Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Realnı məktəb binası
Realnıy məktəb binası — Azərbaycanın Gəncə şəhərində tarixi bina. 1883-cü ildə tikilmişdir. Hazırda Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 64.
Gəncə Realnı məktəbinin binası
Realnıy məktəb binası — Azərbaycanın Gəncə şəhərində tarixi bina. 1883-cü ildə tikilmişdir. Hazırda Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 64.
S. Y. Yaqubyansın xüsusi kişi realnı gimnaziyasının binası
S. Y. Yaqubyansın xüsusu kişi realını gimnaziyasının binası - Rostov vilayəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Bina xüsusi kişi realnı gimnaziyası üçün inşa edilmişdir. Rostov-na-Donu şəhəri, 1 may küçəsi ev 34 ünvanında yerləşir. Binanın Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Sarkis Arutyonoviç Yaqubyans coğrafiya müəllimi olmuşdur. 1908-ci ildə onun vəsaiti hesabına şəhərdə ilk kişi orta təhsil mərkəzi açılmışdır. Təhsil ocağı 14 sentyabr 1908-ci ildə açılır. Onun açılışında şəhər sakinləri, pedaqoqlar, Rostov-na-Donu və Naxçıvan-na-Donu şəhərlərinin rəhbəri iştitak etmişdir. Təhsil ocağınln binası şəhır kilsələrinin birinə yaxın yerləşir. Binanln icarəsi ilə əlaqədar olaraq valideynlər komitəsi şəhır rəhbərliyinə müraciət edərək uçilişin ehtiyaclarının ödəlinmədi məqsədi ilə təhsil ocağına yardım göstərməyi xahiş edir.
Reali
Reali - tərcüməşünaslıqda müəyyən bir xalqın məişətinə, tarixinə, coğafiyasına daxil olan əşya və anlayışları bildirən sözlərin digər dilə tərcüməsi zamanı olduğu kimi saxlanılan söz qruplarıdır. Realilərin başqa dillərdə tərcüməsini, qarşılığını tapmaq mümkün olmur. Realilər milli xarakterli, məişətlə bağlı əşyaların, anlayışların, mücərrəd varlıqların adlarını bildirir və tərcüməsi qeyri-mümkün hesab edilir. Bu səbəbdən realiləri ekvivalentsiz leksik vahidlər hesab etmək olar.Hər bir dildə müəyyən söz və ifadələr var ki, tərcümə prosesində onların ixtisarı və ya əvəzlənməsi mətnin və ya nitqin bütünlüyünü pozmur. Bu söz və ifadələr jarqonlar, ata sözləri, dialektik ifadələr ola bilər. Reali də bu prosesdə xüsusi yer tutmaqdadır. Reali - müəyyən bir coğrafi bölgəyə, mədəniyyətə, ölkəyə, qəbiləyə, həmçinin müəyyən tarixi dövrə aid xüsusi adları, əşyalar, anlayışlar, qavramlar, fenomenləri bildirən xüsusi sözlər və ya ifadələrdir. Bu söz qruplarının digər dillərdə qarşılığı olmadığından onların normal tərcüməsi mümkünsüz hesab edilir və tərcümə prosesinin tamamlanması üçün bu qrup sözlər xüsusi qaydada ötürülür. == Reali növləri == Realiləri təsnifləndirilməsində vahid bir sistem mövcud deyil. Müxtəlif dilçilər, müxtəlif meyarlara söykənərək realilər bir neçə qrupda tədqiq etmişdir.
