Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rodigia
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Rodiola
Rodiola (lat. Rhodiola) — daşdələnçiçəklilər sırasının dovşankələmikimilər fəsiləsinə aid bitki cinsi.
Cyclotella radiosa
Cyclotella radiosa (Grunow in Van Heurck) Lemmerm. == Bazionim == Cyclotella comta var. radiosa Grunow in Van Heurck == Sinonimlər == Cyclotella comta (Ehrenb.) Kütz. C. quadrijuncta (Schröter) Keissl. C. schröteri Lemmerm. == Ekologiyası == Göllərdə və çaylarda planktonda, oliqohalob-indifferent (Sa).
Dördbuğumlu rodiola
Dördbuğumlu rodiola (lat. Rhodiola quadrifida) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Navicula radiosa
Navicula radiosa Kütz. — Kirpiklilər və ya İnfuzorlar cinsinə aid yosun . Navicula acuta Kütz. N. radiosa var. acuta (W. Sm.) Grunow Pinnularia radiosa W. Sm. Epifit, göllərdə, çaylarda, su anbarlarında, nohurlarda, bataqlıqlarda və dənizlərdə bentik, şirin və şortəhər sularda, oliqohalob-indifferent (Sa), indifferent (pH), β-mezosaprob (S). Böyük Qafqaz: Samur-Dəvəçi (Şabran) kanalı; Şəki-Zaqatala bölgəsinin sututarları; BQ-ın cənub yamacının sututarları; Abşeron r-nu: Ceyranbatan su anbarı. – KDÇ: Yevlax r-nu: Kür ç. (aşağı axarı); Hacıqabul r-nu: Hacıqabul g. ; İmişli r-nu: Sarısu g.
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.
Rodinka (Arxangel)
Rodinka (başq. Родинка, rus. Родинский) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 23 km, kənd sovetliyindən (Bakaldı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Soyuq rodiola
Soyuq rodiola (lat. Rhodiola algida) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Xəttyarpaq rodiola
Xəttyarpaq rodiola (lat. Rhodiola kirilowii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Çəhrayı rodiola
Çəhrayı rodiola (lat. Rhodiola rosea) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü. Çəhrayı radiola (qızıl kök) çoxillik ot bitkisidir. Kökümsovları qalın olub, kökləri nazik çıxıntılardan ibarətdir. Kəsilmiş kökü və kökümsovu müxtəlif cür olur. Kökümsovların uzunluğu 9 sm, eni isə 2-5 sm, sərt, qırışıq, yuxarı hissəsi parlaq olub, pulcuqlu yarpaqlardan ibarətdir. Köklərinin uzunluğu 2-9 sm, eni isə 0,5-1 sm-ə bərabərdir. Xarici qatı qaşınan zaman limonu-sarı rəngli olur. Gövdəsi çoxsaylı, bəzən tək, düzqalxan, budaqlanmayan, adətən hündürlüyü 10-40 sm-ə bərabərdir. Yarpaqları oturaq, uzunsov-yumurtaçəkilli, ellipsçəkilli demək olar ki, neştərşəkilli, itiuclu, yuxarı hissəsi yabayabənzər-dişcikli olub, hündürlüyü 0,7-3,5 sm, eni isə 0,5-3 sm-ə bərabərdir.
Şovitsa yemişanı
Şovitsa yemişanı (lat. Crataegus szovitsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı şərqi Zaqafqaziyanı və Kiçik Asiyanın şərq rayonlarını əhatə edir. Boz qonur rəngli, kiçik sıx budaqlı ağacdır. Cavan zoğları ağ keçəlidir. Yarpaqları möhkəm, qalın, göyümtüldür. Çiçəkləyən zoğlarda alt yarpaqları əks-yumurtavari, yuxarıda yerləşənlər üç pərlidir, dərin, beş bölümlü, kəsiyində enli əks yumurtavari, rombvari, uzunluğu və eni 3-4,5 sm; orta pəri bünövrəyə daralmış, iti və ya küt, ucuna yaxın az dişli, bəzən kənarları bütövdür. Steril zoğlarda daha iri, 5-9 yerə dəri bölünmüş, ensiz və kəsik pərlidir. Çiçək qrupunun diametri 5 sm-dək, yığcam, 10-12 çıçəkli, sıx-ağ keçəli, çiçək saplağının uzunluğu 1,5-5 mm-dir. Kasayarpaqları enli-üçkünc, ucu biz, çiçəkləmə dövründə düz dayanandır, meyvə verdikdə şaxələnir.
Actinotia radiosa
Actinotia radiosa (lat. Actinotia radiosa) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin actinotia cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 32-36 mm-dir. Ön qanadlar qırmızımtıl-qonur rəngdədir, üzərindəki haşiyə ağdır, qara rəngli pazşəkilli naxışla kəsişir. Yumuru və pazşəkilli naxışlar zəif görünür. Böyrəkşəkilli naxış qonur rəngdə olub, ortası qara, kənarları isə ağdır. Dalğavari zolaq dişlidir və "w" hərifinə oxşayır. Arxa qanadlar ağımtıldır. == Yayılması == Avropa, Rusiyanın cənubu və cənubi-şərqində, Şimali Qafqaz ərazilərində rast gəlinir. Azərbaycanda Kiçik Qafqazın cənub yamaclarında yayılıb.
