Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hazem
“Hazem” İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən istifadə edilən pilotsuz uçuş aparatının bir növüdür. “Hazem” hədəfləri bombalamaq üçün də istifadə edilə bilən uzaqmənzilli PUA-dır. İran Hava Hücumundan Müdafiə Qoşunlarının komandanının sözlərinə görə “Hazem” üç modeldə - qısa, orta və uzun mənzilli versiyalarda hazırlanıb. Bu PUA-ların Hava Hücumundan Müdafiə mütəxəssisləri tərəfindən Anbiya HHM bazasının gizli obyektlərinin mühafizəsi üçün yaradıldığı ehtimal edilir. Ondan kəşfiyyat missiyalarında istifadə də mümkündür. “Hazem” PUA-ları partlayıcı maddələrlə silahlandırıla bilir.Bir tədqiqatçı, dronun stels çatışmazlığına görə Hazemin ciddi hərbi əməliyyatlar meydanında İran üçün ciddi bir taktiki effektə sahib ola bilməyəcəyini bildirmişdir. == Versiyaları == “Hazem 1” - uzaqmənzilli “Hazem 2” - ortamənzilli “Hazem 3” - yaxınmənzilli == Taktiki-Texniki Xüsusiyyətləri (“Hazem A”/“Hazem B” üçün) == Uzunluğu: 11.9 m; Eni: 3.8 m; Qanad uzunluğu: 23 m; Qanad sahəsi 45 kv.m; Maksimum qalxma çəkisi: 5 t; Boş çəkisi: 1800 kq/2100 kq; Faydalı yükün çəkisi: 480 kq; Qanadlarda çənlərlə birlikdə yanacaq tutumu: 3200 kq/2900 kq; Maksimum sürəti: 130 düyün/100 düyün; Kreyser sürəti: 70 düyün; Döyüş radiusu: 260 km/240 km; Havada qalma müddəti: 15-32 saat/50-100 saat (faydalı yükdən asılı olaraq); Maksimum uçuş hündürlüyü: 30000 fut; Qalxma üçün zolağın uzunluğu: 750 m/1050 m; Enmə üçün zolağın uzunluğu: 500 m/550 m.
Kazem Afradniya
Kazım Əfrəndniya (1945 – 28 Yanvar 2017) — İranlı film aktyoru. Əfrəndniya 28 yanvar 2017-ci ildə 71 yaşında vəfat etmişdir.
Razim Məmmədov
Razim Məmmədov (21 iyun 1966, Ağdü, Sisian rayonu) – Xətai Rayon İcra Hakimiyyətinin başçısı (2006–2018). == Həyatı == Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Qərbi Azərbaycanda, Sisiyan rayonunun Ağudi kəndində anadan olub. İlk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq"ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984–1986-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub. Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.
Razim Paşayev
== Həyatı == Razim Paşayev — Azərbaycan bəstəkarı. Onun bir çox bəstələri illər uzunu xalq mahnısı adıyla tanınıb. Tanınmış müğənni Səyyad Əlizadənin "Sənin üçün oxuyuram" adlı kompakt—disk şəklində çıxan albomuna xalq mahnıları və onlar qədər həzin və məlahətli səslənən Razim Paşayevin bəstələri də daxil edilib. "Ədalət" qəzetinin baş redaktor müavini, şair Əbülfət Mədətoğlu yazdığı şerlərə bəstələnmiş bir kompakt-disk də dinləyicilərə məlumdur.
Azeym
Azeym (ərəb. العظيم‎) — İraqda çay. Çayın mənbəyi Süleymaniyyə mühafəzəsində, Zaqros dağlarındadır. 230 kilometr (140 mil) məsafədən sonra Dəclə çayına birləşir. Çayın hövzəsi 12,965 kv. metkilor (5,006 kv. mil) qədərdir. Çay yağış suları ilə qidalanır.
Bazel
Bazel (alm. Basel‎ [ˈbaːzəl], fr. Bâle, it. Basilea) — İsveçrənin şimal-qərbində şəhər, almandilli Bazel-Ştadt kantonunun paytaxtı. Şəhərin əhalisi təqribən 170 min nəfərdir (2015). Bazel ölkənin üçüncü ən böyük şəhəridir. Şəhər Reyn çayı sahilində, Yur və Şvarsvald şəhərləri arasında, Almaniya və Fransa ilə sərhəddə yerləşir. Kimya və əczaçılıq sənayesi mərkəzidir. Novartis və Hoffman-La Roche, eləcə də beynəlxalq bank təşkilatlarının mərkəzi UBS Bankın qərargahlarından biridir. İsveçrənin ən qədim universiteti burada yerləşir.
