Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bremen
Bremen(alm. Bremen‎ [ˈbʁeːmən])—Bremen əyalətinin paytaxtı. == Tarixi == Bavariya, Hamburq və Saksoniya ilə birlikdə Bremen də artıq 1945-ci ilə qədər mövcud olan siyasi subyektlərdən biri idi; San-Marinodan sonra bu dünyada ikinci ən qədim şəhər respublikadır. Bremen əyaləti Bremen şəhərindən (543 000 əhali) və Veser (d) çayından 65 kilometr aşağıda yerləşən Bremerhaven (d) (125 000 əhali) şəhərindən ibarətdir. Bu iki şəhər arasından ərazi Aşağı Saksoniya əyalətinin payına düşür. İlk dəfə 1200 il əvvəl, daha doğrusu 782-ci ildə milad tarixi ilə 787-ci ildə adı çəkilən və İmperator I Fridrix Barbarossa tərəfindən azad şəhər hüququ alan Bremen 1358-ci ildə Hanseatik liqaya qatıldı. 1404-cü ildə Rolandın heykəlini ucaltmaqla və 1405-ci ildə Şəhər Dəhlizini tikməklə şəhər özünün sağlam təyinata ehtiyacını nümayiş etdirdi. 1646-cı ildə Bremen müstəqil imperiya şəhəri statusunu aldı; 1806-cı ildən bəri Bremen özünü Müstəqil Hanseatik Şəhəri adlandırır. Bremenhaven 1827-ci ildə yaradıldı və 1851-ci ildə şəhər statusuna qaldırıldı. Əyalət parlamenti ənənəvi "Bremise Bürgerşaft" adını daşıyır; əyalət hakimiyyəti "Senat" adlanır və Senatın Rəhbəri əyalətin hakimiyyət rəhbəridir. Hər il Fevral ayının ikinci Cümə günü Almaniyanın məşhur ictimai xadimləri Bremenin dənizkənarı ictimaiyyəti tərəfindən Şəhər Dəhləzində keçirilən tarixi "Şaffermaltsayt" iməcliyinə dəvət olunur.
Femen
FEMEN (Ukraynca: Фемен) 2008-ci ildə Anna Hutsol tərəfindən təsis edilib. Anna Hutsol qrupu təsis etdikdən sonra, Femen təşkilatını yaratmasının səbəbini onların ölkələrində fəal qadınların olmaması və kişi yönümlü Ukrayna cəmiyyətinə olan reaksiyası ilə izah edir. Qrupun beynəlxalq nikah agentlikləri, gender ayrı-seçkiliyi və digər beynəlxalq və milli sosial problemlərlə bağlı keçirmiş olduğu etiraz aksiyaları mövcuddur. Qrup dünyada xüsusilə seks turizminə qarşı həyata keçirmiş olduğu yarıçılpaq nümayişləri ilə tanınır. Qrupun məqsədi Ukraynada yaşayan qadınların mədəni və mənəvi dəyərlərini, eləcə də onların liderliyini inkişaf etdirməkdir. Bununla da Ukrayna dünya miqyasında həm imicini yaxşılaşdırmış, həm də öz şəhərinin qadınlarına yeni və daha yaxşı imkanlar vermişdir. 8 Mart Beynəlxalq Qadınlar Günündə İstanbula etiraz aksiyası keçirməyə gələn FEMEN üzvləri keçirmiş olduqları etiraz aksiyasından sonra saxlanılaraq deportasiya edilmişdirlər.
Ramen
Ramen (yap. ラーメン, 拉麺, 老麺) - buğdadan hazırlanmış yapon əriştə şorbası. Yapon sayılsada Yaponiyaya Çindən gəlib. Yapon dilində ramen sözü Çin 拉麺 (pinyin: lāmiàn), mənşəlidir və "dartılmış makaron" mənasını verir.
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Yəmən
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. == Dini vəziyyət == Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Rəmə
Rəmə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qoşabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Rəmə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 151 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Asamati (Resen)
Asamati (mak. Асамати, alb. Asamat, Osomat) — Prespa gölünün şimal şərq sahilində, Makedoniya Respublikasının Resen Bələdiyyəsində yerləşən bir kənddir. Asamati, Resen bələdiyyə mərkəzindən 12 kilometr uzaqlıqda yerləşir və 175 sakini var. == Tarixi == Asamati, müxtəlif tarixi dövrlərdən qalma və bir çoxu təsadüfən kəşf edilən müxtəlif arxeoloji sahələrə ev sahibliyi edir. Tapıntıların bir çoxu Resen qəsəbəsindəki Sarayda yerləşdirilir.XIX əsrdə, daha sonra Ademayt olaraq adlandırılan kənd əhalisi, 16 evdə yerləşən 30 müsəlman sakinin və Bolqar Yepiskopluğunun 16 üzvündən ibarət idi. 1905-ci ildə Asamati'nin 150 sakini var idi, bunların 102-si Müsəlman albanlar, geri qalan hissəsi isə Bolqar Yepiskopluğunun üzvlərindən ibarət idi.Birinci Dünya Müharibəsi əsnasında kəndin 115 sakini var idi.
