Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Urasil
Urasil — Urasil (/ ˈjʊərəsɪl /) (simvol U və ya Ura) A, Q, S və U hərfləri ilə təmsil olunan RNT nuklein turşularında dörd azotlu əsasdan biridir. Digərləri adenin (A), sitozin (S), və quanin (Q). RNT-də urasil adeninə iki hidrogen bağı ilə bağlanır. DNT-də urasilin azotlu əsası timinlə əvəz olunur. Urasil timin demetilləşdirilmiş formasıdır. Urasil ümumi və təbii olaraq meydana gələn pirimidin törəməsidir. "Urasil" adı 1885-ci ildə sidik turşusu törəmələrini sintez etməyə çalışan alman kimyaçısı Robert Berend tərəfindən yaradılmışdır. Əvvəlcə 1900-cü ildə Alberto Askoli tərəfindən kəşf edilmiş, maya nukleininin hidrolizi ilə təcrid edilmişdir , o, həmçinin mal-qaranın timus və dalağında, siyənək toxumunda və buğda cücərtisində aşkar edilmişdir . İşığı udmaq qabiliyyətinə malik düz, doymamış birləşmədir. 2012-ci ildə Saturn sistemindəki orbitdə Kasini missiyasının məlumatlarının təhlili göstərdi ki, urasil Titanın səthinin bir hissəsi ola bilər .
Hasil
Hasil — vurma əməlində alınan rəqəmə deyilir. Məsələn: 6 ifadəsi 2 və 3 (həmçinin, 1 və 6) rəqəmlərinin vurulmasından, x ⋅ ( 2 + x ) {\displaystyle x\cdot (2+x)} hasili x {\displaystyle x} və ( 2 + x ) {\displaystyle (2+x)} ifadələrinin vurulmasından alınmışdır. == Xarici keçidlər == Product on Wolfram Mathworld Product at PlanetMath.org.
Kaspi
Kaspi (şəhər) — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. Kaspi bələdiyyəsinin inzibati mərkəzidir. Kaspi bələdiyyəsi — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kaspi şəhəridir. Kaspi (qəzet) — qəzet Kaspi (kurslar) — Bakıda hazırlıq kursları Kaspi vilayəti – Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində, 1840–1846–cı illərdə mövcud olmuş inzibati ərazi vahidi. Kaspilər – Kaspianada yaşamış qədim etnoslardan biridir.
Ramil
Ramil — kişi adı.
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim NəbiyevRasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001)Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Xaşıl
== Xəşil Haqqında == xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). == Tərkibi: == (2 nəfərlik) 1 stəkan un3 stəkan qaynadılmış soyuq su1/3 çay qaşığı duz === Üstü üçün: === Bəkməz (doşab)əridilmiş kərə yağıŞəkər tozu === Hazırlanması: === Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.
Yaşıl
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir.Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. Açıq tonlarından istifadə etmək daha çox məsləhət görülür.
Alosa caspia
Alosa caspia (lat. Alosa caspia) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Xəzər dənizində geniş yayılıb. Aqraxan körfəzindən Ural və Embaya qədər olan sahədə kürü tökürlər. Azsulu illərdə Volqa deltasına girir və xeyli yuxarı qalxırlar. == Morfoloji əlamətləri == Qəlsəmə dişcikləri çoxsaylı (50-180), nazik, uzundur. Bel üzgəcində 13-15, anal üzgəcində 15-20 şüa vardır. Qəlsəmə qapaqları arasında başın hər iki tərəfində bir tünd ləkə vardır. Bu cür ləkələr bədənin yanlarında da mövcuddur. Çənələrində dişlər zəif inkişaf etmiş, nazikdir.
Atherina caspia
Xəzər aterini (lat. Atherina caspia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinin aterinlər fəsiləsinin aterin cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin hər yerində yayılmışdır. Sara yarmadası, Böyük Qızılağac körfəsi, Kür dili rayonlarında üstünlük təşkil edir. Kürün mənsəbində, az miqdarda Kiçik körfəzdə, Qumbaşı çayında, Lənkəran çaylarında, Uzbay vadisi göllərində, duzluluğu 60 %-ə çatan Kaydak körfəzində qeydə alınır. == Morfoloji əlamətləri == D VIII,1 10–15, A 11–16, qəlsəmə dişiciklərinin sayı 19–26, orta hesabla 22–23, fəqərələrinin sayı 44–48 olur. Yan xətti yoxdur. Bədəninin yanları boyu gümüşü rəngdə zolaq uzanır. Qarnı girdələşmiş şəkildədir. Ağzı böyükdü və ucda yerləşir.
