Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rumınca
Rumın dili — roman dillərindən biri. Rumınların ana dili.
Rumınca Vikipediya
Rumınca Vikipediya — Vikipediyanın rumın dilində olan bölməsidir.
Cuminia
Cuminia (lat. Cuminia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Johowia Epling & Looser === Heterotipik sinonimləri === Skottsbergiella Epling == Növləri == Cuminia eriantha (Benth.) Benth.
Dudinka
Dudinka (nen. Тут'ын) — Rusiyanın Krasnoyarsk diyarındadaki regional tabeli bir şəhər. Taymır Dolqan-Nenes rayonunun xüsusi statusu olan bir inzibati-ərazi vahidinin inzibati mərkəzi. Əhalisi 21 015 nəfərdir. (2018). Şəhərin qapalı inzibati-ərazi quruluşu statusuna sahib olmamasına baxmayaraq, 25 noyabr 2001-ci il tarixindən xarici vətəndaşların (o cümlədən Belarusiya vətəndaşları) gəlməsi yalnız səlahiyyətlilərin icazəsi ilə mümkündür. Bundan əvvəl on il (1991-ci ildən) xaricilər üçün giriş açıq idi. == Tarix və toponim == Dudinka XVII əsrin ikinci yarısında, 1667-ci ildə I Aleksey Mixayloviç Romanovun dövründə, Manqazeya oxatan İvan Sorokin tərəfindən təsis edilmişdir. XVII əsrdə Böyük Şimal Ekspedisiyasının iştirakçıları Xariton Laptev, Semyon Çelyuskin, Fedor Minin Duqdinkada qışlamışlar. Onların xəritələrində Dudinka Dudinka çayının üzərində yerləşir.
Kubinka
Kubinka — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Rumıniya
Rumıniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Rumınlar
Rumınlar — roman dilli xalqlardan biri, Rumıniya Respublikasının əsas əhalisidir. Moldovan dili daxil olmaqla rumın dilində danışanların sayı təxminən 23,500,000 nəfərdir.
Ruminiya
Rumıniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Rinka
Rinka adası (ind. Pulau Rinca) — İndoneziyanın ərazisinə daxil olan ada. Sahəsi 198 km² təşkil edir. Kiçik Zond adalarına daxil olan Komodo və Sumbava adaları arasında yerləşir. Birincisindən Lintax boğazı, ikincisindən isə Molo boğazı ilə ayrılır. Adanın təbiəti rəngarəngdir. Burada meymun koloniyaları, vəhşi öküzlər, marallar və qartallar yaşayır. Komodo varanının adada sayı 1300 baş təşkil edir. Ada Komodo Milli Parkı ərazisinə daxildir.
Rumın
Rumınlar — roman dilli xalqlardan biri, Rumıniya Respublikasının əsas əhalisidir. Moldovan dili daxil olmaqla rumın dilində danışanların sayı təxminən 23,500,000 nəfərdir.
Rodinka (Arxangel)
Rodinka (başq. Родинка, rus. Родинский) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 23 km, kənd sovetliyindən (Bakaldı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Roman (Rumıniya)
Roman — Rumıniyada şəhər.
Rumıniya albanları
Rumıniya albanları (rum. Albanezi) — Rumıniya ərazisində yaşayan etnik qrup. Rumıniyanın etnik azlıqları siyahısına daxildir. Bu səbəbdən onların hüüuqlarının ifadəçisi olaraq Rumıniya Deputatlar palatasında bir nümayəndəyə sahibdirlər. 2002-ci ildə Rumıniyada aparılan siyahıya alınmağa görə burada 520 nəfər alban olmasını bildirmişdir. Onlardan 484 nəfəri doğma dilinin alban olmasını birdirmişdir. Ancaq qeyri-rəsmi məlumata görə ölkədə 10 000 alban yaşayır. Onlar əsasən Buxarestdə cəmləşmişdir. Onlar həmdə ölkənin digər iri şəhərlərində belə yaşayırlar - Timişoara, Yassi, Kondtansa və Kluj-Napoka. Burada yaşayan alban ailələrinin böyük qismi provaslavdır.
Rumıniya bayrağı
Rumıniya bayrağı — Rumıniyanın Dövlət bayrağı.
Rumıniya gerbi
Rumıniya Respublikasının Dövlət Gerbi - Rumıniya parlamenti tərəfindən 10 sentyabr 1992-ci ildə qəbul edilib. Bu gerb Rumıniya krallığının kiçik gerbinə əsaslanır (1922—1947-ci illərdə istifadə edilib). Gerbin əsas elementi — dimdiyində xaç, caynaqlarında skeptron və qılınc tutan qızıl rəngdə qartaldır. Gerbin əsas rəngləri Rumıniya bayrağındakı əks etdirən qırmızı rəng, sarı rəng və göy rənglərdir. Qartalın sinəsində yerləşən lövhə Rumıniyanın beş vilayətinin tarixi rəmzləri verilib. Qızıl qartal — Valaxiyanın rəmzi. İbtidai öküz — Moldovanın rəmzi. Şir və körpü — Olteniya və Banatın rəmzi. Qara qartal, yeddi qəsr, günəş və ay — Transilvaniyanın rəmzi. Delfinlər — Dobrucanın simvolu.