Bremen (torpaq)
Bremen — Almaniyanın 16 federal torpağından biri. Paytaxtı Bremen şəhəridir.
Bremen şəhəri
Bremen(alm. Bremen‎ [ˈbʁeːmən])—Bremen əyalətinin paytaxtı. == Tarixi == Bavariya, Hamburq və Saksoniya ilə birlikdə Bremen də artıq 1945-ci ilə qədər mövcud olan siyasi subyektlərdən biri idi; San-Marinodan sonra bu dünyada ikinci ən qədim şəhər respublikadır. Bremen əyaləti Bremen şəhərindən (543 000 əhali) və Veser (d) çayından 65 kilometr aşağıda yerləşən Bremerhaven (d) (125 000 əhali) şəhərindən ibarətdir. Bu iki şəhər arasından ərazi Aşağı Saksoniya əyalətinin payına düşür. İlk dəfə 1200 il əvvəl, daha doğrusu 782-ci ildə milad tarixi ilə 787-ci ildə adı çəkilən və İmperator I Fridrix Barbarossa tərəfindən azad şəhər hüququ alan Bremen 1358-ci ildə Hanseatik liqaya qatıldı. 1404-cü ildə Rolandın heykəlini ucaltmaqla və 1405-ci ildə Şəhər Dəhlizini tikməklə şəhər özünün sağlam təyinata ehtiyacını nümayiş etdirdi. 1646-cı ildə Bremen müstəqil imperiya şəhəri statusunu aldı; 1806-cı ildən bəri Bremen özünü Müstəqil Hanseatik Şəhəri adlandırır. Bremenhaven 1827-ci ildə yaradıldı və 1851-ci ildə şəhər statusuna qaldırıldı. Əyalət parlamenti ənənəvi "Bremise Bürgerşaft" adını daşıyır; əyalət hakimiyyəti "Senat" adlanır və Senatın Rəhbəri əyalətin hakimiyyət rəhbəridir. Hər il Fevral ayının ikinci Cümə günü Almaniyanın məşhur ictimai xadimləri Bremenin dənizkənarı ictimaiyyəti tərəfindən Şəhər Dəhləzində keçirilən tarixi "Şaffermaltsayt" iməcliyinə dəvət olunur.
Bremen əyaləti
Bremen — Almaniyanın 16 federal torpağından biri. Paytaxtı Bremen şəhəridir.
Cənubi Yəmən
Cənubi Yəmən (ərəb. جنوب اليمن‎, translit. Cənub əl-Yəmən, ing. South Yemen) və ya rəsmi olaraq Yəmən Xalq Demokratik Respublikası (ərəb. جمهورية اليمن الديمقراطية الشعبية‎‎, translit. Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya) — Ərəbistan yarımadasının cənubundə yerləşən indiki Yəmən Respublikasının cənubunu, şərqini və Sokotra adasını əhatə edən tarixi sosialist dövlət. Cənubi Yəmən 30 noyabr 1967-ci ildən 22 may 1990-cı ilə qədər mövcud olmuşdur. Cənubi Yəmən 1874-cü ildə Böyük Britaniyanın Ədən Müstəmləkəsi və Ədən Protektoratının yaradılması ilə başlamışdır. Buna baxmayaraq, 1937-ci ildə Ədən Britaniya Hindistanının bir vilayəti olmuşdur. 1963-cü ildə Ədən protektoratının süqutundan sonra, regionda fövqəladə hal elan edilmişdir.
Resen (qəsəbə)
Resen (mak. Ресен, serb. Ресан, türk. Resne, yun. Ρέσνα, alb. Resnjë) — cənub-qərbi Makedoniyadakı 9 min əhaliyə sahib bir qəsəbə. Resen Bitola və Oxrid arasında təxminən olaraq bərabər məsafədədir. Qəsəbə dəniz səviyyəsindən 880 metr yüksəkdə və Prespa gölü yaxınlığında yerləşir. Resen eyni zamanda Prespa gölündəki tək şəhərdir və Resen Bələdiyyəsinin mərkəzidir. == Tarixi == Köhnə İliryalı Damastiyon şəhəri Resen'n yaxınlığında ola bilər.
