Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akita
Akita (şəhər) — Yaponiyada yerləşən şəhər. Akita (it) — Yapon işçi it növü. Akita prefekturası — Yaponiyada yerləşən prefektura.
Akita (it)
Akita — Yapon işçi it növü, əsasən ailə keşikçisi kimi və ov üçün istifadə edilir. == Ümumi məlumat == Akitanın əcdadları uzaq keçmişə söykənir, və bu it hələ də Yaponyada öz mənəvi əhəmiyyətini saxlayır. 1931-ci ildə Yapon hökuməti bu cinsi milli xəzinə kimi təyin etmişdir. Akitaların heykəlləri uşaq doğumunda və ya bir kəs xəstə olanda hədiyyə edilir. Mülkiyyəti əvvəllər krallar və güc sahibi zadəganlarla məhdudlaşdırılmış bu itlər qidalandırılması və qayğısı xüsusi təlimatlar əsasında aparılır və bu itlərə müraciət etdikdə xüsusi lüğətlərdən istifadə edilir. 17-ci əsrdən Akitalar Şimali Yaponiyanın dağlarında vəhşi heyvan və quşları ovlamaq üçün istifadə edilirdi. Hazırda bu itlər polis və mühafizə işlərində təlim keçirilərək istifadə edilir. Akitalar 20-ci əsirin ikinci yarısından başlayaraq populyarlaşmışdır. == Xüsusiyyələri == Akita böyük və güclü olub, iri başlı, geniş əzələli, geniş və qara burunlu olurlar. Qulaqları səciyyəvi olaraq başına nisbətdə kiçik, cüzi gözlərə tərəf yönəlmiş, dik olur.
Akita (şəhər)
Akita (yap. 秋田市) — Yaponiyanın Tohoku regionunun Akita prefekturasının eyniadlı paytaxtı.
Akita prefekturası
Akita prefekturası (yap. 秋田県 Akita ken) — Yaponiyanın Honşu adasında yerləşən Tohoku regionunda prefektura. Prefekturanın inzibati mərkəzi Akita şəhəridir.
Yutaka Akita
Yutaka Akita (d. 6 avqust 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 44 oyun keçirib, 4 qol vurub.
Ucaku Akita
Ucaku Akita (秋田 雨雀, Akita Ucaku, 30 yanvar 1883, Aomori – 12 may 1962, Nakamaruço[d]) və ya doğum adı ilə Tokuzo Akita – Yaponiya yazıçısı, şairi və esperantoçusu. O, esperanto dilinin Yaponiyada populyarlaşmasında vacib rol oynamış və Yeni dram hərəkatının qabaqcılı olmuşdur. == Həyatı == Ucaku Akita 30 yanvar 1883-cü ildə Yaponiyanın Aomori prefekturasının Kuroişi şəhərində anadan olmuşdur. Anasının adı Matsu, atasının adı Qenan idi. Onun doğum adı Tokuzo olsa da, utancaq və xəstə oğlan olduğu üçün özünü Ucaku (yapon dilində zəif mənasına gələn sözdən) adlandırmağa başlamış, daha sonra bu adı özünə təxəllüs kimi seçmişdir.Ucaku 1887-ci ildə Kuroişi ibtidai məktəbində təhsil almağa başlamışdır. Sinif yoldaşı və gələcəkdə tanka şairi olan Yokiçi Narumi onun ən yaxın dostu və rəqibinə çevrilmişdir. Ucaku 1897-ci ildə Aomori prefektural liseyinə daxil olmuş, 1902–1907-ci illərdə Vaseda Universitetinin ingilis ədəbiyyatı fakültəsində təhsil almışdır. == Yaradıcılığı == Ucaku 1907-ci ilin iyununda "Homoseksual sevgi" adlı ilk romanını yazmışdır. Tezliklə Vaseda Universitetinin tanınmış romançılarından biri olmuşdur. O, Hans Xristian Andersenin yaradıcılığından təsirlənmişdir.
