierqarten Parkının bilavasitə yaxınlığında yerləşir və Potsdam şəhərinin adını daşıyır. Potsdamer Platz Almaniyanın yenidən birləşməsindən sonra bir çox şəhər yeniləmə layihələrinin mərkəzi olmuşdur.
Puatu-Şarant
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Puatu-Şaranta
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Puatu-Şərant
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Pyerino Prati
Pyerino Prati (it. Pierino Prati; 13 dekabr 1946, Çinizello Balsamo, Lombardiya – 22 iyun 2020, Kataniya, Siciliya) — İtaliyalı keçmiş futbolçu, hücumçu. Vurduğu 102 qol ilə "Milan"ın bombardirlərindən biridir. 1969-cu ildə Avropa Çempionlar Kuboku finalında het-trik edib.
Snejnik (plato)
Snejnik (sloven. Snežnik) — Sloveniya ərazisində, Dinar öndağlığı ərazisində yerləşən, təxminən 85 km² ərazini əhatə edən geniş karst yaylası. Snejnik əsasən təbaşir və yura dövründən qalma əhəng daşlarından və yuxarı hissədə az miqdarda dolomitdən ibarətdir. Son buz dövrü zamanı səthi kəskin dəyişmişdir. Relyefi bir qayda olaraq düzdür, lakin çoxsaylı quru dərələrə, 300-ə yaxın mağaraya sahibdir. Səthi əsasən qayalıqdır. Yayla Adriatik dənizindən cəmi 28 km məsafədə olduğundan burada yağıntının miqdarı ildə 3000 millimetrə qədərdir. Qışda qarla örtülüdür. Yaylasın karst təbiətinə görə üzərində səthi su axını yoxdur. Yaylada bir keçid ilə ayrılmış iki zirvə vardsır.
Maket plata
Maket plata və ya maket lövhəsi, sxem lövhəsi (ing. Breadboard) — elektron cihazların prototiplərinin yığılması və modelləşdirilməsi üçün universal dövrə əmələ gətirən çap lövhəsidir.
La Plata (şəhər)
La Plata və ya La-Plata (isp. La Plata) — Argentinada şəhər, Buenos-Ayres vilayətinin inzibati mərkəzi. La Plata çayının sahilində yerləşir. Şəhərin əsası rəsmi olaraq 19 noyabr 1882-ci ildə Dardo Roxa tərəfindən qoyulmuşdur. La Plata şəhərinin adı 1952 və 1955-ci illər aralığında Syudad-Eva-Peron olmuşdur. Şəhər Argentina birinci diviziyasında çıxış edən iki vacib kluba ev sahibliyi edir: Estudiantes de La Plata və Gimnasiya Esqrima La Plata. == İqtisadiyyat == === Maliyyə === La Plata şəhərində 1960-cı ildə təsis edilmiş fond birjası fəaliyyət göstərir. Bu birja Argentina Fond Birjaları sisteminin üzvüdür. La Platada ölkədə fəaliyyət göstərən bir çox bank təşkilatının filialı yerləşir. == Əhali == La Plata şəhərinin əhalisinin sayı 1960-cı ildən bəri aşağıdakı templə dəyişmişdir: 1960: 337,060 1970: 391,247 1980: 459,054 1991: 521,759 2001: 763,943 2010: 799,523 2001-ci ildə La Plata 763,943 nəfər əhalisi ilə Argentinada ən böyük altıncı aqlomerasiya olmuşdur.
La Plata regionu
La-Plata hövzəsi ölkələri — Argentina, Paraqvay və Uruqvay Cənubi Amerikanın cənub-şərqində, La-Plata çayı hövzəsində yerləşir. Tərkibinə 3 respublika, həm də asılı ərazi — Böyük Britaniya ilə Argentina arasında münaqişəli Folklend adaları daxildir. La-Plata hövzəsi LA-nın yeganə regionudur ki, əsasən subtropik və mülayim iqlim qurşağında yerləşir. Cənub yarımkürəsində ən iri məhsuldar qaratorpaqlar olan Pampa La-Plata hövzəsində yerləşir. Bu ölkələr zəngin və müxtəlif faydalı qazıntı resurslarına malikdir. Regionun əhalisinin böyük hissəsi Avropadan gələnlərin nəsilləridir. Ərazisinin böyüklüyünə görə Cənubi Amerikada ikinci yeri tutan Argentina adambaşına düşən gəlirə görə LA ölkələri arasında ilk sıralardadır. Son illərdə emaledici sənayenin (metallurgiya, maşınqayırma, kimya) sürətli inkişafı Argentinanı İEÖ-lərə yaxınlaşdırmışdır. Ölkənin əsas istehsal gücü La-Plata hövzəsinin Pampasında təmərküzləşmişdir. Uruqvayda kənd təsərrüfatının heyvandarlıq sahəsi yüksək inkişaf etmişdir.
