Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakinski raboçi (gəmi)
"Bakinski raboçi" (azərb-kiril. Бакински рабочи; əvvəlki adı "Ukrayna", azərb-kiril. Украјна) — Qırmızıbayraqlı Xəzər Donanmasının kanoner qayığı. 1907-ci ildə Baltik donanmasına daxil olmuş, 1918-ci ildə Baltik donanmasının buz səfərində iştirak etmişdir. 1919-cu ilin sentyabrında Vladimir Leninin gəstərişi ilə Həştərxana, 1920-ci ilin iyulunda isə Bakıya gəlmişdir. Gəmi sentyabrda XI Qızıl Ordunun 28-ci atıcı diviziyası ilə birlikdə Lənkəran qəzasında üsyançıların məğlub edilməsində iştirak etmişdir. 1921-ci ildə "Bakinski raboçi" adlandırılmışdır. "Bakinski raboçi" 1941–1944 illərdə Xəzərdə müxtəlif hərbi tapşırıqları yerinə yetirir, hərbi sursat, xalq təsərrüfatı malları və s. daşıyırdı.
Bakinski raboçi (qəzet)
"Bakinski raboçi" (rus. Бакинский рабочий) — RSDFP Bakı Komitəsinin orqanı, bolşevik qəzeti. Azərbaycan mətbuatı tarixində ən uzunömürlü qəzet sayılır. == Yarandığı tarix == "Bakinski raboçi" 1906-cı ilin may ayından bəri çap olunan ictimai-siyasi qəzetdir. Qəzet fasilələrlə 1906, 1908, 1917-1918-ci illərdə rus dilində nəşr olunmuşdur. Redaksiya heyətinə A.M.Amiryan, V.İ.Naneyşvili, N.N.Kolesnikova, M.İ.Batırev, S.D.Vulfson, P.A.Caparidze, V.F.Yefimov, S.S.Spandaryan, S.Şaumyan daxil idilər. Birinci nömrəsi 1906-cı il mayın əvvəllərində Bakıda gizli çıxmış və ilk nömrədən sonra nəşri dayandırılmışdı. Qəzetin ilk nömrəsinin hazırlanmasında M.İ.Batırev, V.P.Noqin, V.F.Yefimov, B.A.Radus-Zenkoviç, S.D.Vulfson, A.A.Caparizde və başqa şəxslər iştirak etmişlər. Müxtəlif vaxtlarda N.Nərimanov, S.M.Kirov, Q.K.Orconikidze, S.M.Yafyandiyev, A.P.Serebrovski, R.Ə.Axundov, Q.M.Musabəyov və başqaları bu qəzetin səhifələrində çıxış etmişlər. == Fəaliyyətinin əsas məqsədi == 1908-ci ilin sentyabrından neft sənayesi fəhlələrinin ictimai-peşə qəzeti kimi nəşr olunmağa başlasa da, əslində, Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Bakı Komitəsinin orqanı idi.
II Ferens Rakoçi
II Ferens Rakoçi-(mac. II Ferenc Rákóczi; 27 mart 1676 – 8 aprel 1735, Təkirdağ) 1703–1711 Macar istiqlaliyyət hərəkatının rəhbəri, Transilvaniya şahzadəsi == Həyatı == Ferens Rakoçi 1676-cı ildə Transilvaniyada dünyaya gəlmişdir. I Ferens Rakoçi və İlona Zirininin 3 uşağından sonuncusudur. Atası hələ o uşaq ikən vəfat etdiyi üçün anası uşaqlarını tək başına yetişdirmişdir. Daha sonra İlona ikinci dəfə İmre Tököli ilə ailə həyatı qurur. Ögey ata Rakoçinin təhsilinə laqeyd yanaşır. Bütün diqqətini siyasət sahəsinə yönəldən Tököli 1683-cü ildə türklər Vyana şəhərini tuta bilmədikdə Yuxarı Macarıstan kralı olmaq aruzlarının puç olacağını başa düşür və Rakoçini Konstantinapola xoş niyyətinin simgəsi olaraq göndərmək istəyir. Lakin anası bu addıma qarşı çıxır. 1688-ci ildə I Leopold onu öz himayəsinə götürür və anası ilə birlikdə Vyana şəhərinə köçür. 1694-cü ildə Sarolta Amaliya ilə ailə həyatı qurur və Rakoçi qalasına yerləşir.