Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ər-Razzəq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Kazbek
Kazbek (gürc. მყინვარწვერი — buz zirvəsi, çeç. Башлам) — Mərkəzi Qafqazın şərq hissəsində Rusiya və Gürcüstan sərhədlərində yerləşən dağ.
RARBG
RARBG — BitTorrent protokolundan istifadə edərək peer-to-peer fayl mübadiləsini asanlaşdırmaq üçün torrent faylları və maqnit keçidləri təmin edən vebsayt. RARBG 2014-cü ildən bəri TorrentFreak-in illik ən yaxşı torrent saytları siyahısında dəfələrlə yer alıb. 2021-ci ilin iyununa görə 5-ci və 2023-cü ilin fevralına görə 4-cü yerdədir. Veb sayt istifadəçilərə öz torrentlərini yükləməyə icazə vermir.
Aleksandr Kazbeqi
Aleksandr Kazbeqi (gürc. ალექსანდრე ყაზბეგი; 8 (20) yanvar 1848 – 22 dekabr 1893, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası) — Gürcüstan yazıçısı. == Həyatı == Aleksandr Kazbeqi 1848-ci ildə anadan olmuşdu. Aleksandr Kazbeqi 1893-cü ildə Tbilisidə vəfat edib.
Kazbek Kokov
Murad Kumpilov (kab.-çərk. КIуэкIуэ Валерэ и къуэ Къазбэч 20 iyul 1973) — Rusiya dövlət və siyasi xadimi. 3 oktyabr 2019-cu ildən Kabarda-Balkariya Respublikasının rəhbəri (26 sentyabr 2018-ci ildən 3 oktyabr 2019-cu il tarixinədək Kabarda-Balkariya Respublikası rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən). 6 noyabr 2019-cu ildən bəri Vahid Rusiya partiyasının Kabarda-Balkariya regional şöbəsinin katibidir. == Bioqrafiyası == Kabarda-Balkariya Respublikasının birinci prezidenti Valeri Kokovun ailəsində anadan olmuşdur. Kabarda-Balkar Aqrar Meliorasiya İnstitutunu kənd təsərrüfatı alimi dərəcəsi ilə bitirmişdir. 1995-ci ildən "Nalçikski Zavod Nalçik ASC" Ticarət və Ümumi Məsələlər üzrə Baş Direktorunun müavini işləmişdir. 2002-ci ildən Kabbalkresursı ASC-nin Baş direktoru olur. 2003 - 2007-ci illərdə Nalçik Şəhər Yerli Özünüidarə Şurasının deputatı olur. 2009-cu ilin martında Kabarda-Balkariya parlamentinə seçilir.
Kazbek Tuayev
Tuayev Kazbek Əlirza oğlu (13 noyabr 1940, Ələt) — sovet futbolçusu, sağ cinah hücumçusu, Azərbaycan futbol mütəxəssisi, SSRİ idman ustası (1963). Kazbek Əlirza oğlu Tuayev Ələt qəsəbəsində anadan olmuşdur. Xalq Təsərrüfatı və Bədən Tərbiyəsi institularını bitirmişdir. "Neftçi" komandasının heyətində SSRİ çempionatının bürünc medalını qazanmış, adı 3 dəfə SSRİ-nin ən güclü 33 futbolçusunun siyahısına düşmüş, SSRİ milli komandasında çıxış etmiş, məşqçi karyerası ərzində klublarda və Azərbaycan milli komandasında müxtəlif uğurlu nəticələr qazanmış, "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 4 dəfə dünyanın ən böyük ölkəsinin formasını geyinib. 1964-cü ildə İspaniyada keçirilən Avropa çempionatına da yollanıb. Ancaq zədə ucbatından meydana çıxa bilməyib. Tuayev həm futbolçu, həm də məşqçi karyerasını demək olar ki, Azərbaycan futboluna həsr edib. Onun rəhbərliyi altında neçə-neçə oyunçu futbolun sirlərini öyrənib. Müstəqillik dövründə UEFA kubokunda Azərbaycanı ilk dəfə təmsil edən "Turan"ın baş məqşçisi Tuayev olub (1994-cü il).
Kazbek dağı
Kazbek (gürc. მყინვარწვერი — buz zirvəsi, çeç. Башлам) — Mərkəzi Qafqazın şərq hissəsində Rusiya və Gürcüstan sərhədlərində yerləşən dağ.
Kazbek rayonu
Kazbek rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 560 km², inzibati mərkəzi Dılım kəndidir. == Əhalisi == Rayonun əhalisi 45.772 nəfərdir (2015-ci il).