La Plata şəhəri
La Plata və ya La-Plata (isp. La Plata) — Argentinada şəhər, Buenos-Ayres vilayətinin inzibati mərkəzi. La Plata çayının sahilində yerləşir. Şəhərin əsası rəsmi olaraq 19 noyabr 1882-ci ildə Dardo Roxa tərəfindən qoyulmuşdur. La Plata şəhərinin adı 1952 və 1955-ci illər aralığında Syudad-Eva-Peron olmuşdur. Şəhər Argentina birinci diviziyasında çıxış edən iki vacib kluba ev sahibliyi edir: Estudiantes de La Plata və Gimnasiya Esqrima La Plata. == İqtisadiyyat == === Maliyyə === La Plata şəhərində 1960-cı ildə təsis edilmiş fond birjası fəaliyyət göstərir. Bu birja Argentina Fond Birjaları sisteminin üzvüdür. La Platada ölkədə fəaliyyət göstərən bir çox bank təşkilatının filialı yerləşir. == Əhali == La Plata şəhərinin əhalisinin sayı 1960-cı ildən bəri aşağıdakı templə dəyişmişdir: 1960: 337,060 1970: 391,247 1980: 459,054 1991: 521,759 2001: 763,943 2010: 799,523 2001-ci ildə La Plata 763,943 nəfər əhalisi ilə Argentinada ən böyük altıncı aqlomerasiya olmuşdur.
Qrizi-le-Platr
Qrizi-le-Platr (fr. Grisy-les-Plâtres) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 556 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 38 km şimal-qərbdə, Serji belediyyənin 11 km şimalda yerləşir.
Plato departamenti (Benin)
Plato departamenti — Beninin 12 departamentindən biri. Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
PLATO (kompüter sistemi)
PLATO (ing. Programmed Logic for Automatic Teaching Operations, azərb. Avtomatik Tədris Əməliyyatları üçün Proqramlaşdırılmış Məntiq‎), həmçinin Project Plato və Project PLATO — ilk ümumiləşdirilmiş kompüter dəstəkli təlimat sistemi. 1960-cı ildən başlayaraq İllinoys Universitetinin ILLIAC I kompüterində işləyirdi. 1970-ci illərin sonlarına qədər onlarla müxtəlif şəbəkəli əsas kompüterlərdə işləyən, bütün dünyada paylanmış bir neçə min qrafik terminalı dəstəkləmişdir. Forumlar, mesaj lövhələri, onlayn testlər, e-poçt, söhbət otaqları, şəkil dilləri, ani mesajlaşma, uzaqdan ekran paylaşımı və çoxnəfərli videooyunlar daxil olmaqla, çox istifadəçi hesablamalarında bir çox müasir konsepsiyalar ilk dəfə PLATO-da işlənib hazırlanmışdır. PLATO İllinoys Universiteti tərəfindən dizayn edilmiş və hazırlanmışdır. Bu dörd onillik fəaliyyəti ərzində həmin universitetin tələbələrinə, yerli məktəblərə, həbsxana məhbuslarına və digər universitetlərə kurs işləri təklif etmişdir. Kurslar latın dili, kimya, təhsil, musiqi, esperanto və ibtidai riyaziyyat da daxil olmaqla bir sıra fənlər üzrə tədris olunurdu. Sistem pedaqogika üçün faydalı olan bir sıra funksiyaları, o cümlədən mətnin üst-üstə düşən qrafikasını, açar sözlərin daxil edilməsindən asılı olaraq sərbəst mətnli cavabların kontekstli qiymətləndirilməsini və alternativ cavablara cavab vermək üçün nəzərdə tutulmuş əks əlaqəni özündə əks etdirirdi.