Rumıniya himni
Deșteaptă-te, române! ("Deştəpta-te, romıne!", azərb. "Oyan, Rumın!") — 1989-cu ildən Rumıniyanın dövlət himnidir. 1990-cı ildən 1994-cü ilədək Moldovanın da dövlət himni idi. Himnin sözlərinin müəllifi Rumın şairi Andrey Mureşanudur. Himnin musiqisin Anton Pann yazıb. • Rumıniya himni Arxivləşdirilib 2006-10-23 at the Wayback Machine Romania: Deșteaptă-te, române!
Rumıniya kinosu
Rumıniya tamaşaçıları Lümyer qardaşlarının filmilərini 1896-cı ildə izlədilər. Artıq 1897-ci ildə Rumın həvəskar operatorların sənədli filmləri ekrana çıxdı. "Daşqın", "Hərbi eskadranın gəlişi" və s. ilk Rumın filmlərindəndir. İlk bədii Rumın filmi isə 1912-ci ildə çəkilmişdir. Bu film Rumıniyanın türk işğalından azad olunmasına həsr edilmişdir. "Azadlıq müharibəsi" filminin təşəbbüskarı Buxarestdə "Lirik" teatrın sahibkarı Lion Popesku idi. Filmin rejissoru və operatoru fransız Done idi. Bu vətənpərvər ruhlu film şahzadə Karl və hərbi nazir Filipesku tərəfindən bəyənilmişdi. Nazirin əmri ilə çəkilişə lazım olan döyüşçü qüvvəsi cəlb olundu.
Rumıniya leyi
Rumıniya Leyi (ro, ro; ISO 4217 RON 946) ― Rumıniyanın rəsmî pil vahidi. 1 iyul 2005-ci il tarixindən etibarən Rumıniya pul vahidi “Ley”dən dörd sıfır atılmış, yeni pul vahidi “Yeni Rumıniya Leyi” adlı puldan istifadə edilməyə başlanılmışdır. Rumıniya Mərkəzi Bankının verdiyi məlumata görə, inflyasiya nisbəti 2014-cü ilin noyabr ayından 2015-ci ilin noyabr ayına kimi 0.65% təşkil etmişdir.
Rumıniya rabitəsi
Rumıniya tatarları
Rumıniya tatarları (həmcinin rumın tatarları, dunay tatarları, rum. Tătarii din România, krımtat. Romaniya Tatarları, tatar. Дунай татарлары, Dunay tatarları) — Rumınya ərazisində rəsmi tanınmış milli azlıq. Rumınya parlamentində bir nümayəndələri vardır. Rumıniyada 2002-ci ildə aparılan siyahıya alınmaya görə burada 24 min tatar yaşayır (ölkə əhalisinin 0,1 %). İslam dininə etiqat edən tatarların az bir qismi isə Moldovada yaşayır. Onlar krımtatar dilinin müxtəlif dialektlərində danışırlar. Tatarlar müasir Rumıniya ərazisində XIII əsrdə peyda olmuşlar. Onlar monqol yürüşləri zamanı bölgəyə gəlmişlər.
Rumıniya şəhərləri
Rumıniya şəhərləri — 2002-ci ildə Rumıniyada 268 yaşayış məntəqəsi şəhər statusuna malikdir. 2002-ci ildən 2006-cı ilə qədər şəhər statusu 55 yeni yaşayış məntəqəsinə verilmişdir. Aşağıda 2002-ci il vəziyyətinə olan şəhərlərin siyahısı verilmişdir.
