Yəmən coğrafiyası

Yəmən respublikası Ərəbistan yarımadasının cənub və cənub-qərbində yerləşir.

Yəmən coğrafiyası
Qitə Asiya
Region Orta Şərq
Koordinatlar 15°00′N, 48°00′E
Sahə
Sahil xəttinin uzunluğu 1 906 km
Sərhədlər 1 746 km
Səudiyyə Ərəbistanı 1 458 km, Oman 288 km
Ən yüksək nöqtə 3 666 m , Cabal an Nabi Şuayb
Ən alçaq nöqtə 0 m, Ərəbistan dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahəsi və sərhədləri

[redaktə | mənbəni redaktə et]
Yəmənin topoqrafik xəritəsi
Dhar vadisi
Kəndtəsərrrüfatı sahəsi
Qırmızı dənizin sahili
Səna şəhəri yaxınlığında relyef

Ərəbistan yarımadasının cənub və cənub-qərbində yerləşmiş Yəmən respublikası şimaldan və şimal-şərqdən Səudiyyə Ərəbistanı, şərqdən Oman dövlətləri ilə həmsərhəddir. Səudiyyə Ərəbistanı ilə sərhədlərinin xeyli hissəsi demarkasiya (yəni sərhəd nişanları qoylmamış) olunmamışdır. Yəmən coğrafi və hərbi strateji mövqeyi əlverişli olan ölkələrdən biridir. Qərbdən 500 km məsafədə Qırmızı dənizə,cənubdan və cənub-şərqdən 1200 km məsafədə Ərəbistan dənizi və Oman körfəzinə çıxışı var.Dənizlərdə yerləşmiş və ona məxsus adalarla birlikdə sahəsi 532 min kv.km-dir.Bu göstəriciyə görə dünyanın 48-ci ölkəsidir.

Yəmən Respublikasının relyefi

[redaktə | mənbəni redaktə et]

Səth quruluşu. Səth quruluşu çox mürəkkəbdir. Bu ərazidə bir-birindən fərqlənən beş təbii-coğrafi bölgə aydın seçilir:

  1. . Sahilboyu təpəli düzənlikləri əhatə edən Tihamə ovalığı;
  2. . Cəbəl adlanan dağlıq hissə;
  3. . Mərkəzi yaylalar;
  4. . Qurumuş çay dərələri ilə kəsilmiş Ərəbistan dənizinin və Oman körfəzinin sahil zolağı;
  5. . Hədramaut vadisi.

Yəmən ərazisinin təqribən 15 faizini tutan Tihamə ovalığı Qırmızı dənizlə dağ silsilələri arasında ensiz qurşaq kimi uzanır. Ölkə daxilində Tihamənin uzunluğu 500 km-ə qədər, eni isə 40–70 km arasında dəyişir. Ovalığın 5–15 km enində olan sahilboyu hissəsi həyatsız səhranı xatırladır. Buna baxmayaraq quru çay vadilərinin mənsəbində və bəzi buxtaların ətrafında məskunlaşmış yerlərə də rast gəlmək olar.

Cəbəl dağlıq bölgəsi Tihamə ovalığından şərqə, Səudiyyə Ərəbistanı sərhədlərindən ölkənin cənub sərhədlərinə kimi eni 150–200 km olan dağlardan ibarətdir. Ölkənin ən hündür dağlan Cəbəl bölgəsindədir. Cəbəl-Nebi dağı (hündürlüyü - 3760 m) nəinki Yəməndə, həm də bütün Ərəbistan yarımadasında ən hündür dağdır.

Mərkəzi yaylalar bölgəsi sönmüş vulkan konuslanndan ibarət dağlıq yerdir. Mərib şəhəri yaxınlığında bu dağlar çox da yüksək olmayan Şarki adlanan yaylaya keçir. Şarkidə vadi və quru çay dərələri çoxdur. Şərqə və şimala doğru yaylanın hündürlüyü azalır və o dünyanın ən iri qum səhralanndan olan Rub-əl-Xaliyə qovuşur.

Sahil zolağı bölgəsi ölkənin cənubundakı dəniz sahillərini əhatə edir. Burada hündürlüyü 500-800 metrə çatan alçaq dağlara rast gəlmək olar. Bu bölgənin coğrafi mövqeyi təbii şəraiti əlverişli olduğundan o Yəmənin sıx məskunlaşmış hissəsidir.Ədən, Əl- Mukəllə, Şükrə, Zəncibar kimi nisbətən iri şəhərlər bu bölgədədir.

Hədramaut vadisi bölgəsi Ərəbistan dənizi sahilinə paralel, ondan 150–250 km aralı yerləşmişdir. Qərbdən şərqə tərəf vadi ensizləşir. Ərəbistan səhralarından dağ sistemləri ilə ayrılan Hədramaut vadisi yeraltı sularla zəngin olduğundan o ölkənin ən mühüm kənd təsərrüfatı rayonlarından hesab olunur.

Təbii ehtiyatları

[redaktə | mənbəni redaktə et]

Faydalı qazıntılar da daxil olmaqla Yəmənin təbii sərvətləri zəif öyrənilmişdir. XX yüzilliyin tikinci yarısında ABŞ, Almaniya, Böyük Britaniya, İsveç, Sovet ittifaqı mütəxəssisləri Yəməndə geoloji kəşfiyyat işləri aparsalar da onun nəticəsi böyük olmamışdır.

Yəməndə dəmir filizi, mis, boksit, qurğuşun, uran, qızıl, gümüş, daş kömür, mərmər, gips, kvars qumları, daşduz və bir sıra faydalı qazıntılar aşkar edilsə də, bu sərvətlərdən ancaq daşduz və tikinti materiallarının ehtiyatı çoxdur.

