BEŞ-BEŞ

нареч. по пять, по пяти. Beş-beş düzülün стройтесь по пять, beş-beş paylamaq раздавать по пять (штук)
BEŞ
BEŞAÇILAN
OBASTAN VİKİ
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Altmış beş
Altmış beş — say sistemində ədədlərdən biridir. Altmış dörddən sonra, altmış altıdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 5, 13 və 65 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == Quranda "İnsan" sözü 65 dəfə işlənir. Maraqlısı odur ki, insanın yaradılış mərhələlərini ifadə edən sözlərin də birlikdə cəmi 65 dəfə səslənir. İnsanın yaradılış mərhələlərini ifadə edən sözlər isə bunlardır: "torpaq" (17 dəfə), "Nütfə" (12 dəfə), "Embrion" (6 dəfə), "Bir Tikə Ət" ifadəsi (3 dəfə), "Sümük" (15 dəfə), "Ət" (12 dəfə).
Beş Aqal
Beş Aqal - İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. == Həmçinin bax == Bakugöl Kari gölü Göyçə gölü == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.
Beş kurqan
Doxsan beş
Doxsan beş — say sistemində ədədlərdən biridir. Doxsan dörddən sonra, doxsan altıdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
On beş
On beş — say sistemində ədədlərdən biridir. On dörddən sonra, on altıdan əvvəl gəlir. On beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz beş
Otuz beş — say sistemində ədədlərdən biridir. Otuz dörddən sonra, otuz altıdan əvvəl gəlir. Otuz beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx beş
Qırx beş — say sistemində ədədlərdən biridir. Qırx dörddən sonra, qırx altıdan əvvəl gəlir. Qırx beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qızılı beş
Qızılı beş (ing. The Figure 5 in Gold) və ya Qızılı beş gördüm (ing. I Saw the Figure 5 in Gold) — ABŞ rəssamı Çarlz Demut tərəfindən 1928-ci ildə çəkilmiş rəsm əsəri. Rəsm əsəri çəkilərkən kubizm və presizionizmdən təsirlənmişdir. Çarlz Demut rəsm əsərini dostu Vilyam Karlos Vilyamsa hörmət əlaməti olaraq çəkmişdir. Rəsm əsəri Vilyam Karlos Vilyamsın "Böyük rəqəm" şeirinə istinad edir. Bu şeirdə yağışlı gecədə şəhərin küçələri boyunca (güman ki, Nyu York şəhərində) bir yerə tələsən yanğınsöndürmə maşını təsvir edilmişdi. Rəsm əsəri adını bu şeirdə işlədilmiş bir ifadədən almışdır. ABŞ Metropoliten muzeyinin katoloqunda rəsm əsəri.
Səksən beş
Səksən beş — say sistemində ədədlərdən biridir. Səksən dörddən sonra, səksən altıdən əvvəl gəlir. Səksən beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş beş
Yetmiş beş — say sistemində ədədlərdən biridir. Yetmiş dörddən sonra, yetmiş altıdan əvvəl gəlir. Yetmiş beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
İyirmi beş
İyiirmi beş — say sistemində ədədlərdən biridir. İyiirmi dörddən sonra, İyiirmi altıdan əvvəl gəlir. İyirmi beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli beş
Əlli beş — say sistemində ədədlərdən biridir. Əlli dörddən sonra, əlli altıdan əvvəl gəlir. Əlli beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Beş barmaq
Beşbarmaq — barmaqlara taxılaraq əl içində sıxılaraq tətbiq edilən metal barmaqlıq şəklində alət; soyuq silah. Konstruksiyanın sadəliyinə baxmayaraq, olduqca təhlükəlidir: beşbarmaqla güclü zərbə endirərək ağır və ya ölümcül zədə yetirmək olar. Beşbarmağı metal və ya bərk plastmasdan hazırlanır. Zavod istehsalı ilə yanaşı kustar üsulu ilə də hazırlanır. Əldəqayrılma beşbarmaqlar sadələşdirilmiş konstruksiyaya malikdir. Beşbarmaq şəklində bıçaqlarda da mövcuddur (məsələn, Birinci dünya müharibəsi zamanı amerikan süngər bıçaqları (ing. knuckle knife).
Afrikanın beş böyükləri
Afrikanın beş böyükləri — Afrika qitəsinə xas böyük heyvanların ən təhlükəliləri. Bu heyvanlar bir zamanlar çox qiymətli ovlar idi. İndi isə safarinin məqsədi onları tüfəng yerinə fotoaparatla tutmaq. Beş böyüklərdən kərgədan xaric heç birinin nəsili təhlükədə deyil (aslan və afrika fili savunmasızdır). Bu qrupdakı beş heyvan sırasıyla; Adi Afrika kəli (lat. Synceferus caffer) Bəbir (lat. Panthera pardus) Aslan (lat. Panthera leo) Afrika savanna fili (lat. Loxodonta africana) Qara kərgədan (lat. Diceros bicornis) 5-ci sırada bəzən suayqırı (lat.
