RƏHM
RƏHMANİ
OBASTAN VİKİ
Həşim Rəhman
Həşim Şərif Rəhman — ABŞ-lı peşəkar boksçu. "The Rock" yəni "Qaya" mənasını verən ləqəblə də məşhurdur. Ağır çəkidə WBC, IBO & IBF üzrə titulların sahibi. Toplam 62 döyüşün 50-sini qalib, 9-unu məğlub, 2-sini isə bərabərliklə keçirib. Qalib olduğu döyüşlərin 40-ı nokautla qeydə alınıb. 2001-ci ildə Lennox Lewisi 5-ci raundda etdiyi nokaut da bu siyahıya daxildir.
Mucibur Rəhman
Şeyx Mucibur Rəhman (benq. শেখ মুজিবুর রহমান; d. 17.3.1920 — ö. 15.8.1975) — Banqladeş Respublikasının siyasi lideri və dövlətin qurucusu. Banqladeş Respublikası Müvəqqəti Hökumətin baş naziri olmuş və 1971-ci ildə Banqladeşin ilk prezidenti seçilmişdir. Xalq arasında Şeyx Mucib və ya sadəcə Mucib adlanan Mucibur Rəhman, Bangabandhu (benq. বঙ্গবন্ধু — Banqladeş xalqının dostu) adına layiq görülmüşdür. O, həmçinin Banqladeş xaqlnını atası adlanır. Onun qızı Şeyx Hasina 2009-cu ildə ölkənin baş naziri seçilmişdi. Mucibur Rəhman Britaniya Hindistanının Benqal əyaləti Gopalganc rayonu Tongipara kəndində anadan olmuşdur.
Nuray Rəhman
Nuray Rəhman (16 iyun 2010, Bakı) — Azərbaycanlı musiqiçi. İfa etdiyi bir çox mahnıların müəllifi atası Əkbər Rəhmandır. Nuray Əkbər qızı Rəhman 16 iyun 2010-cu ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Nuray Rəhman yaradıcılıq fəaliyyətinə 2013-cü ildə ANS TV kanalında yayımlanan “İrəmlə uşaqdan böyüyə” verilişi ilə başlamışdır. Bu verilişdə fəal iştirakı ilə xalqın sevimlisinə çevirilən Nuray 2014-cü ildə Bəbir və Ülviyyə Bəbirlilərin təşkil etdiyi “Bu Mənəm” musiqili layihəsində iştirak etməklə peşəkar səhnəyə qədəm qoymuşdur. 2014-cü ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi istedadlı uşaqların uğurlarını ictimaiyyətə çatdırmaq və həvəsləndirmək məqsədilə İctimai televiziyanın “Yeni Gün” səhər proqramında elm-təhsil, idman, yaradıcı-əl işi, rəsm və musiqi sahələri üzrə beynəlxalq səviyyədə uğur qazanmış, həmçinin Komitə tərəfindən kubok və diplomla təltif edilmiş uşaqların iştirakı ilə veriliş təşkil etmişdir, N. Rəhman da bu verilişdə mahnı ifa etmişdir. 2015-ci ildə “Bu Mənəm 2” layihəsində yenidən iştirak etmiş, həmin ildən başlayaraq, “Star Kids Group"un təşkil etdiyi tədbirlərin fəxri qonağı olmuş və bu tədbirlər bir neçə il ənənəvi davam etmişdir. 2015-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yaranmış “Oyuq” studiyasının fəal üzvü olmuş, 2015-ci ilin noyabr ayında “Azərbaycanın Səsi Bala” yarışmasının qalibi olaraq 1-ci yer nominasiyasına layiq görülmüşdür. Həmin ilin dekabr ayında “Türkvision Bala” yarışmasına qatılaraq, 1-ci yerə layiq görülmüşdür. 2016-cı ilin aprel ayında “Xüsusi Təyinatlı İbad” filmində əsir uşaq obrazını ilk rolu olaraq canlandırmış, həmin ildə baş vermiş Aprel döyüşlərindən təsirlənərək ailəsinin dəstəyi və iştirakı ilə söz və musiqisi Şahin Musaoğluna aid olan “İgid Əsgər” mahnısına yeni nəfəs gətirən ilk klipi təqdim olunmuşdur.
