Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avstriyalı Sesilya Renata (Polşa kraliçası)
Avstriyalı Sesilya Renata (alm. Cäcilia Renata‎; pol. Cecylia Renata) (16 iyul 1611, Qrats – 24 mart 1644, Vilnüs) — Polşa kralı və Reç Pospolita başhersoqu IV Vladislavın ilk xanımı. Atası Müqəddəs Roma imperatoru II Ferdinand, anası isə Mariya Annadır. == Mənbə == Podhorodecki, Leszek (1985). Wazowie w Polsce. Warszawa: Ludowa Spółdzielnia Wydawnicza. pp. 264–265.
Lobata
Lobata (lat. Lobata) — heyvanlar aləminin daraqlılar tipinin tentaculata sinfinə aid heyvan dəstəsi.
Ləqata
Ləqata (ərəb. لقاطة‎, fr. Leghata) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 42 metr yüksəklikdə, 49,7 km2 ərazidə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 69 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 23 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 13,692 nəfər idi.
Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.
Sebasta
Sebasta və ya Eleusa Sebasta (yun. Ελαιούσα Σεβαστή) ― Anadolunun cənub sahilindəki Kilikiyada, Silifke istiqamətindəki Mersindən 55 km (34 mil) məsafədə yerləşən qədim Roma yaşayış məntəqəsi. Eleusa (Ελαιούσα) adı yunan dilində yağ mənasını verən elaion (ἔλαιον) sözündən qaynaqlanır. Məntəqənin belə adlandırlmasına səbəb Eleusada zeytun ağacının çox olması idi. Məntəqə eramızdan əvvəl II əsrdə Aralıq dənizində dar bərzəx ilə materikə əlavə edilmiş kiçik adada qurulmuşdur. Şəhərin inkişafında zeytun əkilməsi ilə birlikdə Roma imperatoru Avqustun hakimiyyəti dövründə Kappadokiya kralı olmuş Arxelayın burada məskunlaşması da rol oynamışdır. Bərzəxdə yeni şəhər quran Arxelay buranı latın dilindəki "Avqust"-un yunanca ekvivalenti olan Sebaste adlandırdı. Şəhər Roma imperatoru Vespasianın 74-cü ildə Kilikiyanı quldurlardan təmizləməsi ilə qızıl dövrünüə girdi. Qədim mənbələr şəhərin mövcudluğunu və kilsələrin və bazilikaların son Roma və erkən Bizans dövrünə qədər necə gəlib çatdığını izah edir. 6-cı əsrdə şəhərin qonşuluğundakı Korikusun inkişaf etməyə başlaması ilə Eleusa Sebaste yavaş-yavaş tarix səhnəsindən silinməyə başladı.
Şibata
Şibata – soyad. Keyta Şibata – Yaponiya biokimyaçısı və bitki fizioloqu. Kyuo Şibata – Yaponiya təbliğatçısı Hanae Şibata — Yaponiya qadın futbolçusu. Renzaburo Şibata – Yaponiya romançısı. Şibata Katsuie – Senqoku dövrünün yapon samurayı və hərbi xadimi.
Zənata
Zənata (bər. Iznaten; ərəb. زناتة‎) — bərbər qəbilələrinin bir qrupu. Tarixən Sənhaca və Məsmüda ilə birlikdə ən böyük bərbər konfederasiyalarından biridir. Onların həyat tərzi ya köçəri və yarımköçəri olmuşdur. Bərbərlər olaraq Zənata bərbər dillərindən birində danışırdı. İbn Xəldun yazmışdır ki, onların ləhcəsi digər bərbər ləhcələrindən fərqlənir. Fransa dilçisi Edmon Desten 1915-ci ildə "Zenati" dilini, o cümlədən Mərakeşin şimal-şərqində Rif dili və Əlcəzairin şimal-şərqində Şaviyyə dili də daxil olmaqla, boş bir alt qrup olaraq təklif etmişdir. Numidiya Kahinə Rachid Bellil, Université d'Alger. "Les Zénètes du Gourara d'hier à aujourd'hui (Sahara Zenatas)".
Debat
Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir. Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur. Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır. Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmış və tezliklə milli həyatın məşhur armaturuna çevrilmişdir.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Reana
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Rebab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Rəbab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.
Rebut
Yenidənyazma və ya rebut (ing. Reboot) — eyni personajlardan və ideyalardan istifadə edən, lakin seriyada əvvəlki əsərlərdə baş tutan hadisələrə məhəl qoymayan, yeni süjet xətti yaradan bədii əsərin (film, kompüter oyunu, komiks və s.) yeni versiyası. Yenidənyazma seriyadakı köhnə girişlərin süjetini ləğv etmədiyi təqdirdə, bu, yumşaq yenidənyazma adlanır və hər halda, bir çox cəhətdən hekayəni sıfırdan başladır. Yenidənyazmanın əsas məqsədi yeni fanatlar cəlb etmək və gəliri artırmaq üçün seriyanı "canlandırmaq"dır. Beləliklə, yenidənyazma köhnəlmiş seriyanı xilas etmək cəhdi kimi qiymətləndirilə bilər. Bundan əlavə, seriyanın sıfırdan başlaması qazanc baxımından kifayət qədər təhlükəsiz layihədir, çünki tanınmış personajların olduğu əsərin artıq mövcud fanatları var və buna görə də tamamilə orijinal əsərdən daha az risklidir.
Eucalyptus cretata
Eucalyptus cretata (lat. Eucalyptus cretata) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Eugenia crenata
Eugenia crenata (lat. Eugenia crenata) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Grevillea celata
Grevillea celata (lat. Grevillea celata) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea celata (Molyneux) Christenh.
Hanae Şibata
Hanae Şibata (d. 27 iyul 1992) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hedera lobata
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qərbi Avropada meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Hermione lobata
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Hyptis crenata
Hyptis crenata (lat. Hyptis crenata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin hyptis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eriocoma crenata (Pohl ex Benth.) Kuntze Montanoa crenata (Pohl ex Benth.) Sch.Bip. ex K.Koch Mesosphaerum crenatum (Pohl ex Benth.) Kuntze === Heterotipik sinonimləri === Montanoa orbignyana Klatt Hyptis crenata var. hirsuta Pohl ex J.A.Schmidt Hyptis crenata var. microphylla Pohl ex J.A.Schmidt Mesosphaerum crenatum var. albiflorum Kuntze Mesosphaerum crenatum var.
Ipomoea lobata
Ipomoea lobata (lat. Ipomoea lobata) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
La velata
La velata (it. La Velata) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafael əsəri 1514-1515-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. La velata əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində Palazo piti muzeyində saxlanılır. Tabloda təsvir olunan qadının Rafael Santinin sevgilisi olduğu haqqında fikirlər vardır. == Xarici keçidlər == Rafael tərəfindən çəkilən qadın şəkillərinin qeydləri.
Micromeria remota
Mina lobata
Ipomoea lobata (lat. Ipomoea lobata) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.