Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rossoş
Rossoş — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Rossoş çayı
Rossoş çayı — Rostov vilayəti və Krasnodar vilayəti ərazisindən axan çay. Rossoş çayı Elbuzd çayının əsas və sağ qolunu təşkil edir. O isə öz növbəsində Azov dənizinə tökülən Kaqalnik çayının bir qolunu təşkil edir. Rossoş çayının uzunluğu 41,6 km təşkil edir. Çay Krasnodar vilayətinin sərhəd hissəsindən axaraq Rostov ərazisinə axır. Rossoş çayı əsasən bataqlıq, yağış suları ilə qidalanır. Çay sistemi: Rossoş çayı → Elbuzd → Kaqalnik. Çayın mənsəbi 39 metr hündürlükdə yerlışir. == Axın == Rossoş çayı Orta Elbuzd və Kiçik Elbuzd çaylarınln birləşməsindən əmələ gəlir. Çay bir qayda olaraq qərbə axır.
Roşko ədədi
Roşko ədədi — Maye mexanikasında titrəyən axın mexanizmlərini xarakterizə edən adsız kəmiyyət. Ədəd Amerika Aeronavtika professoru olan Anatol Roşkonun şərəfinə adlandırılıb. Aşağıdakı kimi ifadə olunur: R o = f L 2 ν = S t R e {\displaystyle \mathrm {Ro} ={fL^{2} \over \nu }=\mathrm {St} \,\mathrm {Re} } S t = f L U , {\displaystyle \mathrm {St} ={fL \over U},} R e = U L ν {\displaystyle \mathrm {Re} ={UL \over \nu }} burada St adsız kəmiyyət olan Struhal ədədi; Re Reynolds ədədi; U orta axın sürəti; f axının yayılma tezliyi; L xarakterik uzunluq (məsələn, hidravlik diametr); ν mayenin kinetik özlülüyüdür. == Qarşılıqlı əlaqə == Roşko Re=50-dən Re=2000-ə qədər dairəvi silindrlər ətrafında havanın axını üzrə təcrübələr apardıqdan sonra aşağıdakı əlaqəni müəyyən etmişdir: R o = 0.212 R e − 4.5 {\displaystyle \mathrm {Ro} =0.212\mathrm {Re} -4.5} [ 50 <= Re < 200] bərabər olar. R o = 0.212 R e − 2.7 {\displaystyle \mathrm {Ro} =0.212\mathrm {Re} -2.7} [200 <= Re < 2000] bərabər olar. Ormiyer və Provansal bir sahədə axının yayılma tezliyini araşdırmış və 280 < Re < 360 intervalında Ro və Re arasında qarşılıqlı əlaqəni aşkarlamışlar. == Qeydlər == == Xarici keçidlər == Olim, A. M.; Riethmuller, M. L.; Gameiro da Silva, M. C. "Flowfield characterisation in the wake of a low-velocity heated sphere anemometer". Exp. Fluids. 32 (6).
Cosmos
Kosmos (lat. Cosmos) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır.
Gosmos

Kosmos
Kosmos və ya kosmik fəza — Yerin atmosferindən kənarda və digər kosmik cisimlər arasında yerləşən, amma kosmik cismlər istisna olmaqla kainatın geri qalan hissəsində sonsuz olduğu düşünülən boşluğa verilən addır. Orta istiliyi −271 °C, mütləq sıfır nöqtəsi isə −274 santiqrad dərəcədir. Atmosfer ilə kosmos arasında qəti bir sərhəd yoxdur, lakin Yerin atmosferi yuxarı doğru qalxdıqca incəlməkdədir. Kosmosda təxminən milyardlarla qalaktika olduğu ehtimal edilir. Bu təxmini qalaktikaların içərisində təxminən milyonlarla ulduz sistemi, planetlər və asteroidlər var. Fizik Karl Saqanın "Kosmos" kitabında yazdığı kimi universal atom sabiti 1088 qədərdir yəni 10 üstü 88-dir, Karl Saqana görə kainatda təxminən 1-in yanında 88 sıfır dənə atom var (on oktoviqintilyon). Bu formada bir hesablama və insanlığın bildiyi hər növ qalaktika kosmik fəzanın böyüklüyünü sübut edir. Albert Eynşteynin Nisbilik nəzəriyyəsinə görə kosmos elastik bir toxumaya malikdir. Cismlərin bu elastik toxumanı bükmələrindən dolayı cazibə qüvvəsinin olduğunu irəli sürən bir nəzəriyyədir. Kosmosda zaman anlayışı yoxdur.
Rosids
Rosids (lat. Rosids) — yaşıl bitkilər yarımaləminə aid bitki sinfi.
