İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri.
Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.[1]
Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur. Su içmək üçün kilometrlərlə irəlidə olan bir qaynağa getməniz və oradan su daşımanız lazımdır. Siz belə bir dünyada doğulduğunuzda həyatınızı davam etdirə bilmək üçün həyatınız boyunca o acı otdan yeyərsiniz, su içmək üçün də hər gün kilometrlərlə gedərsiniz. Bu çətinliklərin hamısına da ölənə qədər dözərsiniz. Və bir gün belə "niyə bu torpaqdan sulu və gözəl qoxulu meyvələr, bir-birindən ləzzətli tərəvəzlər və növ-növ yemişlər çıxmır?" deməzsiniz. Çünki həyatınız boyunca qarşılaşmadığınız üçün torpağın belə məhsullar verə biləcəyini bilməzsiniz.
Quluna qarşı çox şəfqətli və mərhəmətli olan Allah, insanları içində sayıla bilməyəcək qədər çox nemətlə dolu olan torpaqlarda yaşadar. Belə ki, insan torpağı əkib-biçmədən belə torpaq yamyaşıl məhsullar və sünbüllər yetişdirər. İçindən sarı, qırmızı, yaşıl, narıncı meyvə və tərəvəzlər çıxar. Gömgöy dənizlərin içi isə yenə minlərlə növ və ləzzətdə balıqlarla doludur. Bütün bunların yanında Allah insanlara həm yerdəki heyvanların ətini, həm də göydəki quşun ətini yedirər, heyvanların içindən tərtəmiz süd çıxarar, arılara bal düzəltdirər... Bütün bunları insanlara Allah bağışlayır.
"Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?" Yaxud Allah diləsə torpaq məhsul verməz, yağış yağmaz, hər yer qupquru və quraq olar.[2] Lakin Allah Rəhman və Rəhimdir, insanlara Qatından bağışladığı ruziləri sözlə ifadə etmək mümkün deyil. Qullarına saysız nemət bəxş edən Allah Quranda belə bildirir:
Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də (haqdan) döndərilirsiniz! [3]
Allah yuxarıda sayılan bütün nemətləri insanlara dünya həyatında bağışlayar. Cənnətdə isə möminlər üçün çox daha gözəli vardır. Belə ki Quranda, "Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir."[4] şəklində buyrularaq cənnətdəki nemətlərin üstünlüyünə diqqət çəkilmişdir.
Cəhənnəmə girənlər isə boğazları parçalayan darı tikanıyla, zəqqum ağacıyla və qaynar suyla qarşılaşacaqlar. Sonsuza qədər də bunlardan başqa heç bir şey tapa bilməyəcəklər.
Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub Cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! [5] Ayələrdə belə xəbər verilir:
De: "Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?" Onlar deyəcəklər: "Allah!" De: "Bəs (belə olduğu halda) (Allahdan) qorxmursunuz?" [6]
(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir.[7]
"Maddi və mənəvi hər cür rizqi (ruzini) və onlara möhtac olanları yaradan, ruh və bədənlərin qidasını təmin edən, canlıların ruzisini istədiyi kimi verən" deməkdir.
"Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır)"[8].
Burada həm maddi, həm də mənəvi ruzilər nəzərdə tutulur. Ağıl düşünər, qulaq eşidər, dil danışar. Bunlar o vaxt nemət, ruzi sayılar ki, gözəl və xeyirli olsun. Dil doğru, gözəl söz söylərsə, qulaq qeybət dinləməkdən çəkinərsə, ağıl Allahın varlığını, böyüklüyünü dərk edərsə ruzi olar. Bunların əksi insana heç nə bəxş etməz, Allah qatında ona bir şey qazandırmaz[9].