Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nikolay Rezanov
Nikolay Petroviç Rezanov (rus. Николай Петрович Резанов; 28 mart (8 aprel) 1764, Sankt-Peterburq – 17 fevral (1 mart) 1807, Krasnoyarsk) – Rusiya zadəganı, siyasi xadimi və Rus-Amerika şirkətinin qurucularından biri. Rezanov Rusiyanın Kuril və Aleut adalarındakı postları üçün Yaponiya ilə ticarəti dəstəkləmişdir. Adam Yohan fon Kruzenşternin başçılıq etdiyi dünya ekspedisiyası zamanı Rusiya çarı I Aleksandr Rezanovu Yaponiyaya rəsmi rus nümayəndəsi kimi göndərmişdir. Rezanov 1804-cü ilin oktyabrında "Nadezhda" gəmisi ilə Naqasakiyə çatmışdır. O, qəzaya uğramış bir çox yapon dənizçini və Rusiya istehsalı hədiyyələri Yaponiya hökumətinə təqdim etmişdir. 1793-cü ildə şoqun tərəfindən leytenant Adam Erikoviç Laksmana verilən Naqasaki icazəsinə əsasən ruslar düşünürdülər ki, Yaponiya ilə ticarət edə biləcəklər. Lakin əslində bu sənəd sadəcə rusların Naqasaki limanına daxil olmasına icazə verirdi. Bir neçə ay gözlədikdən və danışıqlar apardıqdan sonra Yaponiya hökuməti rusların hədiyyələrini və tələblərini rədd etmişdir. Bu qərara qəzəblənən Rezanov həm Rusiya adına qisas almaq, həm də Yaponiyanı ticarət əlaqələri qurmağa məcbur etmək üçün Yaponiya hökumətinin icazəsi olmadan Rus-Amerika şirkətinin iki üzvünü (Nikolay Aleksandroviç Xvostov və Qavril İvanoviç Davidov) basqına göndərmişdir.