Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rastoçe
Raztoçe, Rostoçe, Rastoçe (ukr. Розточчя, pol. Roztocze) — Polşa ərazisində ensiz təpə silsiləsi. Eni 15-20 km, hündürlüyü 400 metr olan bu silsilə Ukraynanın Lvov ərazisindən başlayır və Polşa ərazisinə daxil olaraq şimal-qərbə uzanır. Nadsyan düzənliyi silsilənin cənub-qərbində, Nadbujay çökəkliyi isə şimal-şərqdə yerləşir. Bu bölgədə silsilənin hündürlüyü 100—150 metr arasında dəyişir. Şimal-qərbdə təpə Xolmsk və Lyublin yüksəkliyi ilə birləşir. Rastoçe silsiləsi qeyri-simmetrik antikilinal hesab olunur. Geoloji baxımdan təbaşir və miosen yaşlı süxurlardan təşkil olunub. Buzlaq mənşəli relyef formaları diqqəti cəlb edir.