Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ranqout
Ranqout (niderl. rondhout, hərfən yumru ağac) — yelkənlərin qaldırılması və açılması (dartılması) və işlək vəziyətdə saxlanılması üçün zəruri olan qurğuların ümumi adı. Qədim zamanlardan ranqout istisnasız olaraq ağacdan düzəldildiyinə görə, onun bütün hissəslərini adətə görə indi də ranqout ağacları adlandırırlar, baxmayaraq ki hal hazırda ranqoutun istehsalı üçün qeyri ağac materiallardan istifadə edirlər. Ranqoutlara aiddir: Dor — reylərin və takelajın bərkidilməsi üçün əsas olan şaquli (dik) dayanan ranqout ağacları. Stenqalar — dorların və stenqaların birləşdirildiyi yerdə marslar və salinqlər quraşdırılır. Reylər — düz yelkənlərin daşınması üçün, üfuqi ranqout ağacları. Yuxarı şkatorinlə reylərə bərkidilirlər. Rü (latın reyləri) -latın yelkəninin daşınması üçün nəzərdə tutulur. Qafel — ranqoutun başqa hissələri kimi, çəpinə yelkənlərin daşınması üçün nəzərdə tutulur, qafelin xüsusiyəti — bir göyərtənin traverzindən əks göyərtənin traverzinə azad yerdəyişmə imkanındadı. Qiklər — çəpinə yelkənlərin alt şkatorinlərinin dartılması(açılması) üçün nəzərdə tutulan ranqout ağacları, hərəkətli ya da bərkidilmiş ola bilərlər.
Rəngotu
Rəngotu (lat. Isatis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Google Hangouts
Google Hangouts Google tərəfindən hazırlanmış bir rabitə proqramdır. Əvvəlcə Google+-ın bir xüsusiyyəti olan Hangouts 2013-cü ildə Google da Google+ Messenger və Google Talk funksiyalarını Hangouts-a birləşdirməyə başladıqda müstəqil məhsul oldu. 2017-ci ildə Google, Hangoutsı müəssisə əlaqəsinə yönəlmiş bir məhsul halına gətirməyə başladı. Hangouts indi G Suite məhsullar xəttinin bir hissəsidir və iki əsas məhsuldan ibarətdir: Google Meet və Google Chat. Google, eyni zamanda, Hangouts'ın "gələcəyi" olaraq yaradıldığını ifadə edərək, Google Sound, özünün IP telefoniya məhsulu olan xüsusiyyətlərini Hangoutsa birləşdirməyə başladı. Google istifadəçilərlə görüşməyə və söhbətə 2020-ci ilin iyununda keçməyi planlaşdırır, lakin Google Meet pulsuz olduqdan sonra bəzi fərziyyələr qaldıraraq klassik Hangouts'ın istehlakçı versiyasını dəstəkləməyə davam edəcəkdir.
Hangouts Meet
Google Meet (əvvəllər Hangouts Meet kimi tanınırdı) — Google tərəfindən təqdim edilən video-rabitə xidmətidir. 2 tətbiqi proqram- Google Hangouts və Google Chat proqramlarının əvəzləyicisi kimi bazara daxil olmuşdur. == Tarix == 2017-ci ilin fevral ayında iOS üçün tərtib olunmuş proqram yalnız dəvət əsasında çalışsa da, həmin ilin mart ayından etibarən proqram rəsmi olaraq fəaliyyətə başladı. Xidmət Hangoutsun korporativ dostu kimi, 30-a qədər iştirakçının qatıla biləcəyi video-konfrans proqramı kimi təqdim edildi. Bazara Android, iOS və veb tətbiq versiyaları ilə daxil oldu. Şirkət Google Meet proqramını orijinal Hangouts proqramının bir üst versiyası kimi yüksək xüsusiyyətlər ilə birlikdə təqdim edərkən, iştirakçılarla görüntülü və eyni zamanda söhbət etmək də daxil olmaqla bəzi standart Hangouts xüsusiyyətlərini ləğv etdi. Bir dəfəyə icazə verilən video yayımların sayı 8-ə endirildi (pilitə rejimində ən çox 4 yayım göstərilə bilər) və yayımlarda üstünlük mikrafonlarını ən son istifadə edən şəxsə verildi — nnlayn görüşlərdə mikrafon ilə danışan iştirakçi görüşdə ön plana çıxarıldı. Bundan əlavə çat qutusu kimi özəlliklər video yayımlara sığacaq şəkildə yenidən ölçüləndirmək yerinə elə birbaşa video yayımların üzərində göstəriləcək şəkildə dəyişdirildi. 2020-ci il covid-19 pandemiyası səbəbi ilə həmin ilin yanvar və aprel ayları arasında Google Meet istifadəsi 30 dəfə artdı. Həmin ilin aprel ayının son həftəsi etibarı ilə Zoom gündəlik 200 milyon, Google Meet isə 100 milyon istifadəçi girişinə çata bildi.