Dakiya
Roma Dakiyası (lat. Dacia Romana) — Roma imperatoru Trayanın 106-cı ildə dakların ərazisini işğal etdikdən sonra yaratdığı Roma əyaləti. == Tarixi == Roma işğalı sosial təbəqələşmə, quldarlıq münasibətlərinin inkişafı, digər əyalətlərdən gəlmələrin axını hesabına əhalinin etnik tərkibinin dəyişməsi ilə müşayiət olunurdu. Dakların romanlaşması nəticəsində kütləvi (xüsusilə taxılçılıq) intensivləşmiş, mədən işi və metal emalı inkişaf etmiş, dulusçuluq təkmilləşdirilmiş, ticarət artmışdı. Romanlaşma yeni şəhərlərin salınması və köhnələrinin (Apulum, Porolissum, Drobeta və s.) məskunlaşdırılması, koloniyalarda və pereqrinlərə məxsus torpaqların ixtisarı hesabına munisipilər səviyyəsinədək yüksəlmiş məskənlərdə latın dilinin və Roma hüququ normalarının yayılması ilə nəticələnmişdi. == Quruluşu == Dakiyada romanlaşmanın daşıyıcıları legionerlər və veteranlar, əsasən, Kiçik Asiyadan və şərq vilayətlərindən gəlmələr olmuşlar. Roma planı əsasında yenidən qurulmuş Sarmizegetusa Dakiyanın paytaxtı olaraq qalmaqda idi. Yaradılmış əyalət qonşu yaziqlər, bastarnalar, roksolanlar, karplar və azad dakların arasıkəsilməz basqınlarına məruz qalırdı. Bu çətinliklər Adrianı 118/119-ci illərdə Dakiyanı Aşağı Pannoniya ilə birləşdirməyə, sonradan isə Dakiya əyalətini iki hissəyə: Aşağı Dakiya (Olteniya və Banatın ş. hissəsi) və Yuxarı Dakiyaya bölməyə vadar etdi.
Frakiya
Frakiya (Bolqar dilində: Тракия Тrakiya, Türk dilində: Trakya, Yunan dilində: Θράκη Traki) ― Cənub-Şərqi Avropada cənubdan Bolqarıstan, şimal-şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən, tarixi çox zəngin bir bölgə. Türkiyə sərhədləri içindəki sahəsi 23.764 km² olan bu bölgənin üç dəniz ilə sərhədi vardır: Qara dəniz, Mərmərə dənizi və Egey dənizi. == Frakiyanın ərazi bölünməsi == Frakiyanın torpaqları Türkiyə Frakiyası, Bolqarıstan Frakiyası və Yunanıstan Frakiyası arasında bölünmüşdür. Türkiyə Frakiyasına Şərqi Frakiya, Bolqarıstan Frakiyası və Yunanıstan Frakiyasına Qərbi Frakiya deyilir. Türk mediasında Qərbi Frakiya sözü Yunanıstanın Frakiya (Şərqi Makedoniya və Frakiya) bölgəsi üçün istifadə edilir. == Mənşə elmi (etimologiya) == Frakiya sözü qədim yunan dilində traxia sözündən törəmişdir və "qırtlaq, nəfəs borusu" mənasını verməkdədir. Bir başqa deyişlə Frakiya, "Boğazlar ölkəsi" dir.
Lakiya
Lakiya (həmçinin Lakistan; Lak: Lak, Lakral kanu, Lakku bilayat, Lakkuy) — Şərqi Avropada, Şimali Qafqazda, Dağıstandakı Lakların etnik ərazisinin adıdır. Kumux, Laki və Kulinskiy bölgələrindən ibarət Lakiyanın əsas tarixi, mədəni, mənəvi və siyasi mərkəzidir. == Ərazisi == === Coğrafi mövqeyi === Lakiya şimalda və qərbdə Avariya ilə, şərqdə Darqo, cənubda isə Aqul və Rutul ilə həmsərhəddir. Qafqazın o biri tərəfində Gürcüstan və Azərbaycandır (tarixi Tsaxur krallığı da daxil olmaqla). Lakiya, ucları şimalda, bazası cənubda olan bir az yuvarlaq tərəfləri olan üçbucaqdır. Bu üçbucağın zirvəsi Tsudaxar dərəsidir. Bu üçbucağın tərəfləri Qafqaz dağlarının eninə silsilələridir. Şərq tərəfinə Karinsko-Kundi dağları, Əli dağı, Şunudağ və Kulinsko-Xosrex silsiləsi daxildir. Yaylağın qərb tərəfinə Turçidağ, Şalı silsiləsi və Arçavar silsiləsi daxildir. Rus generalı və tarixçisi Komarov(1869) yazırdı: “Lak ölkəsi, Gümükün əsas kəndindən beş kilometr aşağıda bağlı olan bir çox kanyonlardan ibarətdir; Samur vadisindən yüksək bir silsilə ilə ayrılır.