Rəhman Hacıyev
Rəhman Hacıyev (jurnalist)
Rəhman Hətəmov
Rəhman Süleyman oğlu Hətəmov — Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Əməkdar məşqçi", 5-ci dan qara kəmər sahibi Rəhman Hətəmov 12 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rəhman Hətəmov ilk təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, ikinci təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, magistr təhsilini isə Q.S.Skovoroda adına Xarkov Milli Pedaqoji Universitetində alıb. 10 yaşından karate idman növü ilə məşğul olan Rəhman Hətəmov həm idmançı, həm də məşqçi kimi böyük uğurlara imza atmışdır. İlk məşqçisi doğma qardaşı Əhməd Hətəmov olan Rəhman idmançı kimi karyerasına 1992-ci ildən başlamışdır. 1993-cü ildə karate üzrə gənclər arasında dünya çempionu olmuş və bununla bu yaş kateqoriyasında (18 yaşadək) müstəqil Azərbaycanın idman tarixinə ilk dünya çempionu kimi düşmüşdür. 1997-ci ildə keçirilən Dünya çempionatında həm şəxsi mütləq çəki dərəcəsində, həm də komanda yarışlarında qızıl medal qazanmışdır. 2001-ci ildə Avropa çempionatında həm şəxsi mütləq çəkidə, həmdə komanda tərkibində qızıl medal qazanıb. Zədə aldığı üçün 2001-ci ildə 26 yaşında idmançı karyerasını bitirdi. 2007-ci ildə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi, 2008-ci ildə isə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi olmuşdur. 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında milli komanda 4 qızıl (Firdovsi Fərzəliyev, Rəfael Ağayev, İrina Zaretska, Ayxan Mamayev) və 2 bürünc medal (İlahə Qasımova, Niyazi Əliyev) qazandı.
Rəhman Musayev
Rəhman Mustafayev
Rəhman Mustafayev (polkovnik) — polkovnik Rəhman Mustafayev (diplomat) — Azərbaycan diplomatı.
Rəhman Məmmədov
Rəhman Məmmədov (nazir) — dövlət xadimi. Rəhman Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Rəhman Orxan
Rəhman Orxan (24 iyul 1950, Qayabaşı, Nuxa rayonu – 2 fevral 2024) — SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı. Rəhman Orxan 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində fəhlə ailəsində anadan olub. 1967-ci ildə Qayabaşı kənd orta məktəbini, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982–83-cü illərdə Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnib. 2 fevral 2024-cü il tarixində vəfat edib. Əmək fəaliyyətinə 1967-ci ildə akademik Y. Məmmədəliyev adına Azərbaycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Polimer Materialları İnstitutunda) laborant kimi başlayıb. 1971–1979-cu illərdə Azərbaycan Boru-prokat zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor işləyib. 1979-cu ilin dekabrında həmin zavodda nəşr olunan "Metallurq" qəzetində çalışıb, 1981-ci ilin yanvarından isə "Vışka" qəzetinə müxbir vəzifəsinə işə dəvət olunub. 1983-cü ilin mayından 1992-ci ilin iyuluna qədər "Vışka" qəzetinin Sumqayıt-Quba, Naxçıvan-Dağlıq Qarabağ zonaları üzrə xüsusi müxbiri işləyib. Ölkə sənayesinin və iqtisadiyyatının, həmçinin Sumqayıtın metallurgiya, kimya və maşınqayırma sənayesinin inkişafına, şəhərin sosial-iqtisadi problemlərinə dair bir sıra məqalələrlə respublika qəzetlərində çıxış edib. 1979-cu ildən başlayaraq hazırladığı oçerk, reportaj, məqalə və publisistik yazılar ölkə mətbuatında dərc edilib, həmçinin keçmiş SSRİ-nin Xəbərlər Mətbuat Agentliyi (XMA) və AzərTAC vasitəsilə yayılaraq, dünyanın bir sıra mətbuat orqanlarında, eləcə də Türkiyənin "Zaman" qəzetində çap olunub.
Rəhman
Rəhman — kişi adı. Rəhman Quliyev — Azərbaycan Dövlət Kukla Teatrının keçmiş direktoru. Rəhman Rasimoğlu — Azərbaycanlı zurna və balaban ifaçısı, Əməkdar mədəniyyət işçisi. Rəhman Əzizzadə — Qarabağ müharibəsi iştirakçısı.
