REYKA
REYSFEDER
OBASTAN VİKİ
Keyp-Reys
Keyp-Reys burnu (ing. Cape Race) — Kanadanın Nyufaundlend adası, Avalon yarımadasının cənub-şərq qutaracağında yerləşən burun. Belə hesab edilir ki, portuqal sözü olan Raso kəlməsindən törəmişdir (səhra). Burun haqqında ilk yazılı məlumat XVI əsrə aiddir. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. Qatı duman, sahilin qayalıqlardan ibarət olması və burunun dəniz yollarına yaxın olması səbəbindən burada tez-tez gəmi qəzaları baş verir. Bunlar arasında ən məşhuru təkərlikli SS Arctic paraxodunun qəzası olmuşdur (1854). Burunun özü küləklərin ilin böyük qismi vurduğu bir platodur. Maksimal hündürlüyü 30 m olan bir qayalıqdan ibarətdir. İlin 158 günü burada duman müşahidə edilir.
Sidneyə 714 nömrəli reys
Sidneyə 714 nömrəli reys — Belçika yazıçısı Erjenin yazdığı Tintin macəralarından biri. İlk dəfə 1966-cı ildə yazılmışdır və Tintinin 22-ci macərasıdır. Bir çox Tintin macərası kimi bu macəra da əvvəl "Le journal de Tintin" jurnalında hissə-hissə nəşr olunmuş, daha sonra albom halına gətirilmişdir. "Sidneyə 714 nömrəli reys" Erjenin 1983-cü ildə ölümündən əvvəl tamamladığı sondan ikinci albomdur. Bu macərada Tintin və dostları kosmos konqresinə qatılmaq üçün Avstraliyaya yola düşürlər. Hava limanında zəngin şəxs tərəfindən öz təyyarəsinə dəvət edilirlər. Təyyarə havada ikən qaçırılır və Sakit okeandakı bir adaya endirilir. Bu zaman onlar köhnə düşmənləri Rastapopoulas ilə qarşılaşırlar. "Sidneyə 714 nömrəli reys" macərası Belçikada çıxan həftəli komiks jurnalı olan "Le journal de Tintin"də 27 sentyabr 1966-cı ildən 28 noyabr 1967-ci ilə qədər bölümlər şəklində nəşr olunmuşdur. Bir il sonra — 1968-ci ildə eyniadlı kitab şəklində yayımlanmışdır.
Banqladeş hava yolları reys 211
ABŞ-Banqla Hava Yollarının 211 saylı reysi Banqladeşin Dəkkəsindən Nepalın Katmandu şəhərinə planlaşdırılmış beynəlxalq sərnişin reysi idi. 12 mart 2018-ci ildə eniş zamanı qəzaya uğrayan təyyarənin göyərtəsində olan 71 nəfərdən 51-i həyatını itirib. ABŞ-Banqla Hava Yolları tərəfindən idarə olunan 76 yerlik Bombardier Q400 qəzadan sonra alovlandı, qəza və yanğın nəticəsində sağ qalan 20 nəfər isə ağır yaralandı.
Emireyts Hava Yolları reys 521
Emireyts Hava Yolları reys 521 Dubayın mərkəzi Emireyts havayolu şirkətinin Hindistanın Trivandrum şəhərindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil etdiyi uçuş zamanı baş vermiş aviaisiya olayı. 3 avqust 2016-cı il tarixində Boeng 777 tipli təyyarə ilə gerçəkləşdirilən uçuşda, təyyarə Dubay Beynəlxalq havalimanına endikdən sora alovlanmışdır. Təyyarədə olan 282 sərnişin və 18 ekipaj üzvü təyyarədən sağ şəkildə təxliyə olunarkən, yanan təyyarəni söndürməyə çalışan yanğınsöndürənlərdən biri həyatını itirmişdir.
Germanvinqs Hava Yolları reys 9525
Germanvinqs Hava Yolları reys 9525 - 24 mart 2015-ci ildə Fransanın Nitsa şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası. Airbus A-320-211 modelli təyyarə 24 mart tarixində Barselona şəhərindən yerli vaxtla saat 10-01- də səmaya qalxmışdır. Düsseldorf şəhərində enməli olan təyyarənin içində 150 nəfər vardı. 144 nəfəri sərnişin, 6 nəfəri isə təyyarə heyətinin üzvü olan şəxslərin hamısının qəza nəticəsində həlak olduğu ehtimal edilir. Təyyarənin Fransanın Nitsa şəhərindən 100 km şimalda qəzaya uğradığı müəyyənləşdirilib. Qəza nəticəsində həlak olan 150 nəfərdən 72 nəfəri Almaniya, 51 nəfəri İspaniya digər 27 nəfər isə başqa ölkələrinin vətəndaşlarıdır.
