Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rodiniya
Rodiniya (rus. Родина) - e.ə. 1,1 milyard və e.ə. 750 milyon illər ərzində Proterezoy dövründə mövcud olmuş qədim qitədir. Rodiniya qitəsinin mövcud olması mövzusu mübahisəlidir. Gec rifeyin ortalarında (750-700 min. il) parçalanmağa başlamışdır. Bu zaman əvvəlki etapın qitə rift sistemlərinin lateral yerdəyişmələri baş vermiş spredinq oxları meydana çıxmış və yeni okean hövzələrinin, o cümlədən Sakit okeanın əsası qoyulmuşdur. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Salix excelsa var. rodinii
Salix excelsa (lat. Salix excelsa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Pakistan, Kaşmir, Əfqanıstan, Mərkəzi Asiya, Çin, İran, İraq, Türkiyə, Livan, Suriyada yayılmışdır. Hündürlüyü 30 m-dək olan ağacdır. Cavan budaqları çılpaq və ya seyrək tükcüklü, qonur və ya sarımtıldır. Yarpaqları lansetvari və ya yumurtavari üçkünc, əvvəlcə ağımtıl-gümüşü, sonradan parlaq, uzunluğu 5–8,5 sm, eni 1,3–2 sm, bünövrəsinə tərəf daralmış, kənarları dişlidir. Tumurcuqları əvvəlcə tükcüklü, sonra çılpaq, yumurtavari-lansetvari və ya yumurtavari-üçküncdür. Erkək çiçəyin uzunluğu 3–4,5 sm, eni 4–5 mm-dir. Çiçək yanlığı yumurtavari, erkəkcikləri 2, bünövrəsində tükcüklü, uzunluğu 5–7(9) mm, tozluğu 0,8–0,9 mm, yumurtavari 0,5 sm-dir. Dişi çiçəyin uzunluğu 1,5–3 sm, eni 0,5 sm-dir.