Rəhman Quliyev
Rəhman Quliyev (26 iyul 1954, Bakı – 7 aprel 2010, Bakı) — "Əməkdar mədəniyyət işçisi", Azərbaycan Dövlət Kukla Teatrının keçmiş direktoru. Rəhman Ağarəhim oğlu Quliyev 26 iyul 1954-cü ildə Bakıda doğulub. 1974–1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1978–1981-ci illərdə Azərbaycan Özfəaliyyət Yaradıcılığı Evində zəhmətkeşlərin istirahətinin təşkili şöbəsinin müdiri, 1981–1984-cü illərdə Bakı şəhəri Mədəniyyət İşçiləri Evinin direktoru, 1984–1989-cu illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının direktor müavini, 1989-cu ildən isə direktor vəzifəsində çalışıb. Azərbaycan prezidentinin 16 may 2006-cı il tarixli sərəncamına əsasən, "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. O, 2010-cu il aprelin 7-də axşam saatlarında elə iş yerində dünyasını dəyişib.
Rəhman Qurbanov
Qurbanov Rəhman Əlisgəndər oğlu (1946, Bakı) — neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə sabiq vitse-prezident (2010-2016), "Azərbaycan Respublikası əməkdar mühəndisi", "Şöhrət" ordeni laureatı, Yeni Azərbaycan Partiyasının üzvü. Qurbanov Rəhman Əlisgəndər oğlu 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası) “Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirmişdir. 1968-1986 illərdə “Xəzərdənizneft” Birliyinin Serebrovski adına (indiki “Qum adası”) neft və qazçıxarma idarəsində müxtəlif vəzifələrdə (usta, şöbə rəisi, sex rəisi, baş mühəndis) işləmişdir. 1986-1994-cü illərdə “Xəzərdənizneftqazsənaye” İB-nin “Qum adası” neft və qazçıxarma idarəsinin rəisi, 1994-2003-cu illər ərzində ARDNŞ-nin “Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin baş direktoru, 2006-2010-cu illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini, Neft və qaz İdarəsinin rəisi, 2010-2016-cı illərdə isə SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. Texnika elmləri namizədidir. 6 monoqrafiya, onlarla elmi məqalə, patent və ixtiranın müəllifidir. 1986-cı ildə “Xalqlar dostluğu” ordeni ilə təltif edilmiş, 1988-ci ildə “Azərbaycan neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülmüşdür. Müstəqillik illərində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Respublikası əməkdar mühəndisi” adına layiq görülmüş və "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Rəhman Rasimoğlu
Ələsgərov Rəhman Rasim oğlu (Rəhman Rasimoğlu; 4 may 1971, Məlhəm, Şamaxı rayonu) — azərbaycanlı zurna və balaban ifaçısı, Əməkdar mədəniyyət işçisi. Rəhman Rasimoğlu 4 may 1971-ci ildə Şamaxı rayonunun Məlhəm kəndində anadan olub. Tanınmış qara zurna, balaban ifacısı, əməkdar mədəniyyət işcisi Rasim Ələsgərovun oğludur. Azərbaycanın xalq musiqi alətlərində — qara zurnada, balabanda, tütəkdə, sazda, qoşanağarada, nağarada, çubuq nağarasında və davulda musiqi ifa edir. 1981-ci ildən atası və müəllimi Rasim Ələsgərovun yaratdığı "Şirvan" folklor ansamblının (1977) üzvü kimi dövlət tədbirlərində, konsertlərdə, eləcə də xarici ölkələrdə — Rusiyada, İranda, Türkiyədə, Rumıniyada, İsveçrədə, Fransada və s. Azərbaycan mədəniyyətini və incəsənətini təmsil edir. "Şirvan" folklor ansamblıyla yanaşı, 2003–2008-ci illərdə əməkdar artist, nağara ifaçısı Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunda solo qara zurna-balaban ifacısı olub. "Natiq" ritm qrupuyla Tayvanda, Rusiyada qastrollarla yanaşı, Azərbaycanda bir cox dövlət tədbirlərində çıxışlar edib. Bundan başqa Olimpiya komplekslərinin və 2012-ci ildə Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsinin açılışında çıxış edib. 2014-cü ildə Rasim Ələsgərovun 25 nəfər yetirmələrindən ibarət "Rasimlər" folklor qrupunu yaradıb.