Basmıl xaqanlığı
Basmıl xaqanlığı — Göytürk xaqanlığının dağılmasından sonra yerində, basmıllar tərəfindən qurulmuş qısa müddətli dövlət. == Hökmdarları == Basmıl hökmdarı İrtəriş xaqan dövlətin ilk və son hökmdarı olmuşdur. == Ərazisi == Dövlətin şərqi Uyğur yabquluğu, qərbi isə Karluk yabquluğu adlanırdı. == Tarixi == Cəmi 2 il mövcud olan dövlət 744-cü ildə Qarluqlar və Uyğurların birgə səyi nəticəsində parçalanmış, yerində Uyğur xaqanlığı və Qarluq xaqanlığı yaradılmışdır.
Bertran Rassel
Bertran Artur Vilyam Rassel (ing. Bertrand Arthur William Russell, 3rd Earl Russell; 18 may 1872[…], Treleç[d] – 2 fevral 1970[…], Penhindedra[d], Quinet[d]) — ingilis riyaziyyatçı, filosof və ictimai xadim, "məntiqi atomizm" konsepsiyasının, "deskripsiya nəzəriyyəsi"nin yaradıcısı, Alimlərin Paquoş Hərəkatının yaradılmasının təşəbbüskarlarından biri, "Rassel-Eynşteyn Manifesti"nin həmmüəllifi, "Sülh Fondu"nun qurucusu (1963), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1950). == Həyatı == İngilis filosofu, məntiqşünas, riyaziyyatçı və ictimai-siyasi xadim Bertran Artur Uilyam Rasseli tam əsasla ensiklopedist adlandırmaq mümkündür. O, Britaniyanın siyasi həyatında XVI əsrdən fəal iştirak edən Rassel nəslindən idi. Nəslin görkəmli nümayəndələrindən biri, Bertranın babası lord Con Rassel 1832-ci ildə kraliça I Viktoriyanın hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuşdu. İki yaşında anasını, dörd yaşında isə atasını və körpə bacısını itirən Bertran nənəsi, qrafinya Rasselin himayəsində böyümüşdü. Onun və böyük qardaşının təlim-tərbiyəsi ilə alman, İsveçrə quvernantları, eləcə də ingilis müəllimlər məşğul olurdular. Bertran 1890-cı ildə Kembric Universiteti yanındakı Triniti Kollecdə təhsilə başlamış, 1894-cü ildə incəsənət bakalavrı dərəcəsi almışdı. Elmin müxtəlif sahələrini öyrənsə də, maraq dairəsinə əsasən riyaziyyat və fəlsəfə daxil idi. 1897-ci ildə o, "Həndəsənin əsasları" mövzusunda magistr dissertasiyası müdafiə etmişdi.
Ceyn Rassel
Ceyn Rassell — 1940-1950-ci illərin seks-simvolu, məşhur Hollivud aktrisası. Onun ən məşhur filmi Merlin Monro ilə bir yerdə çəkildiyi “Centlmenlər sarışınlara üstünlük verirlər” olub. Rasselin ilk böyük filmi 1943-cü ildə ekranlara çıxan “Qanundan kənar” filmi olub. Məhz bu film sayəsində aktrisa bütün dünyada məşhurlaşıb. Onun filmoqrafiyasında “Makao”, “Onun xəyallarının qadını”, “Fransız xətti” kimi filmlər var. Rassel uzun illər davam edən karyerası ərzində təkcə filmlərdə iştirak etməyib, eləcə də özünü estradada sınayıb və qadın alt paltarlarını reklam edib. Ceyn Rassell Kaliforniyada 2011-ci ildə 89 yaşında vəfat edib.
