Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
REPL
REPL (ing. read-eval-print loop, azərb. oxuma-hesablama-çap dövrəsi‎) — sadə interaktiv proqramlaşdırma mühiti. Bu termin daha çox Lisp proqramlaşdırma dilinin interaktiv mühitinə aid işlədilir, ancaq Smalltalk, Python, Ruby, Haskell, Scala, JavaScript və başqa dillərin interaktiv mühitinə də aid edilə bilər. Belə mühitdə istifadəçi hər hansı ifadəni daxil edə bilər ki, mühit onu dərhal hesablayar, hesablamanın nəticəsini isə istifadəçi üçün əks etdirər. “Read-eval-print loop” adı Lisp dilinin bənzər funksiallığı gerçəkləşdirən primitivlərinin adından götürülüb: read funksiyası bir ifadəni oxuyur və onu yaddaşda uyğun verilənlər strukturuna çevirir. eval funksiyası belə bir verilənlər strukturunu qəbul edir və ona uyğun ifadəni hesablayır. print funksiyası ifadənin hesablanmış nəticəsini qəbul edir və onu istifadəçi üçün çap edir. Hər hansı dil üçün REPL-mühitini gerçəkləşdirməkdən ötrü yuxarıda sadalanan üç funksiyanı gerçəkləşdirmək və onları sonsuz dövrdə birləşdirmək kifayətdir. Yeni dilin öyrənilməsi zamanı REPL-mühiti çox əlverişli olur, çünki istifadəçiyə sürətli əks əlaqə təqdim edir.
Raps
Raps (lat. Brassica napus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Yağ alınan əhəmiyyətli bitkidir. XX əsrin sonlarında bu bitkidən biodizel alınması üçün istifadə olunması onun əhəmiyyətini bir qədər də artırıb. == Əhəmiyyəti == Yazlıq raps payızlıq raps qədər əhəmiyyət kəsb edir. Onun toxumlarının tərkibində 35-45% yarım-quruyan (yod ədəi 101) yağ, 21% zülal və 17-18%-ə qədər karbo-hidratlar vardır. Yazlıq raps yağı adətən texniki məqsədlər üçün istifadə olunur. Bu yağlar sabunbişirmə, toxuculuq, lak-boyaq, metallurgiya və digər sənaye sahələrində işlənir. Tərkibində eruk (35-40%) və linolen (10-13%) turşuları çox olduğuna görə qidalılıq dəyəri çox aşağıdır. Tərkibində eruk turşuları olmayan sortları yüksək dad keyfiyyətinə görə fərqlənir və qida sənayesində və sənayenin digər sahələrində geniş istifadə olunur.
Rels
Rels — kötüklərin üzərində qoyulmuş xüsusi en kəsiyə malik polad tirlərdir. Onlar adətən iki srada quraşdırılaraq dəmiryolu nəqliyyatının, həmçinin şaxtalarda xüsusi vaqonların və kranların hərəkətinə xidmət edir. Rels ilk dəfə dəmir yolunda tətbiq olunduğundan onun adı da bu nəqliyyat növü ilə bağlıdır. Bərkitmə, kərənlər, balastlar və qoruyucu örtüklə o, dəmir yolunun üst qatını təşkil edir. Relsin iki əsas funksiyası vardır: çarxların təzyiqini qəbul edib və kərənlərə ötürmək. Yük götürmək üçün relsin profili böyük əhəmiyyət kəsb edir. Profildən asılı olaraq yaranan müqavimət momenti relsə təsir edən əyilmə-dartılma-gərginliyini, həmçinin onun uzunömürlülüyünü müəyyən edir. Qatarların sürətləri artdıqca yaranan dinamik qüvvələrin meyillənməsi də artır. Profil ölçüləri dəyişmədikdə bu ona təsir edən gərginliyin artmasına gətirib çıxarır. Onları yalnız buraxılabilən gərginliyin sərhəd qiymətinə qədər yükləmək olur.