Rəhman Rəhmanov
Rəhman Rəhmanov (tam adı: Rəhman Tofiq oğlu Rəhmanov; 29 aprel 1957, Bakı) — Azərbaycan aktyoru, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycanın əməkdar artisti (2014). Rəhman Tofiq oğlu Rəhmanov 29 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub. 8 saylı musiqi məktəbində oxuyub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakultəsində təhsil alıb. Televiziyanın yumor verilişdərindən tamaşaçılara yaxşı tanış olan Rəhman Tofiq oğlu Rəhmanov 1974-cü ildən bu günə qədər öz həyatını Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. Rəhman Rəhmanov koloritli, duzlu və məzəli aktyordur. Obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqi vasitələrinin vahid kompozisiyada birləşməsinə məharətlə nail olub. Anarın «Qaravəlli» tamaşasında Balaqədeş, Mirzəağa Atəşin «Cırtdan» tamaşasında Div, Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında Div və Qədeş, Tofiq Mütəllibovun «Meşə nağılı» tamaşasında Təkgöz kişi, Tofiq Kazımovun «Qoçaq Polad» tamaşasında Balıqçı, Hikmət Ziyanın «Əkiz qardaşlar» tamaşasında Səfər, Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» tamaşasında Oğru, Əli Səmədlinin «Əzablı günlərin sonu» tamaşasında Qoca zənci, Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında Balaqan sahibi, Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında Canavar, Nicat Kazımovun «Ələddin» tamaşasında Şah, Eldar Baxışın «Məlikməmməd» tamaşasında Şah, Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» mono tamaşanıda bütün rolları ifa edib. Rəhman Rəhmanov 2006-cı ildə mono tamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» tamaşası ilə iştirak etmiş və «Qızıl Dərviş» mükafatı laureatı olmuşdur. Aparıcı səhnə ustasıdır.
Rəhman Surəsi
55-ci surə
Rəhman Səfərəliyev
Rəhman Xəlilov
Rəhman Xəlilov (13 sentyabr 1977, Bakı) – Rusiya və Azərbaycanlı iş adamı və xeyriyyəçisidir. 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan milli komandasının bayraqdarı olmuşdur. Azərbaycanın Qış İdman Növləri Federasiyasının prezidentidir (2013-2015). 1977-ci il sentyabr ayının 13-də Bakı şəhərində anadan olmuş və Moskva şəhərində böyümüşdür. 1998-ci ildə Cenevrədə (İsveçrə) Avropa Universitetini bitirmişdir. 2001-ci ildə isə Cenevrə Beynəlxalq Universitetinin “Beynəlxalq Biznes” fakültəsini bitirərək diplom almışdır. 1997-2007-ci illərdə “Lukoil PSC”-nin strukturuna daxil olan Lukoil-Türkiyə və Litasko S.A (İsveçrə) şirkətlərində müxtəlif vəzifələrdə, həmçinin RIROIL (İsveçrə) neft ticarət şirkətinin rəhbəri vəzifəsində çalışmışdır. 2008-ci ildə neft və neft məhsullarının daşınması üzrə iri biznes olan REILGO (əvvəllər ISR Trans brendi altında) şirkətini təsis etmişdir. Şirkət dəmir yolu və su nəqliyyatı ilə xam neftin, mayeləşdirilmiş karbohidrogen qazlarının, neft məhsullarının və neft-kimya məhsullarının daşınması üzrə nəqliyyat-ekspeditor xidmətləri sahəsində ixtisaslaşıb. Xəlilovun rəhbərliyi ilə şirkət yükdaşımalar bazarında liderlər sırasına daxil olaraq, Rusiyada ən böyük vaqon-sistern sahiblərindən birinə çevrilmişdir (3-cü yer).
