Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bioloji reqres
Bioloji reqres — taksonun fərdlərinin miqdarca azalması və arealının kiçilməsi, nəhayət sıradan çıxması. == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Attack on Titan: No Regrets
Attack on Titan: No Regrets (yap. 進撃の巨人 悔いなき選択) eyni adlı vizual roman əsasında Gun Snark tərəfindən yazılmış və Hikaru Suruqa tərəfindən illüstrasiya edilmiş Yapon manqa seriyasıdır. Serial Hajime İsayamanın məşhur Attack on Titan (進撃の巨人, Shingeki no Kyojin) manqası əsasında yazılmışdır. Hekayədə Levi Akkaman-ın Kəşfiyyat Birliyinə qoşulmazdan əvvəl başına gələnlərdən danışılır. Serial Yaponiyada "Kodansha" və ABŞ-də "Kodansha Comics" tərəfindən nəşr olunur. İki hissəli OVA 2014 və 2015-ci illərdə buraxıldı. == Süjet == Hekayə Attack on Titan əsasında yazılmışdır və Levinin yeraltı şəhərdə cinayətkar olduğu günlərdə, Ervin Smit-in onu Kəşfiyyat Birliyinə işə götürməzdən əvvəl iki ən yaxşı dostu İzabel Maqnoliya və Farlan Çurç ilə birlikdə olduğu zamanları izləyir. == Konsepsiya və inkişaf == Suruqa manqaya başlamazdan əvvəl onun baş redaktoru hekayənin əvvəlində Levinin və başqalarının yaşadığı Yeraltını daha yaxşı təsəvvür edə bilməsi üçün Metropolitan Ərazisinin Xarici Yeraltı Boşaltma Kanalına baş çəkməyi təklif etdi. Elə orada olarkən Suruqa ilk dəfə 18 metr hündürlüyündə Titanın nə qədər böyük olacağını təsəvvür edə bildi. Suruqa Levini çəkərkən onu Titana Hücumda olduğundan daha gənc göstərməyə çalışdı.
Reqressiv eroziya
Reqressiv eroziya (rus. регрессивная эрозия, ing. regressive erosion, head ward erosion, backward erosion) — lat. regressio – geriyə hərəkət – geriyə çəkilən eroziya. Süxurların səthi axınlarla parçalanması və yuyulması prosesi. Dərinlik eroziyası mənbə istiqamətində inkişaf edərək tarazlıq profilinin yaranmasına gətirib çıxarır və adətən qonşu hövzələrin çaylarının baş hissəsinin zəbt olunmasına səbəb olur.
Reqressiv vergitutma
Reqressiv vergitutma (ing. regressive tax) — vergi tutulan məbləğ artdıqca orta dərəcənin azaldığı vergitutma sistemi. Bu o deməkdir ki, təsərrüfat subyektinin gəlirinin artması ilə nisbət aşağı düşür, gəlir azaldıqda isə əksinə artır. Reqressiv vergi kasıblara (resurslar baxımından) zənginlərə nisbətən daha çox yük qoyur: vergi dərəcəsi ilə vergi ödəyicisinin aktivləri, istehlakı və ya gəlirləri ilə ölçülən ödəmə qabiliyyəti arasında tərs əlaqə mövcuddur. Bu vergilər daha yüksək ödəmə qabiliyyəti olan insanların vergi yükünü azaltmağa meyillidirlər, çünki onlar nisbi yükü daha çox ödəmə qabiliyyəti olan insanların üzərinə keçirirlər. Bir qayda olaraq, reqressiv vergitutma ilə gəlir hissələrə bölünür, onların hər biri öz dərəcəsi ilə vergiyə cəlb edilir, yəni azaldılmış dərəcələr bütün vergitutma obyektinə deyil, əvvəlkindən artıq olan hissəsinə şamil edilir. Məsələn, ƏDV kimi məsrəfdən sabit faiz şəklində tutulan vergilər və ya sorğu vergisi və ya Böyük Britaniya televiziyası lisenziyası haqqı kimi birbaşa sabit vergilər son nəticədə reqressivdir. Reqressiv vergitutma idxal, ticarət, mal və xidmətlərin istehsalı sahəsində tətbiq edilir. Həmçinin reqressiv prinsipə əsasən bir sıra xüsusi rüsumlar hesablanır, onlar üçün vergitutma müddəti fərqlidir. Beləliklə, məsələn, məhkəmədə ərizə vermək üçün dövlət rüsumu iddiaçının əmlak iddialarının ölçüsündən asılıdır.