LaMia Hava Yolları reys 2933
LaMia Hava Yolları reys 2933 — Braziliyanin peşəkar futbol komandası olan "Şapekoense" futbolçularının Boliviyadan Kolumbiyaya gətirilməsi zamanı 29 noyabr 2016-cı ildə baş vermiş təyyarə qəzası. Hadisə komandanın Cənubi Amerika Kuboku 2016 (Copa Sudamericana 2016) final görüşü çərçivəsində Kolumbiyanın "Atletiko Nasyonal" futbol komandası ilə keçirilməsi planlanan oyuna səfəri zamanı baş vermişdir. Qəza zamanı təyyarədə 72 sərnişin (21 jurnalist, qalanları isə futbol komandasının oyunçuları) və 9 ekipaj üzvündən ibarət 81 nəfər insan vardı. Qəzadan isə yalnız altı nəfər xilas ola bilmişdir. Britaniya Aerospace 146 tərəfindən hazırlanmış təyyarənin modeli Avro RJ-85, qeydiyyat nömrəsi isə CP-2933 idi Təyyarə ilk uçuşunu 26 mart, 1999-cu ildə həyata keçirmişdir.. Təyyarə yerli vaxtla 22:00 radələrində (07:00, 29 noyabr, UTC+4), qəza vəziyyəti ilə bağlı La Sexa və La Union hava idarələrinə təcili siqnal yollamışdır. Xilasedici helikopterlər güclü duman səbəbi ilə ilk olaraq qəza ərazisinə çata bilməyiblər. Aylton Sezar Cunior Alves da Silva (Kanela), 22 yaşında Dener Assunçao Braz (Dener), 25 yaşında Marselo Avqusto Matias da Silva (Marselo), 25 yaşında Metyus Bitenkort da Silva (Metyus Biteko), 21 yaşında Mateus Lukena dos Santos (Karamelo), 22 yaşında Qulerme Ximenez de Souza (Ximenez), 21 yaşında Lukas Qomez da Silva (Lukas Qomez), 26 yaşında Everton Kempes dos Santos Qonçalves (Kempes), 34 yaşında Artur Braziliano Maya (Artur Maya), 24 yaşında Ananias Eloy Kastro Monteyro (Ananias), 27 yaşında Markos Danilo Padilya (Danilo), 31 yaşında Filip Xose Maçado (Filip Maçado), 32 yaşında Serxio Manoel Barbosa Santos (Serxio Manoel), 27 yaşında Xose Gildeyxon Klemente de Payva (Gil), 29 yaşında Bruno Rangel Dominqez (Bruno Rangel), 34 yaşında Kleber Santana Loreyro (Kleber Santana), 35 yaşında Cosimar Rosado da Silva Tavares (Cosimar), 30 yaşında Vilyam Tieqo de Cesus (Tieqo), 30 yaşında Tiaqo da Roça Vieyra Alves (Tiaqanya), 22 yaşında Luiz Karlos Saroli (Kayo Cunior), menecer, 51 yaşında Mario Serxio Pontes de Payva, Fox Sports telekanalının şərhçisi, keçmiş milli komanda oyunçusu və məşqçisi, 66 yaşında Devayr Paskolon, Fox Sports telekanalının şərhçisi və spikeri, 51 yaşında Paulo Culio Klement, Fox Sports telekanalının şərhçisi, 51 yaşında Alan Ruşel — "Şapekoense" futbol komandasının müdafiəçisi. Danilo Porter — "Şapekoense" futbol komandasının qapıçısı. Danilo ilkin olaraq qəzadan xilas olsa da, daha sonra xəstəxanada vəfat etmişdir.
Liviya Hava yolları reys 1103
Liviya Hava yolları reys 1103 (ing. Libyan Arab Airlines Flight 1103) — Liviya Hava yollarına məxsus Boeing 727–200 modelli təyyarə ilə gercəkləşdirilən Benqazi-Tripoli daxili xətt reysinin həyata keçirilməsi zamanı baş vermiş təyyarə qəzası. Qəzanın səbəbi kimi təyyarənin havada olduğu zaman Liviya Hava Qüvvələrinə məxsus MiQ-23 döyüş təyyarəsi ilə toqquşması göstərilir. MiQ-23-də olan iki pilot xilas olmağı bacarmışdır. Liviya Hava yollarına məxsus Boeing 727–200 modelli təyyarə ilə ölkənin ən böyük iki şəhəri arasında müntəzəm uçuşlar gercəkləşdirilməkdə idi. 1992-ci ilin 22 dekabr tarixində baş tutan Benqazi-Tripoli səfəri də bu uçuşlardan biri idi. Benqazi şəhərinin mərkəzi hava limanından havalanan təyyarə, uçuşun böyük bir qismini arxada qoyaraq Tripoli mərkəzi hava limanına doğru enişə keçməyə hazırlaşarkən 3.500 fit (1.067 m) hündürlükdə Liviya Hava Qüvvələrinə məxsus MiQ-23 qırısıcısı ilə toqquşmuşdur. Qəza nətcisədinə MiQ-23-də olan iki pilot xilas olmağı bacarmış, Boeing 727–200 təyyarəsində olan 147 sərnişin və 10 heyət üzvünün hamısı həlak olmuşdur. Liviya Hava yolları reys 1103 ölkə daxilində baş vermiş ən faciəvi təyyarə qəzası hesab olunur. Dövlət rəsmilərinin verdiyi açıqlamalarda qəzanın günahkarı kimi MiQ-23-ün pilotları göstərilmiş və hər iki pilot həbs edilmişdir.
