Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Razoom
Şalom
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Razlıq (Sərab)
Razlıq (fars. رازليق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,656 nəfər yaşayır (463 ailə).
So Random!
Təsadüfə bax! və ya orijinal adıyla So Random! — Disney Channel orijinal serialıdır. Qrup olaraq Sanniyə imkan verin serial qrupudur, lakin bu silsilədə Demi Lovato serialdan ayrılmışdır, qrup eyni qalmış və Çad Dilan Kuper və yeni gələnlər də olmuşdur . Əlavə olaraq, Sanniyə imkan verinin 3. mövsümü olaraq da bilinməkdədir. Hər hissədə seriala xüsusi qonaqlar gəlir və hər hissədə ortalama 4 eskiz göstərirlər.
Spunk Ransom
Robert Duqlas Tomas Pattinson (13 may 1986, London) — İngiltərəli aktyor. Həm yüksək büdcəli, həm də müstəqil filmlərdəki rolları ilə tanınır. Pattinson ən çox qazanan aktyorlar siyahısındadır. Time jurnalı onu 21-ci əsrin ən nüfuzlu şəxslərindən biri seçib. Pettinson aktyorluq karyerasına qısa vaxt əvvəl Ali Edelin rejissorluq etdiyi, Sem Vest və Benno Furmannın baş rolda yer aldığı, bir alman dastanı olan Nibelunq ilə bağlı "Nibelunqların üzüyü" filmi ilə başladı. Riz Uiterspunun "Qürur Dünyası" filminin iki alternativ film qapanışının birində, Uiterspunun oğlu rolunda yer alsa da bu film qapanışı işlədilmədi. Robert Pettinson, bundan əvvəl, Barnes Teatr Qrupunun bir üzvü idi və Tornton Uilderin rejissorluq etdiyi Bizim şəhərimiz pyesində Corc Gibs xarakteri ilə başrol oynamışdı. Robert, həm də, Kol Porterin rejissorluq etdiyi Hərşey Gedir" musiqili dramında Lord Evelin Okley və Tess of the D'Urbevilles tragediyasında Alek xarakterini canlandırdı. Gənc aktyor, qısa vaxt əvvəl isə, OSO Sənət Mərkəzində Makbet tragediyasında Malkomu canlandırdı. Herri Potter və Atəş Qədəhi filminin oyunçu heyətinə, Üç cadugər turnirində Hoqvartsı təmsil edəcək olan Sedrik Diqqori roluyla qatıldı.
Vasili Radlov
Vasili Radlov (rus. Васи́лий Васи́льевич Ра́длов; 5 (17) yanvar 1837[…] və ya 17 yanvar 1837, Berlin – 12 may 1918[…], Petroqrad) — alman əsilli məşhur Rusiya şərqşünası, türkoloq, etnoqraf və arxeoloqu. 1837-ci ildə anadan olmuşdur. Berlin Universitetində ali təhsil almışdır.1858-ci ildə Berlin Universitetini bitirdikdən sonra Rusiyaya gəlmiş və sonrakı həyatını bu ölkə ilə bağlamışdır. Radlovun Rusiyadakı fəaliyyəti üç dövrə bölünür: Altay (1859–1871), Kazan (1874–1884) və Peterburq (1884–1918) dövrləri. Altay dövründə Radlov Altay və Qərbi Sibir türkləri arasında dil etnoqrafiya və folklor materiallarını toplayır, yerli dialektləri və şivələri öyrənir və "Aus Sibirien" adlı əsərini yazır. Kazan dövründə pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olmuşdur. Bu zaman alim "Vergleichende Grammatik der nördlichen Türksprachen" adlı əsərinin "Phonetik der nördlichen Türksprachen" hissəsini yazmışdır. Peterburq dövründə Radlov Rus Elmlər Akademiyasına üzv seçilir. Ən böyük əsəri "Opyt slovarja tjurkskix narecij"dir.