Beş qardaş (abidə)
Beş qardaş – tarixi abidə və mineral su mənbəyi. İranın Şimali Xorasan əyalətinin Bocnurd bölgəsində yerləşir. Bu abidə istirahət və tarixi turizm mərkəzi kimi fəaliyyət göstərir və Əl işləri və Turizm Təşkilatı tərəfindən milli irs siyahısına salınmışdır. == Yeri == Beş qardaş abidəsi Bocnurd-İsfərayen yolu üzərində, Bocnurddan 7 km məsafədə yerləşir. Abidə Qeri Canlu, Mehnan və Əsədli kəndlərinə yaxındır. == Tarixi == Abidənin adının kökü Xorasan Türklərinin mifologiyası ilə bağlıdır. Əfsanəyə görə zülmkar hökmdara qarşı üsyan edən 5 qardaş abidənin yerləşdiyi dağa sığınmış və sonradan yoxa çıxmışdır. Bndan sonra isə, bu yerdən 5 bulaq peydə olmuşdur. Qacarlar dövründə Nəsrəddin şah buranı ziyarət etmiş və Yar Məhəmməd xan Şadlıya əmr etmişdir ki, bulaqların üstündə abidə tiksin. Bundan sonra abidənin yanında tac formasında hovuz da tikilmişdir.
Beş yaxşı imperator
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
Milanın beş günü
Milanın beş günü (it. Cinque giornate di Milano) — İtaliyanın birləşdirilməsi uğrunda müharibənin başlanğıcında Milanda baş verən 1848-ci il 18–22 mart hadisələri Risorcimento salnaməsindəki qəhrəmanlıq səhifələrini Şimali İtaliyada Avstriya hakimiyyətə qarşı mübarizə aparan Milan sakinləri hazırladılar. 24 fevralda Parisdə, onun ardınca Vyanada mart inqilabı baş verdi. Hərəkat indi İtaliyanın digər bölgələri ilə müqayisədə Lombardo-Venesiya bölgəsində daha şiddətli idi. 17 martda Milanda Vyanadakı inqilabdan xəbər tutulduqda, üsyan üçün onsuz da hər şey hazırlanmışdı. Lombardiya-Venesiya hökumətinin sədr müavini Qraf O'Donnellin, İmperatorun Vyana hadisələrindən sonra Lombardlara konstitusiya verəcəyi xəbəri ilə kütlənin qəzəbini yatırtmaq cəhdləri də boşa çıxdı. Milan küçələrində "sabah saat 3-də hər kəsin Qullar Xiyabanına çıxsın" başlıqlı anonim elan yayımlandı. Martın 18-də Milan üsyançıları şəhərdə hakimiyyəti ələ keçirdilər. Bələdiyyə binası tutuldu və müvəqqəti hökumət rolunu oynayan hərbi məclis quruldu. Hətta uşaqların belə iştirak edə biləcəyi Milli Qvardiya yaradılmağa başlandı.
İslamın beş şərti
İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة‎) Namaz (ərəb. الصلاة‎) Oruc (ərəb. الصوم‎) Həcc (ərəb. الحج‎) Zəkat (ərəb. الزكاة‎) Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎) Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir.