Rəhman İsmayılov
Rəhman Şirinov
Rəhman Əjdərov
Rəhman Əlizadə
Əlizadə Rəhman Balarza oğlu — Azərbaycan teatr dramaturq — rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sabiq baş rejissoru Rəhman Əlizadə 19 dekabr 1947-ci ildə Bakıda doğulub. 237 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib (1972). 1968-ci ildən 1983-cü ilədək Mərdəkan qəsəbəsindəki Nizami adına mədəniyyət evində bədii rəhbər işləyib. 1983-cü ildən 1993-cü ilədək Mərdəkan Xalq teatrının rejissoru olub. İşlədiyi müddət ərzində "Xırs quldurbasan", "Müsyö Jordan və dərviş Məstəlişah" (M.F.Axundov), "Ölülər" (C.Məmmədquluzadə), "Jorj Danden", "Zorən Nikah" (J.B.Molyer), "Əvvəlinci şərabçı" (L.Tolstoy), "Pəri Cadu" (Ə.Haqverdiyev) və s. tamaşalar hazırlayıb. "Bacıoğlunun nağılı" (hekayə, "Ulduz", 1979) "Yazı masası haqqında" (hekayə, "Azərbaycan", 1979) "Əncir qurusu" (povest, "Azərbaycan", 1981) "Diqqət! Başlayıram" (pyes, "Qobustan", 1980) Tamaşaya hazırlanmış ilk pyesləri: "Kəndimizin narları" pyes (Şəki Dövlət Dram Teatrı, 1980) "Doğmalar" pyes (Gəncə Dövlət Dram Teatrı, 1981) "Dadaşbala əməliyyatı" pyes (Dövlət Gənclər teatrı, 1986) "Sabah çoxdan başlanıb" pyes (Gənc Tamaşaçılar teatrı, 1988) "Laləli düzən" pyes (Dövlət Gənclər teatrı, 1991-ci il) 1993-cü ildən 2006-cı ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə dramaturq tək özünün qələmə aldığı "Sindibadın xoşbəxtlik adasına səyahəti", "Tıq-tıq xanım", "Bilqamıs əfsanəsi", "Keçəlin toyu", "Dəli Domrul", "Damdabaca", "Maymaq", "Eramızdan milyon il əvvəl", "Ay dəli", "Ələkbər əmi gülüş planetində", "Dəcəl çəpişlər, belə-belə işlər" pyeslərinə quruluş verməklə "Kuraj ana" (Bertolt Brext), "Pırpız Sona" (Cəlil Məmmədquluzadə), "Qızıl xoruz" (Aleksandr Puşkin), "Göyçək Fatma" (K.Ağayeva) və s.
Rəhman Əsədullahi
Rəhman Süleyman oğlu Əsədullahi (20 mart 1951, Tehran) — Azərbaycan əsilli İranlı musiqiçi, bəstəkar, qarmon ifaçısı. Babası Əbdürrəhim bəy qarmon ifaçısı olub. Qarmonda ilk çalmağı anasından öyrənib. İlk musiqi təhsilini isə Tehran şəhərində tanınmış qarmon ifaçısı, əslən azərbaycanlı olan Əli Əkbər əfəndidən alıb. İran İslam İnqilabına qədər İranda çoxsaylı konsertlər verib. 1986-cı ildə İranı tərk etməyə məcbur qalıb və Almaniyaya mühacirət edib. 1995-ci ildə İsveçrədə keçirilən akkordeon və qarmon ifaçılarının müsabiqəsində birincilik qazanıb. 1946-cı ilin noyabr ayında Seyid Cəfər Pişəvərinin qurduğu Azərbaycan Demokrat Firqəsi süqut etdikdən sonra Məhəmməd Rza Pəhləvi tərəfindən azadlıq mübarizələrində iştirak edənlərə qarşı divan tutulur və bu səbəbdən Təbriz şəhərindən Tehran şəhərinə böyük köçlər başlayır. Köçənlər arasında Rəhmanın atası Süleymanla anası Məsturə xanım da olur. 20 mart 1951-ci ilin Novruz bayramında Tehranda, Rəhman dünyaya gəlir.
Rəhman Əzizzadə
Rəhman Əzizzadə (Rəhman Həsən oğlu Əzizzadə; 24 iyul 1993, Mamusta, Lənkəran rayonu) Qarabağ Qazisi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Veteranı, ehtiyatda olan Gizir, Prezident təqaüdçüsü. Əzizzadə Rəhman 24 iyul 1993-cü ildə Lənkəran şəhəri Mamusta kəndində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhəri Qaradağ rayonu Seyfulla Məmmmədov adına 110 saylı tam orta məktəbə daxil olmuşdur. 2011-ci ildə həmin məktəbi xüsusi fərqlənmə ilə bitirmişdir. 2011-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağrılmışdır. N saylı hərbi-hissədə xidmətə başlamışdır. 1 il 6 aylıq hərbi xidmətini xüsusi fərqlənmələr ilə başa vurmuşdur. Vətənə olan sevgisi onu həqiqi hərbi xidmətini başa vuran kimi yenidən ordu sıralarına aparmışdır. O, xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim-Tədris mərkəzində fəaliyyət göstərən Gizirlər kursuna qatılmışdır. Kursu bitirdikdən sonra Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Füzuli rayonu N saylı hərbi-hissəsində xidmətinə "Gizir" rütbəsində davam etdirmişdir.