Elizabet Salom
Elizabet Salom (d. 23 yanvar 1989) — İspaniyanı təmsil edən bədii gimnast. Elizabet Salom, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Elizabet Salom, 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, Ana Pelaz, Veronika Ruiz və İsabel Paqan ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Lazlo Raşoni
Lazlo Raşoni- (mac. László Rásonyi) (d. 22 yanvar 1899, Liptovski Mikulaş, ö. 4 may 1984, Budapeşt) Macar türkoloq. Qədim Türk tayfaları və Macar-Türk əlaqələri ilə bağlı apardığı tədqiqatlarla məşhurdur. Bundan başqa Türkiyədə Macarşünaslıq elm sahəsinin əsasını qoymuşdur. == Həyatı == Lazlo Raşoni 22 yanvar 1899-cu ildə Macarıstanın Liptovski Mikulaş şəhərində anadan olmuşdur. 1921-ci ildə Pazman Piter Katolik (ing. Pázmány Péter Catholic University) universitetindən məzun olduqdan sonra "Macar tarixi" müəllimi ixtisasına yiyələnmişdir. Daha sonra Türk filologiyası sahəsində Macar sənədlərində Kuman adları ilə bağlı doktorluk dissertasiyasını müdafiə etmişdir.
Neve Şalom
Neve Şalom (ivr. ‏נְוֵה שָׁלוֹם‏‎, Sülh vadisi) və ya Vahat as-Salam (ərəb. واحة السلام‎) — İsrailin mərkəzində yerləşə qəsəbə. Qəsəbənin əsasını yəhudilər və ərəblər birgə qoymuş. Bununla da dünyaya göstərmək istəmişlər ki, bu iki xalq bir yerdə yaşaya bilir. Qəsəbədə iki xalq arasında dostluğun, anlaşmanın möhkəmlənməsi üçün daima təbliğat aparılır. Neve Şalom Latrun rayonunda, iki təpənin zirvəsində salınmış. Qəsəbə Tel-Əviv və Qüdsü birləşdirən mağistral yolunun ortasında yerləşir. Qəsəbə öz adını Tanaxın (Nəviimin ikinci fəsli olan Son Peyğəmbərlər fəsli) Yeşaya (ibranicə Yeşayahu) adlı hissəsindən götürmüş — «O zaman mənim xalqım təhlükəsiz və sülh məkanında xoşbəxt yaşayacaq» (Yeşaya. 32:19).
Razim Məmmədov
Razim Məmmədov (21 iyun 1966, Ağdü, Sisian rayonu) – Xətai Rayon İcra Hakimiyyətinin başçısı (2006–2018). Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Qərbi Azərbaycanda, Sisiyan rayonunun Ağudi kəndində anadan olub. İlk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq"ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984–1986-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub. Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.
Razim Paşayev
Razim Paşayev — Azərbaycan bəstəkarı. Onun bir çox bəstələri illər uzunu xalq mahnısı adıyla tanınıb. Tanınmış müğənni Səyyad Əlizadənin "Sənin üçün oxuyuram" adlı kompakt—disk şəklində çıxan albomuna xalq mahnıları və onlar qədər həzin və məlahətli səslənən Razim Paşayevin bəstələri də daxil edilib. "Ədalət" qəzetinin baş redaktor müavini, şair Əbülfət Mədətoğlu yazdığı şerlərə bəstələnmiş bir kompakt-disk də dinləyicilərə məlumdur.
Silvan Şalom
Silvan Şalom (ivr. ‏ציון סילבן שלום‏‎; 4 avqust 1958, Qabes (Tunis)) — Likud partiyasından olub 1992-2015-ci illərdə Knessetin üzvü olan bir İsrail siyasətçisidir. Baş nazir müavini və Daxili İşlər Naziri olmaq üzrə bir sıra nazir vəzifələrini tutmuşdur. 24 dekabr 2015-ci ildə təcavüz iddialarından sonra istefa verdi. Daha sonra Baş prokuror bu istintaqı bağladı və bu iddiaların əsassız olduğunu bildirdi.