Malayziya Hava Yolları reys 17
Donetskdə təyyarə qəzası — 17 iyul 2014-cü ildə Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi qəzası. Təyyarə Ukraynanın şərqindəki antiterror əməliyyatı zonasında vurulub. Təyyarənin göyərtəsində 295 nəfər olub. Onların 80-i uşaq olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Təyyarənin Amsterdam–Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir. “Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. “Boeing-777”də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib. Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib.
Malayziya Hava Yolları reys 370
Malayziya Hava Yolları reys 370 — 8 mart 2014-cu il tarixində China Southern Airlines adına sərnişin daşıyan Malaysia Airlinesə məxsus sərnişin təyyarəsinin Kuala Lumpur Beynəlxalq Hava Limanı ilə Pekin Paytaxt Beynəlxalq Havalımanı arasındakı səfəri əsnasında itib. 227'si sərnişin və 12-si ekipaj üzvündən ibarət olan təyyarə 8 saat davam edəcək səfəri üçün Kuala Lumpur Beynəlxalq Havalımanından yerli saatla gecə 00:41-də havalandı. Subang Hava Trafik İdarə Mərkəzi saat 01:22-də Tayland Körfəzi üzərindəykən təyyarə ilə bağlantını itirdi və 02:40 itkin hesabat olundu. Itkin düşdüyü doğrulandıqdan sonra Cənubi Çin dənizi və Tayland körfəzində ABŞ, Çin, Avstraliya, Vyetnam, Filippin, Malayziya, Sinqapur və Taylanddan qrupların qatıldığı ortaq axtarış-qurtarma əməliyyatı başladıldı. Bir neçə ölkələrin axtarış səylərinə baxmayaraq, təyyarə hələ aşkar olunmamışdır.
Meridian Air Cargo reys 3032
Reys 3032 Meridian Air Cargo (ukr. Авіакатастрофа Ан-12 біля Кавали) — Aviasiya qəzası, baş vermiş 16 iyul 2022-ci il Niş—Amman—Ər-Riyad—Əhmədabad—Dəkkə yük reysini yerinə yetirərkən. Fəlakət yerli vaxtla təxminən 23:00-da baş verib, Ehtimal ki, mühərrikin yanması və uğursuz qəza enməsi səbəbindən baş verib.
Misir Hava yolları reys 990
Misir Hava yolları reys 990 (ing. EgyptAir Flight 990) - Misir Hava Yollarına məxsus Boeing 767-366ER modelli təyyarə ilə gerçəkləşdirilən Los-Anceles - Nyu-York - Qahirə beynəlxalq reysinin uçuşu zamanı baş vermiş təyyarə qəzası. Qəza 1999-cu ilin 31 oktyabr tarixində yerli vaxtla gecə 01:52 radələrində Atlantik Okeanına daxil olan beynəlxalq sularda baş vermişdir. Hadisə sonrası aparılmış araşdırmalar əsasında qəza yerinin koordinatları kimi Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatında daxil olan Nantuket adasının 60 mil (100 km) cənubu təyin olunmuşdur. Təyyarədə olan 217 nəfərin (203 sərnişin və 14 komanda heyəti) hamısı həlak olmuşdur. Qəza beynəlxalq sularda baş verdiyindən, istintaq işi Misir Mülki Aviasiya Agentliyi (MMAA) və ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (MNTŞ) tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarına əsasən araşdırılmışdır. Misir Mülki Aviasiya Agentliyi, Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının infrastruktur və təhcizat sisteminə sahib olmadığından, araşdırmanın daha dərin və dəqiq aparılması üçün Misir hökuməti ABŞ rəsmilərindən kömək istəmiş və araşdırmanın Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının nəzarəti altında aparılmasını arzulamışdır. Qəzadan iki həftə sonra Milli Nəqliyyat Təhlükəsizliyi Şurası toplanmış istintaq materiallarını Federal Təhqiqat Bürosuna göndərməyi təklif etmişdir. Belə ki, toplanmış dəlillər hadisənin təsadüfi və ya texniki səbəblərdən yox, məqsədli və ya terror hücumu əsasında törədildiyini göstərməkdə idi. Misir hökuməti istintaq işinin Federal Təhqiqat Bürosuna təhvil verilməsinə rəsmən etiraz edərək, araşdırmanın sona qədər Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən aparılmışdır.