Rostok
Rostok Almaniyanın şimal-şərqində yerləşən Meklenburq-Ön Pomeraniya əyalətində yerləşən ən böyük şəhərdir. Şəhərin əhalisi 200.000 nəfərə yaxındır. Almaniya Demokratik Respublikası dağılmazdan öncə şəhərin əhalisi 260.000 nəfərdən çox olsa da, Almaniyanın birləşməsindən sonra əhalinin bir çoxu işsizlik və aşağı həyat səviyyəsi səbəbi ilə Almaniyanın qərb əyalətlərinə köç edib. Rostok şəhəri Baltik dənizi sahilində yerləşir və hər il buraya çoxlu sayda turist gəlir. Varnov çayı şəhərin ortasından axaraq şəhəri iki yerə bölür. Şəhərin ən sıx infrastruktur olan bölgəsi çayın qərb sahilində yerləşir. Şəhərin ən sıx əhali olan bölgələri şəhərin qərbi və cənub-qərbindədir. Rostok şəhəri liman şəhəri olaraq tanınmaqdadır və şəhərin beynəlxalq limanı şəhərin şərqində yerləşir. Bundan başqa Rostokda Avropanın ən qədim universitetlərindən biri olan Rostok Universiteti yerləşir. == Tarixi == 11-ci əsrdə Polabiya slavyanları Varnov çayı sahilində Roztok adlı yaşayış məskəninin əsasını qoyublar, şəhərin Rostok adı da buradan qaynaqlanır.
Rostov
Rostov — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir.
Rodos
Rodos (yun. Ρόδος) — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir.
Rosto
Rosto 500 gr qıyma 1 ədəd soğan 5–6 cəfəri 3 dilim çörək içi 1 ədəd yumurta 2 yemək qaşığı qırmızı şərab Duz, qara bibər Sous üçün : 1 yemək qaşığı ərinmiş şit yağı 1 ədəd soğan 2 diş sarımsaq 3–4 ədəd pomidor Yarım su stəkanı ət suyu 5–6 cəfəri Duz, qara bibər == Hazırlanması == Soğan və cəfərini nazik-nazik doğrayın, çörək içini didin. Yumurtaları kiçik bir kasaya çırpıb yaxşıca qarışdırın. Qıyma, soğan, cəfəri, çörək içi, yumurta, qırmızı şərab, duz və qara bibəri yaxşıca qarışdırıb, yoğurun. Yastı bir tavanın dibini yağlı kağızla örtün. Qıymalı qarışığı tavaya tökün, 180 dərəcədə 1 saat 15 dəqiqə bişirin. Sousu hazırlamaq üçün ; 1 yemək qaşığı ərinmiş şit yağını qazanda qızdırın. Soğan və sarımsaqları çox incə doğrayıb yağda qovurun. Dilimlənmiş pomidor, ət suyu, cəfəri, duz və qara bibəri əlavə edib qarışdıraraq qızardın. Arada atəşi azaldın və qarışdıraraq 15 dəqiqə daha bişirin. Peçdən çıxarandan sonra hazırladığınızi dərin qaba tərs çevirərək qoyun.
Sokos
Sokos - Finlandiyada fəaliyyət göstərən və S Group kompaniyasının bir hissəsi olan və Sokos Hotels otellər şəbəkəsini də idarə edən univermaqlar şəbəkəsi. Yaranma tarixi 1952-ci idir. == Univermaqları == Helsinki (mərkəzi) Helsinki (Kaari) Haminlinna Joensuu Jyväskylä Kajaani Kotka Kouvola Kuopio Lahti Lohja Mikkeli Oulu (Valkea ticarət mərkəzi) Pori Porvoo Raisio (Mylly (ing.
Catharanthus roseus var. roseus
Çəhrayı katarantus (lat. Catharanthus roseus) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin katarantus cinsinə aid bitki növü. == Sinonimləri == Ammocallis rosea (L.) Small Catharanthus roseus var. albus G. Don Catharanthus roseus var. roseus Hottonia littoralis Lour. Lachnea rosea (L.) Rchb. Lochnera rosea (L.) Rchb. ex Endl. Lochnera rosea var. alba (G. Don) Hubbard Lochnera rosea var.
Cosmos (bitki)
Kosmos (lat. Cosmos) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır.
Cosmos Cav.

Cotoneaster roseus
Çəhrayı dovşanalması (lat. Cotoneaster roseus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Pakistanda, İranda, Hindistanda daşlı-qayalı sahələrdə yayılmışdır. == Botaniki təsviri == Kolun hündürlüyü 2 m-dək, seyrək çətirli və elastik, qonur, parlaq zoğludur. Yarpaqları yumurtavari və ya ellipsvari, uzunluğu 5 sm-dəkdir. Çiçəkləri şaxələnmiş ləçəkli, çəhrayı, sıx qalxanlarda yerləşir. Meyvələri tutqun qırmızı, 7 mm-dək, çəyirdəkləri 2-dir. Çəhrayı dovşanalması hər il may-iyunda çiçəkləyir, sentyabrda meyvə verir, toxumlarını özü səpir. Uzunömürlüdür, 30–40 il yaşayır. == Ekologiyası == Soyuğa və quraqlığa davamlı, işıqsevən, torpağa tələbkar deyil.