Resen sarayı
Resen sarayı — Şimali Makedoniyanın Resen qəsəbəsində tarixi bir neoklassik əmlakdır. XIX əsrin sonlarında resenli Osmanlı bəyi olan Əhməd Niyazi bəy tərəfindən inşa edilmişdir. Sarayın memarlıq üslubu onu Makedoniyada unikal edir. Hal-hazırda binada muzey, qalereya və kitabxana fəaliyyət göstərir. Resen bələdiyyəsinin yerli əhalisi binanı "Saraj" olaraq adlandırır. == Təsviri == Saray neoklassik memarlıq üslubunda inşa edilmişdir. Bina 35 m (114 ft) yüksəkliyindəki hündür hissə və iki pəncərəsi ilə təmailə simmetrikdir. Bir zirzəmi, iki mərtəbə və mansardla birlikdə 7,800 m2 (83,958 ft2) sahəsi var.Binanın xarici divarları 60 santimetr qalınlığındadır. Xüsusilə fasadda zəngin heykəltəraşlıq detalları var. Dam əvvəlcə ağacdan hazırlanmışdı, lakin 1982-ci ildə aparılan təmir işləri zamanı bura polad profillərlə əvəz edilmişdir.
Romen Bask
Romen Bask (30 iyun 1995) Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" klubunun keçmiş fransız peşəkar futbolçusudur. == Peşəkar Kareyası == === Quevilly-Rouen === Bask, 29 iyul 2017-ci ildə FC Lorient ilə Liqa 2 1-1 bərabərə qalmaqla Quevilly-Rouen üçün peşəkar debüt etdi. === Neftçi === Bask, 15 iyul 2021 ci ildə Neftçiyə transfer oldu.Neftçiyə transfer olunduqdan sonra Neftçidə əsas heyət oyunçusu oldu.
Romen Fevr
Romen Fevr (14 iyul 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Fevr Tur akademiyası vasitəsilə inkişaf etmişdir. 6 iyul 2017-ci ildə o, Monako klubuna transfer olmuşdur. Fevr 12 fevral 2018-ci ildə Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Fevr peşəkar karyerasında debütünü 19 dekabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Han-Noa Massenqo ilə əvəz olunmuşdur. Liqa Kuboku görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. O, Liqa 1-də debütünü 22 dekabr 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və komandası rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.
Romen Qari
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], Parisin 7-ci dairəsi[d], Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Romen Qrojan
Romen Qrojan (fr. Romain Grosjean, d. 17 aprel 1986, Cenevrə) — Fransa lisenziyasında yarışan İsveçrə və Fransa yarışçısı, GP2 seriyasının çempionu (2011). 2009-cu ildən 2012-ci ilə kimi Formula 1 pilotu; 2016-ci ildən bəri Haasda çıxış edir. Lotus komandası üçün 10 podium qazanmışdır. == Ümumi informasiya == Evlidir. O və onun həyat yoldaşı Marionun Saşa (2013), Simon (2015) adlı oğulları və Kamilla adlı qızları (2017) var. == İdman karyerası == 2000-ci ildə ilk dəfə avtoidmanında bir çox kartinq müsabiqəsində iştirak edərək özünü sınadı. Qrojan çox tez müxtəlif müsabiqələrdə peloton liderləri ilə bərabər mübarizə apardı. 2001-ci ildə İCA sinfində Fransa çempionluğunu qazanmış, iki il sonra İsveçrə və İtaliyada Formula Reno seriyasındakı 1.6 litrlik sinif yarışlarında iştirak edən formula tipli yarışda debüt etdi.
Romen Rollan
Romen Rollan (fr. Romain Rolland, 29 yanvar 1866[…] – 30 dekabr 1944[…]) — fransız yazıçı, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1915). Birinci Dünya müharibəsinin başlaması ilə əlaqədar 1914-cü ildə heç bir sahədə Nobel mükafatı verilməmişdi. Növbəti ilin ədəbi laureatı isə Romen Rollan olmuşdu. == Həyatı == Romen Rollan Fransanın cənubundakı Klamsi şəhərində, zəngin burjua ailəsində doğulmuşdu. Atası populyar və ünsiyyətə açıq adam idi. Vəkillik fəaliyyəti ilə məşğul olurdu. Anası isə qapalı həyat tərzinə üstünlük verən dindar qadın kimi tanınırdı. Antuanetta Mari Kupo oğlunun musiqi təhsili ilə özü məşğul olurdu. Kiçik yaşlarından ona Bethoven musiqisinə böyük məhəbbət aşılamışdı.
