Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rekuperasiya
Rekuperasiya — texnoloji proseslərdə sərf edilmiş maddələrin yenidən bərpa edilməsi və ilkin halda istehsalata qaytarılması prosesi. Rekuperasiya tulantıların sənayedə yenidən istifadə edilməsi kimi də başa düşülür. Belə ki, həlledicilərin rekuperasiyası adsorbentlərin köməyi ilə, xüsusi aparatlarda – adsorberlərdə həyata keçirilir. Adətən, bu məqsədlə aktivləşdirilmiş kömürdən istifadə edilir. Tərkibində həlledici buxarları olan hava, adsorbent layı içərisindən keçirilir. Adsorbent doydurulduqdan sonra ondan həlledicini ayırırlar.