Demis Russos
Demis Russos (yun. Ντέμης Ρούσος, əsl adı Artemios Venturis Russos, yun. Αρτέμιος Βεντούρης Ρούσος; 15 iyun 1946, İsgəndəriyyə, Misir – 25 yanvar 2015, Afina, Yunanıstan) — yunan müğənnisi. == Həyatı == 15 iyun 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan əsilli ailədə dünyaya gəlmiş, 1956-cı il Süveyş böhranından sonra ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür. Russos 1963-cü ildə Vangelis və Lukas Sideras ilə birlikdə "Aphrodite's Child" qrupunun əsasını qoymuşdur. 1968-ci ildə Yunanıstandakı hərbi çevrilişdən sonra qrup üzvləri Parisə köçdülər və burada özlərinin "Rain & Tears" mahnısı ilə məşhurluq qazandılar. 1971-ci ildə Russos qrupu tərk etdi və solo karyerasına başladı, amma keçmiş qrup üzvü Vangelislə əməkdaşlığını davam etdirdi və bu əməkdaşlığın nəticəsi olaraq 1977-ci ildə "Magic together" albomunu çıxardı. Onların ən məşhur birgə işi isə Oskar mükafatına layiq görülmüş "Alovlu döyüş arabaları" ("Chariots of Fire") filminin musiqisi — "Race to the End" və onun ispan dilindəki versiyası "Tu Libertad" oldu. Russos həmçinin Vangelisin 1982-ci ildə Filip Dikin əsəri əsasında çəkilmiş "Ülgücün üzəri ilə qaçan" ("Blade Runner") filminə yazdığı "Tales of the Future" mahnısını da səsləndirmişdir. 1974-cü ildə Russos "Forever & Ever" albomu ilə uğur qazandı.
Kosmos-366
Kosmos-366 — SSRİ Müdafiə Nazirliyinin Strela-1M seriyalı telekommunikasiya peyki. Peyk, Kosmos-3M adlı raketa daşıyıcısının vasitəsi ilə yeddi digər Strela-1M peyki ilə birlikdə 25 aprel 1970-ci ildən etibarən Plesetsk kosmodromunundan 132/2 start meydançasından buraxılmışdır. Peyklər mesajları bort yaddaşında saxlamaq və onları müəyyən bir vaxtda və ya qəbul edən abunəçinin görünmə zonasında Yerdən gələn əmr ilə retranslyasiya etməklə "qeyd-əks etdirmə" rejimində aşağı yerətrafı orbitinə göndərildilər.
Kosmos (bitki)
Kosmos (lat. Cosmos) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır.
Kosmos (dəqiqləşdirmə)
Kosmos (yun. κόσμος — «dünya»): Kosmik fəza — Fəzanın kosmik obyektlərdən kənarda yerləşən sahəsi. Kosmos (fəlsəfə) — xaosa əks olan tənzimlənən dünya. Kosmos-366 — Kosmos (bitki) — Kosmos (kitab) — Kosmos (film, 2009) — Kosmos (fəlsəfə) — Kosmos (peyk) — == Hesablama texnikası == Cosmos - əməliyyat sistemi. COSMOS (telekomunikasiya) - kadrların paylayıcı uçot sistemi. COS/MOS - inteqral sxemlər. CoSMoS - genetik modelləşdirilmə elmi-tədqiqat layihəsi. COSMOS - genetik modelləşdirilmə proqram təminatı.
Kosmos (fəlsəfə)
Kosmos (yun. κόσμος) — Qədim Roma fəlsəfəsinə və mədəniyyətinə görə xaosa əks olan dünya haqqında vahid, harmonik təsəvvür. Yunanlar üçün "kosmos" anlayışı iki funksiyada idi — tənzimlənən və estetika.