Cüzəm
Lepra (yun. lepra) – insanda xroniki infeksion xəstəlik. Cüzam və ya lepra-Hansen basili (Mycobacterium leprae) adı verilən bir mikroorganizmanın ortaya çıxardığı, periferik sinir sistemi və dəri başda olmaq üzrə bir çox sistem və orqana təsir edən yoluxucu bir xəstəlikdir.Xəstəlik səbəbi olan basil 1873-cü ildə Norveç həkimi Gerhard Armauer Hansen tərəfindən tapılmışdır. Hansen basili bəzi xüsusiyyətləri baxımından vərəm xəstəliyinin səbəbi olan Koch basilinə oxşayır. Təbiətdə yalnız insan bədənində olan Hansen basilinin süni mühitlərdə çoxalması mümkün olmayıb. Basil, insandan əlavə yalnız Cənubi Amerikada yaşayan Armadillo və bəzi siçan növlərində xəstəliyə yol aça bilməkdədir.Bu xəstəliyin yaranmasına,pis qidalanma, avitaminoz, antisanitariya şərait yaradır. Güman edilir ki, cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından düşür.İnsanlar arasında yoluxmanın necə olduğu qəti olaraq bilinməməklə bərabər tez-tez və uzun müddət davam edən təmas nəticəsində baş verə biləcəyi düşünülür. Xəstəlik uşaqlara ana südü ilə keçə bilir. Xəstəliyə həssaslıq 3-5 yaşları arasında daha çoxdur. Xəstəlik gedişinə görə 3 tipə - lepratomaq, tuborkuloid, diferensləşməyən tipə ayrılır.
Kazım
Kazım — Kişi adı.
Lazer
Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil.
Mazer
Mazer — kvant generatorları. Lazerdən fərqli olaraq, mazer sözünün birinci hərfi microwave, yəni mikrodalğa sözünün birinci hərfidir. (NH3) ammiak molekullarından təşkil olunmuş fəal mühitdə işləyən kvant generatorlarını ilk dəfə 1954‐cü ildə rus alimləri N.Q.Basov, A.M.Proxorov və onlardan asılı olmayaraq ABŞ alimi Ç.Tauns ixtira etmişdi. Ammiak əsasında mazerlər hal‐hazırda da istifadə edilir. Mazerlərin iş prinsipi lazerlərə oxşardır. Əsas proses – həyəcanlanmış molekulların məcburi şüalanmasıdır.
Məzəm
Məzəm – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qarabağ müharibəsi dövründə bu kənd 8 şəhid verib. Bu kənddə dörd hərbçi şəhid olub, onlardan biri Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub. 2016-cı ildən başlayaraq sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub. == Coğrafiyası və iqlimi == Məzəm kəndi Ermənistanla sərhəd kəndidir. Sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır. Əhalinin 169 nəfəri kişilər, 174 nəfəri qadınlardan təşkil olunmuşdur.
Nazim
Nazim — Azərbaycanda və Türkiyədə daha çox işlədilən kişi adı. Nazim Hikmət — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) Nazim Mahmudov — Azərbaycanlı professor. Nazim Mədətov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. Nazim MəmmədovNazim Məmmədov (rejissor) — Azərbaycanlı rejissor, kino rəssamı, animator. Nazim Məmmədov (alim) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Nazim Məmmədov (professor) — professor. Nazim Məmmədov (iqtisadçı) — iqtisadçı. Nazim Məmmədov (general-leytenant) — general-leytenant.Nazim Qasımov — Nazim İmamverdiyev — Nazim Nağıyev — Səbail rayon polis idarəsi (1995–2003) və Binəqədi rayon polis idarəsinin (2003–2006) rəisi. Nazim Əlicanov — sərbəst güləş üzrə Avropa çempionu (2002), əməkdar idman ustası. Nazim Əliyev (general) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, polis general-mayoru.
