Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəğlan
Bəğlan vilayəti
Rəqqan
Rəqqan və ya Zaviyyət-Rəqqan (ərəb. رقان‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Rəqqan dairəsinin inzibati mərkəzidir. == Tarixi == Fransa müstəmləkəçiliyi dövründə şəhərin cənub ətraflarında dörd nüvə silahı sınağı (1960-cı ildə üç, 1961-ci ildə bir) həyata keçirilmişdir. İlk dəfə 13 fevral 1960-cı ildə fransızlar tərəfindən 70 kiloton trotil tutumu olan "Mavi ərəbdovşanı" kod adlı nüvə partlayışı həyata keçirmişdir. == İqlimi == Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 7 mm). Orta illik temperatur 26,7 °C-dir. == Əhali == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 21,723 nəfər idi. Əhalinin 51,24%-i kişilərdən, müvafiq olaraq 48,76%-i qadınlardan ibarət idi.
Bəğlan (şəhər)
Bəğlan (fars. بغلان‎) — Əfqanıstanın Bəğlan vilayətində şəhər. Şimaldan Hindi Quş Dağları ilə əhatə olunub. Əhalisi 120000 nəfərdir. Əsası 1979-cu ildə qoyulub.
Bəğlan vilayəti
Bəğlan vilayəti (dəri بغلان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Sahəsi 21.118 km², 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 818.6 min nəfər, inzibati mərkəzi isə Puli-Xümri şəhəridir. Əhalisinin 50%-ni taciklər, 20%-ni puştunlar, 15%-ni həzaralar, 12%-ni özbəklər və 1%-ni tatarlar təşkil edir.
Leğlan (Hurand)
Leğlan (fars. لغلان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (63 ailə).
Salvia regla
Salvia regla (lat. Salvia regla) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Tom Regan
Tom Reqan (ing. Tom Regan; 28 noyabr 1938, Pitsburq, Pensilvaniya – 17 fevral 2017, Roli) heyvan hüquqları nəzəriyyəsi ilə məşğul olan bir Amerika filosofu idi. 1967-ci ildən 2001-ci ildə təqaüdə çıxana qədər müəllimlik etdiyi Şimali Karolina Dövlət Universitetində fəlsəfə doktoru idi. Reqan, müasir heyvan hüquqları hərəkatına əhəmiyyətli dərəcədə təsir etmiş bir neçə araşdırmalardan biri olan Heyvan hüquqları fəlsəfəsi mövzusunda çox sayda kitabın, o cümlədən Heyvan hüquqları(The case of Animal Rights) (1983) kitabının müəllifidir. Bunlarda o, insan olmayan heyvanların insanlar kimi "həyatın subyektləri" adlandırılan şey olduğunu və əgər rasional varlıq olmaq qabiliyyətindən asılı olmayaraq bütün insanlara dəyər vermək istəyiriksə, ardıcıl olaraq, bunu qeyri-insanlar üçün də eyni şəkildə tərif etməliyik. 1985-ci ildən həyat yoldaşı Nensi ilə birlikdə "Heyvanlara müsbət bir qayğı ilə birləşdirilmiş intellektual və bədii səylərin böyüməsini dəstəkləməyi öhdəsinə götürən" qeyri-kommersiya təşkilatı olan Mədəniyyət və Heyvanlar Fondunun həmtəsisçisi və həmsədri kimi xidmət etmişdir. Veqan Cəmiyyəti onu "cəsur bir vegeterian və aktivist" olaraq xatırlayır. == Təhsili və karyerası == Reqan 1960-cı ildə Thiel kollecini, 1962-ci ildə magistr və 1966-cı ildə doktorluq dərəcəsini Virciniya Universitetindən alaraq bitirdi. O, 1967-ci ildən 2001-ci ilə kimi Şimali Karolina Dövlət Universitetində fəlsəfə müəllimi kimi işləmişdir. Reqan 1986-cı ildə VHS videokadrında mövcud olan "Biz hamımız Nuhuq"(We are all Noah) filmini çəkmişdir.
