Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ruben Rubenov
Ruben Qukasi Rubenov (Mkrtçyan) (erm. Ռուբեն Ղուկասի Ռուբենով (Մկրտչյան); 5 iyun 1893, Tiflis – 27 noyabr 1937, Moskva) — sovet partiya və dövlət xadimi. Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933). == Həyatı == Ruben Rubenov 1937-ci il sentyabrın 15-də həbs olunub. Həmin il noyabrın 27-də terror aktları təşkil etməkdə və əks-inqilabi terrorçuluq fəaliyyətində iştirakda ittiham olunub və SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə haqqında ölüm hökmü çıxarılıb. Ölüm hökmü çıxarılan gün Moskvadakı Donskoy qəbiristanlığında güllələnib. 1954-cü il noyabrın 17-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarı ilə ölümündən sonra bəraət alıb.
Vadim Xubanov
Xubanov Vadim Ələddin oğlu (1963, Moskva) — Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini. == Həyatı == Vadim Xubanov 1963-cü ildə Moskva şəhərində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlamışdır. 1985-ci ildən 1987-ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi, 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir. 1993-cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləmişdir. 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə, 2006-cı ilin dekabr ayında üçüncü dəfə, 2012-ci ilin fevral ayında dördüncü dəfə, 2017-ci ilin mart ayında isə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
Roanok koloniyası
Roanok koloniyası — Şimali Amerikada yaradılmış ilk ingilis koloniyası. Roanok koloniyasının ərazisi bugünkü Şimali Karolina ştatının sərhədləri daxilində yerləşməkdədir. Koloniya kraliça I Elizabetin hakimiyyəti dönəmində zadəgan Volter Raliyin maliyyə vəsaiti hesabına salınmışdır. Koloniya sakinləri ilə birlikdə mistik şəkildə yoxa çıxması ilə məşhurlaşmışdır. İrəli sürülən əsas versiyalar; koloniyanın sakinlər tərəfindən könüllü şəkildə tərk edilməsi və ya yerlilərin hücumuna məruz qalması ilə bağlıdır. == Arxa plan == 1584-cü ildə Şimali Amerika sahillərində məskunlaşmaq üçün münbit ola biləcək ərazilərin öyrənilməsi üçün ilk qrup yola çıxdı. Filip Amadas və Artur Barlou rəhbərliyi altında səfərə çıxan qrup Şimali Amerikanın heyvan və bitki aləmi barədə nümunələrlə geri qayıtdılar. Özləri ilə gətirdikləri bitki nümunələri arasında kartofda vardı. Bütün səfər xərclərinin ödənilməsini Volter Raliy öz üzərində götürmüşdü. Ekspedisiya tərəfindən öyrənilən sahillər dönəmin İngiltərə kraliçası I Elizabetin şərəfinə Vircinya olaraq adlandırılmışdır.