Pakistan Hava Yolları reys 661
Pakistan Hava Yolları reys 661(PK661/PIA661), 7dekabr 2016-cı il tarixində Pakistanın Çitral şəhərindən paytaxt İslamabad şəhərinə getmək üzrə planlanan, lakin Havelian yaxınlığında yerə toqquşması ilə nəticələnən uçuşdur. Qəza nəticəsində təyyarədə olan 47 nəfərin hamısı həyatını itirmişdir.
Pegasus Hava yolları reys 2193
Pegasus Hava Yollarının 2193 nömrəli uçuşu — Pegasus Hava Yollarına məxsus Boeing 737–86J sərnisi təyyarəsinin 5 fevral 2020-ci ildə uçuş-enmə zolağından çıxması nəticəsində meydana gələn qəzadır. İzmir—İstanbul səfərini edən və Adnan Menderes Havalımanından qalxan təyyarə, Sabiha Gökçen Havalimanına endikdən sonra pistten çıxmış, təyyarədə olan 183 nəfərdən üçü həyatını itirmişdir. Qəzaya uğrayan təyyarə; seriya nömrəsi 37742 və Açelya adlı TC-İZK quyruq nömrəsi olan Boeing 737–86J-dir. Qəza zamanı 11 yaşında olan təyyarə, ilk uçuşunu 2009-cu ilin yanvar ayında etdi və Almaniyanın 2 hava yolu şirkəti, TUI Deutschland və Air Berlin tərəfindən idarə edildi. 2016-cı ilin aprel ayında Pegasus Hava Yolları təyyarəni satın aldı. Təyyarədə 155 Türk, 4 Amerikalı, 4 Çin, 3 İraqlı, 2 İsrail, 2 Qırğızıstan, 1 İsveç, 1 Suriya, 1 Livan, 1 Qazaxıstan, 1 Mərakeş və 1 Türkmənistan sərnişini var idi. 177 sərnişindən Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurt öldü, 6 ekipaj üzvü də olduğu 180 nəfər yaralandı. Qəzadan sonra İstanbul Birjasında Pegasus səhmləri 2,85% düşdü. Fevralın 6-da səhər 74.65 nöqtədən başlayan Pegasus səhmləri axşam sessiyasında 71.95 nöqtədə bağlandı. Təyyarə qəzasından sonra qəzaya səbəb olan hadisələri izah edən təlimatçı Bahadır Altan, CNN Türkdə danışarkən yayından götürüldü.
Peruvian Hava Yolları reys 112
Hava Yolları reys 112, Peruda baş vermiş aviasiya olayı. 28 mart 2017-ci ildə ölkə daxili uçuş həyata keçirən təyyarə enmə zamanı eniş zolağından kənara çıxıb və nəticədə təyyarənin arxa hissəsi yanmağa başlayıb. Təyyarədə olan 141 nəfərdən 39-u xəsarət alıb.
Reys 112 SALSA d'Haïti
Reys 112 SALSA d'Haïti (h.kreol Beechcraft 99 dezas tou pre Milot) — Aviasiya qəzası, baş vermiş 20 sentyabr 2011-ci il marşrut boyunca SO112 sərnişin reysi edərkən Port-o-Prens—Cap-Aitien. Gəmidəki 3 nəfərin hamısı öldü. Fəlakət axşam saatlarında yaxınlıqdakı su basmış qamış tarlasında baş verib Milota, Haiti.
TransAsiya Hava Yolları reys 235
TransAsiya Hava Yolları reys 235 (GE235 / TNA235), TransAsiya Hava Yollarına aid ATR 72–600 tipli sərnişin təyyarəsinin Kinmen Havalimanına getmək üzrə 4 fevral 2015-ci il tarixində, Tayvanın paytaxtı Taybeydə olan Taybey Songşan Havalımanından havalanıb Kilung çayına düşməsi və 43 adamın həyatını itirməsi ilə nəticələnən aviasiya olayı. Qəza, təyyarədəki mühərriklərin birində problemin yaranması və pilotların digər mühərrikin qaz qolunu bağlamağı nəticəsində reallaşmışdı. 53 sərnişin və 5 ekipaj üzvü olmaqla cəmi 58 adam daşıyan təyyarədən 15 adam xilas ola bilmişdir. Təyyarə düşdüyü sırada çay üzərindəki körpüdə hərəkət edən bir taksiyə sağ qanadı ilə toqquşmuş və maşındakı 2 adam yaralanmışdı. Qəza anı 3 fərqli kamera qeydə alınıb. B-22816 quyruq nömrəsinə sahib olan ATR 72–600 tipli təyyarə, ilk uçuşunu 28 mart 2014-cü il tarixində reallaşmışdı. Şirkətə isə qəzadan on ay əvvəl 15 aprel 2014-cü il tarixində təslim edilmişdir. Təyyarə 53 sərnişin və 5 ekipaj üzvü ilə birlikdə havalimanından ayrılmışdı. Təyyarədəki sərnişinlər arasında 31 Çinli (3-ü uşaq) və 22 Tayvanlı var idi. Kapitan pilot qəzaya qədər ümumi 14.000 saat, köməkçi pilot isə ümumi 4.000 saatlıq uçuş təcrübəsinə sahib idi.