Tom Reqan
Tom Reqan (ing. Tom Regan; 28 noyabr 1938, Pitsburq, Pensilvaniya – 17 fevral 2017, Roli) heyvan hüquqları nəzəriyyəsi ilə məşğul olan bir Amerika filosofu idi. 1967-ci ildən 2001-ci ildə təqaüdə çıxana qədər müəllimlik etdiyi Şimali Karolina Dövlət Universitetində fəlsəfə doktoru idi. Reqan, müasir heyvan hüquqları hərəkatına əhəmiyyətli dərəcədə təsir etmiş bir neçə araşdırmalardan biri olan Heyvan hüquqları fəlsəfəsi mövzusunda çox sayda kitabın, o cümlədən Heyvan hüquqları(The case of Animal Rights) (1983) kitabının müəllifidir. Bunlarda o, insan olmayan heyvanların insanlar kimi "həyatın subyektləri" adlandırılan şey olduğunu və əgər rasional varlıq olmaq qabiliyyətindən asılı olmayaraq bütün insanlara dəyər vermək istəyiriksə, ardıcıl olaraq, bunu qeyri-insanlar üçün də eyni şəkildə tərif etməliyik. 1985-ci ildən həyat yoldaşı Nensi ilə birlikdə "Heyvanlara müsbət bir qayğı ilə birləşdirilmiş intellektual və bədii səylərin böyüməsini dəstəkləməyi öhdəsinə götürən" qeyri-kommersiya təşkilatı olan Mədəniyyət və Heyvanlar Fondunun həmtəsisçisi və həmsədri kimi xidmət etmişdir. Veqan Cəmiyyəti onu "cəsur bir vegeterian və aktivist" olaraq xatırlayır. == Təhsili və karyerası == Reqan 1960-cı ildə Thiel kollecini, 1962-ci ildə magistr və 1966-cı ildə doktorluq dərəcəsini Virciniya Universitetindən alaraq bitirdi. O, 1967-ci ildən 2001-ci ilə kimi Şimali Karolina Dövlət Universitetində fəlsəfə müəllimi kimi işləmişdir. Reqan 1986-cı ildə VHS videokadrında mövcud olan "Biz hamımız Nuhuq"(We are all Noah) filmini çəkmişdir.
Beslan
Beslan (rus. Бесла́н) — Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında yerləşən şəhər. 2010-cu ilə olan məlumata əsasən şəhərdə 36 min nəfərə yaxın əhali yaşayır. Şimali Osetiyanın önəmli mərkəzlərindən olan şəhərin etnik tərkibi müxtəlifdir. Belə ki, Beslan əhalisinin 81.78% osetinlərdən ; 13.51% isə ruslardan ibarətdir.
Geylan
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Leylan
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,079 nəfər və 1,468 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Ləğman
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. == Əhalisi == Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Raqdan
Raqdan — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində Qəbələ və Dağıstan ərazisində yerləşir. Hündürlüyü 4020 metrdir.
Region
Region və ya Bölgə (lat. regio — "nahiyə", "ölkə", "vilayət") — vahidliyi olan və ona daxil olan elementlərinin sıx bağlıılğı olan müəyyən bir ərazi. Hansısa ölkənin və ya dünyanın müəyyən hissəsi də başa düşülür.
Reklam
Reklam — insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsi. Reklam qəzet, websaytlar, radio, bilbord və s. kimi vasitələrlə ötürülə bilər. Bir qayda olaraq reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə saxlayır. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Müasir reklam kütləvi istehalın artdığı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində inkişaf etmişdir. Ticarət məqsədli reklamverənlər öz məhsul və ya xidmətlərinin istehlakını məhsulun təsvirini və ya adını özündə ehtiva etməklə istehlakçının yaddaşında məhsulun müvafiq xüsusiyyətləri ilə brend arasında əlaqə yaratmağa yönəldilmiş brendləşdirmə yolu ilə artırmağa çalışırlar. Reklam məlumatları ənənəvi qəzet, jurnal, radio, televiziya, bilbord kimi vasitələr də daxil olmaqla bir çox müxtəlif informasiya vasitələri ilə çatdırıla bilər. Reklam şirkət və ya təşilat adından reklam agentliyi tərəfindən də yerləşdirilə bilər. Reklama vəsait xərcləyən müxtəlif təşkilatlar yalnız istehlakçılar üçün nəzərdə tutulan mal və ya xidmətləri deyil həm də siyasi partiyaları, dini təşkilatları və dövlət agentliklərini də təbliğ edə bilərlər.
Relvan
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Reyhan
Reyhan (lat. Ocimum) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Birillik ədviyyat bitkisinin vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır. Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin hündürlüyü 30–50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş ətirli olur. Bitkidən müxtəlif ət xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir. Bitkinin yarpaq və zoğunda 0,02–0,08% efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır. Naxçıvan MR-da Babək rayonundakı təsərrüfatlarda reyhan, digər ədviyyat bitkiləri ilə bərabər becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır. == Növləri == Adi reyhan, dirrik reyhanı, nəcib reyhan (Ocimum basilicum L.) Gözəl reyhan (Ocimum gratissimum L.) Nanəyarpaq reyhan (Ocimum menthafolium Hochst.) == Dində == "Quran"da reyhan haqqında belə bir ifadə var: "Yarpaqlı dənələr və xoş qoxulu reyhan vardır." Əvvəlki məlumat yanlışdır, Rahman surəsi, 12-ci ayətdə reyhan bitkisinin adı keçmir.