Repo
Repo müqaviləsi (ing. Repurchase agreement) — qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür. Bu cür müqavilələr hələ orta əsrlərdən — italyan bankirlərinin veksellərlə əməliyyatlar keçirdiyi vaxtlardan mövcuddur Repo zəmanəti verən avtomobil dileri öhdəsinə götürür ki, satdığı avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalır. Məsələn, diler −10 Repo zəmanəti verirsə, bu o deməkdir ki, o, 1 il ərzində satdığı avtomobili əvvəlki dəyərindən 10% çıxaraq geri satın almağı öhdəsinə götürür. Və hər növbəti il onun qiyməti daha 10% aşağı düşür. Beləliklə, diler avtomobil alıcısının avtomobilə sahib olma zamanı itirəcək maksimal məbləğə zəmanət verir. Repo zəmanəti adətən müəyyən müddət (3–5 il) ərzində qüvvədə qalır.
Rəis
Rəis (Hind: रईस; Rom: Raees) — rejissoru Rahul Dholakia və prodüserləri Farhan Akhtar, Ritesh Sidhwani və Gauri Khan olan hind döyüş-triller filmidir. Şahrux Xan və Nəvazuddin Sidqi bu filmdə baş rolları ifa edirlər. Mahirə Xan baş qadın rolunu oynayır. Film Mahirə Xanın ilk Bollivud işidir. Filmdəki hadisələr 1980-ci illərin Qucarat ştatında baş verir. Film sərt və ciddi bir polis tərəfindən qarşısı alınan bir qeyri-qanuni içki alverçisinin hekayəsindən bəhs edir. Raees filminin çəkilişləri 2015-ci ilin aprelində başlamışdır. Film Hindistanın Respublika Günündə, 25 yanvar 2017-ci ildə buraxılmışdır.
Rəqs
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Rep
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Alçagülü (rəqs)
Alçagülü — Azərbaycanın milli rəqsi. 1910-1920-ci illərdə, Şamaxı rayonu Kalva kəndinin sakini Əli Kərimov tərəfindən yaranmışdır. Əsasən qadınlar oynayırlar. Tempi bir qədər cəlddir.
Avroviziya Rəqs
Avroviziya Rəqs Müsabiqəsi (ing. Eurovision Dance Contest) — Avroviziya müsabiqələrindən biri. 2007, 2008-ci illərdə Böyük Britaniyada keçirilən rəqs müsabiqəsi. Müsabiqədə telesəslərlə yanaşı münsif səsləri də hesablanır. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə qalib ölkənin növbəti il müsabiqəyə ev sahibliyi etməsi məcburi deyil.
Azərbaycan (Rəqs)
"Azərbaycan" — Azərbaycanın milli rəqsi. Son dərəcə melodık, qədim Azərbaycan rəqsi. Bu rəqsi yalnız kişilər oynayırlar. Təntənəli mərasimlərdə ifa edilir. Daha çox bayram libasında, çərkəzi çuxada oynayırlar. Xeyli cəld tempi ifaçıdan xüsusi məharət tələb edir.
Azərbaycan repi
Azərbaycan hip-hopu və ya Azərbaycan repi — hip-hop musiqi janrının növü. 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrında mahnı səsləndirib. 1990-cı illərin ortasında Azərbaycan hip-hopu ölkədə məşhurluq qazanmışdır. == Tarixi == 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. 1993-cü ildə Anar Nağılbazın "Kasıbların mahnısı" adlı mahnısı və kütləyə təqdim olunan albomu Azərbaycanda hip-hopa marağı artırmışdı. Daha sonra 1990-cı illərdə vətənpərvər musiqi yarışmasında qalib gələn "Dəyirman", "Ya Qarabağ, Ya Ölüm" adlı mahnısı ilə populyarlıq qazandı. 2000-ci illərdə "Mən də varam" kimi televiziya verilişləri və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, Uran və Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etmişdi. Ölkədə janrın populyarlığına baxmayaraq, Azərbaycanda rep kommersiya şəklini almayıb. 2000-ci illərin sonunda H.O.S.T. qrupu Azərbaycan musiqi səhnəsində populyarlıq qazandı. 2010-cu illərdə repçi Miri Yusifin reqqi və soul-pop janrlarından ibarət olan "Karma" albomu Azərbaycanın musiqi çartlarıda birinci yeri tutmuşdur.