Clupeonella caspia
Xəzər kilkəsi (lat. Clupeonella caspia) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə daxil olan sənaye əhəmiyyətli dəniz balığı. Əvvəllər Qaradəniz kilkəsinin yarımnövü hesab edilirdi. Son təsnifat zamanı bu balığın müstəqil bir növ olması təstiqlənmişdir. Xəzər kilkəsi ancaq Xəzər dənizində yaşayır. Balıqların maksimal uzunluğu 15 sm təşkil edir. İqtisadi əhəmiyyətli sənaye balığıdır. == Arealı == Xəzər kilkəsinin bütün sakit sularında müşahisə etmək mümkündür. Bircə Qaraboğazgöl körfəzi istisnadır. Onlara Volqa, Ural və Terek çaylarının mənsəblərində belə müşahidə etmək mümkündür.
Con Raskin
Con Raskin (ing. John Ruskin; 8 fevral 1819[…], London – 20 yanvar 1900[…]) — yazıçı, incəsənət tənqidçisi, sənətşünas, filosof, rəssam, sosioloq, universitet müəllimi, şair, ədəbiyyat tənqidçisi, memar, jurnalist.
Con Rassel
Con Rassel (ing. John Russell; 18 avqust 1792[…], Meyfer[d], Böyük London – 28 may 1878[…], Pembruk-Lodj[d], Böyük London) — Böyük Britaniya dövlət və siyasi xadimi. 1846–1852-ci illərdə Böyük Britaniyanın baş naziri və viqlərin lideri olmuşdur. Filosof Bertran Rasselin babasıdır. == Həyatı == Rassel, 18 avqust 1792-ci ildə ingilis aristokratiyasının ən yüksək eşelonlarında, 6-cı Bedford hersoqu Con Rasselin üçüncü oğlu olaraq dünyaya gəlmişdir. Rasselin ailəsi 17-ci əsrdən bəri İngiltərədəki əsas viq sülalələrindən biri idi və bu ölkənin aristokratik torpaq sahiblərinin ən varlı ailələrindən biri idi, ancaq Bedford 6-cı hersoqunun ən kiçik oğlu olaraq, miras qalmış ailəyə sahib olmamalıdı. Hersoqun ən kiçik oğlu kimi, "Lord Con Rassel" nəzakət tituluna sahib idi.1861-ci ildə qraf olana qədər İcmalar Palatasında oturmuşdur. == Siyasi karyerası == 1813-cü ildə viq olaraq parlamentinə daxil olmuşdur. Viq hökumətlərində daxili və xarici işlər naziri vəzifəsini icra etdi. 1828-ci ildə parlamentə sözdə ləğv təklifini təqdim etdi.
Karelinia caspia
Karelinia (lat. Karelinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Karelinia caspia (Pall.) Less. SinonimSerratula caspia Pall.
Kaşbil (Talış)
Kaşbil (fars. كش بيل‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 250 nəfər yaşayır (52 ailə).
Kurt Rassel
Kurt Rassel (17 mart 1951)—ABŞ aktyoru. == Həyatı == Kurt Rassel 1951-ci il martın 17-i Spriqfild, Massaçusets ştatında anadan olmuşdur.
Mishari Rashid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran oxuyan (hafiz). Onun səsi, həmçinin quran qiraəti xususi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. == Həyatı == Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakultəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
Rafail Becanov
Rafail Becanov (2 iyul 1968, Odurakəran, Yardımlı rayonu) — "Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" Xəbər Portalının direktoru. == Həyatı == Rafail Becanov 2 iyul 1968-ci ildə Yardımlı rayonunun Odurağaran kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. 1986–1993-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Eyni zamanda 1990–1992-ci illərdə ADAU-nun nəzdindəki İctimai Peşə Fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb və ikiillik kursu bitirib. Evlidir. 2 övladı var. == Fəaliyyəti == 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü və Milli Azadlıq Hərəkatının fəallarından, Gəncə şəhərində tələbə hərəkatının liderlərindən olub. 1992-ci il dekabrın 12-də keçirilən Azərbaycan Respublikası Tələbələrinin 1-ci Qurultayının Təşkilat Komitəsinin üzvü və Qurultayın həmsədri olub. 1993-cü ildən jurnalistikadadır.
Rafail Cəfərov
Cəfərov Rafail Baba oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1956 Bakı şəhərində dünyaya gəlib.Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsi Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbini bitirib. 1994 Ağdamda şəhid olmuşdur.