Türk Hava Yolları reys 278
Türk Hava Yolları reys 278, 29 dekabr 1994-cü il tarixində Ankara-Van uçuşunu həyata keçirən Boeing 737 tipli Mersin adlı Türk Hava Yolları (THY) təyyarəsinin dumanlı havada və qar yağmasına baxmayaraq Fərid Melən Beynəlxalq Havalimanına enməyi planlayarkən, son alçalışlarında təpələrə toqquşması ilə nəticələnən aviasiya olayı. Bu hadisə bir Boeing 737 tipli təyyarənin Türk Hava Yolları tarixindəki ən böyük aviasiya olayı sayılır. 29 dekabr 1994-cü il tarixində Boeing 737-400 tipli Mersin adlı THY təyyarəsi Ankara-Van səfərini zamanı 7 ekipaj üzvü və 69 sərnişin ilə saat 13:52-də Əsənboğa Beynəlxalq Hava Limanından havalanmışdı. Duman və qar səbibi ilə görüş məsafəsinin azalması və enişin riskli hala gəlməsiylə Van Hava yol idarəsinin etdiyi Ankaraya dönmə çağırışı kapitan pilot Adəm Uygun tərəfindən rədd edilmişdi. Qərarında israrlı olan kapitan pilot Adəm Uygun iki eniş sınağından sonra üçüncü dəfə cəhd etmiş və ən son saat 15:30-da təyyarə Vana 13 km məsafədə yerləşən Qala Təpəsi ilə toqquşmuşdu.
Türk Hava Yolları reys 301
Türk Hava Yolları reys 301, Türk Hava Yollarına məxsus təyyarənin İzmirdə yaşadığı aviasiya olayı. 1974-cü ildə Türk Hava Yolları firması İzmir Cumaovası Havalimanından İstanbul Yeşilköy Havalimanına nəzərdə tutulan reys zamanı Fokker F-28-1000 modelli, Van adlı sərnişin təyyarəsi ilə İzmirdə faciəvi qəzadan qaça bilməmişdir. Təyyarə, havalanma cəhdi zamanı ləngərləyərək uçuş ərazisindən çıxmış və partamışdır. Mütəxəssislərin fikrincə təyyarənin rahat qalxa bilməməsinə səbəb qanadlarının şaxtadan donması idi. Lakin qəzadan 16 il sonra, həmin dövrün nəqliyyat naziri olan Fərda Güley, pilotların təyyarəni idarə etdikləri zaman alkoqollu içki qəbul etdikləri həqiqətini ictimaiyyətdən gizlətdiyini etiraf etmişdi. Təyyarədə qəza zamanı 5 ekipaj üzvü və 68 sərnişin vardı. Dörd ekipaj üzvü və 62 sərnişin qəza nəticəsində həyatlarını itirmiş, bir ekipaj üzvü və altı sırnişin isə bu fəciəvi qəzada sağ qala bilmişlər.
Türk Hava Yolları reys 6491
Türk Hava Yolları reys 6491 — Türk Hava Yolları adından ACT Airlines tərəfindən idarə olunan və Hong Kongdan İstanbula uçması planlaşdırılan bir yük təyyarəsinin Qırğızıstanda bir dayanacağa enməyə çalışarkən yaşayış bölgəsinə çırpılması ilə nəticələnən beynəlxalq bir yük uçuşudur. Təyyarədə hava limanından təxminən 2 kilometr (1.2 mil) 4 nəfərlik bir heyət var. Dacha-17-nin qərbində, suyun üzərində yerləşən yaşayış yerindəki uşaq, 35 yerli sakin, 36 yerli sakin də daxil olmaqla cəmi 39 nəfər qəzada həyatını itirdi, bir neçə ağır yaralanma keçirdi. Qəza səbəbindən 17 yanvar çərşənbə axşamı Qırğızıstanda milli matəm elan edildi. Rəsmi açıqlamalara görə, dövrün yük bölməsində 85,618 kiloqram mal var idi. Eniş edən təyyarə, Manas Beynəlxalq Hava Limanında 26 pistin bütün uzunluğunu uçdu və pistin ən ucundan 900 metre məsafədə yerə dəydi. Qəzadan sonra Qırğızıstanda bir günlük matəm elan edildi . Qırğızıstan Höküməti və ACT Airlines təyyarənin yanacaqdoldurma və heyət dəyişikliyi üçün Bişkekə eniş etdiyini elan etsə də, Qırğızıstan müxalifətinin təyyarənin yük qalıqlarına Rus və Qırğızıstan dili etiketlər basılmışdı və ACT Hava Yolları təyyarənin Hong Kongdan İstanbula birbaşa getmək üçün yanacaq olduğunu elan etdi. Yüklərin Bişkekdə boşaldılacağını və hava limanında qaçaqmalçılıq və ya korrupsiya ola biləcəyini söylədi. Qəzadan sonra Dövlətlərarası Aviasiya Komitəsi təyyarədə hər hansı bir nasazlıq olmadığını və ya hava hərəkəti nəzarətçilərinin səhv etmədiyini; Təyyarənin pilot səhvinə görə səhv sürüşmə xətti səbəbindən qəza etdiyi açıqlandı.