Bakı (rəqs)
Bakı — Azərbaycan milli rəqslərindən biri. Azərbaycanda "Bakı" adı ilə iki oyun havası mövcuddur. Onlardan biri Şur ladında səslənin, iti tempdə oynanılan kişi rəqsidir. Digəri isə kollektiv şəkildə ifa olunan yallı rəqsidir. Bu yallı iki hissəlidir. Birinci hissəsi ağır tempdə başlanan rəqs ikinci hissədə çox iti surətdə oynanılır. Rəqsin musiqisi Qılman Salahov tərəfindən Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı üçün bəstələnib. Q.Salahov 1936-cı ildə Üzeyir Hacıbəyli tərəfindən yaradılmış bu kollektivin dirijoru, xormeysteri, daha sonra rəhbəri olmuşdur. İlk dəfə "Yallı" adı ilə yaradılan bu rəqsə Əlibaba Abdullayev quruluş vermişdir. 1959-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində qızlardan ibarət "Çinar" xalq rəqs ansamblı yaradıldıqdan sonra, bu kollektivə rəhbərlik edən Əminə Dilbazi rəqsə yeni quruluş verərək onu "Naxçıvan yallısı" adlandırmışdır.
Bal (rəqs)
Bal (fr. bal, it. ballo alm. ball‎) — hər iki cinsdən insanların cüt şəkildə rəqs etdiyi çox sayda iştirakçıların toplandığı mərasim. Ballar adı rəqs məclislərindən və diskotekalardan toplantının təntənəsi, ciddi etiketi və əvvəldən seçilmiş klassik rəqs ifası ilə seçilir. == Ədəbiyyat == Е. Дуков. Общественные балы и концертная культура XVIII в. // Дуков Е.В. Концерт в истории западноевропейской культуры. М., 2003, с.
Baçata (rəqs)
Baçata — Dominikan Respublikasında yaranan, bütün dünyada məşhurlaşan və sevilən rəqs.
Beretuk (rəqs)
Berutuk rəqsi - İndoneziyada subay kişilər tərəfindən məbəddə icra olunan sakral ayin xarakteri daşıyan rəqs növü. == Haqqında == Berutuk rəqsini ifa edən nəfərlər tamaşaya qədər bir növ qüsl prosesindən keçirlər: onlar məbəddə gecələyir, rahibin köməyi ilə tamaşa üçün müəyyən dualar öyrənirlər. Tamaşa zamanı bu dualar Bethara Berutukun çağrılmasını təmin etməlidir. Burada hələ aşkar hind təsiri görünmür: rəqs mahiyyətcə daha çox əcdadlara sitayişə yönəlikdir. Belə ki, Berutuk rəqsi Bali Aqanın, yəni “dağ əhli” adlandırılan yerli sakinlərin (adaya böyük axınla sonradan gəlmiş hindliləri (Bali Hindu) yerlilərdən fərqləndirmək məqsədi güdür) Balinin digər bölgələrindən Şərqi Baliyə köç edərək burada məskunlaşması haqqında əfsanəni canlandırır. Bu rəqs musiqisiz rəqsdir. İştirakçılar üzlərinə maska taxırlar, boyun və bel ətrafına isə quru banan yarpaqlarının liflərini elə sancırlar ki, ağac-kol formasında gombul bədheybətə oxşayırlar. Maskalardan biri Noh teatrının ağ qadın maskasını xatırladır: amma qalın qaşlıdır, kifir ağızlıdır, eybəcərdir. Digər maskalar isə bir növ Afrika maskalarına bənzəyir: qara-qəhvəyi rəngdədirlər, gözləri pırtlaşıqdır. Tamaşa gedə-gedə seyrçilər banan liflərindən qoparmağa cəhd göstərirlər: çünki sonra onlardan qoruyucu həmayil kimi də yararlanmaq mümkündür.
Brilliant (rəqs)
"Brilliant" rəqsi — Azərbaycanın milli rəqsi. Bu rəqsin iki variantı var: Biri 1920-1922-ci illərdə Bakıda yaranıb. Tempi cəlddir, melodiyası son dərəcə oynaqdır. Kişilər tərəfindən ifa olunur. Digəri isə yalnız qadın ifası üçündür. Melodiyası incədir, ahəngdar səslənir. Tempi aramdır.