Rahim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rəhmanzadə — ortopedik cərrahiyyə və ortopedik travma təsisçisiRahim adı olan tanınmışlarRahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Raket
Raket, nadir hallarda raket (it. rocchetta – fırlanan ox) — reaktiv qüvvə ilə işləyən uçan aparat. O, ətraf mühitdən asılı olmayaraq işləyir və hətta havasız şəraitdə təcillənə bilir. Raket sözü geniş mənada tətbiq olunur, o bayramlarda istifadə olunan kiçicik raketlərdən tutmuş kosmosa uçana qədər böyük bir spektri əhatə edir. Öz idarə sisteminə malik raketlər fəzada mürəkkəb hərəkətlər edə bilir, onlar hətta uçan cismləri izləmək imkanına qadirdirlər. Atılan raketlərdən fərqli olaraq özü start götürənlər daha böyük təcillənmə vaxtına malikdirlər. Bu da gövdəyə düşən yükü azaldır. Nəticədə raketlərin gövdələrini yüngül hazırlamaq olur. == Tarixi == İlk raket tarixi mənbələrə əsasən 1266-cı ildə Çində mövcud olmuşdur. Monqollara qarşı müharibədə çinlilər Kay-Kenq adlı raketdən istifadə etmişlər.
Rakim
Uilyam Maykl Qrifin (ing. William Michael Griffin Jr.; 28 yanvar 1968, Nyu-York, ABŞ) — Amerikalı rep ifaçısı və Hip-hopun öncülərindən biri. Erik B. ilə hip-hopun qızıl dövrünün ən bilinən ikilisi olmaqla yanaşı, bütün zamanların ən istedadlı rep ifaçısı olaraq qəbul edilir. == Həyatı == Wyandanch, Long Island, Nyu-York da anadan olub. Rakimin uşaqlıq illəri Wyandanchda keçir. Burada o ayrıca rim bacarığını kəşf edir və özünü yetişdirir. Gənc yaşlarda Rep musiqisi ilə məşqul olmağa başlayır. Eric B. Rakimi Marley Marla "Eric B. is President" parçasının səsyazmasına aparır. Marley və Mc Shan Eriki tanısalar da Rakimin kim oldugunu bilmirdilər. Rakim o zamanlar orta məktəbi yeni bitirmişdi.
Mazım
Mazım — Azərbaycanın Balakən rayonu ərazisində və Gürcüstanın ərazisində çay. Qanıx (Alazan) çayının qoludur. Mənbəyini Mxol Rosso dağının yamacından (2300 m. yüksəklikdən) alır. Üzərində SES qurulmuşdur. Bu çayın adı qədim gürcü mənbələrində Matsis tsxalı formasında qeyd olunmuşdur. Udinlər bu çayı Matsixe adlandırırlar. Tədqiqatçıların fikrincə, yerli azərbaycanlılar bu hidronimi Mazım kimi tələffüz etmişlər. Hidronim udin dilindəki matsı (ağ) və xe (çay) sözlərindən ibarət olub, "ağ çay" mənasındadır.
Antiballistik raket
Antibalistik raket – ballistik raketlərə qarşı istifadə edilən döyüş raketi. Ballistik raketlər nüvə, kimyəvi, bioloji və ya adi döyüş başlıqları atmaq üçün istifadə edilirlər. Antiballistik raketlər isə bu raketlərə qarşı istifadə edilirlər.
Ardem Pataputyan
Ardem Pataputyan (ing. Ardem Patapoutian; 2 oktyabr 1967, Beyrut, Livan) — Erməni əsilli ABŞ molekulyar bioloq və neyrobioloqu. Hovard Hyuz Tibb İnstitutunda (HHMI) çalışır. Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı (2021). == Həyatı == Ardem Pataputyan 2 oktybar 1967-ci ildə Beyrutda, erməni ailəsində anadan olmuşdur. 1986-cı ildə ABŞ-yə mühacirət etməmişdən öncə bir il müddətində Beyrut Amerika Universitetində təhsil almışdır. Los-Anceles Kaliforniya Universitetini bitirmiş, 1990-cı ildə sitologiya və inkişaf biologiyası sahəsində bakalavr dərəcəsinə 1996-cı ildə isə Kaliforniya Texnologiya İnstitutunda fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür. Aspirant olarkən Paputyan San-Fransisko Kaliforniya Universitetində Lui Rayhardla birlikdə çalışmışdır. 2000-ci ildə o Skripps Elmi-Tədqiqat İnstitutunda dosent olmuşdur. 2000-2014-cü illərdə əlavə olaraq Novartis tədqiqat fondunda da işləmişdir.
Arnem-Lend
Arnemland (ing. Arnhem Land) — Avstraliyanın şimalıda yerləşən yarımada, ölkənin ayrıca regionlarından biri. Yarımadada Kakadu Milli Parkı yerləşir ki, oda YUNESKO-nun ümumdünya irsi siyahısındadır. İngilis dilli mənbələrdə Arnemland ancaq Avstraliyanın Şimal ərazisinin şimal-şərq bölgəsi nəzərdə tutulur. İnzibati baxımından 97 min km² ərazini əhatə edir. Burada 16 230 nəfər yaşayır (2007). Sovet mənbələrində isə Arnemland bütünlükdə Şimal ərazisinin şimal bölgəsinə şamil edilirdi. Yarımadanın sahillərini Timor, Arafur dənizləri və Karpentariya körfəzi yuyur. == Coğrafiyası == Yarımadanın səthi hamar təpəli platodan ibrətdir. Şimalda hündürlük 180 m, cənubda isə 400 m təşkil edir.