Ukrayna Hava yolları reys 752
Ukrayna Beynəlxalq Hava yolları reys 752 (ukr. Збиття Boeing 737 під Тегераном) — Ukrayna Beynəlxalq Hava yollarına məxsus Boeing 737-800 modelli təyyarə ilə gerçəkləşdirilən Tehran-Kiev beynəlxalq reysinin uçuşu zamanı baş vermiş təyyarə qəzası. Təyyarə 2020-ci ilin 8 yanvar tarixində, Tehran şəhərindəki İmam Xomeyni adına Beynəlxalq Hava Limanından havaya qalxdıqdan bir necə dəqiqə sonra qəzaya uğrayıb. Qəzanın səbəbi İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus zenit raketinin təyyarəni insan səhvi nəticəsində vurması olub. Təyyarədə olan 176 nəfərdən hamısı qəza nəticəsində həlak olmuşdur. 8 yanvar tarixində baş vermiş qəza, son onilliklər ərzində İran ərazisində baş vermiş ən kütləvi insan ölümünə səbəb olan aviasiya fəlakəti kimi tarixə keçmişdir. Eyni zamanda reys 752-nin zenit raketi ilə vurulası 1992-ci ildən bəri xidmət göstərən Ukrayna Beynəlxalq Hava Yollarının ilk təyyarə qəzası kimi də tarixə keçib. Əvvəlcə İran hakimiyyəti təyyarənin raket zərbəsi ilə vurulması iddialarını rədd etmiş və qəzaya təyyarədə olan hansısa texniki nasazlığın və ya pilot səhvinin səbəb olduğunu açıqlamışdır. İran ilk olaraq qəzanın onların üzərinə atılmasını psixoloji müharibə olaraq dəyərləndirmişdir. Ukrayna tərəfi, qəzanın baş vermə şəraitini və səbəblərini ciddi formada araşdırılacağını, ancaq ən indanırıcı ehtimalın, təyyarənin yerdən edilmiş hansısa müdaxilə nəticəsində qəzaya uğraması olduğunu bəyan etmişdir.
Atlasjet reys 4203
Atlasjet reys 4203, Atatürk Beynəlxalq Hava Limanından İsparta Süleyman Dəmirəl Havalimanına planlaşdırılmış, bütün sərnişinlər və ekipaj üzvlərinin ölümünə yol açan bir qəzayla nəticələnən Atlasjet səfəridir. Atatürk Beynəlxalq Hava Limanından İspartaya 29 noyabr 2007-ci il saat 23:20-də havalanması nəzərdə tutulmuşdu, Lakin Priştina səfərindən gec dönməsi səbəbiylə 30 noyabrda saat 00:51-də ümumi 50 sərnişin və 7 ekipaj üzvü ilə İstanbuldan havalanan KK4203 səfər saylı təyyarə, saat 01:36-da Süleyman Dəmirəl Havalımanına enişə keçdiyi sırada İspartaya 18 km məsafə qala Keçiborlu ərazisində yerə düşmüşdü. Atlasjet Hava yolları başçısı Tuncay Doğaner qəzadan kimsənin xilas ola bilmədiyini açıqlamışdı. Atlasjetin World Focus Havayollarından icarəyə götürülmüş təyyarə McDonnell Douglas MD-83 modeli idi. Təyyarə qəza əsnasında World Focus Hava yollarının pilotları tərəfindən idarə olunurdu. İspartada Süleyman Dəmirəl Universitetindəki bir fizika konfransına qatılmaq üçün təyyarədə olan nüvə fizikləri Engin Arık, Fatma Şenel Boydağ və yanlarında olan 4 alim qəzada həyatını itirənlər arasında idi. Bəzi jurnalistlərin şərhlərinə görə təyyarə Keçiborlu mahalına bağlı Çukurören və Qılınc kəndləri arasındakı 1830 m hündürlük Türbətəpədə, meşə müşahidə qülləsinə yaxın bir yerdə tapılmışdı. Təyyarə tapıldığında iki parçaya ayrılmış, gövdəsi və arxa qisimi ayrı yerlərə düşmüş vəziyyətdə idi. Bir qanadı və mühərriki bir təpənin üzərində, gövdəsi isə 150 metr aşağıda tapılmışdı. Qəza nəticəsində kokpit qisimi də gövdədən ayrılmışdı.