Rumıniya inqilabı
Rumıniya inqilabı — Rumıniya prezidenti Nikolae Çauşeskunu hakimiyyətdən devirmək üçün 1989-cu ilin dekabrında xalq və Rumıniya ordusu tərəfindən həyata keçirilən inqilab. Rumıniya şərq blokunda sosialist rejimlərinin süqutu zamanı hakimiyyətin qanlı şəkildə dəyişdirildiyi yeganə ölkə oldu. 1965-ci ildən Rumıniyaya rəhbərlik edən Nikolae Çauşeskunun iqtisadi və inkişaf siyasətinin Rumıniyanın resurslarını sıxaraq həyata keçirməsi ölkədə geniş qıtlığa və yoxsulluğun artmasına səbəb oldu. 1970-ci illərdə pis maliyyə idarəçiliyi və yanlış investisiya qərarları nəticəsində Rumıniyanın xarici borcu çox yüksək həddə çatdı. Bu borcun qısa müddətdə bağlanması üçün aparılan qənaət siyasəti (ərzaq məhsullarının normaya salınması, evlərin 14°-dən yuxarı qızdırılmasının qadağan edilməsi), 1982-ci ildən ölkənin kənd təsərrüfatı və sənaye məhsullarının böyük hissəsinin ixracı, Parlament Sarayı kimi möhtəşəm və lazımsız tikinti layihələri, 13 min kənddən 6 mininin boşaldılıb sökülməsi və sakinlərinin yeni tikilmiş mənzillərə köçürülməsi qərarı narazılıqla yekunlaşıb. Nikolae Çauşesku 1980-ci illərdə partiya və hökumət üzərində sərt nəzarəti saxlamaq üçün sərt siyasət yürütməyə başladı. 1988-ci ildə Sovet İttifaqında tətbiq edilən açıqlıq (qlasnost) və yenidənqurma (perestroyka) siyasəti Rumıniyada qəbul edilmədi. SSRİ-nin nəzarəti altında olan digər şərq bloku ölkələrində SSRİ-də həyata keçirilən bu siyasətlərin yaratdığı islahat dalğasından sonra müxalifətə qarşı məzlum münasibət daha da kəskinləşdi. 1989-cu ilin oktyabr və noyabr aylarında Berlin divarının uçurulması və şərq bloku liderlərinin bir-bir sıradan çıxarılması Nikolay Çauşeskunun gələcəyi ilə bağlı narahatlığına səbəb olmadı. 1989-cu ilin noyabrında Rumıniya Kommunist Partiyasının 14-cü qurultayında Nikolae Çauşesku yenidən partiyanın baş katibi seçildi.
Rumıniya pasportu
Rumıniya pasportu — Rumıniya vətəndaşlarına beynəlxalq səyahət üçün verilən sənəd. Rumıniyadan kənarda pasport sahibinə diplomatik nümayəndəlik, yardım tələbi və Rumıniya konsulluqları tərəfindən təmin edilən müdafiə hüququ verir. Pasport Rumıniya dövlətinə məxsusdur. Rumıniya 1 yanvar 2007-ci ildə Avropa Birliyinə qoşuldu və 31 dekabr 2008-ci ildə öz biometrik pasportunu verməyə başladı. Pasportun məlumat vərəqi rumın, ingilis və fransız dillərində çap olunur. Rumıniya şəxsiyyət vəsiqəsi olan Carte de Identitate artıq Avropa İttifaqı daxilində səyahət etmək üçün istifadə edilə bilər. Rumıniya hökuməti Rumıniya əsilli Moldova vətəndaşlarına Rumıniya pasportları verir ki, bu da onlara Avropa İttifaqı və region ölkələrində vizasız səyahət etməyə imkan verir. Bu gün 120 minə yaxın Moldova vətəndaşı Rumıniya vətəndaşlığı üçün müraciət edib və Rumıniya pasportu alıb. Henley Visa Restrictions Index 2016 hesabatına əsasən, Rumıniya vətəndaşları sərhəd qapısında vizalı və ya vizasız 153 ölkəyə gedə bilərlər. Bununla da Rumıniya vətəndaşları dünyada səyahət azadlığına görə 19-cu yerdədir.
Cuminia cyminum
Adi cirə (lat. Cuminum cyminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirə cinsinə aid bitki növü. Onun toxumları bir çox mədəniyyətin mətbəxində həm bütöv, həm də üyüdülmüş şəkildə istifadə olunur. Cirənin xalq təbabətində istifadə edildiyi düşünülsə də, onun dərman vasitəsi kimi istifadəsinin təhlükəsiz və ya effektiv olduğuna dair güclü dəlil mövcud deyil. == Təsviri == Cirə bitkisi 30-50 santimetrə qədər böyüyür və əllə yığılır. Adi cirə 20-30 santimetr hündürlüyündə və 3–5 santimetr diametrində nazik, hamar, budaqlı gövdəyə malik olan birillik ot bitkisidir. Bitkinin kökü boz və ya tünd yaşıl rəngdədir. Yarpaqları 5-10 santimetr uzunluğunda, çiçəkləri kiçik, ağ və ya çəhrayı rəngdədir və çətirdə yığılır. Cirə toxumları uzunsov formada, uzunlamasına çıxıntılı və sarı-qəhvəyi rəngdə olan zirə toxumlarına bənzəyir. == Digər ədviyyatlarla qarışdırılması == Cirə bəzən çətirkimilər (lat.
Cuminia brevidens
Cuminia eriantha var. fernandezia (lat. Cuminia eriantha var. fernandezia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin cuminia cinsinin cuminia eriantha növünə aid bitki yarımnövü. == Sinonimləri == === Homotipik sinonimləri === Cuminia fernandezia Colla Johowia fernandezia (Colla) Epling & Looser Skottsbergiella fernandezia (Colla) Epling === Heterotipik sinonimləri === Cuminia brevidens Benth. Phytoxis acidissima Bertero ex Benth.