Reqressiv yatım
Reqressiv yatım (rus. залегание регрессивное, ing. regressive bedding) — dənizin geriyə çəkilməsi şəraitində toplanan süxur laylarının yatımı. R. y. üçün fasiyaların ərazi üzrə və şaquli kəsilişdə nisbətən dərin dəniz çöküntülərindən dayaz dəniz çöküntülərinə doğru qanunauyğun dəyişilməsi səciyyəvidir.
Request Tracker
Request Tracker — sorğuları işləmək üçün pulsuz sistemdir. Request Tracker anlayışını müxtəlif cür konfiqurasiya etmək olar. Request Tracker e-poçtla göndərilən insident məlumatını avtomatik qeydiyyata alır və bu məlumatı göndərən istifadəçiyə bilet verir. İnformasiya verilənlər bazasında saxlanılır.
Sterna repressa
Ağyanaq susüpürən (lat. Sterna repressa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Valeri Pekress
Valeri Pekress (fr. Valérie Pécresse, anadan olanda Valeri Ru fr. Valérie Roux; 14 iyul 1967[…], Nöyi-sür-Sen, Fransa) — fransız siyasətçisi, Frnasua Fiyon hökumətində 2007–2012-ci illərdə nazir, 2015-ci ildən İl-de-Frans regional şurasının sədri, 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində "Respublikaçılar" partiyasının nazmizədi, 22 dekabr 2021-ci ildə Azərbaycan ərazisinə qanunsuz səfərinə görə adı Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib. Parisdə Ali Kommersiya Məktəbini və İnzibatçılıq Mili Məktəbini bitirib. 1998-ci ilədək Fransa Dövlət Şurasında auditor, Prezident Jak Şirakın məsləhətçisi işləyib. Ana dili olan fransız dili ilə yanaşı, ingilis, rus və yapon dillərini bilir. 2002, 2007 və 2012-ci illərdə İveliyadan Fransa Milli Məclisinin deputatı seçikib. 2004-cü ildə İl-de-Frans regionu şurasının üzvü seçilib. Xalq hərəkatı uğrunda ittifaqın mətbuat katibi işləyib. 2007-ci ildə Fransanın ali təhsil və elmi tədqiqatlar naziri təyin edilib, bu vəzifədə 2010-cu ildə hökumət dəyişiliklərindən sonra da işləyib.
Beni Eqreşi
Beni Eqreşi- (mac. Egressy Béni, 21 aprel 1814 – 17 iyul 1851, Peşt[d], Peşt medyesi) Macar bəstəkarı, tərcüməçisi və aktyoru. == Həyatı == Beni Eqreşi 1814-cü ildə Sayokazinçdə, bugünkü Macarıstanın Kazınçbarçika şəhəri, Borşod-Abauy-Zemplen bölgəsindəki Protestant pastorunda anadan olmuşdur. 1834-cü ildə böyük qarşdaşı Qabor Eqreşinin yolundan davam edən Beni Eqreşi ilk dəfə Kolosvarda səhnəyə çıxmış, 1837-ci ildə isə Praqa Milli Teatrının üzvlərindən biri olmuşdur. 1838-ci ildə pul qazanmaq üçün Milana yola düşmüş, burada səs təlimi almışdır. 1 il yarım İtaliyada yaşadıqdan sonra Macarıstana qayıdan Eqreşi çox keçmədən opera sənətçisi və bəstəkar kimi məşhurlaşmışdır. Eqreşi Alman, Fransız və İtalyan dilindən 60-dan çox əsər və opera tərcümə etmiş, 47 əsərindən 35-ini çap etdirmişdir. 1848-ci il inqilabının da iştirakçısı olan bəstəkar , inqilabdan sonra amnistiya almış və səhnəyə qayıtmışdır. Beni Eqreşi 1851-ci ildə Budapeşt şəhərində ağciyər xəstəliyindən vəfat etmişdir. == Fəaliyyəti == Eqreşi bir sıra məşhur bəstələrin müəllifidir.