Madita
Madita (tam adı: Edita Malovçiç, bosn. Edita Malovčić, səhnə adı ilə alm. Madita‎; 21 yanvar 1978, Vyana) — Avstriya müğənnisi və Bosna əsilli aktrisa. Atası bosnalı folklor mahnılarının ifaçısı Kamal Malovçiçdir. Madita sinti pop, R&B və caz da daxil olmaqla müxtəlif janrlarda ifa edir. == Həyatı == Edita Malovçiç Vyanada bosnalı folklor mahnılarının ifaçısı Kamal Malovçiçin Serbiyalı xanımla olan ilk nikahından dünyaya gəlmişdir. Maditanın bildirdiyinə görə, o, atası ilə uzun müddət əlaqə saxlamamışdır və atası ilə bağlı heç də "xoş xatirələri yoxdur".2003-cü il təvəllüdlü bir oğlu var. == Karyerası == === Aktrisalıq karyerası === Madita musiqişünaslıq təhsili ilə yanaşı özəl aktyorluq dərsləri almışdır. 1999-cu ildə bir çox mükafata layiq görülmüş Avstriya istehsalı Şimal ətəkləri filmində oynamışdır. Filmin mövzusu Bosniya müharibəsi idi.
Makina
== Çap maşını == Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsi ilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib. == Daktilo yazısı == Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır?
NikitA
NikitA - ukraynalı pop qrup. Komanda dəfələrlə kişi jurnalları üçün erotik fotosessiyalarda çəkilir, həmçinin bir çox kliplərdə seksual xarakterli səhnələr olduğu üçün, xarici ölkələrin sosial şəbəkələrində böyük məşhurluq qazanmışdır.
Qranita
Nanəli qranita (it. Granita) Siciliyalı desert. Buzlu, şəkərli, meyvə qarışıqlı desertidir. == Haqqında == Şərbətdən daha qatı struktura malikdir. Kulinar Djefri Steynqarten qeyd edir ki, desertin qatılığı yerindən asılı olaraq dəyişir. Müxtəlif cür qranitalar müxtəlif cür hazırlanır. Belə ki, daha yumşaq formada olanı əsasən dondurma maşınlarında, daha bərk olanları isə soyuducuların dondurucu hissəsində hazırlanır. Çünki onlar daha kristallik olmalıdırlar. == İnqrediyentləri == Limonlu, portağallı sok, çərəzlər, badam, kofe, nanə, jasmin, mövsümi giləmeyvələrdən istifadə edilir. Bəzən şərab və ya digər bərk alkoqollu içkilər də əlavə edirlər.
Rabitə
Rabitə Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi
Radiata
Bağırsaqboşluqlular (lat. Coelenterata) — heyvanlar aləminə aid heyvan bölməsi. == Ümumi xarakteristika == Bağırsaqboşluqlular yalnız su və əksər hallarda dəniz həyat tərzi keçirirlər. Onların bəziləri sərbəst üzən, sayca çox olan bəzi formaları isə oturaq və dibə yapışan heyvanlardır. Onların oturaq formaları polip, sərbəst üzənləri isə meduzalardır. Bu tipə 9000-ə qədər növ daxildir. Tipin səciyyəvi əlaməti isə bağırsaq boşluğunda və bədənində dalayıcı hüceyrələrin olmasıdır. == Xarici quruluşu == Bağırsaqboşluqların quruluşu radial şüalı simmetriya ilə xarakterizə olunur. Bədəndə boylama istiqamətində bir əsas ox müəyyən edilir ki, onun da ətrafında radial qayda da müxtəlif orqanlar yerləşmişdir. Radial simmetriyanın sırası təkrarlanan orqanların sayından asılıdır.
Ratitae
Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur).
Rekista
Rekista (fr. Réquista, oks. Requistar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12197. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1195 nəfərdən (15-64 yaş) 870 nəfəri iqtisadi cəhətdən fəal, 325 nəfər hərəkətsiz (fəaliyyət göstərici 72.8%, 1999-cu ildə 70.6%) idi.
Şakira
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Хаditа
Xadita (ərəb. حَدِيثَةٌ‎, al-Ḥadīthah) — İraqın Anbar mühafazasında şəhər.
Akira
Akira — ad. Akira Kaci — keçmiş Yaponiya futbolçusu.