Beş dəqiqəlik konsert
Beş dəqiqəlik konsert qısametrajlı sənədli film-konserti rejissor Vladimir Yeremeyev tərəfindən 1941-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == Məzmun == Xüsusi buraxılışdır. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Henri de la Beş
Henri Tomas de la Beş (ing. Henry Thomas De la Beche; 10 fevral 1796, London — 13 aprel 1855) — müasir geoloji tədqiqat metodlarının pioneri, Böyük Britaniya geologiya xidmətinin banisi, Devon qraflığında geniş geoloji və paleontoloji tədqiqatlar aparmış ingilis geoloqu və paleontoloqu. == Tərcümeyi-halı == Henri Tomas de la Beş Londonda anadan olmuşdur.. Henri hələ uşaq olarkən Böyük Britaniya ordusunun zabiti, Yamaykada qullara və tərpənməz əmlaka sahib olan atası vəfat etmişdir. O, uşaqlıq illərini geologiyaya meyl göstərdiyi Laym-Recisdə keçirmişdir. 14 yaşında daxil olduğu Marlou hərbi kollecini 21 yaşında bitirən Henri hərbi xidmətini davam etdirməmiş, bunun əvəzində London Geologiya Cəmiyyətinə daxil olmuşdur. Tezliklə o, London Geologiya Cəmiyyətinin ən fəal üzvlərindən biri olmuş və 1848-1849-cu illərdə bu cəmiyyətin prezidenti olmuşdur. == Elmi fəaliyyəti == Henri Tomas de la Beş bütün həyatı boyu təkcə İngiltərədə deyil, həmçinin, Fransada və İsveçrədə geoloji tədqiqatlar üçün əhəmiyyət kəsb edən bütün ərazilərə səyahət etmişdir. İngiltərəyə qayıdan alim Devonda və Kornuolledə geoloji tədqiqatlat aparmışdır. İngiltərədə geoloji və paleontoloji tədqiqatlarla məşğul olan digər alimlərlə əməkdaşlıq edən Henri Tomas de la Beş İngiltərənin geoloji xəritəsini yaratmaq və ölkə ərazisində aşkar edilmiş müxtəlif daşlaşmış bitki və canlı orqanizm qalıqlarından ibarət kolleksiya təşkil etmək qərarına gəldi.
Beş nömrəli sallaqxana (film)
Beş nömrəli sallaqxana (ing. Slaughterhouse-Five) — 1972-ci ildə istehsal olunmuş ABŞ filmidir. Film fantastika janrındadır. Kurt Vonnequtun eyniadlı əsəri əsasında çəkilmişdir. Filmin ssenaristi Stefen Qeller, rejissoru Corc Roy Hilldir. Rollarda Maykl Zaks, Ron Libman və Valeri Perren, həmçinin Yucin Roş, Şaron Qans, Holli Niar, Perri Kinq də iştirak etmişdir. Film Praqa və Minnesotada çəkilib. == Süjet == == Rollarda == Maykl Zaks — Billi Pilqrim Ron Libman — Pol Lazzaro Yucin Roş — Edqar Derbi Şaron Qans — Valensiya Merbl Pilqrim Valeri Perren — Montana Uayldhek Holli Niar — Barbara Pilqrim Perri Kinq — Robert Pilqrim Kevin Konuey — Roland Uiri Fridrix fon Ledebur — Alman başçı Ekkehardt Belle — Gənc alman keşikçi Sorel Buk — Lionel Merble == Musiqi == Beş nömrəli sallaqxana filmi Qlenn Quldun musiqisini bəstələdiyi iki bədii filmdən birincisidir. Quld on həftə müddətində Corc Roy Hillin iştirakı ilə Universal Studioda musiqini ərsəyə gətirdi. Son halda musiqi 45 dəqiqə olmuş və əsasən Baxın əsərlərinə müraciət olunmuşdu.
Hobbit: Beş ordunun döyüşü
Hobbit: Beş ordunun döyüşü (film, 2014) — Piter Ceksonun filmi.
Freddi ilə beş gecə
Freddi ilə beş gecə (ing. Five Nights at Freddy's) — Emma Tamminin rejissorluğu ilə 2023-cü ildə çəkilmiş qorxu filmi. Film Skott Kouton'un eyniadlı videooyun seriyası əsasında çəkilib. Mayk Şmidt bir vaxtlar uğurlu, lakin indi tərk edilmiş ailə əyləncə mərkəzi olan Freddy Fazbear's Pizza-da mühafizəçi kimi işə düzəlir. İşə başladığı ilk gecə anlayır ki, gecə növbəsinə dözmək o qədər də asan olmayacaq. Film Universal Pictures tərəfindən 27 oktyabr 2023-cü ildə ABŞ-də kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılır.
Dinc birgəyaşayışın beş prinsipi
"Dinc birgəyaşayışın beş prinsipi" (çin. 和平共处五项原则) və ya "pança şila" (hind. पंचशील ) — 1954-cü ildə Hindistan ilə Çin arasında imzalanmış müqavilə. Çin və Hindistan arasında 1949-cu ildə Tibetlə bağlı başlayan münaqişədən sonra 1954-cü ildə Hindistan–Çin Tibet sazişinin imzalanması ilə münasibətlər normallaşmışdı. Hindistan Tibeti Çinin bir hissəsi kimi tabımışdır. Bu müqavilə "pança şila" (dinc birgəyaşayışın) adlanan beş prinsipi elan etmişdir: Ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət. Qeyri-aqressivlik. Daxili işlərə qarışmamaq. Bərabərlik və qarşılıqlı fayda. Dinc birgəyaşayış.

Значение слова в других словарях