Nil Deqrass Tayson
Nil Deqrass Tayson (ing. Neil deGrasse Tyson; 5 oktyabr 1958[…], Manhetten, Nyu-York ştatı) — Amerika astrofiziki, fizika üzrə fəlsəfə doktoru və kosmoloqdur.1996-cı ildən bəri Amerika Təbiət Tarixi Muzeyinə aid olan Hayden Planetariumunun rəhbəridir. Kifayət qədər maraqlı şəxs olan Nil Degrass 2006–2011-ci illər arasında PBS kanalında NOVA scienceNOW adlı elm-təhsil istiqamətli televiziya şousunu aparmışdır. Tayson Nyu-Yorkda Manhettendə yaşayan üç uşaqlı ailənin ikinci övladı idi. Anası Puerto-Riko əsilli Sansita Mariya (née Feliciano) Tayson ABŞ ın Səhiyyə Nazirliyində Herontoloq işləyib. Atası afroamerikalı Siril deqrass Tayson sosioloq idi. Taysonun uşaqlığı Bronks ın qonşuluğunda Kasl hil də və Riverdeyl də keçib. Tayson Bruklində elmi təmayüllü məktəbdə (The Bronx High School of Science) təhsil aldığı illərdə (1972–1976-ci) məktəb Fizika Elmi Jurnalının baş redaktoru və güləş üzrə komanda kapitanı olmuşdur. Tayson astronomiya ilə çox kiçik yaşlarında maraqlanmağa başlayıb, yeniyetməlik illərində daha çox həvəslə onu öyrənir, hətta astronomlar cəmiyyətində özünəməxsus tanınmışlıq qazanaraq, 15 yaşında astronomiya ilə bağlı mühazirələrlə çıxış edib. Astronomiyaya olan marağını onun NyuYorkda yaşadığı binanın (Səmaya baxan bina adlandırılıb — "Skyview Apartments")ən yüksək mərtəbəsindən binoklla aya baxmasından sonra yarandığını Tayson özü qeyd etmişdir.
System Request klavişi
Sys Req klavişi(Sys Req key,клавиша Sys Req)-bəzi IBM və onunla uyumlu klaviaturalarda olan və klaviaturanı yenidən kökləməyə, yaxud bir seansdan başqasına keçməyə imkan verən klaviş. Adətən, Print Screen ilə eyni klavişdə yerləşir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 832 s.
Proqress Bakı FK
Proqress 2, (və yaxud Həmkarlar FK) Azərbaycanda əsası qoyulan ən qədim futbol klublarından biri. Klub 1928-ci ildə keçirilən ilk Azərbaycan SSR çempionatının qalibidir.
Trillium grandiflorum f. regressum
Trillium grandiflorum (lat. Trillium grandiflorum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü. Trillium rhomboideum var. grandiflorum Michx.
Eucalyptus obliqua var. degressa
Eucalyptus obliqua (lat. Eucalyptus obliqua) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Six Degrees of Separation (mahnı)
"Six Degrees of Separation" mahnısı The Script rok qrupunun #3 albomundan 2-ci trekidir. Mahnının ərsəyə gəlməsində, yəni yazılmasında bu şəxslər iştirak etmişdir: Qrupun solisti — Danny O'Donoghue , qrupun elektro gitaristi — Mark Sheehan və digər köməkçi şəxslər Steve Kipner, Andrew Frampton. Mahnının klipi 5 noyabr 2012-ci ildə çəkilib bitmişdir və Beynəlxalq video portalı olan "YouTube"a yerləşdirilmişdir. Həmçinin qrup bu mahnının akustik versiyasını da çıxarmışdır. Mahnının ilk dəfə akustik versiyasını Billboard səhnəsində səsləndirmiş və geniş kütlənin marağına səbəb olmuşdur.