Rumen Radev
Rumen Georgiyev Radev (d. 18 iyun 1962; Dimitrovqrad, Bolqarıstan) — Bolqarıstanlı siyasi xadim. Bolqarıstanın 5-ci Prezidenti. == Həyatı == Rumen Radev 18 iyun 1962-ci ildə Bolqarıstanın Dimitrovqrad şəhərində anadan olub.
Rəmənə Səyəhi
Ramana Sayahi (4 oktyabr 1982) — İran əsilli kanadalı Aktyor, model və vizajistdir. == Həyatı == Səyahi İranın Əhvaz şəhərində anadan olub. O, həmçinin Kanadanın Toronto şəhərində yaşayır.O, təbii olaraq Ancelina Coliyə bənzədiyi üçün qrafika fakültəsinin məzunudur və hazırda model kimi işləyir və Torontoda model kimi işləyən aktyorluq təcrübəsi var.İlk dəfə 18 yaşında anası televiziyada bu qadının sənə nə qədər oxşadığını, Hollivud aktyoruna oxşadığını, amma o zamanlar onun üçün çox da əhəmiyyət kəsb etmədiyini göstərmişdi.
Rəzən şəhristanı
Rəzən şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Rəzən şəhəridir. == Ərazi == Şəhristanın ərazisi 2729 km²-dir. == Əhali == 2006-cı ilin siyahıya alınmasına əsasən, Rəzən şəhristanının əhalisi toplam 111.120 nəfərdən (26.277 ailədə) ibarətdir. === Şəhristanın bəxşlərinin əhalisi === ==== Mərkəzi (Rəzən) bəxşi ==== Əhali (toplam): 32,549 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Rəzən şəhəri): 11,390 nəfər (2006 s.a.) — Kənd əhalisi : 21,159 nəfər (2006 s.a.) ==== Qürvə Dərcəzin bəxşi ==== Əhali (toplam): 39,852 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Qürvə-i Dərcəzin şəhəri): 9,335 nəfər (2006 s.a.) — Kənd əhalisi : 30,517 nəfər (2006 s.a.) ==== Sərdrud bəxşi ==== Əhali (toplam): 38,719 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Dəməq şəhəri): 2,847 nəfər (2006 s.a.) — Kənd əhalisi : 35,872 nəfər (2006 s.a.) === Milli tərkib === Əhalisinin 99,47%-i azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. == Rəzən şəhristanının inzibati bölgüsü == Mərkəzi bəxşi İnzibati mərkəzi: Rəzən DEHİSTANLARI: Xərqan dehistanı KƏNDLƏRİ: Ağcaxaraba, Əmirabad, Ağçay, Badkuh, Durniyan, Gərmək, Gavanlı, Cirbanlı / Ceryanlı, Karvanə, Xələc, Lalədan, Mahniyan, Qızılca-i Xorqan, Sarıclı, Sürtəcin, Vahandeh Rəzən dehistanı KƏNDLƏRİ: Abbərik, Əmiriyə, Ağkənd, Fərsəcin, Qazyatan, Qulaməli, Həryan, Camışlı, Kəhərd, Xeyrabad, Xomeyqan, Küllicə, Madabad, Nəvar / Nüvar / Nuvar, Niyanc / Niyənc, Ümmətlər, Qanqanlı, Qatırovlan, Sirab, Təkyə, Təzəkənd, Vəfs, Vərqistan, Vərvəzin, Yengiqala, Yovşanlı Qürvə-i Dərcəzin bəxşi İnzibati mərkəzi: Qürvə-i Dərcəzin DEHİSTANLARI: Dərcəzin-i Ülya dehistanı KƏNDLƏRİ: Çəngərin, Eynabad, Cavərsəcin, Kac / Kaç, Kərəfs, Mənüçöhr, Məzrayə-i Sarım, Mesinək, Nakin, Pirbəy, Pulikan, Qaraqaya, Rəkin, Səlilək, Sənggərankuh, Şəncur, Şavənd / Şahvənd, Sunqurabad, Suzan, Tamuzan, Vələşicird, Vasmaq, Yengicə-i Kərəfs Dərcəzin-i Süfla dehistanı KƏNDLƏRİ: Əhmədabad, Behkandan, Dərcəzin, Dövlücerdin-i Bala, Həkan / Həkkan / Həgan, Kəməndan, Məzrayə-i