İrvin Yalom
İrvin Yalom David (ing. Irvin David Yalom; 13 iyun 1931, Vaşinqton) — amerikalı psixoloq və psixiatr, psixologiya elmlər doktoru, Stenford Universitetinin psixiatriya üzrə professoru. 13 iyun 1931-ci ildə Vaşinqtonda, Kolumbiya ştatında yəhudi və rus əsilli ailədə anadan olub. O psixoterapiya və psixoterapiya tarixi barədə bir çox kitabların müəllifidir. Onun kitablarından aşağıdakıları göstərmək olar: Nitsşe ağlayanda (1992) Yalançı passient (1996) Ekzistensional psxiatriya (2000) Sevgidən müalicə (2005) Şopenhauer dərman əvəzinə (2005) Psixoterapiyanın imkanları (2005) Anam və həyatın mənası (2006) Qrup psixoterapiya, nəzəriyyə və praktika. (2007) Günəşə baxmaq. Ölüm qorxusu olmadan yaşam (2008) 1993-cü ildə "Nitsşe ağlayanda" kitabına görə "Commonwealth Gold Medal" mükafatına layiq görülür. 2000-ci ildə İrvin Yaloma "Oskar Pfister" adına (Bu mükafat din və psixiatriya sahəsinə yeniliklər gətirən şəxslərə verilir) mükafat təqdim olundu. 2009-cu ildə 22 noyabrda İrvin Yalom həyat yoldaşı ilə Rusiyaya dəvət olundu. İrvin Yalom Ekzistensional psixologiyanın – müasir psixoloji nəzəriyyələrdən birinin əsasçılarındandır.
Şalom (qəzet)
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Random Access Memories
Random Access Memories — fransız elektron musiqi dueti Daft Punkun 2013-cü ilin mayında buraxılmış dördüncü studiya albomu.
Əsbgəran (Razlıq dehistanı)
Əsbgəran (fars. اسبقران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (53 ailə).
Aləm gözəl (ablom)
Ola bilməz (ablom)
Ola bilməz – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ilk studiya albomu. Tərkibində 14 mahnı olan alboma Tofiq Quliyev, Eldar Mansurov, İlham Abdullayev, Siyavuş Kərimi, Yaşar Baxış və Faiq Ağayevin bəstələri daxildir. Albom 21 mart, 1995-ci il tarixində işıq üzü görmüşdür.
Neve Şalom sinaqoqu
Neve Şalom sinaqoqu (türk. Neve Şalom Sinagogu, ivr. ‏בית הכנסת נווה שלום‏‎ ) — Türkiyənin İstanbul şəhərində, Beyoğlu rayonunun Karaköy məhəlləsində sinaqoq. Sinaqoq 1930-cu illərin sonlarında köhnə Qalata məhəlləsində iudaist əhalisinin artması səbəbilə tikilmişdir. Bu məqsədlə 1949-cu ildə bir yəhudi ibtidai məktəbi sökülmüş və onun xarabalıqları üzərində sinaqoq tikilmişdir. Tikinti 1951-ci ildə tamamlanmışdır.
Yeşua D. Salom malikanəsi
Yeşua D. Salom malikanəsi ― Bosniya və Herseqovinanın Sarayevo şəhərinin mərkəzində yerləşən malikanə. Bina 2008-ci ilin noyabrından Bosniya və Herseqovinanın milli abidəsi olaraq siyahıya alınmışdır. Milyaşka çayının şimal sahilində, Avstriya-Macarıstan imperiyası dövründə tikilmiş binalar arasında Yeşua D. Salom malikanəsi, çayın qarşı sahilində isə Aşkenazi yəhudilərinə aid sinaqoq yerləşir. Yeşua D. Salom malikanəsi 1901-ci ildə, məşhur memar İosip Vankaşın dizaynı ilə, məşhur yəhudi taciri Yeşua D. Salom üçün tikilmişdir. Bu dövrdə 1893-cü ildə qəbul edilmiş "Paytaxt - Sarayevo İnşaat Nizamnaməsi"nə əsasən Milyaşkanın sağ sahili boyunca yalnız iki mərtəbəli binalar inşa edilə bilərdi. Malikanə yaşayış binaları arasında çiçək motivlərindən istifadə edilmiş ilk tikililərdən biridir. Bina tikildiyi ilk dövrlərdə su, daxili santexnika, elektrik enerjisi və istilik sisteminə sahib avanqard obyekt idi. Binanın arxasında daş fəvvarəli daxili həyət yerləşirdi. 1922-ci ildə bina Simo Krstiçə satıldı. 1931-ci ildə isə malikanəyə Bosniya və Herseqovina Mərkəzi Bankı tərəfindən əl qoyuldu və elə həmin ildə bank binanı ilk Bosniya kibrit fabriki olan Dolakın direktoru Jak Saloma satdı.