Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Metanol
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
Nitinol
Nitinol — nikel titanium. Nitinol yüksək elastikliyə və fərqli istiliklərdə forma yaddaş effektinə sahibdir. Belə ki, xarici təsir amilləri yox olduqda nitinol deformasiya olmuş formasında qalır. Daha sonra lazımi dərəcəyə qədər qızdırıldıqda ilkin formasına qayıdır. Nitinol digər metallardan fərqli olaraq rahatlıqla 20–30 dəfəyədək daha çox deformasiyaya uğrayıb yenidən ilkin formasına qayıda bilir. Bu xüsusiyyətindən dolayı şoumenlər qaşıq bükmə şoularında məhz nitinoldan hazırlanmış qaşıqlardan istifadə edirlər.
Etanol
Etanol və ya Alkoqol – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Äthanol, Äthylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona "spirt" də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. Onun istifadəsinə dünyanın çox ölkələrində icazə verilir. Ancaq avtomobil, velosiped, qatar, gəmi və təyyarələrin alkoqol içkisinin təsiri altında idarəsi qanunla cəzalandırılır. == Tərkibi == Alkoqol C2H5OH düsturu ilə n-Alkanollar qrupuna aiddir. O Ethan (C2H6) doymuş karbohidrogendə bir hidrogen atomunun hidroksil (OH) qrupla əvəz olunması sayəsində əldə edilir. Ona görə də, ethan-ın sonuna -ol şəkilçisi əlavə edilir.
Retina
Retina — göz kürəsinin arxa divarını örtən , görmə hüceyrələrindən ibarət ağ təbəqə-torlu qişa. Gözün işığı qəbul edən təbəqəsidir. Beyindən gələn damar və sinirlərdən təşkil olunmuşdur. Diabet və yüksək təzyiq ən böyük zərəri məhz göz gişasına vurur.
Seminol müharibəsi
Seminol müharibəsi — 1835-1842-ci illərdə Şimali Amerikada yaşayan hind qəbiləsi seminollar ilə ABŞ arasında olmuş qanlı müharibədir. V.Morev, «Zəncilər həbsxanası», Bakı, «Uşaqgəncnəşr» nəşriyyatı, 1953, səh. 121.
İspaniya metanol zəhərlənməsi
İspaniya metanol zəhərlənməsi — 1963-cü ildə İspaniyada baş verən kütləvi zəhərlənmə. Zəhərlənmənin əsas səbəbi Qalisiya bölgəsinin Orense şəhərindən olan tacir Rogelio Akviların satdığı təhlükəli miqdarda metanol tərkibli içkilər olmuşdur. Rəsmi məlumata görə 51 nəfər ölmüş və 9 nəfər kor olmuşdur. Amma qeyri-rəsmi mənbələrə görə ölüm sayı 1000–5000 arasında olmuşdur. Rogelio Akvilar içkilərin tərkibinə ümumilikdə 175.000 litr metanol qatmışdır. Bu onun üçün daha sərfəli və qazanclı idi. Belə ki, metanol etil spirtinə nəzərən daha ucuz idi. Həmçinin Rogelio Akvilar Viqo şəhərində yerləşən "Lago e Hijos" adlı şirkətə də metanol satmışdır. İlk ölüm halları 1963-cü ilin fevralında Lansarotedə müşahidə olunmuşdur. Əczaçılar bu zəhərlənmənin səbəbini fikirləşərkən 4 ölüm halının eyni şənlikdə baş verdiyini müşahidə etdilər.
Seminol (dairə, Florida)
Seminol dairəsi (ing. Seminole County) — ABŞ-nin Florida ştatının dairəsi.