Rəhman Əşrəfov
Sabit Rəhman
Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910, Nuxa – 23 sentyabr 1970, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi. Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi — "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir. Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir. 1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S. Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Fazil Rəhmanzadə
Fazil Rəhmanzadə (tam adı: Fazil Şamil oğlu Rəhmzandə; 9 fevral 1942, Bakı) — Azərbaycanın yazıçı-publisisti. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi == Həyatı == Rəhmanzadə Fazil Şamil oğlu 9 fevral 1942-ci ildə Bakıda doğulub.1949-cu ildə Orta məktəbin birinci sinfinə daxil olmuşdur.1959-cu ildə Orta məktəbi bitirmişdir həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur(1959–1964). Mətbuata ilk gəlişi "Azərbaycan bədən tərbiyəçisi"qəzetinə korrektor bir müddətlik fasilədən sonra isə müxbir kimi çalışmışdır. Bir müddət isə "Ədəbiyyat və incəsənət"qəzetində işləyib.1961-ci ildə tanınmış jurnalist Şamil Şahməmmədovun dəvət ilə "Bakı" qəzeti ilə əməkdaşlıq edir. Əsasən idman mövzularında yazan F. Rəhmanzadə mədəniyyət sahəsində yazmağa qərar verir və "Bakı" qəzetinə "Bir saat bəstəkarın yanında" adlı yazı təqdim edir. Görkəmli bəstəkar Fikrət Əmirovdan bəhs edən bu yazı ilə "Bakı" qəzetinin yaradıcısı və baş redaktoru Nəsir İmanquliyevi təəccübləndirə bilmişdir həm idman, həm də mədəniyyətdən yazan gənc müxbiri Nəsir İmanquliyev "Bakı" qəzetinə işə dəvət edir. İlk öncə Fazil Rəhmanzadə "Bakı" qəzetində kiçik ədəbi işçi çalışır, daha sonra şöbə müdirinin müavini olur və 1967-ci ildə "Bakı" qəzetində ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Fazil Rəhmanzadə uzun illər bu vəzifədə çalışır. O, bu dövrdə mətbuatda yaradıcılıq fəaliyyəti zamanı əsasən özünə məxsus "Jurnalistin cib dəftərindən" rublikası altından müxtəlif səciyəli , marağlı və dəyərli qeydlər toplusu ilə oxucuların diqqəti cəlb etmişdir. Məhz həmin səpkili yazıları ona böyük şöhrət qazandırmışdır.
Gülüş fenomeni. Sabit Rəhman (film, 2014)
Gülüş fenomeni. Sabit Rəhman — rejissor Sənan Sultanovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli yazıçı, Azərbaycanın əməkdar incəsənət xadimi Sabit Rəhmanın xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", "Nişanlı qız", "Ulduz", "Hicran" tamaşalarının, "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?", "Ulduz" filmlərinin kadrlarından istifadə edilmişdir.
Hüseyn Rəhmanov
Hüseyn Əlipaşa oğlu Rəhmanov (dekabr 1902, Bakı – 21 aprel 1938, Moskva) — Azərbaycanın siyasi və dövlət xadimi. == Həyatı == H. Rəhmanov 1902-ci ilin dekabrında Bakıda dənizçi ailəsində anadan olmuşdur. O, ilk təhsilini rus-tatar (Azərbaycan) məktəbində almış, 1918-ci ildə isə I Bakı kişi gimnaziyasında oxumuşdur. H. Rəhmanov əmək fəaliyyətinə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyində kuryer kimi başlamışdır. 1920-ci ildə bir neçə ay Bakı soveti yanında rayon ərzaq komitəsinin evlər idarəsinin təşkilində çalışan H. Rəhmanov könüllü olaraq ordu sıralarına gedir. Sonra o, əsgərlikdən hərbi məktəbə oxumağa göndərilir. H. Rəhmanov 1920–1921-ci illərdə Azərbaycan hərbi məktəbinin kursantı olmuşdur. O, kursant olmasına baxmayaraq, Azərbaycanda antisovet qüvvələrə qarşı mübarizədə iştirak etmişdir. 1921–1924-cü illərdə o, Maştağa və Şəhər rayon komsomol komitələrinin təşkilat şöbəsinin müdiri, Balaxanı-Sabunçu rayon komsomol komitəsinin katibi, Bakı şəhər komsomol komitəsinin təbliğat-təşviqat şöbəsi müdirinin müavini işləmişdir Həsən Rəhmanovun qardaşı, Aza Rəhmanovanın əmisidir. == Siyasi fəaliyyəti == 1924–1926-cı illərdə H. Rəhmanov Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Həsən Rəhmanov
Həsən Əlipaşa oğlu Rəhmanov (dekabr 1900, Bakı – 1 oktyabr 1940, Azərbaycan SSR) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1936-1937). == Həyatı == Hüseyn Rəhmanovun qardaşı, Aza Rəhmanovanın atasıdır.