Paul Rayber
Paul Rayber (alm. Paul Reiber‎; 15 noyabr 1904 – 1992) — almaniyalı Yunan-Roma güləşçisi, Almaniya çempionu və Avropa Çempionatının mükafatçısı. 1904-cü ildə anadan olmuşdur. 1922-ci ildə Vürtemberq torpağının çempionu oldu. 1925-ci ildə Almaniya çempionatında qızıl medal qazandı və Avropanın Çempionatında 4-cü yeri tutdu. 1926-cı ildə Avropa Çempionatının gümüş mükafatçısı oldu və Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu. 1929-cu ildə yenidən Avropan çempionatında iştirak etdi, amma orada yalnız 6-cı oldu.
Razgəh (Urmiya)
Razgəh (fars. ‎‎‎‎رزگه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 512 nəfər yaşayır (92 ailə).
Razlıq (Sərab)
Razlıq (fars. رازليق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,656 nəfər yaşayır (463 ailə).
Xosrov Ruzbeh
Xosrov Ruzbeh (15.4.1915-11.5.1958)—İran inqilabçısı. == Həyatı == Xosrov Ruzbeh–İranda inqilabi hərəkatın ən parlaq simalarından biri olmuşdur. O, 1915-ci il aprelin 15-də Hüseyn Ruzbehin ailəsində anadan olmuşdur. Atası ordunun təsərrüfat zabiti olmuş, sonra Silas Məlayir vilayətində jandarm rəisi, daha sonra xəstəliyinə görə ordudan çıxarıldıqda maliyyə nazirliyi xətti ilə vilayətdə kiçik məmur vəzifəsində çalışmışdır. Həyat Xosrov Ruzbehi əzizləməmişdir. O, ehtiyacla çox tez üzləşmişdir. Xosrov orta məktəbə daxil olanadək Ruzbehlər ailəsi çox ehtiyac içərisində yaşamışdır. İranın orta məktəbi–iki dərəcəlidir. Xosrov birinci dərəcəni çox da böyük olmayan Məlayir şəhərində keçirmiş, sonra təhsilini davam etdirmək üçün Həmədana gəlmişdir. Xosrov Məlayirdə atasının ona göndərdiyi otuz rialla, Həmədanda isə əlli rialla yaşayırdı.
Yon Ramberq
Yon Ramberq — Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ilə qədər)
Əsbgəran (Razlıq dehistanı)
Əsbgəran (fars. اسبقران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (53 ailə).
"Kazbek" qutusu (film, 1958)
== Məzmun == Mənzil-istismar idarəsinin rəisi Məmişov (Əliağa Ağayev) zahirən özünü işgüzar və diqqətli göstərir. O, yanına şikayət və ya xahişə gələnləri hörmətlə qarşılayır, onlara diqqətlə qulaq asır. Şikayətlər və xahişlər yadından çıxmasın deyə "Kazbek" qutusunun içində qeydlər aparır. Papirosları çəkib qurtarandan sonra həmin "Kazbek" qutusunu zibil yeşiyinə tullayır. Belə laqeyd hərəkətləri onun işdən çıxarılmasına gətirib çıxarır. Qısametrajlı bədii filmdə bürokrat, insan talelərinə laqeyd olan mənzil-istismar idarəsi rəisi tənqid olunur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Məhərrəm Əlizadə Rejissor: Rəşid Atamalıbəyov Operator: Mirzə Mustafayev Rəssam: Nadir Zeynalov Bəstəkar: Zakir Bağırov Səs operatoru: Sabir İsgəndərov Rejissor assistenti: Əsgər İsmayılov Operator assistenti: Tofiq Sultanov (T. Sultanov kimi) Montaj üzrə assistent: A. Filimonova Filmin redaktoru: N. Sadıxov Filmin direktoru: A. Şuşkin Çalır: Estrada Orkestri Dirijor: Q. Krupkin === Rollarda === Əliağa Ağayev-Mənzillər idarəsi rəisi Məmişov Münəvvər Kələntərli-Məmişovun arvadı Əzizə Məmmədova-Qarı M. Babayeva-Süpürgəçi Müxlis Cənizadə-"Kirpi" əməkdaşı Tələt Rəhmanov-Tələbə Əliyev S. Piriverdiyeva-Katibə Əhməd Əhmədov (Əhməd Ruminski kimi)-Rəngsaz Nazim Yüzbaşov-Şikayətçi Lütfəli Abdullayev-At yarışındakı adam Fərhad İsmayılov-Məmişovun oğlu === Filmi səsləndirənlər === Hüseynağa Sadıqov-Tələbə Əliyev (Tələt Rəhmanov) Məmməd Sadıqov-Rəngsaz (Əhməd Əhmədov) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Kazbek qutusu (film, 1958)

Sen-Ramber-an-Byuje
Sen-Ramber-an-Byuje (fr. Saint-Rambert-en-Bugey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15–64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 76,0%, 1999-cu ildə 70,4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.