Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Odessa
Odessa (ukr. Одеса; BFƏ:/ɔdesɑ/; 1794-cü ilə kimi Hacıbəy) — Qara dənizin şimal-qərb sahilində yerləşən şəhərdir, Odessa vilayətinin inzibati mərkəzi və Ukraynanın ən böyük limanıdır. Əhalinin sayına görə Odessa Kiyevdən və Xarkovdan sonra Ukraynada üçüncü yerdədir. Odessanın özünün çay lövbəri şəklində gerbi, şəhərin statusunu əks etdirən bayrağı və himni var. Odessa şəhərinin tarixi 1794-cü ildən başlayır. 1794-cü ilin 27 mayında (7 iyunda), imperatriça II Yekaterina, Hacıbəy yerində şəhərin və limanın yaradılması haqqında fərman dərc etdi, və artıq 22 avqustda (2 sentyabrda) şəhərin əsasına birinci dirəklər vurulmuşdur. Şəhər Rusiya ordusunun mühəndis-polkovniki Frans Devolan tərəfindən təşkil edilmiş plan üzrə tikilmişdir. Qradonaçalnik (Şəhər rəisi) Rişelyenin dövründə Odessa Rusiya imperiyasının Qara dənizdəki əsas limanına çevrildi. Şəhər elə sürətlə inkişaf edirdi ki, bir yüzillik ərzində kiçik qəsəbədən, Peterburqdan, Moskvadan və Varşavadan sonra, Rusiya imperiyasının ölçücə dördüncü şəhərinə çevrildi. Odessa şəhərinin yeni adı haqqında birinci xatırlatma 10 yanvar 1795-ci il tarixi ilə müəyyən edilmişdir.
Detsl
Detsl (tam adı: Kirill Aleksandroviç Tolmatski; rus. Кирилл Александрович Толмацкий; 22 iyul 1983, Moskva – 3 fevral 2019, İjevsk) — Rusiya repçisi.
Aechmea retusa
Aechmea retusa (lat. Aechmea retusa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Anthemis retusa
Anthemis retusa (lat. Anthemis retusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Baccharis retusa
Baccharis retusa (lat. Baccharis retusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Dalbergia retusa
Dalbergia retusa (lat. Dalbergia retusa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Edessa döyüşü
Edessa döyüşü — Roma İmperiyası ilə Sasanilər arasında 260-cı ildə Edessa şəhəri yaxınlığında baş vermiş döyüş. Bu döyüşdə Romalılar demək olar ki, bütün ordunu itirdi. İmperator Valerian isə Sasanilərə əsir düşdü. == Səbəbləri == Bu dövrdə Sasani və Roma dövlətləri erməni məsələsi ilə bağlı üz-üzə gəlmişdi. Roma xüsusilə erməni ərazisinin Sasanilərin əlinə keçməsindən narahat idi. Bu vaxt, Ermənistan Çarlığı daxilində önəmli hadisə baş verdi. Erməni çarı Böyük Xosrov kimi tanınan II Tridat 252-ci ildə bir sui-qəsd nəticəsində öldürüldü. Bu hadisədən sonra, 253-cü ildə erməni krallığında böyük siyasi nüfuza sahib olan liderlər Şapurun hakimiyyəti altına girməyə razəlaşdılar, lakin Roma, öldürülən erməni çarının yerinə oğlunu mühafizə edərək ermənilərin yeni çarı elan etdi. I Şapur Romanın ona qarşı apardığı bu siyasi gedişindən çox narahat idi. Bu dövrdə, Roma İmparatoru Ərəb Filipp əvvəllər Fars dövlətinə vergi (500.000 qızıl pul) ödəyəcəyini vəd etmişdi, lakin bu vergini ödəməkdən imtina etdiyi üçün I Şapur bunu bəhanə edərək Romaya qarşı müharibə elan etdi.