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014)
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov — rejissor Sənan Sultanovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə aktyor, film direktoru Tələt Rəhmanovun xatirəsinə həsr olunur.
Maral Rəhmanzadə
Maral Yusif qızı Rəhmanzadə (23 iyul 1916, Bakı – 16 mart 2008, Bakı) — professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam, qrafika ustası, Azərbaycan SSR Xalq rəssamı (1964), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965). == Həyatı == Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində zərgər ailəsində anadan olmuşdur. O, 1922-ci ildə Bakı şəhərində H.Cavid adına 8 saylı qız məktəbində təhsil almışdır. Məktəbdə oxuduğu illərdə "Ana dili" kitabındakı xalq nağıllarına və "Aran köçü" hekayəsinə ilk şəkillərini çəkmişdir. Maral Rəhmanzadə 1930–1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1934–1940-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. == Yaradıcılığı == 1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M. Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olur. Bakıya qayıdan gənc rəssamın elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi başlanır.
Nilufər Rəhmani
Nilufər Rəhmani (fars. نیلوفر رحمانی‎; d. 1992) — 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu. Uşaqlığından pilot olmaq istəyən Nilufər pilot təhsili almaq üçün ilk olaraq ingilis dilini öyrənib. 2010-cu ildə 18 yaşı olarkən Əfqanıstan Hərbi Hava Qüvvələrinə daxil olub və 2012-ci ildə pilot təhsilini başa vurub. Qadın olduğu üçün ona ölü və yaxud da yaralı əsgərləri daşıması qadağan edilib. Lakin o, bir dəfə qadağanı pozsa da, buna görə cəza almayıb. Nilufər Rəhmani 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu olub. Özü və ailəsi bir neçə dəfə "Taliban"dan ölüm təhdidləri alsa da hazırda Əfqanıstan Hərbi Hava Qüvvələrində çalışır. ABŞ Dövlət Departamenti tərəfindən "Beynəlxalq Qadın Cəsarət Mükafatı"na (ing.
Qoşaqışlaq-i Mansur və Rəhman (Biləsuvar)
Qoşaqışlaq-i Mansur və Rəhman (fars. قوشاقشلاق منصورورحمان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 130 nəfər yaşayır (23 ailə).
Qışlaqəmirxanlı-i Pul-i Rəhman (Pərsabad)
Qışlaqəmirxanlı-i Pul-i Rəhman (fars. قشلاق اميرخانلوپل رحمان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (31 ailə).
Rahid Rəhmanov
Rahid Ramiz oğlu Rəhmanov (21 noyabr 1936, Bakı – 2 iyun 2022) – Azərbaycan neftçi-geoloqu, vulkanoloq, geologiya-mineralogiya elmləri doktoru (1983), böyük elmi işçi (1970), Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi (1991). 1936-cı il noyabrın 21-də Bakı şəhərində neftçi ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhəri 7 saylı orta məktəbi bitirib. 1954–1959 – Azərbaycan Sənaye İnstitutunun (sonralar Azərbaycan Neft və Kimya İnstitutu və indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinin tələbəsi olub. 1959 – Azərbaycan Neft və Kimya İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə bitirərək "Dağ mühəndisi-geoloqu" ixtisası verilmişdir. 1959–1961 – Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda (sonralar Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutu) regional geologiya qrupunda kollektor, Regional geologiya laboratoriyasının texniki və mühəndisi olmuşdur. 1962–1964 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun əyani aspirantı. 1964 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Küryanı düzənliyinin palçıq vulkanları və onların qaz-neftliliklə əlaqəsi" mövzusunda dissertasiya müdafiə etmişdir. 1964–1972 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun Regional geologiya laboratoriyasının böyük mühəndisi, Riyazi geologiya laboratoriyasında kiçik və böyük elmi işçi. 1972–1986 – Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun "Palçıq vulkanizmi bölməsinin "Palçıq vulkanlarının geologiyası" laboratoriyasının böyük elmi işçisi.
