Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ananiy Zayonçkovski
Ananiy Zayonçkovski (pol. Ananiasz Zayączkowski; 12 noyabr 1903, Trakay, Vilen quberniyası[d] – 6 aprel 1970, Roma) — türk əslilli polyak alimi, şərqşünas, türkoloq, Polşa Elmlər Akademiyasının (PEA) akademiki (1952), Varşava Universitetinin professoru (1935-ci ildən). Polşa Karaimlər Birliyinin sədri. == Bioqrafiyası == Ananiy Zayonçkovski 12 noyabr 1903-cü ildə Vilna (indiki Vilnüs) şəhərində anadan olmuşdur. Valideynləri əslən Trakay karaimləri olan Akhiezer (Aleksandr) Zayonçkovski və Emiliya Bezekoviçdir. Ananiy iki il Vilnadakı Siqmund Avqust gimnaziyasında oxumuşdur. 1915-ci ildə, Birinci Dünya Müharibəsi zamanı, almanların Litvanı işğalı təhlükəsi yarananda Zayonçkovskilər ailəsi Krıma, doğma ata-baba yurduna köçürlər. Həmin dövrdə valideynləri Ananiyi Simferopol gimnaziyasına göndərirlər. Orta məktəbdə oxuyanda teatr gənc oğlanı o qədər özünə cəlb edirdi ki, yay tətillərində öz tamaşaları ilə bütün Cənub Sahilini gəzən həvəskar truppa təşkil edirdi. Anani bu tamaşalarda Otello, Onegin və Çatski rollarını canlandırırdı.
Kitakata rameni
Kitakata rameni (喜多方ラーメン) — əsas üç müxtəlif növ ramen növündən biridir. Bu yemək xüsusi olaraq Kitakataprefektur Fukusima şəhəri üçün hazırlanıb. == Xüsusiyyətlər == Yaponiyada üç ramen növündən biri kimi çox məşhur yeməkdir. Hokkaydo və Hakata rameni kimi məşhurdur. Onlardan əsas fərqi isə gombul, asan ayrılan əriştəsinin və sardin bulyonunun olmasıdır. Bu yeməyin donuz əti ilə bişirilən növü də çox məşhur və dadlıdır. == Maraqlı faktlar == Kitakata şəhəri bütün Yaponiyada ramenə görə çox tanınıb. Bu şəhərin 37 min əhalisi var. Bu əhalinin 120 nəfərini ramenlər təşkil edir. Dünyada ən çox ramenlər yaşayan şəhərdir.
Kaç Rannı
Kaç Rannı (qüc. કચ્છનું મોટું રણ) — Hisdistanın qərbində, az bir hissəsi isə Pakistanın şərqində yerləşən şoranlıq. Öz növbəsində iki yerlə bölünür: Böyük Kaç Rannı (şimal hissə) və Kiçik Kaç Rannı (cənub-şərq hissə). Rann şözü sanskritcədən tərcümədə «səhralıq məkan» anlamını verir. Kaç Qucarat ştatının bir dairəsinin adıdır. Sahəsi 20 min. km²-dir. Orta hündürlüyü 200 m, bəzi ərazilərdə isə 465 m çatır. Mussonlar mövsümündə dəniz suyu və Banas, Luni və d. çaylatrın suyu ilə dolur.
Böyük Kaç Rannı
Böyük Kaç Rannı (ing. Great Rann of Kutch) — Mövsümdən asılı olaraq bataqlaşan şoranlıq ərazisi. Tar səhrasının bir hissəsini təşkil edir. Qucarat ştatının Kaç dairəsinə daxildir. Ran sözü (hind. रण) hindi dilindən tərçümədə "şoranlıq" mənasını verir. Ərazisi 30 000 km² ərazini əhatə edir və Kaç körfəzi ilə Hind çayının mənsəbi arasında yerləşir. Şoranlığın şimalı ilə Kaş körfəzinə Luni çayı tökülür. Yağışlar mövsümündə şoranlıq bütünlüklə su ilə örtülür və burada köçəri quşlar müşahidə edilir. Rütübətli illərdə Kaçdan Kambey körfəzinə qədər ərazilər bataqlıqlaşır.