Edessa qraflığı
Edessa qraflığı (lat. Comitatus Edessanus) — 1098-1144-cü illərdə mövcud olmuş feodal dövləti. Qraflığın mərkəzi indiki Şanlıurfa şəhəri olduğu üçün bir çox tarixi mənbədə Urfa qraflığı olaraq da adlandırılır. Səlibçilər tərəfindən Ön Asiyada qurulan ilk feodal dövləti idi. Bizans imperiyası dönəmində bölgə Süryani Pravoslav Kilsəsi tabeliyində öz intibah dövrünü yaşamış, həm yerli Mesopotamiya, həm də yunan mədəniyyətinin təsiri altında inkişaf etmişdir. Belə ki, Birinci Səlib yürüşü əsnasında hədəf seçilən önəmli şəhər mərkəzlərindən birinə çevrilmişdi. İlk Edessa qrafı Bulonlu Baldvin daha sonra Qüds kralı oldu və geridə qalan qraflıq onun qohumlarına miras qaldı. Digər səlib dövlətləriylə müqayisədə, Edessa qraflığı coğrafi olaraq əlverişsiz mövqedə idi. Belə ki, dənizə çıxışı yox idi və həmsərhəd olduğu dövlət və tayfalarla münasibətləri yaxşı deyildi. Qraflığın mərkəzi olan Edessa (yəni, indiki Şanlıurfa) və digər mühüm mərkəzləri səlib qüvvələrindən uzaq hesab edilən Fərat çayının şərq sahilində qalırdı.
Edessa şəlalələri
Edessa və ya Edessis şəlalələri ― Yunanistanın Edessa şəhərində yerləşir. Şəlalələr XIV əsrdə baş verən güclü zəlzələdən sonra yaranmış təbiət möcüzəsidir. O vaxtdan bəri ərazidə baş vermiş daha kiçik miqyaslı zəlzələlər səbəbiylə şəlalələrin morfologiyalarında bir çox dəyişiklik baş vermişdir. Bu şəlalələrin əsas mənbəyi Aqra-Nissiou bataqlığıdır. Şəlalələr 100 000 m²-dən böyük ərazi və qayanın üzərindəki 1,1 km uzunluğundakı cığır boyu tökülür. Şəlalələr Edessa şəhərini ziyarət edənləri əsas cəlb edən obyektdir. Bölgədə on iki şəlalə var ki, bunlardan dördü asanlıqla görünür. Şəlalələrin yerləşdiyi parka gedən yollara şəhərin düzənliyindən Qədim Edessaya qədər uzanan daş döşənmiş yol daxildir. Bu keçid 20-ci əsrin əvvəllərinə qədər Qədim Edessa, Edessa Akropolu və Selanikini birləşdirən qədim yolun bir hissəsi olmuşdur. == Tarixi == === Formalaşmaları === Edessa şəlalələri 14-cü əsrdə geoloji və ya atmosfer hadisəsindən sonra meydana gəlmişdir.
Ficus retusa
Ficus retusa (lat. Ficus retusa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Haworthia retusa
Haworthia retusa — Cənubi Afrikadakı Western Cape Əyalətindəki Riversdale regionunda çok kiçik bir ərazidə endemik olan Asphodelaceae fəsiləsinin Haworthia cinsinin çiçəkli bitkilərinin bir növüdür. == Təbiətdə yayılması == 10 sm (3,9 inç) uzunluğa və genişliyə qədər böyüyən, qalın üçbucaq formalı yarpaqları və 50 sm (20 inç) uzunluğundakı salxımlarda düzülmüş kiçik ağ boru formalı çiçəkləri olan, çok illik bir sukulentdir. Təbii yaşam arealı alçaq təpəliklər və daha düz ərazilərdir. Yaxın qohumu olan Haworthia turgida, şimaldakı daha dik, daha qayalıq və daha dağlıq ərazidə yaşayır. Digər xüsusiyyətlərinə görə bu iki növ bir-birlərinə oxşar olduqlarından H.turgida növünə H.retusa'nın dağlıq ərazidə yetişən forması demək olar. == Adlandırılması == Haworthia cinsi adı İngilis botanik Adrian Hardy Haworthun(1767–1833) şərəfinə adlandırımışdır. Növün adı Latıncadan "yenidən istifadə olunmuş" yarpaq forması mənasındadır. == Morfologiyası == Əsas fərqləndirici xüsusiyyəti yarpaq sonluqlarının şəffaf və üçbucaq formada olmasıdır. Bu yarpaq quruluşu deltoid adlanır. Bu növ digərlərindən şəffaflığın yalnız uc hissədə olması ilə ayırd edilir.
Ligularia retusa
Ligularia retusa (lat. Ligularia retusa) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Malpighia retusa
Malpighia emarginata (lat. Malpighia emarginata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin malpigiyakimilər fəsiləsinin malpigiya cinsinə aid bitki növü.