Akuta
Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. == Toponimkası == Akuta - Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Türk dillərində aq və ut (azərbaycanca ot) sözlərindən ibarətdir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Aqut-Kom kənd və yayla adı, Aqutir, Azərbaycanda Şəki rayonunda Oxut (Aqut adından təhrif) adları ilə eyni mənadadır. Mal-qaranın yediyi "aq otluq" mənasındadır. XIX əsrdə Cənubi Qafqazda bu adın Aqudi forması da vardı: Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aqudi, Qars əyalətinin Oltin qəzasında Axut, Naxçıvanda Aqut-İr, Quba qəzasında Oqudi dağ adı və s. Naxçıvanda Akutir kənd adı ilə eyni bir kənd adı Akutiri formasında Kaxetiyada qeydə alınmışdır.
Raisa
Raisa — qadın adı. Raisa Atambayeva — Qırğızıstan Respublikasının birinci xanımı. Raisa Kudaşeva — Sovet şairi və yazıçısı. Raisa İsmayılova — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Əhmədova — çeçen xalq şairəsi. Raisa Nedaşkovskaya — Ukrayna aktrisası. Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi.
Pinus radiata var. radiata
Pinus radiata (lat. Pinus radiata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Vətəni Şimali Amerika dır. Çətiri yumru, şarşəkilli, sıxdır. Zoğları möhkəm yapışmış, nazik və müxtəlif uzunluqdadır. Tumurcuqları qısa, uzunluğu 3 mm, pulcuqları yapışqanlı, nazik, yumşaq, boz-mavi, zoğların uclarında yuxarı istiqamətlənmiş, qeyri-bərabər yayılmışdır, üstdən yaşıl, altdan mavi-yaşıldır, uzunluğu 10 sm-ə qədərdir. Tezböyüyən, istisevən kölgəyə və soyuğa davamlıdır, quraqlığa dözümsüzdür. Ağır olmayan rütubətli, drenaj üsulu ilə təmişlənmiş gillicə, qumluca tropaqlarda yaxşı bitir, durğun sulu, artıq dərəcədə nəm olan torpaqlarda göbələk xəstəliklərinə yoluxduğu üçün uzunömürlü olmur. Aşağı temperaturda (-10-110 C) iynəyarpaqlarını don vurur. Güclü dəniz küləklərinə qarşı davamlıdır.
Actinoseris radiata
Actinoseris radiata (lat. Actinoseris radiata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin actinoseris cinsinə aid bitki növü. == Sinonimləri == Ingenhusia radiata Vell.
Baykar Makina
Baykar Makina — 1984-cü ildə əsası Özdemir Bayraktar tərəfindən qoyulmuş Türkiyə təyyarə düzəltmə şirkəti. == Ümumi məlumat == Əsası qoyulduqdan sonra ilk illərdə şirkət mühərriklər, nasoslar və avtomobil ötürücüləri üçün hissələrin istehsalı ilə məşğul idi. 1986-cı ildə Özdemir Bayraktar tərəfindən Baykar Makina olaraq yerliləşdirməyə tabe olan həssas mühərrik, nasos və sürət qutusu hissələrinin istehsalında avtomobil sənayesinə xidmət etmək üçün yaradılmışdır.2000-ci ildən başlayaraq Baykar Makina təyyarə istehsalı sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) tədqiqi və istehsalı sahəsində fəaliyyət göstərməyə başladı. Özdemir Bayraktarın oğulları - Haluk, Səlçuk və Axmet ​​Bayraktar - bu işlərdə fəal iştirak edirlər.Şirkətin tədqiqat və elmi inkişaf qrupu 800 nəfərdən ibarətdir. Bunların arasına mühəndislər və texniki işçilər daxildir. == Fəaliyyəti == 2007-ci ildə şirkət ilk Türk pilotsuz kəşfiyyat dronu "Kale-Baykar Mini"ni hazırladı. Türk Quru Qoşunları Komandanlığı, şirkətlə 19 ədəd PUA sistemi almaq üçün müqavilə imzaladı. Baykar Makina, xarici müştərilərə pilotsuz uçan aparatları ixrac etməyə başlayan ilk Türkiyə şirkəti oldu. "Kale-Baykar Mini"nin ilk alıcısı Qatar oldu.Bayraktar Taktiki Sinifi PUA-ların düzəldilməsi və istehsalına görə Baykar Makina 2010-cu ildə 9-cu texnologiya mükafatını aldı. Baykar Makinanın "Taktiki uçuş idarəetmə sisteminin üç ehtiyat proqramının komponentinin inkişafı" layihəsi 2015-ci ildə Yıldız Texniki Universitetinin Texnoparkı tərəfindən təşkil edilən Texnologiya Ulduzları Mükafatları proqramında "Project Star" mükafatına layiq görülmüşdür.