CBS Reality
CBS Reality — Bütün Avropa, Yaxın Şərq və Afrikada yayımlanan Amerika telekanalı. CBS Corporation-a daxildir. 14 sentyabr 2009-cu ildə CBS, CBS Studios International, 2009-cu ildə Böyük Britaniyada 6 CBS markalı kanal açmaq üçün Chellomedia ilə birgə müəssisə yaradıldığını elan etdi. Yeni kanallar, Zone Romantica, Zone Thriller, Zone Horror, Zone Reality, Zone Horror +1 və Zone Reality +1-i əvəz etməi idi. 1 oktyabr 2009-cu il tarixində elan edildi ki, CBS Reality, CBS Reality +1, CBS Drama və CBS Action bu kanaları əvəz edəcək: Zone Reality, Zone Reality +1, Zone Romantica və Zone Thriller-i. 5 aprel 2010-cu ildə Zone Horror və Zone Horror + rebrendinq olundu və müvafiq olaraq 1 Horror Channel və Horror Channel +1-ə çevrildi.1 avqust 2012-ci ildə Chellomedia, Zone Reality-in Avropa versiyasını CBS Reality olaraq adlandırdığını açıqladı. Avropada, CBS Reality 3 dekabr 2012-ci ildə Zone Reality-ni əvəz etmişdir. 2 aprel 2014-cü il tarixindən etibarən, CBS Reality Birləşmiş Krallığın Freeview rəqəmsal televiziya şəbəkəsində mövcuddur. CBS Reality +1, YouView (TalkTalk Plus TV) -də 27 iyul 2014-cü ildə efirə çıxmağa başladı, lakin növbəti ilin 2 iyun tarixində ləğv edildi.
Virtual reallıq
Virtual reallıq (ing. virtual reality) — tamaşaçını ekran arxasındakı xəyali dünyaya aparmaq məqsədilə vizual və səs effektlərini təmin edən kompüter sistemləridir. İstifadəçi kompüterin işıqlandırdığı və reallıq təəssüratı yaradan təsvir və səslərlə əhatə olunur. İstifadəçi süni aləmlə qarşılıqlı təsirini müxtəlif seanslar vasitəsilə: onun hərəkətlərini, hiss və audiovizual effektlərini əlaqələndirən dəbilqə və əlcəklər vasitəsilə həyata keçirir. Virtual reallıqda gələçək tədqiqatlar müşahidəçinin reallığı hiss etməsinə istiqamətləndirilmişdir. Abstrakt götürdükdə o istifadəçinin təxəyyülündə yaranan xəyali dünyadır. == Mənbə == А. Россохин, В. Измагурова. Виртуальное счастье или виртуальная зависимость // Россохин А.В., Измагурова В.Л. Личность в измененных состояниях сознания. М.: Смысл, 2004, с. 516–523 Myron W. Krueger, Artificial Reality (1983), Artificial Reality II (1991) Wellner, P., Mackay, W. & Gold, R. Eds.
Master of Reality
Master of Reality – İngilis heavy metal qrupu Black Sabbath-ın 1971-ci ildə çıxardığı üçüncü albomudur. Bəzən albomu ilk stauner rok albomu kimi də qiymətlənirirlər. Albom 2 milyon satandan sonra 2 platinium sertifikat almışdır. Bu albomda Toni Ayommi, ilk dəfə elektrogitarada de-tuning üsulundan istifadə etməyə başlamışdır. Bu yeni üsul, gitara tellərini daha elastik buraxaraq, 3 yarı-nota aşağısında çalmağı mümkün edirdi. Ayominin bunu tətbiqinin səbəbi sol əlindəki barmaqlarındakı problemdir. Albomun mahnı sözləri daha çox yalnızlıq, narkotika, müharibə və dini əhatə edir. Albom Billboard Pop Albums sıralamasında o dövrdə 8-ci sıraya qədər yüksəlmiş, 2003-cü ildə Rolling Stone jurnalının ən yaxşı 500 albom sıralamasında isə 298-ci sıradadır.
Braziliya realı
Braziliya realı (Portuqalca: Real brasileiro; ISO 4217: BRL) - Braziliyanın rəsmi pul vahididir. R$ kimi işarə olunur. 1 Braziliya realı 100 centavoya bərabərdir.6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Braziliya realı = 0.307102 ABŞ dolları.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний)- Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.
Reality Killed the Video Star
Reality Killed the Video Star, İngilis müğənni və sözyazarı Robbi Vilyamsın səkkizinci studiya albomudur. Robbi Vilyams albomun 9 Noyabr 2009'da satışa təqdim ediləcəyini rəsmi internet saytında eşitdirdi. Və albomdan ilk single Bodies radiolarda nəşr olunduqdan qısa bir müddət sonra albom internet üzərində əvvəldən sifariş açıldı.