Mehmed Konitsa
Mehmed Konitsa (1881, Konitsa[d] – 1948, Roma) — Albaniyanın bütün tarixində mühüm rol oynamış diplomat və siyasətçi idi. Üç dəfə Xarici İşlər Naziri vəzifəsində çalışmış Konitsa Albaniyanın müstəqilliyinin qorunub saxlanması və beynəlxalq aləmdə tanınması üçün böyük səylər göstərmişdir. Həm də yazıçı və pedaqoq olan Konitsa Albaniyanın müasirləşməsinə və mədəni inkişafına da töhfə verib. == Həyatı == Albaniyanın müstəqillik mübarizəsində mühüm rol oynamış aparıcı diplomat, yazıçı və maarif xadimi idi. Osmanlı İmperiyasının Yanya vilayətində (indiki Konitsa, Yunanıstan) doğulan Konitsa ilk təhsilini Yanya və İstanbulda almışdır. Daha sonra Parisə Sorbonna Universitetində hüquq və siyasi elmlər üzrə təhsil alıb. Konitsa tələbəlik illərində alban millətçiliyi hərəkatı ilə tanış olmuş və Albaniyanın müstəqillik uğrunda mübarizəsində fəal iştirak etmişdir. 1909-cu ildə Albaniyanın müstəqilliyini elan edən Vlorë Konqresində nümayəndə kimi iştirak etmişdir. O, müstəqillik əldə etdikdən sonra yaradılmış Albaniya Knyazlığında müxtəlif diplomatik vəzifələrdə çalışıb. 1912-ci ildə London səfirlərinin konfransında Albaniyanı təmsil etmiş və 1914-cü ildə Albaniyanın xarici işlər naziri təyin edilmişdir.
Lələkvari bölümlü rodiola
Lələkvari bölümlü rodiola (lat. Rhodiola stephanii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Ritsa gölü
Ritsa gölü (gürc. რიწა; abx. Риҵа; rus. Рица) ― de fakto olaraq tanınan Abxaziya dövlətinin şimalında yerləşən dağ gölü. Göl subalp çəmənlikləri, dağ meşələri ilə əhatə olunmuşdur. Suyu təmiz və soyuqdur. Ətrafında hündürlüyü 2 220–3 500 metr olan dağlar yerləşir. Euksin-Kolçik enliyarpaqlı meşələri buradadır və xeyli şümşad ağacı bitir. 70 metrə qədər hündürlükdə gölün ətrafında Şərqi Qaradəniz küknarının nümunələri tapılmışdır. Gölü qorumaq üçün 1930-cu ildə Ritsa Dövlət Təbiət Qoruğu (162,89 km²) qurulmuşdur.
Svetlana Rodina-Lünqkvist
Svetlana Rodina-Lünqkvist (isv. Svetlana Rodina-Ljungkvistt; 29 noyabr 1958, Rusiya) — Sovet və İsveç teatr və kino aktrisası. Svetlana Rodina 1958-ci ildə Rusiyanın İvanovo şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra bir müddət İvanovo Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində oxumuş, lakin sonra teatr universitetinə daxil olmaq üçün Moskvaya getmişdir. 1975-ci ildə Moskva İncəsənət Teatr Məktəbini (V. Monyukovun kursu) bitirmişdir. 1975-ci ildən Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının üzvüdür. Tələbə ikən Moskva İncəsənət Teatrında M. Qorkinin "Üç kök kişi" (Tomboy, V. N. Boqomolovun quruluşunda) və "Bizim borclarımız" (Yura, V. Monyukovun quruluşunda) pyeslərində aktrisa kimi kiçik rolları ifa edirdi. 1975–1989-cu illərdə — A. S. Puşkin adına Moskva Dram Teatrının aktrisası olub. 1982-ci ildə "Azərbaycanfilm" Kinostudiyasının dəvəti ilə İşgüzar səfər (film, 1982) filmində Toma obrazını canlandırır. 1990-cı ildə bir isveçli ilə tanış olur və evlənərək İsveçə köçür.
Ritsa Sərt Təbiət Qoruğu
Ritsa Sərt Təbiət Qoruğu ― Abxaziyanın Qudat rayonun qoruq. Qoruğun əsas məqsədi Ritsa gölü və ətrafındakı dağlıq ərazinin flora və faunasını qorumaqdır. 20-ci əsrdə ərazidəki faktiki nəzarət tez-tez dəyişmişdir. 1930-cu ildə Rusiya Federasiyası ərazidə Ritsinskiy qoruğunu yaratdı. 1991-ci ildə Gürcüstan müstəqilliyini bərpa etdikdə qoruğun ərazisi genişləndirildi və müasir RitsaTəbiət Qoruğu yaradıldı. Abxaziya-Gürcüstan münaqişəsinin başlaması və sonrakı müharibə ilə faktiki nəzarət 1996-cı ildə burada Ritsinskiy Milli Parkını quran Abxaziya höümətinə keçmişdir. Ritsa Sərt Təbiət Qoruğu Abxaziyanın dağlıq hissəsində, Böyük Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Relyefin dəniz səviyyəsindən 100 metr yüksəklikdən 3 256 min metr yüksəkliyə qədər kəskin fərqlənməsi bir çox bitki və heyvan növünün yaşaması üçün zəngin bir ekoloji şərait yaradır. Parkdakı göllərdən ən böyüyü, ən gözəli və ən məşhuru Ritsa göldür. Ərazidə bir neçə şəlalə var və bunların arasında ən məşhuru 55 metr hündürlüyündəki Qeqskiy şəlaləsidir.