Odessa Universiteti
İ.İ.Meçnikov adına Odessa Milli Universiteti və ya qısaca: OMU (ukr. Одеський національний університет імені І.І. Мечникова) — Ukraynanın cənubundakı ən qədim ali təhsil müəssisəsi. Universitetin tarixi 13 may 1865-ci ildən, Rişelyevski liseyi İmperator Novorosiyski universitetinə dəyişdirilən zamandan, başlanır. 1917-ci ilin Oktyabr inqilabına qədər Novorosiyski universitetini təxminən 6 min insan bitirə bilmişdir. Rusiyanın cənubunda ali təhsilin tarixi universitetin fəaliyyəti ilə sıx bağlıdır: Ukraynanın cənubunda ali təhsil müəssisələrinin əhəmiyyətli hissəsi onun fakültələri əsasında yaradılmışdır, bunlar belə ali məktəblərdir: Odessa dövlət tibb universiteti, Odessa dövlət iqtisadi universiteti, Odessa milli hüquq akademiyası. Ukrayna universitetlərinin arasında Odessa universiteti yeganədir ki, Böyük Vətən Müharibəsi illərində hətta evakuasiyada olaraq fəaliyyət göstərirdi. Alternativ Odessa universiteti 1942-ci ildən işğal edilmiş ərazidə işləyirdi. Meçnikovun adı universitetə 1945-ci ildə verilmişdir. Universitet özünün yarandığı gündən Ukrayna təhsil sisteminin formalaşmasında aparıcı yerlərdən birini tutur. Kiyev, Xarkov və Lvov universitetləri ilə birlikdə o faktiki olaraq Ukraynanın maarifləndirici şəbəkəsində təhsilin, elmin və mədəniyyətin inkişafının vəziyyətini və perspektivlərini müəyyən edir.
Odessa körfəzi
Odessa körfəzi — Qara dənizin şimal-qərb hissəsində, Odessa vilayətinin ərazisində yerləşən körfəz. Körfəz Odessa şəhərinin şimal-şərq və mərkəzi hissələrini və qismən Liman rayonunun ərazisini yuyur. Körfəz şimal-şərqdən cənub-qərbə doğru uzanır. Coğrafi baxımdan körfəz şimaldan Şimali Odessa burnu ilə, cənubda isə Böyük Fontan burnu ilə sərhədlənir. Alternativ coğrafi sərhəd isə Şimali Odessa burnundan cənuba Lanjeron burnuna qədər uzanır. Körfəzin şimal-qərbi hissəsində ayrıca Kuyalniski və Xadjibeyski limanları mövcuddur. Odessa portu bu körfəzdə yerləşir. Eni təxminən 9 km, dərinliyi şimal-şərq hissəsində 5 metr, cənub-qərb — 14 metrdir. Sahilin giriş hissəsi yüksəkdir, yarğan formalıdır. Sahillər əsasən abraziya-uçqun mənşəlidir.
Odessa teleqülləsi
Odessa teleqülləsi- Odessa qoruğunun ərazisində yerləşir. Qüllə televiziya və radio yayımı antennalarına malikdir. İlk nəsil qüllənin tipik layihəsi 3803 KM idi .155 metr hündürlükdə 32 və 64 metrlik kəmərlərlə kəsilmiş piramidadır.Teleqüllə - 25 metr yüksəklikdə VHF FMlə, 1,75 x1.75 metrlik bir şelflə,həmçinin 180 metrdə 2,5 x 2,5 ölçülü üst platformayla və turniket üçün boru ilə təchiz edilmişdir. Dəniz səviyyəsindən yüksəklik - 51 metrdir Hal-hazırda televiziya qülləsindən antennalarının yayımı: 4 analoq televiziya kanalının 5 rəqəmli multipleksrin (1 - DVB-T və 4 -DVB-T2 ), 18 radio stansiyasının ( VHF zolağında 5 və VHF ( FM ) qrupundakı 13). ) yayımını təmin edir. Odessa radiostansiyalarının əksəriyyəti mərkəzi qüllədən yayımlanır.
Odessa vilayəti
Odessa vilayəti, (ukr. Одеська область / Odeska oblast) — Ukraynanın cənub-qərbində bir vilayətdir. Vilayətin idarə mərkəzi Odessadır.
Portulaca retusa
Dirrik pərpərəni (lat. Portulaca oleracea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinin pərpərən cinsinə aid bitki növü. Azərbaycan mətbəxində dirrik pərpərəni geniş istifadə olunur. Kükü və adi qayğanaqla və marinad halında yeyilir. Hələ SSRİ çağında marinadlaşdırılmış halda başqa respublikalara, ayrı-ayrı ölkələrə ixrac olunurdu.