Rojerio Dos Reys
Rojerio Dos Reys (17 mart 1992) — Braziliyalı peşəkar kişi BMX velosipedçisi. Rojerio Dos Reys Braziliyanı beynəlxalq yarışlarda təmsil edir. Rojerio Dos Reys 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.464 saniyəlik nəticəsi ilə 65-ci yeri tutdu.
Adi reys (film, 1974)
Adi reys qısametrajlı sənədli televiziya filmi rejissor Əhməd Abdullayev tərəfindən 1974-cü ildə Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Biləcəri deposunun qabaqcıl maşinisti, SSRİ Ali Sovetinin deputatı Hacıağa Bayramov haqqındadır. Film Biləcəri deposunun qabaqcıl maşinisti, SSRİ Ali Sovetinin deputatı Hacıağa Bayramov haqqındadır. 9-cu beşilliyin həlledici ili onun üçün uğurlu olmuşdur. İrəlidən təyinedici il gəlir! Maşinist üzərinə düşən planları necə yerinə yetirir? Televiziya filmi bu barədə danışır.
Axırıncı reys (film, 1989)
Axırıncı reys qısametrajlı bədii filmi rejissor Fuad Şabanov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film başı bəlada olan qızı xilas etmək üçün özünü qurban edən cəsur avtobus sürücüsü haqqındadır. Filmdə rolları Ötkəm İsgəndərov, Fikrət Məmmədov, İnqa Qarayeva, İlqar Məmmədov, Rada Sokolova, Alina Sokol, Valeri Hüseynov, İlya Pres, Nofəl Əfəndiyev və Azər Əliyev ifa edirlər. Film başı bəlada olan qızı xilas etmək üçün özünü qurban edən cəsur avtobus sürücüsü haqqındadır. Filmin qəhrəmanı Tağıdır (Ötkəm İsgəndərov). O, avtobus sürücüsü işləyir. Onun iş yoldaşlarından biri avtobusla qəza törətdiyinə görə həbs olunur. Amma məhkəmə ona bəraət verir. Bəraət alan sürücü bütün iş yoldaşlarını bu münasibətlə axşam evinə ziyafətə dəvət eləyir.
Reys 1503 (serial, 2005)
Reys 1503 (isp. Vuelo 1503) — Kolumbiyanın Caracol Televisión kanalının hazırladığı serial. Serialın premyerası 15 avqust 2005-ci ildə baş tutub. Azərbaycanda serial Lider Tv-də yayımlanıb.
Gecə reysi (film, 2005)
Gecə reysi (ing. Red Eye) — 2005-ci ildə istehsal olunmuş ABŞ filmidir. Bir-birindən xəbərsiz olan iki nəfər aeroporta gəlirlər və bir-birinə simpatiya hissi bəsləyirlər. N1019 reysi gəlir və onlar samolyot ilə uçmağa başlayırlar. Liza Rizert uçmaqdan bərk qorxur. Onun simpatiya hissi keçirdiyi Cekson Rippner əslində killerdir. Cekson onun atasını öldürmək hədəsi ilə gələrək Lizanın əli ilə məşhur biznesmeni öldürməlidir. Liza samolyotda olduğuna görə onun hal-hazırda başqa çıxış yolu qalmayıb... Rəsmi sayt Gecə uçuşu — Internet Movie Database saytında.
LOT Polşa Hava Yolları reys 5500
LOT Polşa Hava Yolları - Uçuş 5500 Qəzası - 9 May 1987 Şənbə günü meydana gələn böyük bir təyyarə qəzasıdır. LOT-Polish Hava Yolları'nın Il-62M modelli təyyarəsi Varşava - Nyu-York - San Fransisko marşrutu üzrə LO5055 beynəlxalq uçuşunu həyata keçirdi, amma 23 dəqiqə uçuşdan sonra 1 nömrəli mühərrikdə yanğın çıxdı. Yanğın miqyasını bilmədən, komanda Varşavaya qayıtmağa təşəbbüs etdi, lakin hava limanına yaxınlaşarkən, təyyarənin laynerinin qırılması nəticəsində, tarazılıq itirilir və hava limanından 6 kilometr məsafədə Varşavanın kənarında Kabaşk meşəsində faciəvi şəkildə yerə çaxılır. Təyyarə xaricindəki 183 nəfər həlak olmuşdur - bunlardan 172-si sərnişin və 11-i isə komanda üzvü idi. Həmçinin bu hadisə, Polşa tarixindəki ən faciəvi təyyarə qəzası olaraq tarixə keçdi. Qəzada ümumiyyətlə, 183 insan həyatını itirir. Bunlardan 166-ı ABŞ-yə gedən Polşa vətəndaşı, 17-i isə vətənlərinə qayıdan amerikalılar olur. Ölmüş şəxslərdən 11-i komanda heyəti olur. İl-62M təyyarəsini idarə edən "Tadeusz Kosciuszko" komandasının son uçuşu idi. SP-LBG Qeydiyyat nişanlı təyyarə məlumatları.