Givdərə, Nizamabad, Niyar, Novdeh, Ümman, Püştcin, Razin, Sayan, Silək / Siləkdərə, Zakan / Zəkan / Zəhkan Sərdrud bəxşi İnzibati mərkəzi: Dəməq DEHİSTANLARI: Boğratı dehistanı KƏNDLƏRİ: Babanəzər, Çaharbulaq, Çurmaq, Gündüz, Məzrayə-i Deymur, Ortaqamış, Qədir Xələc, Qalacıq Zamani, Qala-i Zindlic, Qarakənd, Qaynarca, Təpədibi, Yarımcabağ Sərdrud-i Ülya dehistanı KƏNDLƏRİ: Ağcaxaraba, Ağcalıca, Arpadərə, Çopuqlu, İmamzadə İsmayıl, Gavsavar, Kəhrizboğazı, Xorvandeh, Mansurabad, Mollabudaq, Ocaq, Qarabulaq, Taxt Sərdrud-i Süfla dehistanı KƏNDLƏRİ: Çalbuğa, Çayan, Göstər, Həsənabad, Cəfərabad, Kalkabud, Xəncərabad, Payandeh, Piləcin, Qala-i Şatırbali, Qaraylar, Qayış, Qozluca, Sərləh, Soltanabad, Tülkütəpə, Viyar == İstinadlar == Encyclopædia Iranica :DARJAZĪN Encyclopædia Iranica :HAMADĀN ii.
Səmən (Baymak)
Səmən (başq. Һәмән, rus. Семёново) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 68 km, kənd sovetliyindən (Bilal): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 109 km.Sakmara çayınınn sahilində yerləşir.
Yəmən Respublikası
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. == Dini vəziyyət == Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Yəmən bayrağı
Yəmən bayrağı — Yəmənin dövlət (milli) bayrağı. Cənubi və Şimali Yəmənin birləşməsi gün, 22 may 1990-cı ildə qəbul edilib. Qırmızı, ağ və qara rənglər klassik ərəb rəngləri sayılır və Misir, Suriya və İraqın da dövlət bayraqlarında da vardır. == Tarix == Yəmən vahid dövlət olana qədər o cənubi və şimali Yəmənə bölünmüşdü. Şimali Yəmən 1927-1965-ci illərdə Yəmən Krallığı adlanırdı və soldakı bayrağı var idi. 1965-ci ildə krallıq Yəmən Ərəb Respublikasına çevrildi və ortadakı bayraqdan istifadə etməyə başladı. Cənubi Yəmən əvvəlcə Cənubi Yəmən Federasiyası adlanırdı və sağdakı bayrağa malik idi. Sonradan Yəmən Xalq Demokratik Respublikasına çevrildi və aşağıdakı bayrağa malik oldu.
Yəmən coğrafiyası
Yəmən respublikası Ərəbistan yarımadasının cənub və cənub-qərbində yerləşir. == Sahəsi və sərhədləri == Ərəbistan yarımadasının cənub və cənub-qərbində yerləşmiş Yəmən respublikası şimaldan və şimal-şərqdən Səudiyyə Ərəbistanı, şərqdən Oman dövlətləri ilə həmsərhəddir. Səudiyyə Ərəbistanı ilə sərhədlərinin xeyli hissəsi demarkasiya (yəni sərhəd nişanları qoylmamış) olunmamışdır. Yəmən coğrafi və hərbi strateji mövqeyi əlverişli olan ölkələrdən biridir. Qərbdən 500 km məsafədə Qırmızı dənizə,cənubdan və cənub-şərqdən 1200 km məsafədə Ərəbistan dənizi və Oman körfəzinə çıxışı var.Dənizlərdə yerləşmiş və ona məxsus adalarla birlikdə sahəsi 532 min kv.km-dir.Bu göstəriciyə görə dünyanın 48-ci ölkəsidir. == Yəmən Respublikasının relyefi == Səth quruluşu. Səth quruluşu çox mürəkkəbdir. Bu ərazidə bir-birindən fərqlənən beş təbii-coğrafi bölgə aydın seçilir: . Sahilboyu təpəli düzənlikləri əhatə edən Tihamə ovalığı; . Cəbəl adlanan dağlıq hissə; .