Viola retusa
Viola retusa (lat. Viola retusa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Arkadiya (Odessa)
Arkadiya — eyniadlı çimərlik də daxil olmaqla Odessada kurort zonası. Kurort, şəhərin Primorski rayonunda, Qara dəniz sahilində, Böyük Fontanın 5-7-ci stansiyalarından uzaq məsafədə yerləşir. == Tarixi == Odessanın bir çox məşhur çimərliklərinə sıldırım qayalar və yamaclar boyunca çatmaq mümkün olduğundan, şəhərin qurucuları kurort yeri üçün Arkadiya çimərliyini seçiblər. Eyni zamanda, Arkadiya bölgəsinə aparan yamac da vardır. Bu ərazini Odessa sakinləri Yunanıstanın dağlıq bölgəsinin şərəfinə belə adlandırıblar. Yunan mifologiyasına görə o ərazidə xoşbəxtlik, əmin-amanlıq və sadə həyat hökm sürürdü. 1920-ci illərdə şəhərin mühüm turizm mərkəzinə çevrilən Arkadiya parkının əsası qoyuldu. 2013-cü ildə parkda genişmiqyaslı yenidənqurma işləri aparılıb. Baş plana əsasən, ərazi artıq park ərazisi hesab edilmir. "Arkadiya" sanatoriyası 1946-cı ildə yaradılmışdır.
Odessa kinostudiyası
Odessa kinostudiyası (ukr. Одеська кіностудія художніх фільмів, rus. Одесская киностудия художественных фильмов) — Ukrayna, keçmiş SSRİ, Odessada kinostudiya. Kinostudiyanın 1919-cu ildə əsası qoyulmuş, Rusiya imperiyasında və Sovet İttifaqında ilk studiyalardan biri olmuşdur. Şirkət, qismən hökumətə məxsusdur və Ukraynanın Dövlət Əmlak Fondu və Mədəniyyət Nazirliyi tərəfindən idarə olunur. Dovjenko Film studiyaları ilə birlikdə ölkədə yeganə dövlət və əsas kino istehsalçısıdır. Studiya Frantsuzki bulvar 33 (Fransız Bulvarı 33), Odessa, Ukrayna ünvanında yerləşir. Onun yaxınlığında daha kiçik bir kinostudiyada House of Mask yerləşir. Odessa kinostudiyası 23 may 1919-cu ildə Ukrayna SSR-in Odessa Qubernatorluğu İcraiyyə Komitəsinin qərarı ilə Miron Qrossman, Dmitri Xaritonov və Borisov kinostudiyalarının qalıqları əsasında yaradılmışdır. Bu tarix ölkədə ilk dövlət kinostudiyasının yaradıldığı gün idi.
Salix retusa
Salix retusa (lat. Salix retusa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Vimen retusa
Salix retusa (lat. Salix retusa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Prostanthera retusa
Prostanthera rotundifolia (lat. Prostanthera rotundifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin prostanthera cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Prostanthera cotinifolia A.Cunn. ex Benth. Prostanthera retusa R.Br.
Mariya Ressa
Mariya Anqelita Ressa (ing. Maria Angelita Ressa; 2 oktyabr 1963, Manila) — Filippin-ABŞ jurnalist və yazıçı, "Rappler" internet xəbər saytının həmtəsisçisi və baş direktoru. İlk Filippinli Nobel Mükafatı laureatı (2021). == Həyatı == Mariya Ressa 2 oktyabr 1963-cü ildə Manilada anadan olub. Atasını bir yaşında itirmişdir. Anası bundan sonra amerika vətəndaşı ilə ailə qurduğundan Mariya Angelita 1973-1986-ci illərdə ABŞ-də yaşamışdır. Burada o, Prinston Universitetində təhsil almışdır. Mariya Anqelita, 1986-cı ildə "Sarı İnqilab"dan sonra vətəninə qayıtmış və televiziyada işləməyə başlamışdır. 1987-1995-ci illərdə Manilada CNN yerli bürosuna, 1995-2005-ci illərdə Cakartadakı CNN bürosuna rəhbərlik etmişdir. 2005-ci ildən Filippinin ABS-CBN (şirkət) yayım xidmətinin xəbər xidmətinə rəhbərlik etmşdir.