Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazovıy
Bazovıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 500 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 1,5 km cənub-şərqdə, Zabor adası 2 km şimal-qərbdə və Kolosov adaları 2,7 km qərbdə yerləşir. == Xüsusiyyətləri == Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 850 metrdir. Sahilləri alçaqdır. Adada hansısa hündürlük yoxdur. Ada alcaqboylu otlarla örtülü olur.
Rodovid
Rodovid — açıq maarifləndirici və tədqiqedici çoxdilli proyekt olub, dünyada müxtəlif tarixi zamanlarında yaşamış bəşəriyyət vətəndaşlarının nəsil ağacını öyrənmək, onlar haqqındakı bilgiləri əldə etmək, ümumiləşdirmək və öyrətmək məqsədi daşıyır. Buradakı məlumatlara hər kəs öz əlavələrin edə və onları redaktə edə bilər. Bu proyekt MediaWiki, Vikipediya və digər Vikimedia fondları tərəfindən sərbəst isifadə oluna bilinir.
Vladimir Roqovoy
Vladimir Abramoviç Roqovoy (rus. Владимир Абрамович Роговой) — rus kinematoqrafçısı, rejissor və film direktoru. == Həyatı == Vladimir Abramoviç Roqovoy 5 fevral 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Roqovoy 1950-ci ildə ÜDKİ-nin iqtisadiyyat fakültəsini bitirmişdir. O, müxtəlif filmlərin direktoru olmaqla yanaşı, Mark Donskoy, İsidor Annenski, İlya Frez kimi kinorejissorların filmlərində ikinci rejissor vəzifəsində çalışmışdır. 1966-1968-ci illərdə "Belarusfilm" kinostudiyasının rejissoru olmuşdur. Daha sonra isə 1968-ci ildən Maksim Qorki adına kinostudiyanın quruluşçu rejissoru kimi işləmişdir. Vladimir Abramoviç Roqovoy 20 fevral 1983-cü ildə Moskva şəhərində vəfat etmişdir. == Filmoqrafiya == Boşboğaz (film, 1978) / rus.
Marselo Brozoviç
Marselo Brozoviç (16 noyabr 1992, Zaqreb) — İtaliya A Seriyasında çıxış edən İnterin xorvatiyalı futbolçusu.
Nina Po Brozoviç
Nina Po Brozoviç — Boliviyalı iqlim fəalı. Boliviyada "Gələcək üçün cümə günləri" təşkilatını qurur. O, Birləşmiş Millətlər Təşkilatının Gənclər İqlim Sammitinin iştirakçısı olur. Onun işi Bolivian Express, Pagina Siete və "Gələcək üçün cümə günləri" həftəliyində dərc olunub. O, UNICEF-in Bir Nəsil Kampaniyasında iştirak etmişdir. O, La Senda Verde-də könüllüdür.
Viktor Rozov
Viktor Sergeyeviç Rozov (8 (21) avqust 1913, Yaroslavl – 28 sentyabr 2004[…], Moskva). rus sovet dramaturqu. SSRİ dövlət mükafatı laureatı (1967). == Həyatı == Viktor Rozov 1913-cü ildə Yaroslavlda anadan olub. 1923-cü ildən ailəsi ilə Kostroma köçmüş və burada təhsil almışdır. 1929-cu ildə Timirzayev kənd təsərrüfatı akademiyasına qəbul olmuş və sonra Kostrom tekstil fabrikində işləməyə başlamışdır. 1932-ci ildə Kostrom Sənaye Texnikomunu bitirir. Müharibə başladıqda Rozov 1941-ci ildə cəbhəyə yollanır və 8-ci diviziyada vuruşur. 1957-ci ildə Viktor Rozovun əsərinə Mixail Kalatozov Durnalar uçur filmini çəkir. Viktor Rozov 2004-cü ildə 91 yaşında Moskvada vəfat etmişdir.