Midel-şpanqout
Midel-şpanqout — gəmiqayırmaya ya gəmiçiliyə aid bir termin. Gəmi layihəsində əsas nöqtələrdən biri olub, iki paralelin tən ortasından keçən peripendikulyar kəsik.
Boyaq rəngotu
Boyaq rəngotu (lat. Isatis tinctoria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin rəngotu cinsinə aid bitki növü.
Qanqut döyüşü
Qanqut döyüşü (isv. Sjöslaget vid Hangö udd, Şyeclaqet vid Qanne-Udd və ya Slaget vid Rilax, Slaqet vid Rilaks; fin Riilahden meritaistelu, Riilaxden meritaystelu) — 1714-cü il 27 iyulda (7 avqust) Baltik dənizindəki Qanqut burnu (Xanko yarımadası, Finlandiya) ətrafında Rusiya donanması və 10 gəmidən ibarət İsveç heyəti arasında 1700–1721-ci illər Şimal müharibəsi çəvriçəsində baş vermiş dəniz döyüşü. Rusiya donanmasının Rusiya tarixində ilk hərbi dəniz qələbəsi. 1714-cü ilin yazına qədər Finlandiyanın cənubu və demək olar ki, bütün mərkəzi hissələri rus qoşunları tərəfindən işğal edildi. Rusiyanın isveçlilərin tam nəzarətində olan Baltik dənizinə çıxışı məsələsini birdəfəlik həll etmək üçün İsveç donanmasını məğlub etmək tələb olunurdu. 1714-cü il iyun ayının sonunda admiral-general Fedor Matveyeviç Apraksinin komandanlığı altında avarlı gəmilərdən ibarət rus donanması (99 qalera, qayıq və köməkçi gəmilər) Qangutun şərq sahillərində (Tverminn buxtasında) yerləşdi. Bunda əsas məqsəd Abodakı (Qanqut burnundan 100 km şimal-qərbdə) rus qarnizonunu gücləndirmək üçün qoşunlarının sahilə çıxması idi. Rus donanmasının qarşısını Qustav Vattranqın komandanlığı ilə İsveç donanması (15 döyüş gəmisi, 3 freqat, 2 bombardımançı gəmisi və 9 qalera) kəsmişdi. I Pyotr (şautbenaxt Pyotr Mixayloviç) taktiki manevrdən istifadə etdi. O, qaleralarının bir hissəsini 2,5 kilometr uzunluğunda olan bu yarımadanın içi ilə Qanqutun şimalındakı əraziyə köçürmək qərarına gəldi.
Tanqut rəvəndi
Rheum tanguticum (lat. Rheum tanguticum) — rəvənd cinsinə aid bitki növü. Rheum palmatum L.- Ovucabənzər Tanqut rəvəndi var. tanguticum Maxim (Tanqut rəvəndi, rəvənd) Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5–2,5m-ə bərabərdir. Gövdəsi düzqalxan zəif budaqlanan, dolğun (4–5 sm diametrli), çılpaq, şirəli, silindrik, daxili içiboş oyuqlu olub, yuxarı hissəsi kiçik şırımlıdır. Kökətrafı yarpaqları iri, yumurtaşəkilli, 5–7 pərli, uzun saplaqlı olub, uzunluğu 1m-ə bərabərdir. Saplağı lətli olub, uzunluğu 30 sm-dir. Gövdə yarpaqları kiçik, növbəli, saplaqlı, yumurtavaridir. Çiçəkləri düzgün, kiçik, yaraşıqsız, düzqalxan, piramidal, çoxçiçəkli olmaqla, süpürgə çiçəkqrupunda toplanmışdır. Çiçək yatağı sadə, tacabənzər, 6 bölümlü, ağımtıl-çəhrayı və ya qırmızı rənglidir.
Tanqut skopoliyası
Tanqut skopoliyası (lat. Scopolia tangutica) — skopoliya cinsinə aid bitki növü.
Vanqut topulqası
Vanqut topulqası (lat. Spiraea × vanhouttei) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. Baltikyanı ölkələrdə, Qafqazda və Orta Asiyada əkin şəraitində becərilir. Hündürlüyü 2,5 m, çətrinin diametri 2 m olan koldur. Tez böyüyür, çoxlu yan budaqlar əmələ gətirir. Yaşlı budaqları aşağıya doğru sallanır. Yarpaqları rombşəkilli-yumurtavari, ucu biz, 3-5 hissəli, üst hissəsi tünd yaşıl, alt hissəsi isə açıq-yaşıldır, payızda sarımtıl rəng alır. Çiçəkləri ağ, hamar olub, may-iyun aylarında kütləvi çiçəkləyir. Çiçəkləri çoxsaylı olmaqla çətir çiçək qrupuna toplanmışdır. Meyvələri xırdadır.
Qırmızı anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Ranqo (cizgi filmi, 2011)
Ranqo Qrem Kinqin rejissorluğu və Qor Verbinskinin prodüserliyi ilə 2011-ci ildə Vestern janrında ekranlaşdırılmış Amerika kompüter animasiyası filmidir. Ranqo həmçinin Oskar mükafatı qazanıb.