Tihamə, Şarki və Hədramaut tarixi- coğrafi vilayətlərində neft və təbii qaz aşkar olunsa da, onlar çox dərin laylarda yerləşdiyindən, kommunikasiya sisteminin aşağı səviyyəsi və başqa səbəblər üzündən az miqdarda çıxarılır.

İqlimi və hidroqrafiyası

[redaktə | mənbəni redaktə et]

Yəmən tropik iqlim qurşağında yerləşir. Ölkə iqlimi üçün səciyyəvi xüsusiyyət ondan ibarətdir ki, ərazidə iki - lap isti və nisbətən mülayim mövsüm ayrılır. İsti mövsüm aprelin ikinci yarısından başlanır və oktyabra qədər davam edir. Onun ilk 40-50 günü xüsusilə dözülməz olur. Yerlilər bunu «Əl- Ərvaniyə» adlandırır. Bu mövsümdə Tihamədə sutkalıq orta temperatur + 30 C dərəcədən artıq olur. Qızmar yay günlərində kölgədə temperaturun +40 C dərəcədən yuxan qalxdığı hallara tez- tez təsadüf edilir. Okyabrın ikinci yansından aprelin ortalanna qədər davam edən mülayim mövsümdə havanın temperaturu aşağı düşür və isti küləklər zəifləyir .Yəmən ərazisində rütubətin və yağıntıların paylanmasında kəskin fərqlər var. Tihamədə rütubətlilik 80-90, Ədən körfəzi sahilində 65-70 faizdir. Şərqə və şimala doğru getdikcə rütubətlilik 50 faizə qədər azalır. Tihaməyə il ərzində 100 mm-ə qədər yağış yağır. Lakin elə illər də olur ki, ora heç yağış düşmür. Dağətəyi ərazilərdə və dağlarda yağıntıların miqdan çoxalır (2000 mm-dək). Yəməndə daimi axara malik olan çay yoxdur. Səth sulan leysan yağışlanndan sonra yaranır. Musson yağışlan dövründə dərələrdə və dağətəyi vadilərdə daşlı-çınqıllı sellər əmələ gəlir. Buna görə ölkənin səthi vadi və quru çay dərələri ilə örtülüdür. Bunlann bəziləri yağmurlu dövrlərdə öz sulannı dərələrə qədər axıdır. Yəmənin su ehtiyatı qrunt sulandır. Bu sular əsasən artezian quyulan vasitəsi ilə səthə çıxanlır. Məişətdə yağış sulannı toplayan sututarlardan da istifadə olunur. Şarkidə, Vadi-Ədna məcrasında məşhur Mərib bəndi tikilmişdir. Ölkədə su probleminin həlli məqsədilə görülən tədbirlərə baxmayaraq məskunlaşmış bir çox yerlərdə, xüsusilə ölkənin şimal- şərqində «su qıtlığı» açıq-aydın hiss olunur.

Torpaq və bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Yəmənin torpaqlan zəif məhsuldar torpaqlar kimi tanınır. Ümumiyyətlə, ölkə ərazisinin çox hissəsini səhralar, yaylalar və dağlar tutduğundan onun qiymətli torpaq resursları azdır. Ölkənin bitki örtüyü də zəifdir. Daşqın sularının müvəqqəti basdığı yerlərdə, vadilərin ətrafında akasiya, xurma,İlb ( qol-budaqlı ağacdır. Gövdəsindən tikinti işlərində istifadə olunur. Albalı boyda san rəngli meyvəsi yeyilir) yulaf, arpa, qarğıdalı, kat və s. yetişdirilir. Yəmən iqtisadi cəhətdən zəif inkişaf etmiş dövlət olduğundan və müvafiq mütəxəssislərlə təmin olunmadığından ölkə ekoloji tarazlığına, ətraf mühitin mühafizəsinə lazımı diqqət ayıra bilmir.

Ölkədə Afrika darısı, arpa, buğda, qarğıdalı, çəltik və,s əkilir. Məhsuldar illərdə 1,2 mln. tona yaxın taxıl əldə edilsə də, bu təlabatmı ödəmir. Dan və kalış yerli torpaq-iqlim şəraitinə uyğunlaşdığından suvarma tələb etmir. Onlan həm qum çay dərələrində, həm də mərkəzi yaylalarda becərirlər. Bağçılıq inkişaf etmişdir. Burada xarici bazar üçün xurma, banan, ananas, papayya, manqo, daxili bazar üçün üzüm, ərik, nar, gavalı, əncir və.s yetişdirilir. Yəməni dünya bazannda tanıdan onun məşhur qəhvəsidir. XVII yüzillikdən burada qəhvə dənindən istifadə olunur .Yəmən qəhvəsi Avropa ölkələrinə Mokko portundan daşındığı üçün onun ən qiymətli növünü «Mokko» adlandırmışlar. Dünya ölkələrində qəhvənin bu növü çox yüksək qiymətləndirilir.

Texniki bitkilərdən pambıq və tütün əkinləri üstünlük təşkil edir. Burada uzun lifli Sudan pambığı (Lambert növü) becərilir. Tütün əsasən Hədramautda yetişdirilir. Bostançılıq və tərəvəzçilik yəmənlilərin qədim peşələrindən sayılır. Heyvandarlıq kənd təsərrüfatının ən zəif inkişaf etmiş sahəsidir. Təbii yem bazasının çox məhdud olması bu sahənin inkişafını ləngidir. Ərəb ölkələrinin əksəriyyətindən fərqli olaraq Yəməndə qaramalın zebu cinsinin saxlanması xüsusi əhəmiyyət kəsb edir. Dəvə saxlanılmasının da əhəmiyyəti böyükdür.

  • Soltanova H.B., Məmmədov C.A. Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası (dərslik). Bakı , Bakı Universiteti , 2008

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]