Metrojet Hava Yollarının 9268 reysi
Metrojet Hava Yollarının 9268 reysi — Rusiya Hava Yolları tərəfindən Metrojet Hava Yolları Rusiya Şarm əl Şeyx şəhərindəki eyni adlı hava limanından Rusiya Sankt-Peterburq Pulkovo hava limanına uçuşdur. 31 oktyabr 2015-ci ildə təyyarə Sinay yarımadasında olarkən təyyarə ilə siqnal kəsildi. Misir Aviasiya İdarəsinin açıqlamasında təyyarənin qəzaya uğradığı müəyyən edildi. Təyyarə Moskva vaxtı saat 7: 13-də. Təyyarə Airbus markalı idi A321 - 231. Təyyarədə 217 sərnişin və yeddi ekipaj üzvü olub. Ekipajda olduğu kimi 214 sərnişin rus, üç nəfər isə Ukrayna turisti idi. İŞİD qəzaya görə məsuliyyəti öz üzərinə götürdü. 224-cü bir tarixlə bu qəza Misir tarixindəki ən ölümcül təyyarə qəzası kimi tarixə düşdü. Ayrıca Airbus A321 ilə əlaqəli ən ölümcül qəzadır.
Pakistan Beynəlxalq Hava yolları reys 8303
Pakistan Beynəlxalq Hava yolları reys 8303—22 may 2020-ci ildə Pakistanda baş verən böyük hava qəzası. Lahor-Kəraçi marşrutu üzrə PK-8303 daxili reysini həyata keçirən Pakistan Beynəlxalq Hava Yollarının (PİA) Airbus A320 təyyarəsi, Kəraçiyə ikinci yaxınlaşma zamanı Cinnah Hava Limanı yaxınlığında yerləşən yaşayış məntəqəsində qəzaya uğradı. . . Qəza, Karaçi Hava Yolları Nəzarətinin təyyarəsi ilə əlaqəni itirməsindən sonra baş verib. Təyyarədə olan 99 nəfərdən (91 sərnişin və 8 ekipaj üzvü) 2-si sağ qalıb; 8 nəfər də yaralanıb (onlardan 1-i mayın 31-də vəfat edib).
Ukrayna Beynəlxalq Hava yolları reys 752
Ukrayna Beynəlxalq Hava yolları reys 752 (ukr. Збиття Boeing 737 під Тегераном) — Ukrayna Beynəlxalq Hava yollarına məxsus Boeing 737-800 modelli təyyarə ilə gerçəkləşdirilən Tehran-Kiev beynəlxalq reysinin uçuşu zamanı baş vermiş təyyarə qəzası. Təyyarə 2020-ci ilin 8 yanvar tarixində, Tehran şəhərindəki İmam Xomeyni adına Beynəlxalq Hava Limanından havaya qalxdıqdan bir necə dəqiqə sonra qəzaya uğrayıb. Qəzanın səbəbi İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus zenit raketinin təyyarəni insan səhvi nəticəsində vurması olub. Təyyarədə olan 176 nəfərdən hamısı qəza nəticəsində həlak olmuşdur. 8 yanvar tarixində baş vermiş qəza, son onilliklər ərzində İran ərazisində baş vermiş ən kütləvi insan ölümünə səbəb olan aviasiya fəlakəti kimi tarixə keçmişdir. Eyni zamanda reys 752-nin zenit raketi ilə vurulası 1992-ci ildən bəri xidmət göstərən Ukrayna Beynəlxalq Hava Yollarının ilk təyyarə qəzası kimi də tarixə keçib. Əvvəlcə İran hakimiyyəti təyyarənin raket zərbəsi ilə vurulması iddialarını rədd etmiş və qəzaya təyyarədə olan hansısa texniki nasazlığın və ya pilot səhvinin səbəb olduğunu açıqlamışdır. İran ilk olaraq qəzanın onların üzərinə atılmasını psixoloji müharibə olaraq dəyərləndirmişdir. Ukrayna tərəfi, qəzanın baş vermə şəraitini və səbəblərini ciddi formada araşdırılacağını, ancaq ən indanırıcı ehtimalın, təyyarənin yerdən edilmiş hansısa müdaxilə nəticəsində qəzaya uğraması olduğunu bəyan etmişdir.

Значение слова в других словарях