Artem Fedetskyi
Artem Andriyeviç Fedetski (ukr. Артем Андрійович Федецький; anadan olub 26 Aprel 1985, Novovolınsk, Ukrayna SSR, SSRİ) — Müdafiənin sağ cinahında mübarizə aparan Ukrayna futbolçusudur. Hal-hazırda Ukrayna Premyer Liqasında mübarizə aparan Dnepr Dnepropetrovsk FK klubunda çıxış edir. 2008-ci ili Xarkiv FK klubunda çıxış etdikdən sonra 2008-09 mövsümündə Şaxtyor Donetsk FK klubuna transfer olmuşdur. 2009 və 2012 mövsümləri arasında Ukrayna Premyer Liqası komandalarından Karpati Lvivə kirayələnmişdir. == Milli komanda == === Milli komanda qolları === Nəticələr və qollar Ukrayna hesablamasının birinci siyahısındadır. == Uğurları == Metalist Xarkov FK ilə Şaxtyor 2-2 heç-heçə zamanı rəqiblərinə qarşı bazar günü — 17 avqust 2008-ci ildə ev oyununu oynadıqdan sonra Fedetskyi Ukrayna Premyer Liqasında beşinci turun ən yaxşı sağ yarımmüdafiəçisi kimi UA-Futbol tərəfindən təyin edilmişdir. UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində Qalatasaray PFK-a qarşı oyunda son dəqiqədə vurduğu qolla Karpati Lvivə UEFA Avropa Liqasının Qrup mərhələsinə vəsiqə qazandırmışdır.
Arzum Onan
Arzum Onan (31 oktyabr 1973, Ankara) — Türk kino aktrisası və model.
Ballistik raket
Ballistik raket — nüvə və ya digər başlıq daşıya bilən uzun mənzilli idarə olunan və ya güdümsüz mərmi. Bu raketlər tək bir nüvə başlıq daşıya biləcəkləri kimi birdən çox başlıq daşıyaraq bu başlıqları fərqli hədəflərə göndərə bilər. == Növləri == Qısa mənzilli ballistik raket Orta mənzilli ballistik raket Qitələrarası ballistik raket.
Bazel-3
Bazel-3 — bankların fəaliyyəti ilə bağlı yeni standartlardır, onlar 2008-ci il maliyyə böhranından sonra Bank nəzarəti üzrə Bazel komitəsi tərəfindən tərtib olunub. “Bazel-3″-ün əsas hədəfi böhran ərzində üzə çıxmış problemləri həll etməkdir. İlk növbədə bu, bankların fəaliyyətinin nəticələrinə görə səhmdarların daşıdığı məsuliyyətin zəifliyidir, məhz bu böhran zamanı situasiyanın tənzimlənməsi üçün dövlətin müdaxiləsini zəruri etmişdir. Buna görə də kapital və bank ilə onun tədarükçüləri arasında qarşılıqlı münasibətlər anlayışı dəyişilir, ilk növbədə isə subordinasiya olunmuş kreditorlar. Kapitala daxil edilməsi üçün bankların belə öhdəlikləri özlərində bankın gərgin vəziyyətə düşdüyü təqdirdə silinmə və ya səhmlərə konvertasiya olunma haqda şərtləri əks etdirməlidir. İkinci problem – bankların likvidliyinin qiymətləndirilməsinin, həmçinin bankların ani və uzunmüddətli likvidliyini təmin etməyin çətinliyidir. Bu problemin həlli üçün Bazel komitəsi tərəfindən qısamüddətli likvidlik və xalis stabil ehtiyatların yaradılmasına dair iki yeni normativ hazırlanır. Üçüncü ağrılı nöqtə – bankların güclü şəkildə mürəkkəb maliyyə alətləri ilə bağlı əməliyyatlara cəlb olunmasıdır. Bununla bağlı risklərin minimallaşdırılması üçün leverecin tənzimlənməsi -kredit çiyinin mümkün həddinin birbaşa məhdudlaşdırılması tətbiq ediləcək, banklar cəlb edilmiş vəsaitləri müəyyən levereclə investisiya edirlər. Belə güman edilir ki, bütün bu innovasiyalar ilk növbədə ən azı “İlk iyirmilik” ölkələrində sınaqdan keçiriləcək ki, maliyyə stabilliyinə eyni bir yanaşma vasitəsi ilə banklar üçün rəqabət şərtlərində bərabərliyə riayət olunması zamanı həmin stabilliyi qorumaq mümkün olsun.
