Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
1846-cı il reskripti
1846-cı il reskripti - Çar Rusiyasında Azərbaycanlı bəy və ağaların torpaq hüququnu təsdiq edən sərəncamdır. == Sərəncamın məzmunu == Mixail Vorontsovun Qafqaz canişini təyin edildikdən sonra qarşısında duran əsas məqsədlərdən biri ali müsəlman silkinin hüquqlarının qaydaya salınması idi. Qəbul edilmiş əvvəlki qərarlara etitaz hakimiyyəti güzəştə getməyə vadar etdi Uzun müddət davam edən hazırlıq işlərindən sonra sərəncam hazırlandı. Nəhayət 6 dekabr 1846-cı ildə I Nikolay bəy və ağaların hüquqları haqqında reskript imzaladı. 12 maddədən olan sərəncamda on maddə bəy və ağaların torpaq hüququna, iki maddə isə feodal-kəndli münasibətlərinə aid idi. Bu reskriptdə ilk dəfə bəy və ağalara məxsus torpaqların irsi mülkiyyəti kimi qəbul edilirdi. Mülk, mülki-xalisə torpaqları ilə yanaşı tiyul torpaqlarıda rəsmən bəylərin mülkiyyəti elan olunurdu. İrsi istifadəyə verilən torpaqlar alqı-satqıya qoyula, bəxşiş edilə bilərdi. Lakin bəy və ağa torpaqları özgə silklərə keçə bilməzdi. Bu reskript feodala kəndlilər arasında qayda-qanun yaratmaq və onlar üzərində polis idarə üsulunu həyata keçirmək hüququ verilirdi.
Təhsil haqqında imperator reskripti
Təhsil haqqında imperator reskripti (教育ニ関スル勅語, Kyoiku ni kansuru çokuqo) – 30 oktyabr 1890-cı ildə İmperatoru Meyci tərəfindən imzalanmış, Yaponiyada təhsilin prinsiplərini müəyyən edən reskript. İctimai təhsillə milli maraqları əlaqələndirən bu sənəd təhsilin fərdin yox, dövlətin maraqlarına xidmət etməli olduğunu göstərirdi və imperatora sədaqəti təbliğ edirdi. == Tarixi == Belə bir sənədə ehtiyac haqqında mübahisələr 1872-ci ildə milli təhsil sisteminin yaradılmasından sonra başlamışdır. Konfusiçi mənəviyyatçılar, Yaponiyanı müasirləşdirmək istəyən qərbçilər, eləcə də, hakimiyyətin sərhədlərini müəyyən etmək istəyən siyasətçilər arasındakı təhsildə milli dəyərlər mövzusunda mübahisə 1890-cı ilə qədər davam etmişdir. Milli dəyərlər barəsində ictimai konsensus təmin etmək istəyən baş nazir Yamaqata Aritomo təhsil nazirinə müraciət edərək milli təhsilin əsası haqqında sənəd tərtib etməyi əmr etmişdir. Nakamura Masanao tərəfindən yazılmış ilkin reskriptin mətni çox dini və fəlsəfi olduğu üçün tənqid olunmuş, bu səbəbdən İnoue Kovaşi mətni yenidən yazmışdır. Motoda Naqazane də reskript üçün mətn yazmışdır. Təhsil haqqında imperator reskripti 1890-cı ildə qəbul olunmasından sonra konfusçilər bunu qərbçilər üzərində qələbə kimi qeyd etsələr də, sənəd geniş siyasi spektrı əhatə etmişdir. 315 sözdən ibarət olan sənəd konfusiçilərin sədaqət və ailəyə hörmət məsələlərindəki narahatlıqlarını təmin etməklə yanaşı sivil itəatkarlıq, hüquqa hörmət, ümumi xeyir üçün fədakarlıq kimi Qərb ənənələrini də əks etdirmişdir. Reskript 1946-cı ilin oktyabrına qədər Yaponiyada qüvvədə olmuşdur.
Bəy və ağaların hüquqları haqqında 1846-cı il 6 dekabr reskripti
1846-cı il reskripti - Çar Rusiyasında Azərbaycanlı bəy və ağaların torpaq hüququnu təsdiq edən sərəncamdır. == Sərəncamın məzmunu == Mixail Vorontsovun Qafqaz canişini təyin edildikdən sonra qarşısında duran əsas məqsədlərdən biri ali müsəlman silkinin hüquqlarının qaydaya salınması idi. Qəbul edilmiş əvvəlki qərarlara etitaz hakimiyyəti güzəştə getməyə vadar etdi Uzun müddət davam edən hazırlıq işlərindən sonra sərəncam hazırlandı. Nəhayət 6 dekabr 1846-cı ildə I Nikolay bəy və ağaların hüquqları haqqında reskript imzaladı. 12 maddədən olan sərəncamda on maddə bəy və ağaların torpaq hüququna, iki maddə isə feodal-kəndli münasibətlərinə aid idi. Bu reskriptdə ilk dəfə bəy və ağalara məxsus torpaqların irsi mülkiyyəti kimi qəbul edilirdi. Mülk, mülki-xalisə torpaqları ilə yanaşı tiyul torpaqlarıda rəsmən bəylərin mülkiyyəti elan olunurdu. İrsi istifadəyə verilən torpaqlar alqı-satqıya qoyula, bəxşiş edilə bilərdi. Lakin bəy və ağa torpaqları özgə silklərə keçə bilməzdi. Bu reskript feodala kəndlilər arasında qayda-qanun yaratmaq və onlar üzərində polis idarə üsulunu həyata keçirmək hüququ verilirdi.
Saytlararası skript
Saytlararası skript (ing. Cross-site scripting) – veb sistemlərinə hücum növlərindən biri. Veb-səhifəyə zərərli kodun yerləşdirilməsinə və bu kodun bədniyyətlinin veb-serveri ilə qarşılıqlı əlaqəsindən ibarətdir (zərərli kod veb-səhifəni açan istifadəçinin kompüterində yerinə yetirilir). Zərərli kodu veb-serverdə olan boşluqdan və ya istifadəçinin kompüterindəki boşluqdan istifadə etməklə veb-səhifəyə yerləşdirmək olar. XSS hücumlarının dəqiq təsnifatı yoxdur, lakin ekspertlərin çoxu XSS-in ən azı iki növünü fərqləndirirlər: “əks olunmuş XSS” (“reflected XSS”) və “saxlanılan XSS” (“stored XSS”). Termin üçün “XSS” qısaltması kaskad stil cədvəlləri üçün istifadə edilən “CSS” (Cascading Style Sheets) qısaltması ilə səhv salmamaq üçün istifadə edilir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.