Rafail Hüseynov
Rafail Teymur oğlu Hüseynov(1 yanvar 2001, Qarğalıq, Masallı rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1] == Həyatı == Rafail Hüseynov 1 yanvar 2000-ci ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. Ədalət Vəliyev adına tam orta məktəbdə oxuyub. Həmin məktəbi 2017-ci ildə bitirib. Rafailin fiziki hazırlığı yaxşı idi. Uşaqlıqdan ermənilərin millətimizə qarşı törətdiyi cinayətlərlə barışmayıb. Xalqımızın soyqırıma məruz qalması, torpaqlarımızın işğalı onda hərbi peşəyə maraq oyadıb. Ona görə hərbçi olmaq istəyib. 2018-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Sonra XTQ kursuna könüllü yazılıb. 6 aylıq kursdan sonra kiçik gizir rütbəsində çalışmağa başlayıb.
Rafail Qəribov
Rafail Qəribov (Qəribov Rafail Bəşir oğlu; d. 21 noyabr 1961. Sofular, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) — Texnika elmləri doktoru (2008). “Volqapromstroybezopasnost” ETM QSC‑nin baş direktoru. Beynəlxalq İctimai Elmlər Akademiyasının həqiqi üzvü (2008). == Həyatı == Qəribov Rafail Bəşir oğlu 1961-ci il noyabrın 21-də Azərbaycan Respublikasının Tovuz rayonunun Sofular kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Mühəndis-Tikinti İnstitutunu “sənaye və mülki tikinti” ixtisası üzrə bitirib. 1980-1982-ci illərdə Sovet Ordusunda xidmət edib. 1978-1988-ci illərdə Bakı Baş Tikinti İdarəsi sistemində işçi, mühəndis, baş mühəndis işləyib. 1988-1990-cı illərdə 11 nömrəli “Sosialmədənitikinti” tresti partiya komitəsinin katibi olub.
Rassel Krou
Rassel Ayra Krou (ing. Russell Ira Crowe; 7 aprel 1964) — Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor. 3 nominasiya üzrə 2001-ci il "Oskar" mükafatı laureatı. Əsas populyarlığı çəkildiyi "Qladiator", "Öz adamı", "Dənizlərin sahibi: Yer üzünün kənarında", "Yumaya gedən qatar", "Ağıl oyunları", "Rədd edilmişlər" və "Nokdaun" kimi filmləri sayəsində qazanmışdır. == Həyatı == Rassel Krou 7 aprel 1964-cü ildə Yeni Zellandiyanın Vellinqton şəhərində, Aleks və Cosel Krounun ailəsində anadanolub. Özündən böyük bir qardaşı var - Terri Krou. Rasselin 4 yaşı olanda ailə Sidneyə köçür. 5 yaşında isə Rassel Krou anasının xaç atasının prodüseri olduğu "Spyforce" Avstraliya teleserialında epizodik rola çəkilir. 14 yaşı olanda Rassel Krounun ailəsi yenidən Yeni Zellandiyaya qayıdır və Oklend yaxınlığında məskunlaşır. Ailənin əsas gəliri çox da bahalı olmayan "Uçan səhəng" restoranından çıxırdı.
Rassel Malifant
Rassel Malifant (18 noyabr 1961 — Ottava, Kanada) Rassel Malifant öz qrupunu 1996-cı ildə təşkil etmiş və bu günə qədər işıq üzrə quruluşçu Maykl Hols ilə yaxından əməkdaşlıq edərək 20-dən çox tamaşanın müəllifi olmuşdur. O, həm də "Lyon Opera Ballet", "George Piper Dances", "Ricochet Dance Company", "The Batsheva Ensemble" və "Nuremberg Ballet" kimi qruplar üçün tamaşalara quruluş vermişdir. "Royal Ballet School" Kral Balet Məktəbində təhsil alan Rassel 16 yaşından oranı tərk edərək karyerasını müstəqil azad rəqsdə davam etdirmək üçün "DV8 Physical Theatre", "Michael Clark & Company", "Laurie Booth" və "Rosemary Butcher" kimi qruplarla işləyir, eyni zamanda bir sıra müxtəlif texnikanı (baletdən tutmuş əlaqəli improvizasiyaya qədər, yoqa, kapoeyra, tay-çi və akrobatika) araşdırır. Rassel anatomiya, fiziologiya, biomexanika və Struktur İnteqrasiya üzrə Rolfinq Metodunu öyrənmiş (bu sahədə o özəl fəaliyyət göstərir), 1994–1995-ci illərdə müəllimlərə iki illik Yoqa təlimində iştirak etmişdir.