Ruslan
Ruslan — Kişi adı. Ruslan Abbasov - Azərbaycan futbolçusu Ruslan Abbasov (atlet) - Azərbaycanlı yüngül atlet Ruslan Abışov - Azərbaycan futbolçusu Ruslan Ağayev - sovet partiya xadimi. Ruslan Allahverdiyev - "20 Yanvar" şəhidi. Ruslan Cəfərov - Azərbaycan futbolçusu Ruslan Dibirhacıyev - Azərbaycanı təmsil edən Dağıstan əsilli sərbəst güləşçi. Ruslan Hüseynov - Rejissor, ikinci rejissor, aktyor, veriliş quraşdırıcısı. Ruslan Qunçak - Ukraynalı futbolçu Ruslan Qurbanov - Azərbaycan futbolçusu Ruslan İsmayılov - Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. Ruslan Lunyov - Azərbaycanı təmsil edən atıcı. Ruslan Məcidov - Azərbaycanlı futbolçu Ruslan Muradov - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ruslan Nəsirov - Azərbaycanın kino və dublyaj aktyoru. Ruslan Pimenov - Rusiya futbolçusu.
Rəqqas
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Rəqsanə
Rəqsanə (Rəqsanə İsmayıl qızı İsmayılova; 25 may 1979, Qasım İsmayılov) — Azərbaycan müğənnisi. == Həyatı == Rəqsanə İsmayıl qızı İsmayılova 25 may 1979-cu ildə Goranboyda doğulmuşdur. Rəqsanə İsmayılova 2013-cü ildə Rusiya universitetlərinin birinin hüquq fakültəsinə daxil olmuşdur. == Ailəsi == Müğənni Rəqsanə bir dəfə rəsmi ailəli olub və həmin evlilikdən bir qızı dünyaya gəlib. Rəqsanə məhz boşanandan sonra şou-biznesə üz tutub. Sonradan sevdiyi şəxslə qeyri-rəsmi birlikdə yaşayan Rəqsanənin bu yaxınlarda bir qızı dünyaya gəlib. Lakin müğənni hazırda nə birinci, nə də ikinci qızının atası ilə deyil, sevdiyi başqa bir insanla birlikdədir. Rəqsanənin Aysun və Yağmur adlı iki qızı var. == Tənqid == 2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub.
Rəzvan
Rəzvan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 12 nəfərdir. == Toponimiya == Bu toponim Rezvan variantında da qeydə alınmışdır. Oykonim rəz (talış, “cır üzüm tənəyi”) və van (yer) komopnentlərindən düzəlib, “tənəklik” mənasındadır. Masallı rayonununda bu sözlə bağlı Rəzoba mikrotoponimi qeydə alınmışdır.
Kəhlan
Kəhlan (ərəb. كهلان‎) — qədim Yəməndə səbailərin əsas qəbilə konfederasiyalarından biri. Onlar Kəhlan bin Səba bin Yişcab bin Yarub bin Qəhtanın nəslindəndir.
Bağlan
Bəğlan vilayəti
Rəhman
Rəhman — kişi adı. Rəhman Quliyev — Azərbaycan Dövlət Kukla Teatrının keçmiş direktoru. Rəhman Rasimoğlu — Azərbaycanlı zurna və balaban ifaçısı, Əməkdar mədəniyyət işçisi. Rəhman Əzizzadə — Qarabağ müharibəsi iştirakçısı.
Adi reyhan
Adi reyhan, dirrik reyhanı və ya nəcib reyhan (lat. Ocimum basilicum) — dalamazkimilər fəsiləsinin reyhan cinsinə aid bitki növü. Əsasən subtropik və tropik ölkələrdə yayılan reyhanın dünyada 200-ə qədər növü var. Onların əksəriyyəti xarici görünüşcə oxşar olsalar da, ətirlərinə görə bir-birindən fərqlənirlər. Reyhanın vətəni Seylon adası, Asiyanın tropik rayonları hesab olunur. Həmin ölkələrin təbabət və mətbəxində bu bitkidən 5 min ildən çoxdur ki, istifadə olunur. Qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu "kralın ətirli bitkisi" hesab edirdilər. Reyhan sözü ərəb mənşəli olub "gözəl qoxu" deməkdir. Bitkinin latınca adı "krallara layiq ətir" mənasını verir. Qədim Romada belə bir inanc var idi ki, insan reyhan yeyərkən yenidən can qazanır, Hindistanda isə onu müqəddəs bitki hesab edirdilər.