Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rasputin
Qriqori Yefimoviç Rasputin (rus. Григорий Ефимович Распутин; 9 (21) yanvar 1869, Pokrovsk[d], Tobolsk quberniyası[d], Rusiya imperiyası – 17 (30) dekabr 1916, Petroqrad, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası) — uzaqgörənliyi və xəstələrə verdiyi şəfa ilə məşhurlaşmış mistik. O, Rus Pravoslav Kilsəsinə mənsub olmuşdur. Qriqori Rasputin Rusiya imperiyasının Tobolsk quberniyası Tümen qəzasının Pokrovsk kəndində 1869-cu ilin 22 yanvar tarixində sadə bir kəndli ailəsində anadan olmuşdur. Atası Efim Vilkin və anası Anna Parşukova sadə Sibir kəndliləri idilər. Rasputinin anadan olduğu tarix Xristianlıqda müqəddəs Qriqori gününə təsadüf etdiyindən, ona Qriqori adı verilir. Rasputinin uşaqlıq dövrü haqqında məlumatlar geniş deyil. Əsas məlum olan məlumatlardan biri Rasputinin rahat və qayğısız uşaqlıq keçirməsidir. Bir müddət Sibirdə fəaliyyət göstərdikdən sonra Sankt-Peterburq şəhərinə gəlmişdir. Rasputin burada çar II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnanın etimadını qazanmışdır.
Rafute
Rafute (ラフテー) – Yaponiyanın Okinava mətbəxinə aid donuz qabırğasından hazırlanan yemək. Rafute dərisi soyulmamış donuz qabırğasının soya sousunda və qəhvəyi şəkərdə pörtlədilməsi ilə hazırlanır. Yaponiya inancına görə ömrü uzadan yeməkdir. Rafute Okinava Krallıq Mətbəxinin yeməklərindən biri olmuşdur. Havay adalarında rafute "şoyu donuz əti" adı ilə tanınır. və boşqablarda qəlyanaltı kimi servis edilir. Rafuteni Havay adalarına 1900-cü illərin əvvəlində Okinava immiqrantları gətirmişdilər. Etnik okinavalılar Havay adalarının paytaxtı Honolulu şəhərində bir çox restoran işlətmişdilər.
Qriqori Rasputin
Qriqori Yefimoviç Rasputin (rus. Григорий Ефимович Распутин; 9 (21) yanvar 1869, Pokrovsk[d], Tobolsk quberniyası[d], Rusiya imperiyası – 17 (30) dekabr 1916, Petroqrad, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası) — uzaqgörənliyi və xəstələrə verdiyi şəfa ilə məşhurlaşmış mistik. O, Rus Pravoslav Kilsəsinə mənsub olmuşdur. Qriqori Rasputin Rusiya imperiyasının Tobolsk quberniyası Tümen qəzasının Pokrovsk kəndində 1869-cu ilin 22 yanvar tarixində sadə bir kəndli ailəsində anadan olmuşdur. Atası Efim Vilkin və anası Anna Parşukova sadə Sibir kəndliləri idilər. Rasputinin anadan olduğu tarix Xristianlıqda müqəddəs Qriqori gününə təsadüf etdiyindən, ona Qriqori adı verilir. Rasputinin uşaqlıq dövrü haqqında məlumatlar geniş deyil. Əsas məlum olan məlumatlardan biri Rasputinin rahat və qayğısız uşaqlıq keçirməsidir. Bir müddət Sibirdə fəaliyyət göstərdikdən sonra Sankt-Peterburq şəhərinə gəlmişdir. Rasputin burada çar II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnanın etimadını qazanmışdır.
Valentin Rasputin
Valentin Qriqoryeviç Rasputin (rus. Валентин Григорьевич Распутин; 15 mart 1937[…] – 14 mart 2015[…], Moskva) — rus yazıçısı. Valentin Qriqoryeviç Rasputin 15 mart, 1937-ci ildə anadan olub. Görkəmli rus yazıçısı Valentin Rasputin sağlığında klassik adlandırılan müəlliflərdən biridir. Onun «Mariya üçün pul» (1967), «Son möhlət» (1970), «Fransız dili dərsi» (1973), «Yaşa və xatırla» (1974), «Matyora ilə vida» (1976), «Yanğın» (1985) və başqa povestləri Rusiya mətbuatında ədəbi hadisə kimi qiymətləndirilib.
Racput dövrü
Racput dövrü - (sanskrit. राज्पुत) (VII-XII əsr) Hindistanın orta əsrlərə daxil olduğu Racputların hakimiyyət dövrü. Hind mədəniyyətinə qızıl dövr kimi daxil olan Huptlar dövrü gəlmə adamların yerli əhali ilə birləşməsi nəticəsində yeni etnik toplunun - racputların formalaşmasından sonra süqut etdi. racputların hakimiyyəti möhkəm siyasi mərkəzlərin - şimali Hindistan, Benqaliya, Dekan və uzaq cənub (VII-Xıı əsr) sisteminin yaranmasını təmin etdi. "Racput" - sanskritcə "raca putra" sözbirləşməsindən yaranıb "padşahın oğlu" və ya "racanın oğlu" anlamını verir. Bu dövrlərdə Hindistanda kahin-brahmanlar kastasının hakimiyyəti güclənirdi və onlar özlərini cəmiyyətdə təsdiqləmək üçün incəsənətdən öz dini təlimlərini daha da genişləndirmək üçün istifadəyə can atdılar. Bunun təsiri ilə Hindistanda məbəd memarlığında güclü dəyişiklik hiss olundu. Racputlar dövründə bir neçə baş və əli olan allahların rəmzi obrazlarına daha tez-tez rast gəlmək olur. Ali allahlar olan Brahma, Vişna, Şiva üçlüyü - Trimurti bu qəbildəndir. Hindlilər öz allahlarının fiqurlarına insani sima verirdi.
Vladimir-Rasate
Vladimir-Rasate (təq. 850, Birinci Bulqar dövləti – ən tezi 893 və ya 893, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin Tenqriçi son imperatoru. Vladimir-Rasate atasının dövründə sərkərdə idi. Serbiya knyazının Vlastimirin ölümündən sonra oğulları Mutimir,Stroyimir və Qoynik arasında müharibə başlamışdı. Serbiya knyazlığındakı ara müharibələrindən istifadə edən Boris oğlu Vladimir-Rasate başçılığında ordu göndərsə də qələbəyə nail ola bilməmişdi. Vladimir və 12 boyar əsir düşmüşdü. Daha sonra əsirlikdən qurtulmuşdu və evinə qayıtmışdı. 892-ci ildə Müqəddəs Roma imperiyası hökmdarı Arnulf ilə saziş imzalamışdı. Vladimir-Rasate xristianlığı Bizansın təsiri olaraq görür və Tenqriyə inamı geri qaytarmaq istəyirdi. Sadəcə bir hissə boyar tərəfindən dəstəklənən Vladimir 893-cü ildə atası Boris tərəfindən devrildi və kor edildi.