Ramiz Rəhmanov
Ramiz Ələskər oğlu Rəhmanov (15 dekabr 1906, Şamaxı – 15 mart 1983, Bakı) — Azərbaycan SSR neft sənayesinin və Kommunist partiyasının görkəmli xadimi. 1906-cı il dekabrın 15-də Şamaxı şəhərində fəhlə ailəsində anadan olub. Ailəsi 1918-ci ildə məlun mart hadisələrindən sonra Bakıya köçüb. Burada 13 yaşında mətbəədə mürəttib kimi işləməklə yanaşı Realni məktəbdə oxuyur. Sonra N.Nərimanov adına Neft Texnikumunu bitirir. 1927-ci ildə 22 yaşında Qazolin zavoduna direktor təyin olunur. 1928-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsinə daxil olur, 1932-ci ildə oranı bitirir. 1932–1936-cı illərdə "Molotovneft" trestində (indiki Ə.Əmirov adına Neft-Qaz Cıxarma İdarəsi) müxtəlif sahələrdə mühəndis vəzifəsində çalışıb. 1937-ci ildə Bakının qazlaşdırılması ilə əlaqədar olaraq, "Bakqaz" trestinə keçirilərək, 1941-ci ilə kimi orada texniki nəzarət şöbəsinin mühəndisi, texniki şöbənin baş mühəndisi, tikinti kontorunun rəisi, trestin baş mühəndisi və direktoru vəzifələrində işləyir. 1941-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə ikitərəfli müqaviləyə əsasən İran ərazisinə daxil olan Sovet ordusunun tərkibində görkəmli partiya və dövlət xadimi Əziz Əliyevin başçılıq etdiyi qrupda qulluq edir.
Rəhman Hacıyev (futbolçu)
Rəhman Xudayət oğlu Hacıyev — azərbaycanlı futbolçu. Hazırda Neftçi klubunda 17 nömrə ilə çıxış edir.
Rəhman Mustafayev (diplomat)
Rəhman Sahib oğlu Mustafayev (26 sentyabr 1963, Bakı) — azərbaycanlı diplomat. Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri. Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışdır. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994–1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib. 1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 2000–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub.
Rəhman Mustafayev (polkovnik)
Rəhman Bəhman oğlu Mustafayev (24 dekabr 1937, Sallı, Mikoyan rayonu – 12 iyun 2015, Bakı) — polkovnik, Baş Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə İdarəsinin rəisi (1994–1995). 1937-ci il dekabrın 24-də Ermənistan SSR (Dərələyəz mahalı) Mikoyan (Yexeqnadzor) rayonunun Sallı kəndində anadan olmuşdur. 1952-ci ildə Yuxarı Aralıq kənd 7 illik məktəbini əla qiymətlərlə bitirmiş, Ordubad Pedaqoji Texnikumuna imtahansız qəbul olmuşdur. Ordubadda oxuduğu müddətdə valideynləri 5 ay Noraşen rayonunun Yuxarı Yaycə kəndində, 1956-cı ilə qədər Baş Noraşen (Cəlilkənd) kəndində yaşayıb, oradan yenidən Ermənistan SSR Yexeqnadzor rayonunun Sallı kəndinə qayıtmışlar. 1956-cı ildə Ordubad Pedaqoji Texnikumunu fərqləənmə diplomu ilə bitirib, Bakıda V. İ. Lenin adına APİ-nin tarix-filologiya fakültəsinə qəbul olmuş, 1961-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, İmişli rayonuna təyinat almışdır. 1 sentyabr 1961-ci ildən 1 fevral 1962-ci ilə qədər Sərxanlı kənd orta məktəbinin dərs-hissə müdiri vəzifəsində işləmişdir. R. Mustafayev 1962-ci ilin fevral ayında hərbi xidmətə çağrılmış, 1 il 8 ay Moskva şəhərində daxili qoşunlarda batalyonun müstəqil komsomol təşkilatının katibi seçilmiş, 1963-cü ildə Saratov Hərbi məktəbini (eksterno) bitirmiş, kiçik leytenant rütbəsi almışdır. 1964–1966-cı illərdə Azərbaycan Marsizm-Leninizm Universitetində oxumuş və oranı fərqlənmə ilə bitirmişdir. 1965-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1970-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1968-ci ildə 26-lar rayonunda bölmə rəisi, 1972-ci ildə Lenin rayon DİŞ-də siyasi işlər üzrə rəis müavini, 1975-ci ildə Quba rayon DİŞ-in rəisi, 1977-ci ildə Quba rayon xalq deputatı seçilmişdir.
Rəhman Məmmədov (nazir)
Rəhman Əli oğlu Məmmədov — Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri, Naxçıvan Muxtar Respublikasının Atletika Federasiyasının sədri. Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Rəhman Məmmədov (əsgər)

Значение слова в других словарях