Kosmos (kitab)
"Kosmos" (ing. Cosmos) — astronom və "Pulitser" mükafatı laureatı Karl Saqanın kitabı. Karl Saqanın bu kitabı ərsəyə gətirməkdə əsas məqsədi qarışıq elmi fikirləri öyrənmək istəyən hər kəsə bunların izah edilməsini təmin etməkdir. Karl Saqan həmçinin televizorun icad edilmiş ən yaxşı öyrənmə vasitəsi olduğuna inanırdı. "Kosmos" "New York Times"ın siyahısına görə ən çox satılan elmi kitab oldu. Kitabın 2013-cü ildə Enn Druyan və Nil Deqrass Taysonun ön söz və məqalələrinin yer aldığı yeni nəşri buraxıldı. == Məzmun == Kitabda kosmologiya, antropologiya, biologiya, astronomiya kimi bir çox elmlər əsrlər boyu inkişaf mərhələləri ilə ətraflı qeyd edilmişdir. Karl Saqan kainatın bu böyüklüyü ilə minlərlə sivilizasiyaya ev sahibliyi edə biləcəyinin mümkün olduğunu, lakin belə bir sivilizasiyanın Yerə gəlməsinə dair heç bir sübut olmadığını bildirmişdir. Kainatın 15 milyard illik inkişafını, sivilizasiyaların və elmin yüksəlməsini, gələcəkdəki vəziyyəti elmi və fəlsəfi cəhətdən izah etmişdir. Həmçinin alimlərin həyatlarından bəhs edərək onların müasir elmə verdikləri töhfələrdən söz açmışdır.
Kosmos (peyk)
Kosmos (rus. Космос) Sovet İttifaqı və sonradan Rusiya tərəfindən idarə olunan çox sayda peykə verilən bir təyinatdır. Kosmos1, ilk kosmik gəmi , 16 Mart 1962-ci ildə fəaliyyətə başladı. == Tarixi == Yer üzündə ilk sovet peykləri Sputnik, Polyot (1963-cü ildən), Elektron (1964-cü ildə), Proton (1965-ci ildə) və Molniya (1965-ci ildə) adlandırılmışdır, lakin bir çoxu 16 Mart 1962-ci ildə Kosmos-1 dən sonra Kosmos adlandırılmışdır. Layihə, insanlı kosmik gəmi və peyklərin elmi tədqiqat və hərbi məqsədlər üçün pilotsuz yoxlanılmasını əhatə edirdi. Kosmik gəmi tək bir proqram olmayıb, demək olar ki, bütün Sovet və Rusiya hərbi peykləri, habelə bir sıra elmi peyklərdən ibarətdir, hansılar ki, başlanğıcdan dərhal sonra orbitə çatdıqdan sonra uğursuzluqla nəticələnib. Kosmik gəmilərə optik kəşfiyyat peykləri, rabitə peykləri, erkən xəbərdarlıq mərmi müdafiə etmə kosmik peykləri , nüvə enerjisiylə radar kəşfiyyat peykləri, anti-peyk silahları və hədəfləri, naviqasiya peykləri və texnologiya nümayişləri daxildir. Dnepropetrovsk Sputnik, Bion və Meteor peykləri kimi bəzi elmi kosmik peyklərə Kosmos təyinatları verilmişdir. Daha sonra Kosmos təsvirlərinə təyin edilmiş 152 kosmos vasitəsi üçün idarəetmə sistemləri Elmi İstehsal Müəssisəsi (Xarkov) tərəfindən hazırlanmış və istehsal edilmişdir. 2014-cü ilin yanvar ayından etibarən, 2490 Kosmos peykinə start verildi.
Kosmos Arena
Samara Solidarnost Arena (rus. Солидарность Самара Арена; əvvəlki adı Kosmos Arena ) – Rusiyanın Samara şəhərində yerləşən stadion. Arena 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Stadion Samara Arena adı ilə də bilinir. 44918 nəfər tamaşaçı tutumuna malikdir. Stadion 320 milyon $-a tikilmişdir. == Təsvir == Stadionun meydançası: 27 ha Tamaşaçı tutumu: 44918 nəfər VİP tamaşaçı tutumu: 1125 nəfər Premium oturacaqlar: 75 ədəd Ümumi sahə: 160498,1 m² Hündürlük: 60 m İnşa edən şirkət: Sport-Engineering Dizayner: TerrNIIgrazhdanproekt Stadionun əsas arxitektural xüsusiyyəti onun kosmosa bənzəməsidir. Bütün stadionu əhatə edən, ulduz və ya bir kosmik cihaza bənzəyən ümumi siluet ilə aşağıdan kiriş kimi strukturlar tərəfindən dəstəklənir. Qübbənin minimal əyriliyi olsa da, bizə düz bir səth olaraq göyə yüksəlmiş görünüşünü verir. Stadionun ellipsə oxşayan bünövrəsi ikimərtəbəli oturacaqlarını daşımağa imkan verir.
Kosmos tortu
Kosmos tortu-Qlazurlu və xamalı tort.Tort üç qatdan ibarətdir. == Tarixi == SSRİ dövründən tortun satışına icazə verilmişdir.Klassik tort qəhvəyi rəngli qlazurdan ibarət olub, bezedən ibarət deyil. 2000-ci ildən isə tortun hazır korjlarının satışına başlanmışdır.