Bənövşə (rəqs)
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Cütçü (rəqs)
Cəngi (rəqs)
Cəngi rəqsi - Azərbaycan milli rəqsi. == Etimologiyası == Cəngi sözü irandilli xalqlarda - cəng sözü, savaş deməkdir. Cəngi adlı qəsəbə var. Bəzi mütəxəssislər "Cəngi" sözünün "zəngi"dən törəməsini deyirlər. Zəngi əski Oğuz türk tayfaları olub: "Zəngilan", "Zəngibasar" toponimləri bu tayfalarla bağlıdır. == Tarixçə == "Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi"nin yaranma tarixi çox qədimdir. Azərbaycan ərazisində Cəngi adlanan ərazi də var: Şamaxı rayonunda (indiki Qobustan rayonunun ərazisi). Qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə Cəngidən istifadə edilirdi. Bir çox aşıq melodiyaları kimi, bu da Şur muğam ladındadır (kökündədir); ölçüsü 2/4–dir.
Dominqos Repas
Erotik rəqs
Erotik rəqs erotik əyləncə təmin edən və məqsədi tamaşaçıların erotik və ya cinsi düşüncələrini stimullaşdırmaq olan rəqs növüdür. Erotik rəqs mərasim rəqsi, iştirak rəqsi, performans rəqsi və sosial rəqs də daxil olmaqla bir neçə rəqs kateqoriyasından biridir.
Fandanqo (rəqs)
Fandanqo — ispan xalq rəqsi. Kastiliya və Əndəlisdə geniş yayılmışdır. Musiqi ölçüsü 3/4, tempi mülayimdir. Fandanqonun bütün növləri mahnının müşayiəti ilə qoşa ifa olunur. XVIII əsrdən Fandanqonun melodiyaları bəstəkarlar (X.V.Qlyuk, V.Motsart, H.Rimiski-Korsakov, E.Qranados və b.) tərəfindən işlənilmiş, ayrı-ayrı orijinal əsərlərə daxil edilmişdir.
Haylend (rəqs)
Haylend (şot.kelt dannsa Gàidhealach) — ənənəvi şotland rəqslərindən biridir. Rəqs əsasən barmaqlar üzərində tullanış və ayaqların hərəkət elementlərindən ibarətdir. Rəqqasın gövdəsi həmişə düz olmalı, əl hərəkətlərindən az istifadə etməlidir. == Termin == Hal-hazırda highland dancing ("Dağlıların rəqsi") terminindən adətən XIX və XX əsrlərdə bayramlar və Dağlı oyunları zamanı keçirilən yarışlar ərzində günümüzə qədər gəlib çıxan şotland solo rəqslərinin xüsusi stilini bildirmək üçün istifadə olunur. Tuluq ifaçısının müşayiəti bu yarışların tipik və mütləq cəhəti sayılırdı. Rəqqaslar mütləq xüsusi rəqs ayaqqabıları — qillilərdə (şotland dilində "ghillies") çıxış etməli idilər. Əslində bu termini tək bir rəqsə aid etmək düzgün olardı, çünki təkcə bir rəqs Şotlandiyanın Haylend ərazilərində yaranmışdır. Haylend rəqsi kənardan çoxlu təsirlərə məruz qalmışdır. Məsələn, şəhər estetikası rəqsə çox böyük təsir göstərmişdir. Həmin şəxslər əsasən, yarış hakimləri və rəqqasların himayədarları olmuşlar.
Keyli (rəqs)
Keyli (şot.kelt cèilidh) — ənənəvi Qal ictimai məclisi, adətən Qal xalq musiqisi və rəqsləri ilə müşaiət olunur. Keyli İrlandiya və Şotlandiyada yaransa da, hazırda Şotlandiya və İrlandiya diasporu tərəfindən işlənir.
Keyp-Reys
Keyp-Reys burnu (ing. Cape Race) — Kanadanın Nyufaundlend adası, Avalon yarımadasının cənub-şərq qutaracağında yerləşən burun. Belə hesab edilir ki, portuqal sözü olan Raso kəlməsindən törəmişdir (səhra). Burun haqqında ilk yazılı məlumat XVI əsrə aiddir. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. == Coğrafiya == Qatı duman, sahilin qayalıqlardan ibarət olması və burunun dəniz yollarına yaxın olması səbəbindən burada tez-tez gəmi qəzaları baş verir. Bunlar arasında ən məşhuru təkərlikli SS Arctic paraxodunun qəzası olmuşdur (1854). Burunun özü küləklərin ilin böyük qismi vurduğu bir platodur. Maksimal hündürlüyü 30 m olan bir qayalıqdan ibarətdir. İlin 158 günü burada duman müşahidə edilir.