Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rabona
Rabona — futbolda dribblinq fəndi. Bu fənd zamanı, topsuz ayağı digər ayağın arxasından gətirərək topa zərbə vurulur. == Tarixi == İlk dəfə 1948-ci ildə Estudiantes də la Plata and Rosario Central arasında oynanan matçda Argentinalı hücum oyunçusu Rikardo İnfantenin istifadə etdiyi bu fənd futbolçular tərəfindən estetik ortalar və paslar çıxarmada istifadə edilir.
Bakinski raboçi (gəmi)
"Bakinski raboçi" (azərb-kiril. Бакински рабочи; əvvəlki adı "Ukrayna", azərb-kiril. Украјна) — Qırmızıbayraqlı Xəzər Donanmasının kanoner qayığı. 1907-ci ildə Baltik donanmasına daxil olmuş, 1918-ci ildə Baltik donanmasının buz səfərində iştirak etmişdir. 1919-cu ilin sentyabrında Vladimir Leninin gəstərişi ilə Həştərxana, 1920-ci ilin iyulunda isə Bakıya gəlmişdir. Gəmi sentyabrda XI Qızıl Ordunun 28-ci atıcı diviziyası ilə birlikdə Lənkəran qəzasında üsyançıların məğlub edilməsində iştirak etmişdir. 1921-ci ildə "Bakinski raboçi" adlandırılmışdır. "Bakinski raboçi" 1941–1944 illərdə Xəzərdə müxtəlif hərbi tapşırıqları yerinə yetirir, hərbi sursat, xalq təsərrüfatı malları və s. daşıyırdı.
Bakinski raboçi (qəzet)
"Bakinski raboçi" (rus. Бакинский рабочий) — RSDFP Bakı Komitəsinin orqanı, bolşevik qəzeti. Azərbaycan mətbuatı tarixində ən uzunömürlü qəzet sayılır. == Yarandığı tarix == "Bakinski raboçi" 1906-cı ilin may ayından bəri çap olunan ictimai-siyasi qəzetdir. Qəzet fasilələrlə 1906, 1908, 1917-1918-ci illərdə rus dilində nəşr olunmuşdur. Redaksiya heyətinə A.M.Amiryan, V.İ.Naneyşvili, N.N.Kolesnikova, M.İ.Batırev, S.D.Vulfson, P.A.Caparidze, V.F.Yefimov, S.S.Spandaryan, S.Şaumyan daxil idilər. Birinci nömrəsi 1906-cı il mayın əvvəllərində Bakıda gizli çıxmış və ilk nömrədən sonra nəşri dayandırılmışdı. Qəzetin ilk nömrəsinin hazırlanmasında M.İ.Batırev, V.P.Noqin, V.F.Yefimov, B.A.Radus-Zenkoviç, S.D.Vulfson, A.A.Caparizde və başqa şəxslər iştirak etmişlər. Müxtəlif vaxtlarda N.Nərimanov, S.M.Kirov, Q.K.Orconikidze, S.M.Yafyandiyev, A.P.Serebrovski, R.Ə.Axundov, Q.M.Musabəyov və başqaları bu qəzetin səhifələrində çıxış etmişlər. == Fəaliyyətinin əsas məqsədi == 1908-ci ilin sentyabrından neft sənayesi fəhlələrinin ictimai-peşə qəzeti kimi nəşr olunmağa başlasa da, əslində, Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Bakı Komitəsinin orqanı idi.