Bazel 2
Bazel 2 İnkişaf etmiş dövlətlərin Mərkəzi Banklarının birlikdə təşkil etdikləri təşkilat olan Beynəlxalq Hesablaşmalar Bankı (BİS – "Bank for İnternational Settlements") 1974-cü ildə İsveçrənin Bazel şəhərində "Bazel Komitəsi"ni təsis etmişdir. Bu qurum 1988-ci ildə bankların iqtisadiyyatda baş verəcək böhranlara qarşı dayanıqlılığını təmin etmək üçün bankların məcmu kapitalının riskli aktivlərə nisbətinin 8%-dən az olmamasının vacib olduğunu elan etmiş və həmin il də "Bazel-I" Sazişi adı altında kapital adekvatlığı ilə bağlı beynəlxalq standartlar toplusu yayımlamışdır. Bu standartlar bankların əməl etmələri vacib olan kriteriyaları müəyyən edir. Sonrakı illərdə texnologiyanın da inkişafı ilə banklar fərqli risk mənbələrini daha effektiv şəkildə müəyyən edəbiləcək və bazarda risklərin həcminə görə İqtisadi Kapitalın Yayılması (Economic Capital Allocation) metodologoyasını istifadə edərək lazımi kapitalı ayırabiləcək səviyyəyə çatması və bazarda başverən böhranların nəticəsi olaraq, Bazel Komitəsi 1996-cı ildə yeni bir saziş üzərində işləməyə başladı. Yeni sazişin əsas məqsədi bank sektorundakı inkişafa uyğunlaşmaq və eyni zamanda, risklərə uyğun olaraq kapitalın yerləşdirilməsində banklar üçün əsas olan qanunları həyata keçirməkdən ibarətdir. İlk versiyası 1999-cu ildə tamamlanan "Bazel-II" sazişinin üçüncü (Basel 3rd Consultative Paper) versiyasının da 2003-cü ildə yayımlanması ilə yekunlaşma mərhələsinə çatmış və planlaşdırıldığı kimi 2007-ci ilin əvvəlindən etibarən icra edilməsinə başlanılmışdır. == Bazel 2" nədir ? == — Yeni Bazel Kapital Sazişi (Bazel 2), bankların kapital adekvatlığının ölçülməsi və qiymətləndirilməsi ilə bağlı Bazel Bank Nəzarəti Komitəsi (Basel Committee on Banking Supervision – BCBS) tərəfindən yayımlanan və yaxın zamanlarda bir çox dövlətlərdə tətbiq edilməsi gözlənilən standartlar toplusudur. — "Bazel 2" banklarda risklərin effektiv idarəedilməsini və bazar intizamını inkişaf etdirmək, kapital adekvatlılığının ölçülməsinin effektivliyini artırmaq və bunun əsasında sağlam bank sistemi qurmaq və maliyyə sabitliyinə yardım etmək üçün mühüm amildir. – "Bazel 2"-nin daxilində kapital öhdəliyinin necə hesablanacağı, məruz qalınan risklərin necə idarə olunacağı, kapital adekvatlığının necə qiymətləndiriləcəyi və ictimaiyyətə necə açıqlanacağı ilə bağlı göstərişlər mövcuddur.
Bazel FK
"Bazel" — İsveçrənin Bazel şəhərini təmsil edən futbol klubu. Klubun tam adı "Footballclub Basel 1893"dür. == Tarixi == "Bazel" 1893-cü ildə yaradılıb. Maraqlıdır ki, 1893-cü il noyabrın 15-də yaranan komandaya ilk futbolçular qəzetdə verilən elan nəticəsində yığılıb. İlk 40 il ərzində "Bazel" heç bir uğur qazana bilməyib. Komanda ilk uğuruna yalnız 1933-cü ildə ölkə kubokunu qazanmaqla nail oldu. İlk çempionluğu gözləmək üçün isə daha 20 il lazım gəldi. 1967-ci ildən 1980-cı ilə qədər olan dövr "Bazel" üçün çox uğurlu alındı. Bu müddət ərzində "Bazel" 7 dəfə ölkə çempionu adını qazandı. Lakin 1980-cı ildən etibarən komanda yenidən "qara zolağ"a düşdü.